MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi



Yüklə 280,39 Kb.
səhifə12/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
referat 387 (10)

Sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi vəzifəsini yerinə yetirərkən, kommersiya bankları pul gəlirlərini səfərbər edir və onları əmanət şəklində qəbul edir. Hər bir əmanətçi faiz formasında mükafat alır. Kommersiya bankları tərəfindən cəlb olunmuş bu vəsaitlər ssuda kapitalına çevrilir, müəssisə, təşkilatlara, həmçinin sahibkarlara, fiziki şəxslərə kredit verilməsi üçün istifadə edilir. Kredit alanlar isə bir çox hallarda bu kreditləri öz kommersiya fəaliyyətlərinin genişləndirilməsində, müəssisə daxilində yeni texnologiyaların tətbiqində, əmlak alınmasına, həmçinin istehlak mallarının əldə edilməsinə sərf edilir. Beləliklə, bank tərəfindən əmanət kimi qəbul edilmiş vəsaitlər kapitala çevrilirlər.
Banklar tərəfindən həyata keçirilən dövlətin, müəssisə və təşkilatların, əhalinin və bütövlükdə bütün hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi vəzifəsi mühüm iqtisadi məna kəsb edir. Sərbəst pul vəsaitləri sahiblərinin həmin vəsaitləri kredit almaq istəyənlərə birbaşa verə bilməsi iqtisadi həyatımızda çətindir və demək olar ki, bunun mexanizmi olmadığına görə mümkün deyildir. Bu halda bank maliyyə vasitəçisi rolunda çıxış edərək, vəsaitləri sonuncu kredit alana verir. Bankların verdiyi kreditlər hesabına iqtisadiyyatda çox əhəmiyyətli olan sənayenin, kənd təsərrüfatının, ticarətin maliyyələşməsi aparılır, istehsalın genişləndirilməsi həyata keçirilir. Kommersiya bankları həmçinin istehlakçılara uzunmüddətli istifadə olunan malların alınması üçün kreditlər də verir ki, bu da onların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Bilavasitə kommersiya əməliyyatları ilə bağlı məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi qabiliyyəti bankları başqa uyğun subyektlərdən əsaslı şəkildə fərqləndirir. Belə ki, kommersiya sahəsindəki vəziyyətə mütəmadi olaraq nəzarət etmək və məlumatlara malik ola bilmək imkanına görə kommersiya bankları öz müştərilərinə vergi deklarasiyalarını və biznes –planları tərtib etməkdən tutmuş daxili və xarici bazarlarda marketinq araşdırmaları, mal və xidmətlərin bazarda irəliləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı, əmanət qoyanların, kredit götürmək istəyənlərin arasında vasitəçi olaraq külli miqdarda informasiyanı təhlil edirlər.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin