Mundericat2 Layout qxd



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Hikmət HÖCCƏTOV

Ən nəcib sənət 

nümayəndəsi

Mən Fəxrəddin bəyi şəxsən tanımasam da, onun haqqında çox eşitmişəm. Fəxrəd-

din bəyin gördüyü işlərdən və necə insan olmasindan xəbərdaram. Hippokrat təbabəti ən

nəcib sənət adlandırmışdır. Tibb elmində  xarüqələr  yaratmış  Fəxrəddin Cavadov  həm

böyük istedada,  həm də  həssas qəlbə malik insan idi. O elmi və təşkilati fəaliyyətində

insan faktorunu yüksək qiymətləndirmiş, insanların ağrı-acısına biganə qalmamışdır.

Fəxrəddin Cavadov işlədiyi bütün  vəzifələrdə  dövlətin ona göstərdiyi  etimadı doğrult-

muş,bütün həyati boyu xalqa xidmət etmişdir.

Hər kəsə bir ömür verilir. Hərə bir cür yaşayır bu ömrü. Faydalı, xeyirxah, insanın inkişafına təkan verən, fəaliyyətdə

keçən  ömür mənalı, məzmunlu olur. Cəsarətli, qeyrətli, sözübütöv, sədaqətli insanlar şərəfli ömür yaşayırlar. Fəxrəddin

Cavadov  məhz  mənalı  və şərəfli  ömür sahibi olmuşdur. O, insanlara yaxşılıq etməkdən sevinc duyur, həyatın mənasını

xeyirxahlıqda  ğörürdü. Fəxrəddin Cavadovun hissləri, yaşantıları ötəri deyildi. Bu  alicənab insan  hər bir işi, dostluğu da

ürəkdən  edir və yüksək qiymətləndirirdi.O  mənim yaddaşımda  həmişə  səmimi  bir insan kimi  qalacaq. Mən deyərdim

ki, Mərkəzi Neftçilər Xəstəxanası nəinki respublikamızda, hətta regional miqyasda da ən görkəmli bir mərkəzə çevrildi.

İstər hazırlanmış kadr potensialına görə, istərsə də ən müasir müayinə metodlarına görə bu xəs təxana demək olar ki, res-

publikamızın fəxridir.

Fəxrəddin müəllim həmişə bizimlə olacaq, həmişə xatirimizdə yaşayacaq, biz var olduqca da daim ürəklərimizdəki

yerində qalacaqdır.




iyul 2011 

№104


säh.77

www.mir-azerbaydjana.az



Təntənəli Yubiley Mərasimi və Beynəlxalq Forumun açılışı


www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.78



iyul 2011 

№104


säh.79

www.mir-azerbaydjana.az

Həqiqətən də, xalqın sevimlisinə çevrilmiş insanlar heç

vaxt unudulmur. Bu, o insanlardır ki, başqalarının həyatını öz

həyatından üstün tutur. Təki insanlar sağlam olsun, sağlam

yaşasın, həyatları davam etsin deyə, öz həyatlarında çox şeydən

imtina edirlər. Dincəlmək, istirahət etmək, yalnız özünü düşün-

mək, öz rihafı üçün çalışmaq kimi eqoist xüsusiyyətlər bu in-

sanlara yad olur. Bu insanlar sanki bəşəriyyətin xilası üçün

dünyaya gəlirlər. Daim kiminsə köməyinə tələsmək bu

mərhəmətli insanların həyatını o qədər məşğul edir ki, özlərinə

vaxt belə ayıra bilmirlər. Günlərin bir günü isə ömür qəfildən

bitir. Əslində, qəfildən bitmir. Sadəcə, bu insanlar daim

fəaliyyətdə, gərgin işdə olduqları üçün ömrün nə zaman başa

çatdığını hiss etmir, duymurlar. Bunu duyan, itkinin ağırlığını

daim hiss edənsə ətrafdakılar, yaxınları, doğmaları, onu tanıyan-

lar, hətta tanımadığı halda sevənlər, hörmət edənlər olur.

Belə tədbirlərdən biri də bu il aprelin 20-21-də Bakıda

Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respub-

likasının Əməkdar Həkimi, nadir səhiyyə təşkilatçısı, dövlət

xadimi və görkəmli alim, Mərkəzi Nefçilər Xəstəxanasının baş

həkimi işləmiş mərhum Fəxrəddin Cavadovun 60 illik yubiley-

inə həsr olunmuş mərasim və “Orqan transplantasiyası və beyin

ölümü” mövzusunda beynəlxalq forum oldu.




Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin