Mundericat2 Layout qxd



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Rəşad Mahmudov

Mərkəzi Neftçilər Xəstəxanası 

Ürək-damar Xəstəlikləri Mərkəzinin

rəhbəri, ürək və damar cərrahı, 

Azərbaycan Kardiovasvlar Cərrahlar

Assoisasiyasının sədri

säh.74



iyul 2011 

№104


säh.73

www.mir-azerbaydjana.az



“UNUDSAQ, UNUDULARIQ...!”

Fəxrəddin Cavadovun xatirəsinə, onun 60 illik yubileyinə həsr edilmiş “Azərbaycan Dünyası” beynəlxalq jurnalın

xüsusi “102” saylı buraxılışının təşəbbüskarı və təşkilatçısı, həmin jurnalda əks olunan çox dəyərli xatirlələrin toplanılması

üçün şəxsən müvafiq araşdırmaların həyata keçirdiyinə və ümumiyyətlə bu diqqətə, ehtirama görə Jurnalın baş redaktoru

hörmətli Eldar müəllim İsmayilova şəxsın öz və ailəmiz, Atamın bütün yaxınları, dostları adından dərin təşəkkürümü

bildirməyi özümə borc bilirəm. Bu jurnalın ərsiyə gəlməsində əməyi olan bütün redaksiya heyətinə və hər bir əməkdaşa

ayrıca təşəkkür edirəm. 

Bundan başqa, Jurnalda həqiqətən də çox dəyərli xatirələri ilə bölüşdüyü hər bir insana dərin minnətdarlığımızı da

ifadə etmək istərdim. 

Ayrıca “Dədə Qorqud” Milli Fondu adından Atam Fəxrəddin Cavadovun ölümündən sonra belə bir yüksək və çox

dərin məna daşayan,ilk dəfə verilən „Qizıl Ürək” ordeni kimi xüsusi mükafat ilə təltifləndirilməsi ilə əlaqədar bu təşəb-

büsün və qərarın qəbul edilməsinə görə Fondun prezidenti Eldar müəllim İsmayilova, eləcə də Milli Fondun və Jurnalın

Ali Şurasının bütün üzvlərinə başda çox hörmətli el axsakkalıArif müəllim Paşayev olmaqlaşəxsən öz və bütün Cavadovlar

ailəsi adından dərin minnətdarlığımızı bildirirəm. 

Qeyd etməliyəm ki, 20-21 aprel tarixlərində ARDNŞ təşkilatçılığı, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) və Azər-

baycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının, ölkəmizin bir sıra tibb və ictimai Birliklərin yaxından iştirakı ilə

Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunan, dövlət və hökümət nümayəndələrinin, ölkə ictimayyətinin,

ziyalıların, tanınmış tibb mütəxəssilərinin və xarici qonaqların da qatıldığı „Ürək transplantasiyası və beyin ölümü“ adı

altında böyük bir beynəlxalq forumun çox yüksək səviyyədə keçirilməsi ölkə ictimayyəti tərəfindən mühüm tədbir olaraq

qiymətləndirilmişdir. 

Buna görə də, mən Fəxrəddin Cavadovun hamımıza əziz olan xatirəsinin bu qədər yüksək tutulmasına görə bir daha

respublika rəhbərliyinə, möhtərəm və əziz Prezidentimiz cənab İlham Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin rəhbərliyinə, xüsusilə Şirkətin prezidenti Rövnəq Abdullayevə, ARDNŞ-nin bütün kollektivinə, ayrıca MNX-

nın rəhbərliyinə, bütün həkim və işçi heyətinə, həmçinin atamın bütün dostlarına və tanıdıqlarına öz dərin təşəkkürümü

bildirirəm.

Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş

bütün həkimlər üçün, xüsusilə yetişən gənc həkimlər nəsli üçün çox vacib bir örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq

öz həyatıını onun sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin xatirəsini hər zaman əziz tutur!




Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin