Mundericat2 Layout qxd



Yüklə 7,16 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix30.12.2021
ölçüsü7,16 Mb.
#20003
1   2   3   4   5   6   7   8   9   10   11
Alidə ATAKİŞİYEVA


iyul 2011 

№104


säh.81

www.mir-azerbaydjana.az



Yubiley Gecəsi


www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.82


Yekdil bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevdən

başlanan hüquqi, tibbi, iqtisadi-sosial, demokratik və dünyəvi

dövlət quruculuğu işləri bu gün bilavasitə möhtərəm İlham Əliyevin

rəhbərliyi ilə həyata keçirilir, ölkəmizin demokratik imicinin for-

malaşması da indi onun adı ilə bağlıdır. Əbəs yerə deyil ki, bu gün

hər bir sahədə, o cümlədən, səhiyyə sahəsində böyük uğurlar

müşahidə olunur.Ümumiyyətlə, tibb elmində nailiyyətlər əldə et-

məyin başlıca yolu insanda bu sahəyə könül vermək prinsipi

aşılayır.Sənətə bağlılıq ucalıq vəd edir.Bu gün səhiyyədə də bu

meyar əsas ölçü vahididir.

Azərbaycan tibb sisteminin - ümumilikdə, səhiyyənin

inkişafında böyük rol oynamış insanlar az deyil. Heç şübhəsiz,

Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmiş,

1986-ci ildən „səhiyyə koodinatoru“ kimi tanınan, uzun illər

səhiyyə nazirinin birinci müavini vəzifəsindı çalışmış, bir müddət

Səhiyyə Naziri səlahiyyətlərini icra etmiş, 2000-ci ildən isə Mərkəzi

Neftçilər Xəstəxanasının baş həkimi işləmiş, vaxtsız dünyasını dəy-

işmiş Fəxrəddin Gülmirzə oğlu Cavadov da məhz belə

şəxsiyyətlərdəndir.

Təəssüflər olsun ki, zamanın sərtliyi, taleyin qəfil anı Fəxrəddin

həkimi dünyadan vaxtsız apardı.Əslində, bu yazını nə vaxtsa onun

özü ilə səmimi söhbət əsasında yazmağı düşünürdük.Lakin əcəlin

işini bilmək olmur.Bir gün eşitdik ki, Fəxrəddin həkim köç edib,

ondan sadəcə, imisti xatirələr və Azərbaycan tibb elmi üçün böyük

elmi töhfələr qalıb.Qəlbən ağrısaq da, nə vaxtsa yazmaq istədiyimiz

bu məqaləni nəhayət, sona çatdırmaq fikrimizi qətiləşdirdik.Bu mü-

nasibətlə, Fəxrəddin həkimi tanıyan, ona həqiqi mənada hörmət

edən insanlarla görüşüb xatirələrini bizimlə bölüşməyi məsləhət

bildik.Məhz bununla əlaqədar Milli Onkologiya Mərkəzinin baş di-

rektoru Cəmil Əliyevin Fəxrəddin Cavadovla bağlı xatirələrini

təqdim edirik.

Cəmil Əliyevin Azərbaycan tibb-səhiyyə  sahəsi  və  Fəxrəddin

həkimlə bağlı söylədiyi fikirlərdən bəzilərini oxucularımıza da

təqdim etməyi vacib bilirik:

Azərbaycan səhiyyəsindəki uğurlar yerlərdəki tibb ocaqlarında

da özünü qabarıq göstərir.Bu uğuru biz hər zaman Mərkəzi Neftçilər

Xəstəxanasında aydın görə bilmişik. Uzun illər respublika

səhiyyəsində ən yüksək vəzifələr tutmuş və böyük təşkilatçılıq qa-

biliyyətinə malik olan bu xəstəxananın 9 il ərzində baş həkimi

işləmiş Fəxrəddin Cavadovun Azərbaycan tibb sisteminə və

səhiyyəmizin inkişafına verdiyi töhfələr bu gün də böyük fəxarət

hissi doğurur.      

Onun ürəyi həmişə Allahı zikr edib, günü xeyir-dua ilə açılıb,

xeyir-dua ilə qurtarıb.Əlləri hər zaman Tanrının ətəyində olub...

Əbəs yerə deyil ki, Fəxrəddin həkim xeyirxah insan olmağı hər şey-

dən üstün tutub.Çünki xeyirxah adamlar Allahın vəd etdiyi müqəd-

dəs həyatın ən kamil daşıyıcılarıdır.Bu mənada, Fəxrəddin həkimin

xeyirxahlığı həkimliyinin və insani xüsusiyyətlərinin ona müraciət

edənlərə eyni paylanmasına kömək edib.Düşünürəm ki, kiminsə

ondan narazı qalması mümkünsüzdür.

Bütün yüksək və nəcib insani keyfiyyətləri özündə birləşdirmiş

Fəxrəddin həkimin də xeyirxahlıq təcəssümü məhz kamillik

məqsədinə dəlalət edirdi.Belə olmasaydı, öz insani və xeyirxah

amalları ilə ictimaiyyətdə dərin hörmət və nüfuz qazanmazdı. O,

həmişə bu missiyanı doğrultmağa çalışıb. İnsanlara xidmət onun

həm bir həkim, həm də bir vətəndaş borcu olub. Rəhmətlik tez-tez

belə bir ifadə işlədərdi ki, “əgər Allah mənə bu ali hissi bəxş edibsə,

mənim yorulmağa haqqım yoxdur.”

Həkimin işi-peşəsi xəstəni sağaltmaq, xəstənin işi xəstəliklərdən

sağalacağına özündə inam yaratmaq və iradə nümayiş et-

dirməkdir.Bu iki meyar vəhdət təşkil edəndə, cəmiyyətdə insan həy-

atı tam təhlükəsiz olur.Bu isə əsl həyati inkişaf prosesidir.Səmimi

etiraf edim ki, ən vacib işi xəstələrin keşiyində durmaq olan Fəxrəd-

din həkimin cəmiyyətlə əlaqəsi ümiddən asılılığın məfkurəvi is-

tiqamətindən keçid edib.Fəxrəddin həkim, hər halda, ümidsiz

insanlara ümid verib, sağalacağına böyük inam yaradıb.

Bu gün xəstəliklərin müalicəsini aparmaq üçün mexaniki inyek-

torlar əsas tibbi-kateqorik amil kimi diqqətə çəkilir.Bu da xəstələrin

tezliklə sağalması və digər xəstəliklərdən uzaq olması şansını birə-

beş artırır. Adını çəkdiyimiz xəstəxananın baş həkimi olmuş Fəxrəd-

din Cavadovun əllərinin şəfası, güclü energetikası  da bu şansın

aparıcı xəttidir.

Fəxrəddin həkimi geniş ictimaiyyətə tanıtmağa o qədər də

ehtiyac yoxdur.Çünki onu bacarıqlı, işgüzar, istedadlı bir həkim

kimi artıq Azərbaycanda yaxşı tanıyırlar. O, Azərbaycandan kə-

narda da tanınır. “Qızıl ürək” sahibinin qızıl əllərinin şəfası neçə-

neçə adama həyat verib yaşadıb. O, öz ömrünü isə insanlar üçün

şam kimi əridib.  Fəxrəddin həkimin yaşam xarakteristikasından,

bu prosesin məğzindən bir qənaət hasil edirik ki, müəyyən tarixi

şəraitdə cəmiyyətlərin həyatında baş verən dəyişikliklərlə əlaqədar

olaraq insanın ictimai mühitə təsiri real gerçəklikdə misilsiz

dərəcədə fəallaşır.

Fəxrəddin həkimin bütün fəaliyyəti boyu son dərəcə sadəlik,

təmkinlilik, təvazökarlıq nümayiş etdirib, onun tibbi uğurları,

müasir tibdə əldə etdiyi nailiyyətlər onun həkim sənətinə könül ver-

mək prinsipi aşılayır.

Ümumiyyətlə, həkimin xəstəyə qarşı münasibəti, davranışı və

diqqəti səhiyyədə - tibdə ən birinci şərtdir.Bu şərtə Fəxrəddin

həkimin rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasında ötən

illər ərzində yüz faiz əməl olunub.Bu gün də onun qoyduğu

ənənələr lazımınca həyata keçirilir.

Fəxrəddin Cavadovun xatirəsi onu sevənlərin qəlbində həmişə

yaşayacaq.Zaman-zaman yetişən nəsillər onun həkim-vətəndaş

məhəbbətində həyati zərurətlərə keçid edəcək, orada insani müna-

sibətlərə zəmin yaradacaqlar.

Mən hər kəsə belə şərəfli yaşam, belə siqlətli ucalıq arzulayıram.

Fəxrəddin həkim haqqında cild-cild kitablar yazmaq olar. Belə

böyük bir şəxsiyyətin ömür tarixçəsi bir jurnal yazısına təbii ki,  sığ-

maz.

Allah Fəxrəddin həkimə rəhmət eləsin.



Cəmil ƏLİYEV

akademik, Prezident Adminstrasiyasının Tibb İdarəsinin rəisi

Milli Onkologiya Mərkəzinin direktoru

XALQÛ Ö×ÖN ÞMRÖNÖ



ØAM KÈMÈ ßRÈDßN ÈNSAN

Fÿxrÿddin hÿkim - saülamlûüûn qarantû

Document Outline

  • 1-4-2rezerv.pdf
    • Page 1
    • Page 2

Yüklə 7,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin