115
115
Klinkerin istehsalı bir sıra texnoloji əməliyyatlardan ibarətdir:
xammal materiallarının çıxarılması, xırdalanması, tələb olunan
tərkibdə bircinsli xammal qarışığının hazırlanması
və xammal qa-
rışığının yandırılaraq klinkerin alınması.
Klinkerdən portlandsementin hazırlanması aşağıdakı əmə-
liyyatlardan ibarətdir: klinkerin xırdalanması, mineral əlavələrin
hazırlanması, gips daşının xırdalanması,
klinkerin aktiv mineral
əlavələr və gipslə birlikdə üyüdülməsi,
sementin anbara verilməsi,
qablaşdırılması və tədarükçiyə göndərilməsi.
Xammal qarışığının hazırlanma üsulundan asılı olaraq port-
landsement üç üsulla istehsal edilir:
yaş üsul, quru üsul və kombinə
edilmiş üsul.
Yaş üsulda xammal materialları suda xırdalanır və qarışdırılır,
maye şlam halında alınan qarışıq isə fırlanan sobada yandırılır.
Quru üsulda materiallar quru halda xırdalanır, qarışdırılır və
yandırılır.
Son zamanlar xammal qarışığının
kombinə edilmiş üsulla
hazırlanması geniş tətbiq edilməkdədir. Bu üsulda xammal qarışığı yaş
üsulla hazırlanır, sonra şlam susuzlaşdırılaraq ondan dənələr hazırlanır
və həmin dənələr quru üsulda olduğu kimi yandırılır.
Dostları ilə paylaş: