N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə68/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   104
N. M. A AB yli

Tablanmış şüşələr yüksək möhkəmlikli olub, şüşənin tablama 
temperaturuna qədər (540

650 
0
S) qızdırılmasından və sonra tez
müntəzəm soyudulmasından alınır. Bu cür şüşənin zərbəyə qarşı 
müqaviməti adi şüşəyə nisbətən 5

8 dəfə çox olur. Tikintidə 
tablanmış şüşədən şüşə qapıların hazırlanmasında, vitrinlərin 
şüşələnməsində və arakəsmələrdə tətbiq edilir.
Istidən mühafizə şüşəsi almaq üçün şüşənin səthini nazik 
(0,3

1 mkm qalınlığında) metal pərdələrlə örtürlər. Bu cür şüşənin 
səthi yüksək şüa qaytarma qabiliyyətinə malikdir. Şüşənin metal pərdə 
çəkilmiş səthi küçəyə yönəldilir və müxtəlif rəngli (qızılı, göyümtül, 
narıncı) olur. Örtük materialı kimi çox nazik qızıl və mis pərdələr
nikel-xrom örtüyü və s. metal oksidləri təbəqəsi işlədilir. Üzəri bu cür 
pərdələrlə örtülmüş şüşələrin işıqburaxması 30

70 %-dir. Istidən 
mühafizə şüşələri infraqırmızı şüaların çox hissəsini udmadığından 
(qaytardığından) onlar demək olar ki qızmır. 
Istilikudan şüşə. Adi pəncərə şüşəsi günəş spektrinin ultrabə-
növşəyi hissəsini saxlayır, görünən və infraqırmızı şüaları buraxır. Bu-
nun da nəticəsində otağın havası günəş şüalarının təsirindən çox qızır. 
Istilikudan şüşə tətbiq etməklə otağa yalnız görünən şüalar buraxmaq 
olar. Bu cür şüşəni tərkibində kobalt, nikel, qalay, sink və dəmir 
oksidlərinin qatışığı olan şüşə kütləsindən alırlar. Qalınlığı 3 mm olan 
istilikudan şüşə 70

75 % infraqırmızı (istilik) şüaları udur. 


88 
88 
Üzlük şüşələr yaşayış və ictimai binaların xarici divar panellə-
rini və eləcə də daxili otaqları bəzəmək üçün istifadə edilir. Bəzəkli 
şüşə materialları atmosfer təsirlərinə davamlı, uzunömürlü və gözəl 
xarici görünüşə malikdir. Bunlara stemalit, marblit, emallı şüşə 
tavacıqlar, şüşə mozaika, güzgü şüşəsi və s. materiallar aiddir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin