M Ü Z A K İ R Ə L Ə R
İLHAMİ CƏFƏRSOY
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN
XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
X ü l a s ə . Məqalədə belə bir problem müzakirəyə çıxarılır ki, Cənubi Qafqaz və Şərqi
Anadolunun qədim məbədlərinin xeyli hissəsi xristian-türk nəsilləri tərəfindən inşa edilmişdir.
Həmin məbədlər David Qaraca mağara-monastırları, Tibet kilsəsi, Bata monastırı, Dizaq monastı-
rı, Ani kilsəsi, Qoqel monastırı, İncələr kilsəsi və başqalarıdır.
David Qaraca kompleksinə daxil olan Mroval-mta mağara-monastırında divarlarda 6 dildə
dualar var. Həmin dualardan biri uyğur əlifbası ilə türk dilində yazılmışdır. Duanın mətni belədir:
«Ari tanqri, ari acalses, ari yuca, İisa ki xaça çəktənk, rahmat qalgil biza».
Açar sözlər: məbəd, kilsə, sami dilləri, yafəs dilləri, panteon, salnamə, etnonim
Erməni və gürcü tarixçiləri keçən əsrin 20-ci
illərindən Azərbaycanın şimal torpaqlarına iddi-
alar qaldırmışlar. Həmin iddialar gah elmi, gah
siyasi müstəvidə hələ də davam etməkdədir. Gür-
cüstan Respublikasının keçmiş baş naziri Bdzina
İvanişvili ölkəmizə səfəri ərəfəsində bildirdi ki,
Keşikçi dağ kilsə və monastırları Azərbaycan tə-
rəfi ilə yenidən müzakirə ediləcəkdir.
Gürcüstan Təhsil Nazirliyinin nəşr etdiyi
dərsliklərdə David Qaraca, Satberdi, Tibet, Ucar-
ma, Ana, Alaverdi və b. monastırlar gürcülərin ta-
rixi-memarlıq abidələri kimi təqdim olunur. Bu,
akademik səviyyədə Azərbaycanın tarixi coğrafi-
yasına və maddi-mədəniyyət abidələrinə yiyələn-
mək cəhdidir.
XIX əsr tarixçilərinin əsərlərindən və
V–XII əsr gürcü salnamələrindən görürük ki,
nəinki Kaxeti, ümumiyyətlə, bütün Şərqi Gür-
cüstan Azərbaycan türklərinin tarixi torpağı
olmuşdur.
İndiki gürcülərin əcdadları olan baqrati-
onlar İberiyaya albanlardan və iberlərdən son-
ra gəlmiş, əsrlərlə davam edən çarpışmalardan
sonra yerli əhalinin çoxunu gürcüləşdirmişlər
[1. S.10; 2. S.17–26; 3. S.199–260].
VI əsrdə David Qaraca monastırı tikilən-
də indiki gürcülər Türkiyə ərazisində – Çorox
çayı vadisində yaşayırdılar. Qaraca ləqəbli Da-
vid gürcülərin əcdadı baqrationların soydaşı de-
yildir. On üç yoldaşı ilə İberiyaya xristianlığı
6 «Türkologiya», № 2
İLHAMİ CƏFƏRSOY
82
yaymağa gələn suriyalı keşişdir [2. S.17, 20–21;
4. S.23–24].
David Suriyadan Albaniyaya gələnə qə-
dər Qarayazı çölü Qaraca adlanırdı. David Qa-
raca adını özünə ləqəb götürdü. Sonralar hə-
min mahalın adı Sa + qareco, monastırın adı
Qareci formasına salındı [4. S.85]. Qaraca ke-
şişin ləqəbi və ya təxəllüsü, -sa sami mənşəli
dillərdə nəsil, yurd anlamı yaradan şəkilçidir
[5. S.86; 6. S.64].
Nəzərə almaq lazımdır ki, bütün gürcü mən-
bələrində Qaraca çölü Saqareco kimi yazıya alın-
mamışdır. Kartli çarı VI Vaxtanq (1675–1737) bir
şeirində Qaraca çölünü Saqareco yox, Qarece
adlandırır [4. S.13]. Bundan əlavə, A.Saqareli
Davidin ləqəbinin bəzi mənbələrdə Qareceli
kimi yazıldığını bildirir [7. S.104]. Gürcü so-
yadlarındakı -li şəkilçisi türk dillərindən
keçmədir.
L.M.Meliksetbekov 1940-cı ildə çap etdir-
diyi erməni və gürcü epiqrafiyasına aid kitabında
mağara-monastırı David Qareçi yox, Qareca ad-
landırır. Müəllif bildirir ki, Qareca kompleksinə
daxil olan Mroval-mta mağara-monastırının diva-
rında uyğur əlifbası ilə yazılan türkcə mətnlər ol-
muşdur [3. S.18; 8. S.153–159].
İndi həmin yazılar yoxdur. Belə hesab
edirik ki, gürcü millətçiləri 1937-ci ildə Tiflis-
də Şah Abbas məscidini sökməklə kifayətlən-
məmiş, Kaxetinin qədim Ucarma, Tokuz Çox-
ra Kapi, Qaraca məbədlərinin türk dilində ya-
zılan xristian epitafiyalarını məhv etmişlər.
K.S.Kekelidzenin fikrincə, 13 atadan bir
neçəsi, o cümlədən David suriyalı deyil. Suri-
yada təhsil alıb, vətənə qayıdan müqəddəslər-
dən biridir [4. S.23–24]. Bu fikir e.ö. I minilli-
yə aid mixiyazılı mənbələrlə təsdiq olunur.
Urartu kitabələrində Göyçə gölünün şər-
qində yaşayan 19 qəbilədən biri və həmin qə-
bilənin yol tanrısı Xara, yəni qara adlandırılır
[9. S.280]. Buna uyğun olaraq bəzi türk etnos-
ları yer tanrısını Yer və Kara Yir adlandırmış-
lar. Altay şamanizmində Kara yeraltı bədxah
ruhlara deyilir [10. S.1–8].
X–XII əsrlərdə Qaraca mahalında yazılı
ədəbiyyat və kitabxana yaradılmışdı [11. S.20].
suriyalı missionerlər Albaniya və İberiyada
xristianlıqdan qabaq yaradılan yazılı ədəbiy-
yatı, tarixi memarlıq abidələrini məhv etdilər
[12. S.91–93].
Həmin abidələr – məbədlər, pirlər, ocaq-
lar İberiyanın gürcülərəqədərki etnoslarının
müqəddəs səcdəgah yerləri idi. Xristianlığın
təbliği ilə onlar sökülmüş, yerində kilsələr
tikilmişdir.
Yadelli apostolların fitvası ilə Albaniya
və İberiyada qədim tarixi memarlıq abidələri
dağıdıldı. Gürcü tarixçiləri özləri təsdiq edirlər
ki, ilk xristian kilsələri ay, ulduz, əcdad
məbədlərinin xarabaları üzərində tikilmişdir.
Albaniya və İberiya arasındakı Ay məbədini Su-
riyadan gələn keşişlər sökdürüb, yerində mü-
qəddəs Qriqori kilsəsi tikdirmişlər [12. S.92–93].
Xristian missionerlər qədim məbədləri
sökdürməklə kifayətlənmir, Cənubi Qafqazda
bütün etnik mədəniyyəti məhv edirdilər. Sal-
namələri yandırır, bütləri sındırır, müqəddəs
ağacları – pirləri kəsdirirdilər.
N.A.Berdzenişvili və V.D.Dondua yazır-
lar: «Xristianlıqdan qabaq İberiyada yunan və
suriya əlifbaları ilə ilk ədəbi nümunələr yaradıl-
mışdı. Xristian missionerlər onları yandırdılar»
[13. S.247]. İndiki dərslik müəlliflərindən fərqli
olaraq XIX əsr gürcü tarixçiləri təsdiq edirlər ki,
həmin ədəbi və tarixi-memarlıq abidələrinin bir
qismini albanlar yaratmışlar.
Arxeoloq və tarixçi P.İoseliani 1866-cı ildə
nəşr etdirdiyi «Çolak knyaz nəslinin tarixi» kita-
bında yazır: «Albaniyanın seçmə nəsilləri cənub-
dan gələn işğalçılara tabe olmamış, Kaxetiyə kö-
çərək xristianlığı qəbul etmiş, Gürcüstan tarixinə
görkəmli sərkərdələr, dövlət xadimləri vermişlər»
[14. S.9–16].
Əslində isə P.İoselianinin gəlmə adlan-
dırdığı nəsillərin çoxu Şərqi Gürcüstanın qə-
dim sakinləri idi. Onlar Gürcüstan ərazisində
indiki gürcülərin əcdadlarından qabaq yaşa-
yırdılar.
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
83
Əfqan mənşəli armenist Kerop Patka-
nov hələ XIX əsrin sonlarında yazırdı ki, baq-
rationlar İberiyaya hamıdan sonra gəlmişlər
[3. S.201–202]. Baqrationlar ilk dəfə iberlərin
qonşuluğunda 575-ci ildə göründülər [15. S.230;
16. S.200; 17. S.188–189].
Baqrationlar hələ İudeyada ikən İberiyada
Turan mənşəli iberlər, türenlər, buntürklər, abas,
xəzər və erlər yaşayırdılar [3. S.201; 18. S.159;
19. S.225 və s.]. K.Patkanov «Albaniya tarixi»nə
istinadən yazır ki, iber və türenlər Yafəs övladla-
rıdır. Onlar Gürcüstanın ən qədim xalqlarıdır
[3. S.200–201].
R.İ.Şor 1931-ci ildə SSRİ Elmlər Akade-
miyasının «Məruzələri»ndə çap etdirdiyi «K
voprosu o jafetičesko-tureckom jazykovom
smešenii» məqaləsində yazır ki, iberlər Ön
Asiyanın qədim xalqlarından biridir. Onlar ari
və ya sami mənşəli deyillər [19. S.225, 230].
Həmin fikri XIX əsrdə yaşamış armenistlər bir
qədər başqa şəkildə söyləmişdilər. Onlara istina-
dən İ.İ.Şopen yazır: «Türenlər iberlərin övladları-
dır. Onlar tamamilə başqa mənşəli xalq olub,
kartvel tayfalarına qohum deyildir» [16. S.200].
Türenlər eyni zamanda Albaniyada yaşa-
yırdılar. Onların bu coğrafiyada tarixi varlığını
Türyan çay etnohidronimi təsdiq edir. Fikri-
mizcə, türen turan etnoniminin bir variantıdır.
İberləri və türenləri orta əsr səyyahları
indiki gürcülərin əcdadlarına yad etnoslar kimi
təqdim edirlər. Onların dili və dini inancları
gürcülərdən fərqlənirdi.
Əmir Teymurun səfiri kimi Avropaya
göndərilən Sultaniyyə arxiyepiskopu İohann
de Kalonifontibus yolüstü iberlərin qonağı ol-
muşdu. O yazır ki, iberlərin öz dili var. Dinləri
yunanların dininə bənzəyir. Onlar daim gürcü-
lərlə vuruşurlar [20. S.22].
İ.İ.Meşşaninov da gürcülərlə iberlərin
yad mənşəli etnoslar olduğunu bildirir. O, ya-
zır ki, qədim iberlərin dili yafəs dillərindən
biridir. Yafəs dilləri həm türk, həm sami dillə-
rinə bənzəyir [21. S.27].
R.İ.Şor məsələyə daha dərindən yanaşaraq
bildirir ki, türk və iber dillərinin oxşarlığı zahiri
oxşarlıq deyil. Başqa yafəs dilləri kimi, iberlərin
dili türk dilləri ilə ari və sami mənşəli dillərin qa-
rışması nəticəsində yaranmışdır [19. S.227].
Bütün bunlar belə bir gerçəkliyi təsdiq
edir ki, İberiya Azərbaycan və Anadolu türklə-
rinin qədim yurdudur. O ölkənin xristianlıqdan
öncəki məbədlərini və xristian abidələrini sa-
milərlə yanaşı biz yaratmışıq. N.Y.Marr, R.İ.Şor
və b. yazdıqlarına görə, İberiyada iberlərin haki-
miyyəti 570-ci ildə sonra yetir. Bundan sonra
onları kartvel, laz və can tayfaları əvəz edirlər
[17. S.188; 21. S.230; 22. S.4–76].
İberiyanın qədim türk etnoslarından biri də
xəzərlərdir. Leonti Mroveli yazır ki, Makedoni-
yalı İsgəndərin zamanında Kartlidə əski Xəzər
(Xazarauli) dilində danışırdılar [23. S.27]. Baqra-
tionlara qədər əski və yeni Xəzər dilləri İberiyada
6 tayfa dilindən biri idi [16. S.230].
Kerop Patkanov salnaməçi Arçilə (VIII əsr)
istinadən yazır ki, xəzərlər İberiyaya e.ö. II əsr-
də gəlmişdir [3. S.213]. Ancaq bəzi gürcü və
erməni tarixçiləri belə hesab edirlər ki, bu,
mümkün deyil. Çünki xəzərlər Şimali Qafqaz
çöllərində VI əsrdə görünmüşlər. Əslində isə
Xəzər xaqanlığını yaradan xəzərlər kam nəs-
lindən olan qədim Ön Asiya kazarlarının bir
qoludur. Bunu başa düşən Y.B.Levin hələ
1866-cı ildə yazırdı: «İndiyədək heç kəsin
ağlına gəlməyib ki, xəzərlər uzaq Afrikadan
kamların ölkəsindən çıxıblar» [24. S.25]. Mə-
lumdur ki, kam nəsilləri Aralıq dənizinin şərq
sahillərində arilərdən və samilərdən qabaq ya-
şayırdılar.
Moisey Misirdən Kənan torpağına gələndə
Xett dövlətinin paytaxtı Kadeş şəhərinin yaxınlı-
ğında Xazerot adlı şəhər vardı [25. S.166]. Bu
fakt onu göstərir ki, xəzərlər Ön Asiyanın qədim
etnoslarından biridirlər.
İ.İ.Şopen köhnə nəsil erməni və gürcü ta-
rixçilərinə istinadən yazır ki, İberiyadakı Xazaria
və Qazaria ayrı-ayrı mahallardır [16. S.210].
6 *
İLHAMİ CƏFƏRSOY
84
Fikrimizcə, Qazaria əski, Xazaria yeni xəzər-
lərin İberiyadakı yurd yeridir.
Orta əsr yəhudi tarixçilərinin əsərlərində
xəzərlərin adı Kozar formasında göstərilmişdir.
Kozar tayfasının bir başçısı İberiya çarı Asparu-
xun (262–265) zamanında Somxetidə (ermənilər
üzərində) hökmran olmuşdur. Onlar kəsralarla,
yəni sasanilərlə vuruşurdular [16. S.262].
İbn əl-Əsir (XIII əsr) «Əl-kamil-fit-ta-
rix» əsərində yazır ki, gürcülərə gürcü deyildi-
yi kimi, xəzər də deyilir [26. S.149]. Bu məlu-
mat onu göstərir ki, xəzərlər baqrationların ən
güclü dövründə belə Gürcüstanın aparıcı et-
noslarından biri olmuşdur. Ona görə də Gür-
cüstandakı bütün xristian kilsələrini gürcü ta-
rixi mədəniyyət abidələri kimi qələmə vermək
əsassızdır. Məsələn, Anci kilsəsi incə, Tibet
monastırı tibet tayfasının səcdəgah yeridir.
Xəzərlərdən başqa digər türk etnosları da İbe-
riyada hökmranlıq etmişlər. Öncə qeyd etdiyi-
miz kimi, iberlərin bir çarı Asparux (262–265)
soyadı daşıyırdı [16. S.261]. Məlumdur ki,
Dunay Bulqar dövlətinin banisi Asparux xan
olmuşdur.
N.A.Baskakov Asparux adını ‘qurd’
mənasında izah edir. Fikrimizcə, Asparux xa-
nın adı qurdun yox, qurddan böyük yırtıcı bir
heyvanın, çox ehtimal ki, barsın bir növünün
adından törəmişdir. Mahmud Kaşğarinin lüğə-
tində ar börü, as börü qurddan böyük yırtıcı
heyvanların adlarıdır [27. S.201].
Osmanlı ordusu qərargahının 1721-ci il-
də tərtib etdiyi «Dəftəri-müfəssəli-Tiflis»də
göstərilir ki, Tiflis şəhərinin yaxınlığında so-
ğanlı camaatı yaşayır. Onlar Borçalı elinin bir
qoludur. B.Ə.Budaqovun və Q.Ə.Qeybullayevin
fikrincə, soğanlı nəsli Cənubi Qafqaza monqolların
tərkibində gəlmişdir [28. S.144, 162, 281].
Yəhudi tarixçisi İosif Flavinin (I əsr)
yazdığına görə, İudeyada Soqana adlı şəhər ol-
muşdur. Nəzərə alsaq ki, İudeya bir ölkə və
dövlət kimi e.ö. II minilliyin sonlarından yara-
nıb, onda soğanlı elinin İberiyaya gəlişini
monqol dövrü ilə məhdudlaşdırmaq yanlışdır.
İberiyanın ilk xristian kilsələrindən biri Senax
və ya Sana olmuşdur. Ernst Renan yazır: «Xett
mənşəli köçəri sana tayfası yevreylər üzərində
güclü nüfuza malik idi. Onlar h`iksoslardır. Samiləri
özlərinə tabe edib, e.ə. III minilliyin XXIII əsrində
Nil vadisini tutmuşdular» [29. S.102–103]. Müəllif
onu da bildirir ki, sana h`iksosları həm də beni-İosif
və ya İosephel adlanırdı [29. S.103]. Beni-İosif
Qurandakı Yusif peyğəmbərin övladlarıdır. Sonra-
lar yunanların Finikiya adlandırdığı Sana ölkəsi qə-
dim dünyanın mədəniyyət və ticarət mərkəzinə çev-
rilmişdir. Qədim Finikiya və ya sami yazısı çoxtay-
falı Sana ölkəsində yaranmışdır [29. S.101].
Sana etnoniminin arxaik forması sanax
olmuşdur. Samidilli yazılarda çox zaman türk
etnik adlarının son samiti yazılmır. Sana etno-
nimi iber dilinə öz ilkin formasında – sanax
şəklində gəlmişdir.
Sanax tayfası İberiyaya köçüb, Senax ta-
rixi mahalını yaratmış və xristianlığı qəbul
edəndən sonra ilk səcdəgahları olan Sanax mə-
bədinin bünövrəsi üzərində Senax monastırını
tikmişdir [17. S.200; 30. S.89]. K.S.Kekelidze
belə hesab edir ki, Senax mahalı VI əsrdə indiki
Kutaisi yaxınlığında olmuşdur [31. S.29, 304].
Həmin ərazidə Senak yaşayış məskəni XX əs-
rin əvvələrinə qədər qalırdı [32. S.301].
Orta əsr gürcü salnamələrində verilən
məlumatlara görə, Senexia baqrationların xris-
tianlıqdan öncəsi tanrılarından biri olmuşdur
[16. S.70]. Bu da onu göstərir ki, sambat və
baqrat nəsillərinin heç də hamısı sami mənşəli
olmamış, türklərlə samilərin qatışığından ya-
ranmışdır.
İberiyanın ortaq tarixi-memarlıq abidələ-
rində yəhudi dini atributlarına çox təsadüf edi-
rik. Dulusxan kəndindəki qədim kilsədə 6 gu-
şəli ulduz və yəhudi müqəddəslərinin təsviri
vardır. Bu da onu göstərir ki, İudeyadan Cənu-
bi Qafqaza gələn etnosların bir qismi türkdilli,
ancaq yəhudi dinli olmuşdur. Ona görə də biz
akademik səviyyədə yalnız Gürcüstanın xris-
tian abidələrinə yox, yəhudi məbədlərinə də
varislik iddialarımızı qaldırmalıyıq. Xüsusilə
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
85
nəzərə almalıyıq ki, yevreylər, yəni iverlər İu-
da nəslindən deyillər.
Kutaisi yaxınlığında yaşayan Sanak əha-
lisi xristianlıqdan sonra tədricən gürcüləşmiş,
Borçalı mahalında yurd salanlar isə islam dini-
nə iman gətirərək öz türk əslini qoruyub saxla-
mışdır. 1721-ci il siyahıyaalınmasına görə,
Tiflis şəhəri yaxınlığında Sənəkli türk kəndi
olmuşdur [28. S.16]. Azərbaycan dilinin Bor-
çalı ləhcəsində sənək 2 yaşar təkəyə deyilir.
Sənək etnik adı təkəyə sitayişlə bağlıdır.
Kaxetidə albanların qədim məbədlərindən
bir neçəsi Tokuz çoxra kapi adlanırdı. Sonra hə-
min məbədlərin yerində Tanrı anası kilsələri ti-
kildi. Yerli əhali bütpərəst məbədləri də, üzərində
tikilən kilsələri də Çoxra kapi adlandırırdı.
P.İoseliani yazır ki, tokuz çoxra kapi
alban və ya tatar sözü olub, ‘Doqquz bulaq’
deməkdir [14. S.9]. Çoxra və kapi türk sözlə-
ridir. Azov dənizi boyunda yaşayan urum türk-
lərinin bayatılarında çoxrax sözü ‘bulaq’ mə-
nasında işlənir:
Bardım çoxrax başına,
Yazı yazım taşına.
Sevda nedir bilmedim,
O da qeldi başıma [33. S.26].
Krımda və Dnestr çayı boyunda yaşayan
bir çox türk etnosları su quyularına çoxrax
deyirdilər. P.İoselianiyə görə, kapi də türk sö-
züdür [14. S.9]. Ancaq o, Azərbaycan türkcə-
sindəki qapı sözü ilə bağlı deyil.
XVII yüzildə yaşamış türk əsilli gürcü
alimi Sulxan Saba Orbeliani «Kartuli leksi-
koni» əsərində yazır ki, kapi tatar sözüdür. O,
gürcü dilinə keçib ‘köpük’ mənasında işlənir
[34. S.5]. Deməli, Kaxeti türkləri bütün su
mənbələrinə yox, qaynayıb, köpüklənib yerdən
çıxan bulaqlara kapi demişlər.
İbn Xordadbehin (IX əsr) yazdığına gö-
rə, Albaniyanın bir vilayəti Kərəm şah olmuş-
dur [35. S.5]. Kərəm eyni zamanda həmin şah-
lığın (əslində vilayətin) əsas qalası idi.
Səfəvi tarixçilərinin verdikləri bilgilər
Kərəm şəhərinin və mahalının yerini dəqiqləş-
dirməyə imkan verir. Həsən bəy Rumlu yazır
ki, Şəki hakimi gürcülərin basqınlarının qarşısını
almaq üçün Şah İsmayıldan yardım istədi. Ona
kömək üçün Div Sultan Rumlunun başçılığı altın-
da qoşun göndərildi. Div sultan 1521-ci ildə Ala-
zan və İori çaylarını keçərək Kaxetiyə girdi. Gür-
cülərin tutduğu Zaqem və Qerem qalalarına hü-
cum etdi [36. S.113]. Deməli, Kərəm qalası Zə-
yəm qalasının yaxınlığında, Kərəm mahalı Xram
çayı boyunda – Sınıq körpünün o üzündə yerləş-
mişdir.
Gürcü tarixçiləri Kərəm şəhərinin adını
Qrami, Kərəm çayının adını Xrami şəklinə sal-
dılar [37. S.327]. Halbuki XIX əsrin bir çox
rus tarixçiləri həmin toponimik vahidləri Ka-
ram kimi yazıya almışlar [16. S.2017].
Yüzilliklər boyu Gürcüstanda bir çox etnik
azlıqlar, o cümlədən Kərəm mahalının əhalisi
gürcüləşdirildi. İndi Xram çayı boyunda Kərəm
şəhərinin yalnız xarabalıqları qalmışdır.
Biz Gürcüstanın razılığını alıb, Kərəm,
Ucarma, Bazar şəhərlərinin xarabalıqlarında
arxeoloji qazıntılar aparsaq, Albaniya və İbe-
riya tarixinin bir çox qaranlıq məqamlarına ay-
dınlıq gətirə bilərik.
Kərəm Albaniya ilə İberiya arasında in-
diki gürcülərdən qabaq yurd salan qədim bir
etnosun adıdır. Onlar XIX əsrin sonlarına qə-
dər qismən öz dilini, etnik mənsubiyyətini
qoruyub saxlaya bilmişdilər. Orta əsr salnamə-
çiləri yazırlar ki, Kərəm və gürcü xalqları bir-
birindən fərqlənirlər [16. S.217].
Kərəm və Əsli yalnız nakam bir sevgi
dastanının surətləri deyildir. Tarixi şəxsiyyət-
lər olan I və II Kərəm çar Davidin və oğlu Sü-
leyman peyğəmbərin (e.ö. XI–X əsrlər) zamanın-
da yaşamışdır [38. S.54; 39. S.497]. Tir çarı Kə-
rəmin babasının ləqəbi İtobel idi [40. S.91, 95].
İtobel Babil hökmdarı Belin, Qurandakı Nim-
rudun iti deməkdir.
Çuvaşlar xristianlığı qəbul edənə qədər ila-
hə Əsliyə və Kərəmə sitayiş edirdilər. Maksim
İLHAMİ CƏFƏRSOY
86
Arzamasov (XIX əsr) yazır ki, çuvaşlar Seren
(sevgi) ayininin icrası zamanı ətrafı Kərəm adla-
nan bulaq başında paklıq və bakirəlik ilahəsi Asli
İraya ağ qaz qurban kəsərdilər [41. S.21–22].
İlk xristian salnamələrinin təhlili göstərir
ki, Kərəm kultu Aran nəsilləri arasında daha
geniş yayılmışdır. İ.İ.Şopen yazır ki, Xiram və
İzebel Aran nəsillərinin dini təsəvvüründə ox-
şar obrazlar olmuşdur [16. S.103].
İberiyanın xristian kilsələrindən biri
Upali adlanırdı. Upali məbədi və şəhəri Tifli-
sin şimal qərbində – Kür çayının sol sahilində
salınmışdı [37. S.2]. Orta əsr gürcü salnamə-
çiləri Upali şəhərinin adını Uplis sixe eləyib-
lər. K.Patkanova görə, Upali xalis iber sözü-
dür. Yunan təhsilli salnaməçilər – os şəkil-
çisini artıraraq onu Uplos formasına salıblar
[3. S.244].
N.Y.Marr da Uplis sixe şəhərinin adının
ilk variantının Upali olduğunu təsdiq edir. Bil-
dirir ki, Upali adı İberiyaya Suzianadan gəl-
mişdir [22. S.44]. O da maraqlıdır ki, türk dillə-
rində olduğu kimi, Suziana yazılarında ‘vətən’,
‘yurd’ anlamında oba sözü işlənir [22. S.44]. Bu
uyğunluqları ilk olaraq alman alimi F.H.Vays-
bax görmüş və hələ 1890-cı ildə yazmışdı ki,
Suziana yazılarının dili türk dillərinə qohum-
dur [42. S.3–241].
K.Patkanovun fikrincə, Uplis sixe iber sözü
olub, ‘mağara-şəhər’ deməkdir [3. S.244]. Bu söz
eyni mənada türk dillərinin tarixi leksikasında
mövcud olmuşdur. Bəzi türk xalqları insanla-
rın bu dünyadakı, bəziləri o dünyadakı yaşayış
məskənlərinə upa, oba deyirdilər.
V.V.Radlov XX əsrin əvvəllərində gör-
müşdü ki, qırğızlar dağ aşırımlarında və göl
sahilində Uba adlandırdıqları daş topaları yı-
ğır, orada dağın və suyun yiyəsinə qurban kə-
sirlər [43. S.619]. Çokan Valixanov yazır ki,
qırğız-qaysaxlar bütün qəbirüstü kurqanları
oba adlandırırlar [44. S.209].
Orta əsr mənbələrində göstərilir ki, İrə-
van bəylərbəyiliyində Ovaik adlı qəbilə yaşa-
yır [15. S.298]. Bundan əlavə, başqurdların bir
neçə nəsli özünü oba, ova, upa, ufa adlandırır-
dı [43. S.117; 45. S.56]. Bu da onu göstərir ki,
Obaya – dağların və suların yiyəsinə tapınan
əcdadlarımız yalnız Albaniya və İberiyada yox,
Volqaboyunda və Sibirdə də yaşamışlar.
İberiyada türklərin Kizik adlı kilsəsi var-
dı. Kiziklər S.T.Yeremyana görə, III–V əsrlər-
də Kaxetinin qonşuluğunda yaşayırdılar. Kizik
məbədində müqəddəs Ninaya qədər ‘Tanrıların
anası’ ayini keçirilərdi. Xristianlığın yayılması
ilə həmin məbəd söküldü və bünövrəsi üzərin-
də kilsə tikildi. Kizik türkləri əsrlərlə öz etnik
cizgilərini qoruyub saxladılar və asanlıqla gür-
cüləşmədilər. Orta əsrlərdə onların ayrıca arxi-
yepiskopluğu və gürcülərin inancından fərqlə-
nən dini təriqəti vardı [14. S.62].
Musa Xorenlinin təfsirçiləri kizikləri bir
etnos kimi gürcülərdən fərqləndirirlər. Onların
dili arxaik türk leksikası ilə zəngin idi. Kiziklər
XX əsrin əvvəllərinə qədər bizim H`Al anası və
Albastı adlandırdığımız mifik qadına Al deyir-
dilər [46. S.92].
Kizik türkləri yalnız Kaxetidə yox, Albani-
yada da yurd salmışdılar. Adam Oleari (XVII əsr)
Qafqaza səyahəti zamanı onların Şabran yaxınlı-
ğında bir kəndini görmüşdü [47. S.485].
Kiziklər Qafqaza gəlməzdən öncə e.ö. I min-
illiyin əvvəlində Qərbi Anadoluda yaşayırdılar
[48. S.364; 49. S.113]. Bu barədə antik və son
ellin tarixçilərinin əsərində məlumatlar var.
Kizik çölündə baş verən döyüşdə Roma
sərkərdəsi Lukull Mitridatın ordusuna qalib
gəlmişdi [50. S.117].
Musa Xorenli yazır ki, Kizik Asiyada bir
vilayətdir. Həmin vilayətin mərkəzi şəhəri e.ə.
VIII əsrdə salınmışdır [50. S.5]. Rəşidəddin Fəz-
lullah yazır ki, Kızık oğuzların 22 boyundan
biridir. Onun qələmə aldığı şəcərəyə görə, Kızık
Yulduz xanın oğludur. Etnonimin mənası ‘qüv-
vətli’, ‘döyüşü sevən’ deməkdir [51. S.65].
Kizik türk dillərindəki kızmaq-coşmaq feilin-
dən törəmişdir.
İberiyanın qədim məbədlərindən biri
Alaverdi idi. Həmin məbədin yerində eyniadlı
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
87
kilsə tikilmişdir. P.İoseliani yazır: «VII əsrdə
tikilən Alaverdi kilsəsi XIX əsrə qədər yepis-
kopluq mərkəzi kimi fəaliyyət göstərmişdir»
[14. S.17, 62; 52. S.34]. Alaverdi kilsəsinin
başqa bir adı Manas olmuşdur. Manas qırğızla-
rın alplıq eposunun və eposun baş qəhrəmanı-
nın adıdır.
Verdi feilinin etimoloji mənası haqqında
danışmağa ehtiyac yoxdur. Ala sözünə isə Ön
Asiyanın qədim dillərində həm etnik, həm teofor
ad kimi rast gəlirik. Suriyada III əsrdə yaşamış
kahinlərdən biri Ala adı daşıyırdı [31. S.89]. Eyni
zamanda abxaz mifində Ala xristianlıqdan öncəki
totemlərdən biri idi [17. S.187].
Xristianlıqdan qabaq İberiyada Çoqa adlı
məbəd vardı. Həmin məbədə buğa formasında
büt qoyulurdu [16. S.276]. Buğa qədim İberi-
yada ən müqəddəs heyvan idi. İ.İ.Meşşaninov
yazır ki, Buğa kultu Qafqaz və Pireney iberlə-
rini birləşdirir [53. S.28].
Çuğaların adı ilə bağlı Gürcüstanda xeyli
etnotoponim qalmışdır. XX əsrin əvvəllərində
Tibet (Deved) çayının bir qolu Çoqa adlanırdı
[32. S.159]. Eyni zamanda XIX əsrdə Kutais qu-
berniyasında Çuqa adlı qəsəbə vardı [54. S.55].
İ.İ.Şopen yazır ki, çoqa tayfası Cənubi Qafqaz-
da bir neçə yerdə yaşayır [16. S.216]. Onların
adını daşıyan qədim şəhər Naxçıvanın yaxınlı-
ğında idi [15. S.64]. Musa Xorenli yazır ki,
Cuxa şəhəri Qoxten mahalında Araz çayının
sahilindədir [55. S.293]. Cuğa boyu İ.İ.Şope-
nin yazdığı kimi, yalnız Cənubi Qafqazda ya-
şamamışdır. Türk xalqlarının yaşadıqları torpaq-
larda onların adına çox rast gəlinir. XIX əsrin
ortalarında Simbirsk quberniyasında Cukalı
kəndi vardı [54. S.55].
I Təhmasibin təkəli tayfasından Cuğa
sultan adlı əmiri olmuşdur [56. S.51]. Ton-
yukuk abidəsində isə Çuqay yer adıdır. Orada
deyilir ki, biz yaşamaq üçün Kuz Çuqayı
seçdik [57. S.65].
İberiyanın orta əsr monastırlarından biri
Bata adlanırdı [31. S.19, 303]. Bata və buta
türk etnoslarıdır. Özbəklərin bataş adlı qəbiləsi
vardı [58. S.385]. Altay şaman əcdadlarından
biri Kuy Batak adlanırdı [10. S.143]. Kuy
Batak, Batakın küyü, yəni səsi deməkdir.
Bata nəslinin bir qolu 1622-ci ildə Kızıl
Ordadan Rusiyaya köçmüş, Bataşev zadəgan nəs-
lini yaratmışdır. N.A.Başkakov belə hesab edir ki,
Bataşev soyadı noqay və qaraqalpaqca bata ‘dəvə
balası’ və kiçiltmə anlamı yaradan -ş şəkilçisin-
dən düzəlmişdir [27. S.180].
Xristianlıqdan qabaq İberiyada Kaçi adlı
məbəd vardı. Kaçi məbədi keçi kultunun ibadət
yeri idi. Metex qalasında Ay məbədinin qar-
şısında iber çarı Armazın bütünün sağ tərəfində
qızıldan keçi bütü qoyulmuşdu [59. S.301].
Qədim «İber salnaməsi»nə görə, Kaçios
Kartlosun beşinci oğludur [3. S.228, 224].
Əslində keçi kartvel tayfası deyildir. Onlar
iberlərin yaratdığı tayfa ittifaqına qoşulmuşdu-
lar. Adın sonundakı – os yunan dilindən alın-
ma şəkilçidir [3. S.201, 244].
K.Patkanov yazır ki, Kaçi Gürcüstanın
tərkibində ayrıca eristavlıq olmuşdur [3. S.244].
P.İoselianinin verdiyi məlumata görə, kaçi tay-
fasının yaratdığı knyazlıq 18-ci əsrin ortalarına
qədər qalırdı [52. S.126].
Osmanlı səyyahı Övliya Çələbi (XVII əsr)
həmin kaçiləri keçi adlandırır. Yazır ki, keçi Aba-
za tayfasıdır. Qaqra şəhəri yaxınlığında yaşayır-
lar. Onların Qara dəniz sahilində öz limanı var.
70 kənddən ibarət olan keçililər döyüşə 10 minlik
seçmə qoşun çıxardırlar [60. S.33, 49].
Kaçi etnik adı keçiyə sitayişlə bağlıdır.
A.Anoxin keçən əsrin 20-ci illərində müşahidə
etmişdi ki, Altay şamanları öz əcdadlarından
birini kaçi kam adlandırırlar [10. S.111].
Keçiyə tapınan etnoslar yalnız Albaniya
və İberiyada yaşamırdılar. Onların bir qolu
Volqa Bulqar dövlətinin tərkibinə daxil olmuş-
dur. Qədim rus salnamələrində verilən bilgilə-
rə görə, XII əsrdə onların Volqa sahilində Kaçi
saray adlı şəhəri və Kazanka çayı boyunda
kəndləri olmuşdur [61. S.218].
Albaniya və İberiyanın xristianlıqdan ön-
cəki etnoslarının keçiyə tapınmasını arxeoloji
İLHAMİ CƏFƏRSOY
88
nümunələr təsdiq edir. 1893-cü ildə Goranboy
və Şəmkir kurqanlarından keçi təsvirləri
tapılmışdır. Onların biri bürünc qalxan, biri
mis kasa üzərindədir. Başqa bir nümunə Kilik
dağ kurqanından tapılıb. Kasa üzərindəki
həmin təsvirdə keçi və iki balasının qarşısında
əllərini göyə qaldıraraq tanrıya dua edən
insanın təsviri var [62. S.90–91]. Bundan əlavə
Urartu möhürlərinin bəzilərində keçi təsvirlə-
rinə təsadüf edirik [63. S.230].
Abxazlar keçiləri qoruyan ruha davran
deyirdilər [64. S.132; 65. S.24]. Buna uyğun
olaraq türk dillərində dıvır, dıbır, davar sözləri
vardır. Dıbır Azərbaycan dilinin ləhcələrində
keçinin erkəyinə deyilir.
İberiyanın bəzi etnosları xristianlıqdan
qabaq ata və atlı adamlara sitayiş edirdilər. Ar-
xeoloji qazıntılar zamanı Albaniya və İberiya
kurqanlarından at fiqurları tapılmışdır. Aqik
kəndindən tapılan bürünc lövhə üzərində ilanla
vuruşan atlı təsviri var [12. S.92–93].
Musa Xorenlinin yazdığına görə, Payta-
karanın bir vilayəti Atli olmuşdur [15. S.75;
55. S.293]. Belə hesab edirik ki, Albaniyanın
ata sitayiş edən nəsillərindən biri İberiyaya
köçmüş, atla bağlı etiqadlarını özləri ilə yeni
vətənlərinə gətirmişdir.
İ.İ.Meşşaninov yazır ki, atli Aran sözü
olub ‘süvari’ deməkdir. Eyni zamanda at Urar-
tuya qonşu olan bir çox Qafqaz etnoslarının
müqəddəs heyvanı olmuşdur [53. S.1]. N.Y.Marr
yazır ki, at yalnız Urartunun yox, etruskların
da totemi idi [65. S.29].
Urartunun qəbilə tanrılarından biri At xan
Anau adlanırdı. Ayin zamanı ona 1 buğa, 2 qoç qur-
ban kəsərdilər [9. S.278]. Urartunun başqa bir qəbilə
tanrısı At (bini) idi. O, mixiyazılı kitabələrdə dinqir,
yəni tanrı sillabik işarəsi altında verilir [5. S.421].
Xristian apostollar Atlı məbədlərini da-
ğıtsalar da, alban və iberlərin ata olan inancla-
rını uzun zaman yaddaşlardan silə bilmədilər.
Bu fikrimizi Azərbaycanda və Şərqi Gürcüs-
tanda XX əsrin əvvəllərinə qədər Ağ Atlı, Qa-
ra Atlı pirlərinin mövcudluğu təsdiq edir.
Həm Azərbaycanda, həm də İberiyada
Pana və Panak adlı məbədlər vardı. Gürcü ta-
rixçiləri yazırlar ki, Bana kilsəsi Panak məbə-
dinin yerində tikilmişdir [66. S.16, 35]. Pana
məbədləri xristianlığın yayılmasına qədər pa-
nak etnosunun müqəddəs ibadət yeri idi.
Övliya Çələbi yazır ki, osmanlılar Men-
qreliyada Panak qalasını tutdular. Panak şəhə-
rində Pana adlı gürcü kilsəsi vardı. Səyyah
əsərin başqa bir yerində göstərir ki, Panak
qalası onu salan gürcü çarının adını daşıyır
[60. S.191, 222]. Deməli, Panak İberiyanın ha-
kim nəsillərindən biri olmuş, ölkəni bir
müddət idarə etmişdir.
Panak mahalının əhalisi indiki gürcülərin
əcdadı deyildir. Tarixi mənbələrdə Pana, Panak,
Bənək türk boyu kimi göstərilir. Övliya Çələbinin
yazdığına görə, Marağa vilayətinin bir nahiyəsi
Pana Çun olmuşdur [60. S.138]. Əbdürrəşid əl-
Bakuvi yazır: «Türküstanda yerli qəbilənin adını
daşıyan Panak adlı dağ vardır» [67. S.119].
Panak etnosu e.ö. II–I minilliklərdə indiki
Türkiyənin cənub-şərq torpaqlarında yaşayırdı.
Musa Xorenlinin yazdığına görə, Panak h`ayların
zadəgan nəsillərindən biri olmuşdur [55. S.117].
Məlumdur ki, h`ayların zadəgan nəsillərinin çoxu
türk mənşəli və iltisaqidilli idi [68. S.80–86].
Panak boyunun az bir hissəsi döyüşlərdə
qırılıb getməmiş, XIX əsrə qədər öz varlığını
qoruyub saxlamışdır. İ.İ.Şopen yazır ki, Pa-
naklı Naxçıvanda yaşayan Kəngərli elinin bir
qoludur [15. S.538]. Onlar Azərbaycan dilinin
arxaik bir ləhcəsində danışırdılar.
Tikmədaşlı Xəstə Qasımın «Sənəm, gəl»
rədifli qoşmasında belə bir yer var:
Xəstə Qasım deyər hənək-hənəkli,
Ağ üzündə qoşa xallar bənəkli [69. S.10].
Bənək Azərbaycan türkcəsində üzdəki
tüklü xallara deyilir. Anadolu türkləri isə xallı
marallara bənəkli maral deyirlər. Bənəkli, yəni
xallı maral qədim bir türk boyunun totemi – ər-
vah heyvanı olmuşdur.
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
89
XVIII əsrdə Gürcüstanda Dada ben adlı
monastır vardı [30. S.63]. Monastırın tikilmə-
sindən çox qabaq – politeizm dövründə İberi-
yada Deda oba adlı qala və məbəd olmuşdur.
Sonrakı gürcü mənbələrində həmin şəhər Deda
sixe kimi yazıya alınmışdır [3. S.228].
Dədə sözü türk dillərində olduğu kimi
iber, kartvel, menqrel dillərində də bir neçə
mənada işlənmişdir. Onların bir qismində
anaya və ananın atasına, bəzilərində isə yalnız
ananın atasına dədə deyilirdi.
Kartvellərin dilində deda sözü ‘igid’,
‘cəsur’ mənalarında işlənirdi [16. S.295]. İndi-
ki gürcülər isə deda anaya deyirlər. Qədim
«İber salnaməsi»ndə də deda sözü ‘ana’ məna-
sındadır [3. S.212, 228].
Həm menqrel dilində və bəzi yafəs dillə-
rində [70. S.35–36], həm də Dədəmiz Qor-
qudun kitabında dədə ananın atasına deyilir
[71. S.119].
Belə bir sual qarşıya çıxır: Dədə türk,
yoxsa gürcü sözüdür? Dədə gürcü dilinə keçən
türk sözüdür. Çünki gürcü millətinin etnogene-
zinə samilərlə yanaşı türklər də daxil olmuşlar.
«İber salnaməsi»nin ilk tədqiqatçılarından
biri Kerop Patkanov yazır: «Qədim Gürcüstanda
yevreylər, ermənilər, xəzərlər, türklər, suriyalılar
yaşayırdılar. Onların qatışığından gürcü milləti və
gürcü dili yarandı» [3. S.232, 250].
Ancaq belə bir fakt danılmazdır ki, dədə
sözü tarixən türk dillərində daha geniş məna-
lara malik olmuşdur. Ananın atası ilə yanaşı,
dərviş təriqət başçılarına, yaradıcı aşıqlara,
sarayda şahzadələrin tərbiyəçilərinə də dədə
deyilirdi [58. S.108; 71. S.119].
Rusiyanın knyaz nəsillərindən biri Dede-
nev soyadı daşıyırdı. Onlar çar Mixail Fyodo-
roviçin zamanında (1613–1645) rus təbəəliyini
qəbul etdilər. N.A.Baskakova görə, həmin so-
yadı türk dillərindəki dədə ‘dərviş təriqət baş-
çısı’ titulundan törəmişdir [27. S.108].
Bəzi rus dilçilərinə görə, dədə sözü ari
mənşəli deyil [27. S.108]. İ.İ.Meşşaninov ya-
zır: «Mixiyazılı mənbələrdəki və Qafqaz
dillərindəki Dede və Dedalı teofor adlarını
xald sözü kimi qəbul etmək olmaz» [72. S.95].
Qədim gürcü salnamələrindəki bu ad ari
və sami sözü deyilsə, onun türk sözü olduğu
şübhə doğurmur. Bu teofor ada ilk olaraq şumer
gil lövhələrində rast gəlirik. Şumer panteo-
nunda tufan tanrısı Tata adlanırdı [65. S.142].
Məlumdur ki, şumer və elam etnoslarının dili
bir-birinə çox yaxın olmuşdur. E.ö. III–II minil-
liklərə aid Şuşa (Suziana) mətnlərində dədə titu-
luna daha çox təsadüf edirik. E.ö. 1570-ci ildə ya-
zılan bir gil lövhədə Tata adlı yüksək rütbəli
Elam hakimindən bəhs edilir. Eyni zamanda on
altıncı Elam hökmdarının adı Tata olmuş, o,
e.ö. 1600–1580-ci illərdə şahlıq etmişdir
[73. S.100, 179]. Elamın Tata adlı başqa bir
hökmdarı Assuriyanı məğlub edərək ilahə Nənənin
bütünü Şuşaya, yəni Suzianaya gətirmiş və e.ö.
1635-ci ildə Elam taxtına çıxmışdır [74. S.52, 71–72].
Öncə qeyd etdiyimiz kimi, Deda sixe şə-
həri əvvəllər Dede oba adlanırdı. N.Y.Marrın
və F.H.Vaysbaxın gəldikləri nəticəyə görə,
oba sözü gürcülərin dilinə Suzianadan gəlmiş-
dir [22. S.41; 42. S.3–241]. Deməli, dədə və
oba Suz mənşəli türk sözləridir.
Daha sonra Tata, Tatax teofor adlarına Xat-
ti və Urartu mixiyazılı abidələrində rast gəlirik.
Xetlər indiki Türkiyənin cənub-şərqinə gələndə
orada Tataxa adlı Xatti şəhəri vardı [6. S.227]. Bu
da ‘totemik tanrısı Tata olan etnosun yurdu’
deməkdir.
Övliya Çələbi yazır ki, Tata Macarısta-
nın vilayətidir [60. S.231]. Bu da onu göstərir
ki, tata etnosunun bir hissəsi Anadoludan Qaf-
qaza, bir hissəsi isə Avropaya köçmüşdür. Os-
manlı dövründə Tata Dunay çayı boyunda
ayrıca bir sancaqlıq olub, Macarıstanın böyük
bir hissəsini əhatə edirdi.
İberiyanın xristianlığa qədərki məbədlə-
rindən biri Ana olmuşdur. Sonra Ana məbəd-
lərinin xarabaları üzərində Ana monastırı və
Anaur Uspenski kilsəsi tikildi. P.İoselianinin
yazdığına görə, həmin dini abidələr XIX əsrin
ortalarına qədər qalırdı [30. S.62–63, 79].
İLHAMİ CƏFƏRSOY
90
Ana məbədi Ana kultunun səcdəgahı idi.
İlahə ananın adı müxtəlifdilli mənbələrdə Ana,
Anna, in Anna, Ani, Eni, Anaşe, Anait, Ana-
luk, Aynina və Enian variantlarında yazıya
alınmışdır [5. S.14; 74. S.81–87].
Ana kultu İberiyaya e.ə. III əsrdə gəlmiş-
dir. Çar Saurmak ilahə Ana və Nənə bütlərini
Metex (Mtsxeti) yolunun üstündə qoydurmuş,
Asurestanın vassalı kimi 75 il ölkəni idarə et-
mişdir [16. S.239; 75. S.9–10]. Ana kultu Al-
baniyada daha geniş yayılmışdı. Ana etnosu-
nun bir qolu e.ö. III əsrdə Albaniyaya köçmüş,
Bərdə ilə Beyləqan arasında Ana şəhərini sal-
mışdır [76. S.81–86; 77. S.420]. Ancaq yanlış
olaraq yunan və latın mənbələrinə istinadən
R.Məlikov Albaniyanın həmin antik şəhərini
Ayniana və Enian adlandırır.
Müqəddəs Ninanın və Qriqorinin təbliğatı
nəticəsində Ana məbədləri sökülüb, yerində kilsə-
lər tikilsə də, İberiyada ilahə Ananın adı unudul-
madı. Yeni inşa edilən kilsə və monastırların Ani,
Anaur adları saxlanıldı. N.Adons yazır: «Enian-
lar əvvəl Araz çayının cənubunda yaşayırdılar.
Sonra onlar Kür çayı boyuna köçüb, H`Ani şə-
hərini saldılar» [78. S.420]. N.O.Emin,
M.X.Abeğyan və b. görə, Ana (onların fikrin-
cə, Anait) Assuriya və Babil mənşəli ilahə ol-
muşdur [79. S.14; 80. S.15, 17].
Ana Assuriya və Babilin sami və ari
etnoslarının ilahəsi deyildir. Həmin etnoslar öz
Ana ilahələrini Ardvisur, Kibela, Afrodita,
Pedrita və s. adlandırırdılar. Ana Dəclə-Fərat
çayları arasının arilərə və samilərə qədərki et-
noslarının – Xatay, Kam və Kuş nəsillərinin
ilahəsi olmuşdur.
Ernst Renan və Henrix Qrets yazırlar ki,
ana (Bibliyada anakim, enakim) tayfası Aralıq
dənizinin şərq sahilindəki torpaqlarda samilər-
dən qabaq yaşayırdı [25. S.224; 29. S.35].
XIX əsrin sonlarında semitoloqlar özləri
yazırdılar ki, arilərin və samilərin Aralıq dəni-
zinin şərq sahillərinə gəlişinə – e.ö. XX əsrin
əvvəllərinə qədər o torpaqlarda qeyri-ari və
qeyri-sami etnoslar yaşayırdılar. Cənubdan gə-
lən samilər bölgənin qədim əhalisini samiləş-
dirdilər. Sonra da şimaldan arilərin təzyiqləri
başladı [29. S.32, 34–35; 81. S.4–9].
İ.İ.Meşşaninova görə, Urartu mixiyazılı
abidələrindəki Anaşe ‘ilahə Ana şəhəri’ deməkdir
[5. S.14, 16]. Urartu dövrünün (e.ö. IX–VI əsrlər)
analuk, ana etnosları [5. S.14, 16; 9. S.273] ilahə
Anaya sitayiş edirdilər. İndiki Türkiyə və Cənubi
Azərbaycan ərazisinin arilərə və samilərə qədərki
Suz, Xatti, Palay, Likiya və b. etnoslarının öz et-
nik cizgiləri ilə bir-birindən fərqlənən Ana ilahə-
ləri vardı [74. S.69, 103; 80. S.9; 81. S.235–236].
Z.A.Raqozina yazır ki, qədim yunanlar
bir çox tanrıları, o cümlədən ilahə Ana və Nə-
nəni Anadolunun qədim etnoslarından mənim-
səmiş, onların adını Afrodita və Artemida şək-
lində öz dillərinə tərcümə etmişlər [80. S.236].
Ona görə də təsadüfi deyil ki, Ellada panteo-
nundakı Afrodita ilə türklərin Ağ Ana ilahəsi-
nin bir çox əlamətləri uyğun gəlir. Qədim yu-
nanların inancına görə, Afrodita dəniz üzərin-
dəki ağ körpükdən yaranmışdır [16. S.35].
«Yaradılış» dastanında buna uyğun olaraq Ağ
Ana dalğaların üzərindəki ağ köpüklərin içində
Tanrının gözlərinə görünür.
İberiyanın ən qədim etnoslarından biri
acarlardır. Acarlar Azərbaycandan Kənan tor-
pağına, oradan İberiyaya gələndə Azər totem
adı daşıyırdılar. Biz qədim Misir və yəhudi
mənbələrinə istinadən bu fikirdəyik ki, Azər-
baycan və Acarıstan ölkə adları eyni teonim-
dən törəmişdir.
Bu gün Gürcüstanın tərkibində olan Aca-
riya tanrı Azərə tapınan əcdadlarımızın vətəni-
dir. Qədim mənbələrin heç birində Acar adına
təsadüf etmirik. Sonralar gürcü salnaməçiləri
Qara dəniz civarındakı Azər ölkəsinin adını
Acareti şəklinə salmışlar. -ti, -eti gürcü dilinə
Şuşa (Suziana) yazılarından gəlib, ‘yer, yurd’
anlamı yaradır [17. S.184, 186].
Strabon (I əsr) yazır ki, Araz çayı Azar
ölkəsinin yanından ötərək Araksena düzünə çı-
xır. Musa Xorenli də Acarıstanı Azar ölkəsi
adlandırır. Bildirir ki, Azaria İberiyanın bir
CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
91
vilayətidir. İbn Xordadbeha görə, Azərbaycandan
başqa Ərməniyyə sınırında daha bir Azər ölkəsi
(mətndə Azarbazqan) olmuşdur [82. S.106].
Düşünürük ki, İbn Xordadbeh Ərməniyyə
sınırı dedikdə Naxçıvan yaxınlığındakı Azər
ölkəsini nəzərdə tutmuşdur. Çünki azər tayfası
orta əsrlərdə yalnız Ərdəbil ətrafında yox,
Naxçıvan yaxınlığında da yaşayırdı. Təsadüfi
deyil ki, Yaqut Həməvi öz əsərində Naxçıvan
zadəganları arasında əl-Azəri nisbəli bir neçə
tarixi şəxsiyyətin adını çəkir [83. S.51].
Məsudi (X əsr) yazır ki, bu kitab yazılan
vaxt Şəki mahalının hakimi Azər ibn Nəbih ibn
Mühacirdir [82. S.61]. Şəki tarixi mahalı indiki
Şəki deyildi. Araz çayının şimalında, Naxçıvan
yaxınlığındakı Şəki idi. Ərəb səyyahları 2-ci
Azərbazqan deyəndə Şəki mahalına qonşu olan
Azər ölkəsini nəzərdə tuturdular.
İran dilçilərinə görə, Azər (onların fik-
rincə, Azəri) dili fars dilinə yaxın olmuşdur.
Əslində isə azərlər farslar kimi flektiv yox,
iltisaqidilli idilər. Onlar uzun illər İran mənşəli
xalqlarla qonşuluqda yaşadıqlarına görə, dillə-
rinə çoxlu fars sözləri keçmişdir.
Ərəb tarixçisi əl-Yaqubi (IX əsr) yazır:
«Azərbaycanın şəhər və vilayətlərinin əhalisi
Azər övladları ilə köhnə cavidanilərin qatışma-
sından ibarətdir. Azər və cavidan övladları Ba-
bəkə qədər ərəblərə qarşı Azərbaycan xalqının
azadlıq mübarizəsinə başçılıq edirdilər. Səid
Nəfisi yazır ki, azərlər cavidanilərlə birlikdə
Bəzz qalasında və onun çevrəsindəki kəndlər-
də yaşayırdılar. Onların bir nümayəndəsi Azə-
rək oğlu Həmzə Babəkə qədərki Xürrəmi hərə-
katı başçılarından biri idi» [83. S.27, 31].
Azər nəsli yalnız Azərbaycanın deyil,
Suriya, Fələstin və İudeyanın siyasi tarixində
böyük rol oynamışdır. E.ö. I minilin əvvəllə-
rində Suriya ərazisindəki Balbek şəhərində
tanrı Azərin böyük bütü qoyulmuşdu. Azər
kultunun kahinləri həmin bütün qarşısında
buğa qurban kəsərdilər [84. S.202].
Henrix Qrets yazır ki, David nəslindən
Azaria adlı çar çıxmış və e.ö. 805–755-ci illər-
də İudeya və İsrail üzərində hökmran olmuş-
dur [25. S.78].
Başqa bir Azər Davidin oğlu Solomonun
zamanında (e.ö. X əsr) yaşamış və çarın fər-
manı ilə Yerusəlim məbədinə baş kahin təyin
edilmişdi. Din tarixçilərinin yazdığına görə,
həmin Azər Satukun (mətndə Sadokun) oğlu
idi. Satuk türklərin totem adlarından biridir.
Qaraxanlı sultanı Buğra xanın ləqəbi Satuk
olmuşdur.
Moiseyin kitabında deyilir ki, Azər ağ
çörəkdir. O, şah süfrəsini gözəl nemətlərlə bə-
zəyir. Kitabın başqa bir yerində göstərilir ki,
Azər səhrada çuxuru qazıb, su tapan adamdır
[29. S.226].
İsrail övladları səhrada azıb susuzluqdan
qırılmaq təhlükəsi ilə üzləşəndə Azər 2 dananı
buynuzlarından bir-birinə bağlayıb, yorulunca
qovmuş, danaların ayaqları ilə eşdiyi çuxuru
qazıb, su tapmışdı. Danaların hissiyyatı ilə su
mənbəyini tapmaq türklərin adətidir. Həmin
adətin oxşarı «Oğuznamə»lərdə vardır.
Ağ çörək və su quyuları barədə rəvayət-
lər göstərir ki, Azər övladları İsrail xalqını
düşmənlərdən qorumaqla yanaşı, onlara əkin-
çiliyi, suvarmanı, taxılın üyüdülməsini öyrət-
mişdir. İudeyanın Assuriya, daha sonra Roma
tərəfindən işğalı bir zaman çar Davidin ətra-
fında birləşən tayfaları, o cümlədən Azər öv-
ladlarını vətənindən didərgin saldı. Azər öv-
ladları baqrationlardan çox qabaq İberiyaya
köçmüşlər. Onlar indi özlərini Acar adlandırır
və dilləri, adət-ənənələri ilə gürcülərdən fərq-
lənirlər, Gürcüstanda yaşayan digər xalqlardan
fərqli olaraq islam dininə iman gətirirlər.
Z.A.Raqozina «Assuriya tarixi» kita-
bında yazır: «Ozia elə Azariadır. Çar Azaria
bir zaman İudeya üzərində hökmran olmuşdur.
Ozia və ya Azarianın Samaria sarayında çarlıq
etdiyini fransız semitoloqu Rollen də təsdiq
edir» [85. S.39].
Arximandrit İeronim XIX əsrin sonların-
da əldə olunan arxeoloji materiallara əsasən
belə nəticəyə gəlmişdir ki, həm Ozia, həm
İLHAMİ CƏFƏRSOY
92
Azaria adı ilə tanınan etnos çar və peyğəmbər
Süleymanın zamanında İudeyada güc və qüd-
rət sahibi olmuşdur [81. S.20].
Acarlar – Azər övladları bizim yurdundan
və tarixi köklərindən qoparılmış soydaşlarımızdır.
Dostları ilə paylaş: |