N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə69/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   104
N. M. A AB yli

Profilli şüşə. Şüşə kütləsinin üfqi yayma dəzgahında fasiləsiz 
lent formasında qəliblənməsindən alınır. Onun eninə kəsiyi müxtəlif 
formada olur. Profilli şüşə rəngli və rəngsiz istehsal edilir. Şveller 
kəsikli profilli şüşənin uzunluğu 4,2 m-ə qədər, eni 244

294 mm və 
hündürlüyü 35

50 mm olur. Bu ölçülər düzbucaqlı kəsikli profilli şüşə 
üçün müvafiq olaraq, 6 m-ə qədər, 244

294 mm və 50

55 mm-dir. 
Şüşələrin qalınlığı 5,5 mm-dir. 1 m şveller kəsikli profilli şüşənin 
kütləsi 5

6 kq, düzbucaqlı kəsikli şüşəninki isə 9

10,5 kq-dır. 
Qapalı kəsikli (düzbucaq, üçbucaq və s. kəsikli) profilli şüşə 
yüksək istilik və səs izolyasiya xassələrinə malikdir.Belə şüşənin isti-
likkeçirmə əmsalı 2,2

2,9 Vt/(m

0
S)-dir. Düzbucaqlı kəsikli profilli 
şüşənin əyilmədə möhkəmlik həddi 9 MPa, şveller kəsikli şüşəninki 
isə 17 MPa-dır. Profilli şüşənin işıqburaxması 40

83 %-dir. Profilli 
şüşələr armaturlu və armatursuz olur. 
Profilli şüşələrdən sənaye, mülki və kənd təsərrüfatı tikintilərin-
də işıqburaxan şəffaf hasarların, yükdaşıyan divarların hazırlan-
masında istifadə edilir. 
Şüşə bloklar iki yarım blokun bir-birinə kip qaynaq edilməsin-
dən hazırlanır. Onlar müxtəlif formada və rəngdə istehsal edilir. Şüşə 
bloklar formasına görə kvadrat, düzbucaqlı, dairəvi, üçbucaq, altıüzlü 
və başqa formalarda olur. Blokların xarici və daxili səthləri müxtəlif 
fakturalı olduğundan işığı yaxşı yayır. 
Bir kameralı işıqyayan şüşə blokların ölçüləri 194

194

98 və 
244

244

98 mm-dir. Şəffaf şüşə blokların işıqburaxması 50

56 %, 
rəngli bloklarınkı isə 35

40 %,-dir.
Şüşə blokların möhkəmliyi onların formasından, ölçülərindən, 
divarının qalınlığından asılıdır. Blokların sıxılmada möhkəmliyi azı 4 
MPa, istilikkeçirməsi 0,4 Vt/(m

0
S), səs izolyasiya qabiliyyəti isə 
36

42 dB-dir. Şüşə bloklardan hazırlanan şaquli konstruksiyaların 
odadayanıqlığı 2 saat, örtüklər üçün isə 1,5 saatdır. 


89 
89 
Sənayedə şüşə bloklardan pəncərə boşluqlarının doldurulma-
sında, yaşayış və ictimai binalarda pilləkən qəfəsələrinin şüşələn-
məsində, arakəsmələrin qurulmasında istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin