Mundericat2 Layout qxd


Gülmirzə Fəxrəddinoğlu CAVADOV



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Gülmirzə Fəxrəddinoğlu CAVADOV

20-21 aprel - Fəxrəddin Cavadovun 60 illik Yubileyinə həsr edilmiş tədbirlər


2011-ci il 20-21 aprel günlərində Bakıda çox

mühüm hadisə baş verdi. Tibb ictimaiyyəti, eləcə də ölkə

vətəndaşları üçün böyük əhəmiyyət kəsb edən aktual bir

mövzu ətrafında böyük bir forum keçirildi.Ürək trans-

plantasiyası və beyin ölümü adı altında keçirilən bu fo-

rumda dünyanın aparıcı tibb mərkəzlərinin bu sahə ilə

əlaqədar mütəxəssisləri Azərbaycana dəvət olundu. ABŞ,

Böyük Britaniya, Avropa ölkələrinin transplanta-

logiyasının nümayəndələri, eləcə də qardaş Türkiyə

Cümhuriyyətinin transplantalogiya və beyin ölümü

sahəsində böyük təcrübəyə malik olan mütəxəssisləri fo-

rumda iştirak etdi. Cəmiyyətin həyatında mühüm bir

problemə həsr olunan bu forumda müxtəlif ölkə

mütəxəssislərinin geniş müzakirələri aparıldı.Başqa

ölkələrdən dəvət olunan həkimlər öz fikir və

düşüncələrini bölüşdürdülər. Əlamətdar hadisədir ki,

ARDNŞ təşkilatçılığı ilə keçirilən bu Forum bütün öm-

rünü Azərbaycan xalqının sağlamlığına həsr etmiş, Azər-

baycan səhiyyəsinin tərəqqisi, inkişafı yolunda

fədakarlıqla çalışmış, bu sahədə müstəsna xidmətlər

göstərmiş nadir səhiyyə təşkilatçısı, yorulmaz novator -

islahatçı, tanınmış ictimai və dövlət xadimi, görkəmli

alim, Azərbaycan Respublikasının əməkdar həkimi,

Mərkəzi Neftçilər Xəstəxanasınınmərhum baş həkimi

Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr edilmişdir. 

Bu gün inkişaf etmiş ölkələrdə vətəndaşların

genetik informasiya bazaları, transplantalogiya institut-

ları və xidmətləri yaradılmışdır.Orqan köçürülməsi

əməliyyatlarının sayı ildən ilə artmaqdadır.Hazırda

dünyada bir milyondan artıq xəstə orqan transplan-

tasiyasına məruz qalmışdır.“Transplantalogiya” məfhu-

munu günümüzün aktuallığına çevirmək, onun

infrastrukturunu qurmaq, inkişaf etdirmək və təkmil-

ləşdirmək böyük  fədakarlıq tələb edən mürəkkəb bir

işdir. Hərçənd, bu çətin və ağır işin  öhdəsindən gəlmək

hər həkimə nəsib olmur.

Azərbaycanda ilk dəfə bir canlıdan digərinə orqan

köçürülməsini həyata keçirən mütəxəssis Fəxrəddin

Cavadov olmuşdur. Qafqazda və Orta Asiyada ilk dəfə

olaraq canlıdan canlıya qara ciyər köçürülməsi məhz

Azərbaycanda, eləcə də F.Cavadovun rəhbərlik etdiyi

kollektiv tərəfindən həyata keçirilmişdir. Fəxrəddin

Cavadov Azərbaycan səhiyyəsinin tarixinə öz adını qızıl

hərflərlə yazmış, istedadlı alim, xeyirxah insan kimi

şərəfli ömür yaşamışdır.Minlərlə insan bu həkimin şəfalı

əllərindən nicat tapmışdır.O  hər zaman deyirdi:“Biz

Prezidentimizin humanizm bayrağı altında sıx birləşərək,

bütün problemlərin də öhdəsindən lazımınca gələcəy-

imizə əminik”. 

Fəxrəddin müəllimlə bir insan, bir həkim olaraq

həqiqətən çox gözəl anlar yaşamışıq.Ondan müəllim

kimi aldığımız dəyərlər misilsizdir. Mənim üçün öm-

rümün 31  yaşında Azərbaycanda Ürək cərrahiyyəsi

mərkəzində işə başlamaq və bu gün 5000-dən çox ürək

əməliyyatı aparmaq çox sevindiricidir. Azəbaycanda

ürək xəstəlikləri sahəsində dövlətimizin yaratmış olduğu

imkanlar naminə bir çox tarixi hadisələri yaşama

şərəfinə nail olmuşuq.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə  200-

dən çox anadangəlmə mürəkkəb qüsuru olan uşaqlar

üzərində açıq ürək əməliyyatları məhz bizim mərkəzdə

keçirilmişdir. Mənim şəxsən öz həyatımda unutmaya-

cağım və ömür boyu çox böyük şərəflə və məsuliyyətlə

daşıdığım ən gözəl anlardan biri Heydər Əliyev Fon-

dunun  səhiyyəyə verdiyi böyük qiymət, 2009-cu ildə

Azərbaycanda ilk dəfə “Qızıl Çinar” mükafatına layiq

görülməyim idi. Bu, bir həkim kimi mənim üçün böyük

şərəf olmaqla yanaşı, üzərimə böyük məsuliyyət qoyur. 

Bu yükü üzərimizdə daşımağa çalışırıq.İnşallah

şərəfli bir şəkildə, sonuna qədər daşıyacağıq. Bu gün bir

daha  bu mükafatın sadəcə mənə deyil, Azərbaycan

səhiyyəsinə aid olduğunu demək istəyirəm. Bu, bizim

üçün böyük dəyəri olan ümummilli liderimizin və onun

adına bağlı olan fondun bir mükafatı idi.

Bu eləcə də  Fəxrəddin Cavadovun ölümündən

sonra ona göstərilən ehtiram, onun əməllərinə, yaratdığı

məktəbə verilmiş çox böyük bir töhfə idi. İnanıram ki,

“Qızıl Çinar”ın hər bir yarpağının üzərində bu sahə üzrə

çalışan yüzlərcə, minlərcə insanın dəstəyi və köməyi

olub.Bu gün bir Azərbaycan səhiyyəçisi və bir Azərbay-

can oğlu kimi fəxrlə deyə

bilərəm ki, mənim belə

yüksək mükafata layiq

görülməyim bu ağacın

kökündə və gövdəsində

Fəxrəddin Cavadov

əməyinin nəticəsi

idi.Mükafatı fəxrlə daşıyıb

yarpaqlarını ağaca çe-

virəcək şəkildə gələcək

nəsillərimizə ötürməyi də

özümə borc bilirəm.Şübhə-

siz, bu yüksək qiymətin

təməlində bizi Azərbaycana

gətirib burada bu işlərə

sövq edən F. Cavadovun

çox böyük rolu olmuşdur.

Bu gün bunları söyləməyi

özümə borc bilirəm!!!

www.mir-azerbaydjana.az

iyul 2011 

№104



Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin