N. M. AĞABƏyli


Şəkil 4. 1. Inşaat şüşəsi istehsalının texnoloji sxemi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə62/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   104
N. M. A AB yli

 
Şəkil 4. 1. Inşaat şüşəsi istehsalının texnoloji sxemi: 
1 

quruducu baraban; 2 

siklon; 3 

ventilyator; 4 

elevator; 5 

ələk 
6 

bunker; 7 

transportyor; 8 

seksiyalı bunker; 9 

dezinteqrator;
10 

qaçağan; 11 

çənəli daşqıran; 12 

çəkicli daşqıran; 13 

tərəzi-vaqonet;
14 

şaxta qarışdırıcısı; 15 

şüşəəridən soba; 16 

şüşədartan maşın      


81 
81 
Şüşənin əsas tərkib hissələrindən biri CaO-dir. O, xammala 
əhəngdaşı, təbaşir və dolomit halında əlavə edilir. Bu oksid şüşəyə 
kimyəvidavamlılıq verir. MgO (maqnezit və dolomit halında) şüşənin 
kristallaşma qabiliyyətini azaldır və Al
2
O
3
ilə birlikdə onun kimyəvi 
davamlılığını artırır. VaO (barit və viterit mineralları halında) və PbO 
(qurğuşun sülügəni halında) başlıca olaraq, optik şüşəyə və büllura 
qatılaraq, onlara parlaqlıq verir və şüa sındırma göstəricisini artırır. 
Sink belili halında xammala qatılan ZnO şüşənin termik genişlənmə 
əmsalını azaldır və kimyəvi davamlılığını artırır. 
Köməkçi xammal materiallarına rəngləyici, rəngboğucu, şəf-
faflaşdırıcı və əritməni sürətləndirən materiallar aiddir. Bu materiallar 
şüşə kütləsinə spesifik xüsusiyyətlər verir.
Şüşənin istehsalında işlədilən xammal materiallarının, xüsusən 
kvars qumunun tərkibində dəmir oksidləri qatışığının olması onda 
sarımtıl, yaşıl çalarların əmələ gəlməsinə səbəb olur. Bu xoşa gəl-
məyən çalarları aradan qaldırmaq üçün şüşə kütləsinə rəngsizləşdirici 
maddələr 

nikel, kobalt və manqan oksidləri qatılır. 
Şüşə kütləsini şəffaflaşdırmaq və onda olan qaz qabarcıqlarını 
aradan qaldırmaq üçün müxtəlif şəffaflaşdırıcı materiallar 

arsen 3-
oksid və ammonium duzları işlədilir. 
Əritməni sürətləndirməkdən ötrü flüor, xlor, bor və fosfor bir-
ləşmələri, habelə ammonium duzları tətbiq edilir. 
Xammal materiallarının hazırlanması aşağıdakı əməliyyatlardan 
ibarətdir: qumun kənar qatışıqlardan təmizlənməsi və qurudulması, 
karbonat süxurlarının qurudulması, xırdalanması və üyüdülməsi, 
şixtanın hazırlanması. 
Qumu təmizləmək üçün onun tərkibindən gil və toz hissəciklə-
rini, xırda və iri qum dənəciklərini və eləcə də dəmir qatışıqlarını kə-
nar etmək lazımdır. Bundan ötrü yuyulma, sürtüb-təmizləmə (suda), 
flotasiya və s. üsullardan istifadə edilir.
Karbonat süxurları çənəli daşqıranlarda xırdalanır və quruducu 
barabanda 400 
0
S temperaturda qurudulur. Bundan sonra onları kürəli 
dəyirmanda yaxud çəkicli daşqıranda narın üyüdür və sonra ələyirlər. 
Kömür qaçağanda xırdalandıqdan və ələndikdən sonra seksiyalı 
bunkerə daxil olur. 


82 
82 
Şüşə şixtasının qalan komponentləri (soda, natrium sulfat, sü-
lügən, potaş) kimya sənayesi məhsulları olduğundan, onlar şüşə za-
voduna hazır halda daxil olur.
Şüşənin əriməsini sürətləndirməkdən ötrü şixtaya qatılan şüşə 
sınıqları çeşidləndikdən sonra yuyulur və qaçağanda xırdalanır.
Xammal qatışıqlarını hazırladıqdan sonra onların əsasında şixta 
hazırlayırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin