Mundericat2 Layout qxd


Gülmirzə Cavadov: “ Atamın xatirəsinə



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Gülmirzə Cavadov: “ Atamın xatirəsinə 

göstərilən xidmət yetişən yeni həkimlər nəsli 

üçün vacib örnəkdir”

Məlumat verilmişdir ki, Fəxrəddin Cavadov 1951-ci il

aprelin 20-də Bakıda anadan olmuşdur. 1968-1974-cü illərdə

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müal-

icə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975-

1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım

Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5 saylı Şəhər

poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978-

1986-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu-

nun urologiya kafedrasında baş laborant, assistent və eyni

zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin

M.Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda

namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-1990-cı il-

lərdə Azərbaycan KP MK-da işləmiş, 1990-1996-cı illərdə

səhiyyə nazirinin I müavini vəzifəsində çalışmış, 1993-cü ilin

iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə

nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə.Əliyev

adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu-

nun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru

vəzifələrində işləmişdir. 2000-ci ilin fevral ayında Azərbaycan

Respublikası Dövlət Neft Şirkəti Mərkəzi Neftçilər Xəstəx-

anasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan

Respublikasının Prezidentinin sərəncamı ilə o, 2004-cü ildə

"Tərəqqi" medalı ilə təltif edilib, 2006-cı ildə isə "Azərbaycan

Respublikasının Əməkdar Həkimi" fəxri adına layiq görülüb.

2009-cu il yanvarın 9-da 57 yaşında vəfat edib.

Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov atasının

xatirəsinə göstərilən böyük ehtirama görə bütün ailə üzvləri

adından ilk növbədə ölkə Prezidentinə və ARDNŞ rəhbərliyinə

minnnətdarlığını bildirib. O, bu Forumun təşkil olunmasında

əməyi keçən hər bir kəsə də səmimi təşəkkürlərini ünvanlayıb:

“Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz

xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş bütün

həkimlər, xüsusilə yetişən yeni həkimlər nəsli üçün vacib bir

örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq öz həyatıını onun

sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin

xatirəsini hər zaman əziz tutur”.




Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin