"Nano" sözü latınca "nanus" "cirtdan" sözündən götürülmüşdür və birbaşa hissəciklərin çox kiçik olmasını göstərir. Alimlər "nano" sözünə daha dəqiq məna veriblər: 1 nanometr metrin milyardda bir hissəsidir (1nm=10-9 m)



Yüklə 68,24 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü68,24 Kb.
#43588
1   ...   4   5   6   7   8   9   10   11   12
NanoTech

ferromaqnetizm, maddə isə ferromaqnetik adlanır. Onlar sabit maqnitlə dartılırlar və öz-özünə maqnitlənmə xüsusiyyətinə malikdirlər. Onların sayına bəzi metallar (dəmir, kobalt, nikel, qadolinium), ərintiləri, intermetallidlər (Fe3Al, Ni3Mn), həmçinin oksidlər (Fe3O4). Maddənin ferromaqnit xüsusiyyəti müəyyən temperatura qədər qızdırdıqda itir və bu Küri temperaturu adlanır. Dəmir üçün o, 770 0C, nikel üçün 358 0C-dir. Aşağı temperaturlarda bəzi duzlar, kompleks birləşmələr də ferromaqnetizmə malikdirlər. Daha çox sabit maqniti birgə əridilmiş dəmir, neodium və bor alır. Onları elektrikmühərriklərində, generatorlarda, müxtəlif datçiklərdə tətbiq edirlər.

Son illər preslənmə və yaxud yapışdırma ilə alınan ağır maqnitlərin yerinə tez-tez maqnit lövhələr istifadə edilir, hansı ki, özünü maqnit toz və polimer bağlayıcısı kimi göstərir. İçtimai nəqliyyatdan istifadə edənlərin hamısına plastik lövhəni üzərinə çəkilmiş elastik lent yaxşı tanışdır, nazik maqnetit qatı və yaxud ferritlə örtülmüş. Bu lentlər əvvəlcə maqnitləndirilir, onlari informasiya daşıyıcılarına çevrirlər, hansı ki, yerə tökülən hesab edilir (валидатор). Maqnitli materialları həm də kompyuterlərdə informasiya saxlamaq üçün yaddaş elementi kimi istifadə edirlər. İnformasiya saxlanılmasının əsas mexanizmi maqnit materialında kiçik sahədə müəyyən istiqamətdə maqnitlənmə ilə bağlıdır və bit adlandırılır. Saxlanılan informasiyanın həcminin baytla ifadə olunması qəbul edilmişdir, bir bayt 8 bit informasiya saxlamağa imkan verir.

1 qeqabayt informaiya sıx saxlanıldıqda (daha doğrusu bir milyard bit) kvadrat dyümə (1 dyüm = 2.54 sm, 1 dyüm2 = 6.45 sm2) ayrı-ayrı bitlər 45 nm uzunluğunda və 1 mkm enində sahə tutur. İnformasiya yazı sıxlığını artırmaq üçün nanoölçülü maqnit tozları istehsal etmək tələb olunur, daha doğrusu, nanohissəciklərdən ibarət. Hər bir hissəcik (domen şəxsi mülk) iki haldan birində olmalıdır (onları “məntiqi 0” və “məntiqi 1” adlandırırlar) və xarici təsir olduqda bir haldan digərinə dəyişir (eletrik cərəyanı istiqaməti). Ayrı-ayrı domenlər öz aralarında qarşılıqlı təsirdə olur, hansı ki, informasiya qoruyucusuna çevrilir.

Maqnit hissəciyinin ölçüləri nə qədər kiçik olsa, bir o qədər böyük informasiyaya nailolmaq olur. Artıq 1 kvadrat dyümə yazı sıxlığı 20 Qbit ola disklər yaradılmışdır. Bu 3.5 dyümlü sərt diskdə 27 Qbayt məlumat saxlamağa imkan verir ki, bu da 25 mindən artıq cib kitabı formatı və yaxud yüksək keyfiyyətli yazılmış 20 film təşkil edir. Belə uğura platinli nano dənəli dəmir ərintilərinin istifadəsi ilə nail olunmuşdur. Onların alınması üçün dəmir və platin birləşməsini reduksiyaedici iştirakında qızdırılır. Əmələ gəlmiş nanohissəciyi stabilləşdirmək üçün səthi-aktiv maddə (SAM) – olein turşusu istifadə edilmişdir. Olein turşusunun molekulları ərinti nanohissəciyinin səthində adsorbsiya olunur, onların yapışmasına və daha böyük aqreqatların əmələ gəlməsinə mane olur. Tərkibində nanohissəcik olan məhlulu altlığa çəkilir və buxarlandırılır. Bu halda altlıqda çox nazik plyonka əmələ gəlir və ayrı-ayrı nanohisəciklərdən ibarətdir. Bərkiməsi üçün onu qızdırırlar. Plyonkanı əmələ gətirən ərinti nanohissəciyinin ölçüsü cəmisi üç nanometr təşkil edir.

Xüsusi növ maqnitli nanomateriallar özlərini məsaməli diamqnetiklər kimi göstərirlər, harada ki, boşluqda ferromaqnit nanohissəciklər yerləşir. Buna misal olaraq ferritini – xüsusi zülalı göstərmək olar, hansı ki, orqanizmdə dəmirin saxlanılmasını təmin edir. Ferritin molekulu diametri 12 nm olan şar şəklinə malikdir, o, 24 subvahidddən – polipeptit fraqmentlərindən təşkil olunmuşdur (şəkil 6). Şarin daxili 8 nm diametrində boşluğa malikdir və bu boşluq dəmoroksihidroksid FeOOH nanohissəcikləri ilə doldurulmuşdur. Bir molekul ferritin boşluğunda 4000 atomdan artıq dəmir tutur. Ferritin – orqanizmdə universal dəmir ambarıdır. Zərurət yarandıqda zülal qişasının daxilində olan dəmiroksihidroksid, 5 nm ölçüdə, məsamələrdən xaricə çıxaraq qana daxil olur. Onlar hemoqlabin sintezinə sərf olunurlar. Ferritin dəmirin qana verilməsini “başa düşür” necə başa düşdüyü hələlik təyin olunmayıb. Alimlər süni nanomaterial yaradılması üzərində işləyirlər, hansı ki, dəmiroksihidroksid hissəciyi və yaxud maqnetit məsaməli qəlbin (matrissanın) tərkibinə daxildir.


Sual 23


Bəzi maddə və materiallarda, məsələn dəmir, ayrı-ayrı atomların maqnit momentləri, hətta xarici maqnit sahəsi olmadıqda belə eyni bir istiqamətə yönəlmişdir. Bu xüsusiyyət
Yüklə 68,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin