N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə66/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   104
N. M. A AB yli

Elektrik xassələri. Şüşənin elektrik xassələri həcmi və səthi 
elektrikkeçirmə ilə xarakterizə olunur. Normal temperaturda şüşənin 
həcmi elektrikkeçirməsi çox kiçik qiymətə malikdir 

(10
-
13

10
-15
) Om
-1

sm
-1
-dir. Temperatur artdıqca elektrikkeçirmə də artır. 
Şüşənin tərkibində qələvi oksidlərinin, xüsusən litium oksidinin 
artması ilə onun elektrikkeçirməsi də artır. Tablama şüşələrin elek-
trikkeçirməsinin artmasına, kristallaşma isə azalmasına səbəb olur. 

Optik xassələr. Şüşənin əsas optik xassələrinə aşağıdakılar 
daxildir: işıqburaxma, işıqsındırma, işıqqaytarma və işıqudma. 
Şüşənin işıqburaxması 92 %-ə qədər olur. Bu xassə təkcə şüşə-
nin növündən deyil, həm də işığın şüşənin səthinə nisbətən düşmə 
bucağından asılıdır. Belə ki, düşmə bucağı 0
0
-dən (işıq səthə per-
pendikulyar düşdükdə) 75
0
-yə qədər dəyişdikdə işıqburaxma 92 %-
dən 50 %-ə qədər azalır. 
Inşaat şüşələrinin işıqsındırma əmsalı 1,46

1,51-dir. 
Şüşələrin işıqqaytarması 8 %-ə qədərdir. Şüşənin səthini müəy-
yən qalınlıqlı xüsusi şəffaf pərdə ilə örtməklə onun işıqqaytarmasını 
artırmaq yaxud azaltmaq olur. 
Şüşənin işıqudma qabiliyyəti onun kimyəvi tərkibindən və qa-
lınlığından xeyli dərəcədə asılıdır. Adi şüşənin işıqudması 2 %-ə qədər 
olduğu halda, tərkibində ağır metal oksidləri olan xüsusi növ şüşələrin 
(məs., günəşdən mühafizə şüşələrinin) işıqudması 40 %-ə qədərdir.

Mexaniki xassələr. Şüşənin müxtəlif üsullarla hesablanmış 
dartılmada nəzəri möhkəmliyi 10000 MPa-a çatır. Lakin şüşənin qu-
ruluşunda və səthində mikrodefektlərin olması nəticəsində onun fak-
tiki möhkəmliyi nəzəri möhkəmliyindən xeyli azdır. Belə ki, şüşənin 
sıxılmada möhkəmlik həddi 700

1000 MPa, dartılmada və əyilmədə 
möhkəmlik hədləri isə 30

90 MPa-dır. Şüşə məmulatlarının 
möhkəmlik göstəriciləri təkcə kimyəvi tərkibdən deyil, həm də bir sıra 
amillərdən: istehsal üsulundan, istilik emalı rejimindən, məmulatın 
ölçülərindən və səthinin vəziyyətindən asılıdır. 
Adi silikat şüşələrinin bərkliyi Moos şkalası üzrə 5

7-dir. Kvars 
və bor tərkibli şüşələrin bərkliyi daha çox olur. 
Şüşələrin elastiklik modulu 45000 

98000 MPa-dır. Şüşənin 
kövrəklik göstəricisi 

elastiklik modulunun dartılmada möhkəmlik 
həddinə olan nisbəti 1300

1500-dir. Bu göstərici polad üçün 


86 
86 
400

450, rezin üçün isə 0,4

0,6-dır. Materialın kövrəklik göstəricisi 
çox olduqca o, deformasiyanın kiçik qiymətində möhkəmlik həddini 
daha tez əldə edir. 
Şüşə kövrək materialdır. O, praktiki olaraq, plastik deforma-
siyaya uğramadan dağılır. Şüşənin kövrəkliyi dinamik möhkəmliyə 
tərs olan kəmiyyətdir. Adi şüşənin dinamik möhkəmliyi 0,2 MPa, 
tablanmış şüşəninki isə 1

1,5 MPa-dır. Şüşənin tərkibinə V
2
O
3
, Al
2
O
3

MgO qatmaq, tablamaq, aşındırmaq (turşu ilə) və digər üsullarla 
kövrəkliyini azaltmaq olar.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin