Mundericat2 Layout qxd


Transplantologiya üzrə ilk beynəlxalq konfrans



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Transplantologiya üzrə ilk beynəlxalq konfrans

Fəxrəddin Cavadovun adı ilə bağlıdır

İki gün davam edən forum Azərbaycanda ilk dəfə təşkil

olunurdu. Tədbirin əsas müzakirə mövzuları xarici ölkələrdə

orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən

təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən

baxış və İslam ölkələrində orqan bəxşi olmuşdur.

Forumda ölkənin tibb ictimaiyyətinin, dövlət qurum-

larının nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı ABŞ,

Böyük Britaniya, Türkiyə, İran, Rusiyanın və digər xarici

ölkələrin tanınmış tibb mütəxəssisləri də iştirak ediblər. 

Forum iştirakçıları tədbirdən öncə Heydər Əliyevin

məzarını və Şəhidlər Xiyabanını, mərhum Fəxrəddin Cavadovun

məzarını ziyarət ediblər. 

Forum işgüzar fəaliyyətinə başlamazdan əvvəl Fəxrəddin

Cavadovun yubileyinə həsr edilmiş təntənəli mərasim keçırilib

və  F. Cavadovun həyat və fəaliyyətini əks etdirən foto-video

materiallar nümayiş olunmuşdur. 

Daha sonra ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlov

ARDNŞ-nin prezidenti    Rövnəq Abdullayevin forum işti-

rakçılarına müraciyyətini oxuyub. Müraciyətdə bildirilir ki, son

illər Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi

edilməsi xoş bir ənənəyə çevrilib. Müasir səhiyyənin aktual

məsələləri ilə bağlı bir sıra beynəlxalq simpozium və forumların

ölkəmizdə keçirlməsi Azərbaycan Respublikası Prezidenti cənab

İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev fon-

dunuun prezidenti, millət vəkili Mehriban Əliyevanın

səhiyyənin göstərdikləri diqqət və qayğının nəticəsidir. XXI

əsrdə dünya səhiyyəsinin aparıcı aspektlərindən olan transplan-

tologiya sahəsində ölkəmizdə atılan addımlar xüsusi maraq kəsb

edir. Sevindirici haldır ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX)

yaşadığımız reqionda bu sahədə ciddi nüfuza malik tibb mərkə-

zlərindən biri kimi tanınır... MNX-yə rəhbərlik etmiş Fəxrəddin

Cavadovun 60 illik yubileyinə həsr edilməsi ilə əlamətdar olan

bugünki Forumun Azərbaycanda keçirilməsi orqan transplan-

tasiyası və beyin ölümü mövyusunun ölkəmizdə aktuallıq qazan-

ması nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Foruma

Dünyanın bu sahədə zəngin təcrubə toplamış mütəxəsisslərinin

toplaşması onun əhəmiyyətini daha da artırır.“İnanıram ki, bu

mötəbər elmi forumda aparılacaq müzakirələr, dünyada qazan-

mış uğurlar, transplantasiya etikası və hüquqi, digər aktual

mövzularda fikir mübadiləsi ölkəmizdə səhiyyənin gələcək

inkişafına böyük töhvə verəcək“-deyə ARDNŞ prezidentinin

müraciyyətində qeyd olunur.

Daha sonra çıxış edən forumun sədri, Azərbaycan Kar-

diovaskulyar Cərrahlar Assosiasiyasının sədri, Fəxrəddin müəl-

limin yetirmələrindən biri, tanınmış kardiocərrah Rəşad

Mahmudov bildirmişdir ki, transplantologiya üzrə ilk beynəlxalq

konfrans mərhum Fəxrəddin Cavadovun təşəbbüsü və təşki-

latçılığı ilə 2008-ci ildə təşkil olunmuşdur. Bu Forumun isə

həmin konfransın davamı olaraq  Azərbaycanda ilk dəfə təşkil

olunur. Transplantologiya sadəcə səhiyyənin problemi deyil, qa-

nunlarla təstiqlənən ictimai, dini, milli dəyərlərin ortaya qoyul-

ması, kadrların hazırlanmasını ortayan qoyan bir məsələdir“ –

deyə, Mahmudov bildirmişdir.




Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin