§2. Ağqoyunlu dövlətinin siyasi tarixi
Ağqoyunlu dövlətinin siyasi tarixi İ.H. Uzunçarşılının, M.X.Yınançın və F.Sümerin əsərlərində xüsusi
tədqiqat mövzusu kimi araşdırılmışdır. Z.V.Toğanın, Ə.Şərif bəyin, F.Kırzıoğlunun, Y.Öztunanın və K.Gürünün
əsərlərində də ağqoyunlularla bağlı olan mühüm mə'lumatlar öz əksini tapmışdır. Ağqoyunluların mənşəyi,
Ağqoyunlu-Qaraqoyunlu və Ağqoyunlu-Osmanlı münasibətlərini ayrıca araşdırdığımız üçün burada, Ağqoyunlu
dövlətinin yaranması, onun daxili siyasəti, Ağqoyunlu-Teymuri münasibətləri və dövlətin süqutu məsələlərinin
Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini müəyyənləşdirməyə çalışacağıq.
Türk tarixçilərinin əsərlərində ağqoyunluların Azərbaycanda siyasi hakimiyyətə sahib olana qədərki
dövrdə-Şərqi Anadoluda mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin yaranması və Qara Osmanın rəhbərliyi
altında XV əsrin əvvəllərində bu dövlətin keçdiyi inkişaf yolu geniş şəkildə tədqiq olunmuşdur. 1435-ci ildə
Qara Osmanın ölümündən sonra Ağqoyunlu taxt-tacı uğrunda onun varisləri arasında uzunmüddətli mübarizə
başladı və o, 1453-cü ildə Uzun Həsənin qələbəsi ilə başa çatdı. Uzun Həsənin Ağqoyunlu bəyliyində
hakimiyyətə keçməsinin ilkin mərhələsində feodal çəkişmələrinin arası kəsilmədi, lakin Ağqoyunlu feodal
əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldu
60
.
Uzun Həsənin daxili çəkişmələrə son qoymağa çalışaraq mərkəzi Diyarbəkr şəhəri olan Ağqoyunlu
bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mərkəzi ərazüərinin hesabına
genişləndirmək, Azərbaycanın
[66-67]
cənub torpaqlarında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə orada
hökmranlıq edən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, öz əyanlarına
böyük imtiyazlar və və'dlər verməklə onlan ətrafinda sıx surətdə birləşdirməyə nail oldu.
Uzun Həsən 1457-ci ilin iyununda Diyarkəbr yaxınlığında Rüstəm bəyin rəhbərliyi altında Qaraqoyunlu
ordusunu ağır məğlubiyyətə uğratdı. F.Sümerin qeyd etdiyi kimi, bu qələbə Uzun Həsənin mövqeyini
möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni cərgədə durmaqa imkan vermişdi
61
. XV əsrin 60-cı illərinin
ortalarında İspirdən Urfaya, Şərqi Qarahisardan Sirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında
idi
62
.
Qaraqoyunlu əyanlan arasındakı arası kəsilməyən çəkişmələr və bu mübarizənin Qaraqoyunlu dövlətinə
olan ağır tə'siri, Qaraqoyunlu dövləti daxilində tədricən kəskinləşən ziddiyyətlər Uzun Həsən üçün fəaliyyət
meydanı açdı və qaraqoyunlulara qarşı döyüşlərdə onun qələbə çalmasını asanlaşdırdı. Ağqoyunluların dövlət
hüdudlarının getdikcə genişlənməsini görən Cahanşah rəqibə qarşı həlledici döyüşə can atdı. 1467-ci ilin 11
noyabr gecəsi cüz'i qüvvə ilə Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6
minlik qoşununun hücumuna mə'ruz qalmış, qaraqoyunlular məğlub olmuş və Cahanşah öldürülmüşdü. Bu
məğhıbyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail olmuş,
lakin 1468-ci ilin avqustunda Mərənd yaxınlığında Ağqoyunlularla döyüşdə məğlubiyyətə uğramışdı
63
.
Beləliklə, 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövləti
yarandı
64
. F.Sümerin fikrincə, Ağqoyunlu dövlətinin sərhədləri qərbdə Sivasa bağlı müasir Su şəhərindən
Kirmanın Narmasir şəhərinə qədər uzanırdı
65
. F.Kırzıoğlu belə hesab edir ki, Ağqoyunlu dövlətinin sərhədləri
qərbdə Fərat çayı sahillərinə, Şərqdə Herata, şimalda Qafqaz dağlarına, cənubda Bəsrə körfəzinə qədər
uzanmışdı
66
.
[67-68]
M.X.Yınanç qeyd edir ki, Ağqoyunlu dövlətinin ərazisi səltənətin mərkəzi əyaləti olan
Azərbaycan ilə, mərkəzi Amid olan Diyarbəkri (yə'ni, bütün Şərqi Anadolu), mərkəzi Bağdad olan Ərəb İraqını,
Mərkəzi Şiraz olan Fars əyaləti ilə, İsfahan, Kirman, Qəzvin və Arran əyalətlərinə ayrılmışdır
67
. Ağqoyunlu
dövləti öz daxili quruluşu baxımından Qaraqoyunlu dövlətindən əsaslı şəkildə fərqlənmirdi. Uzun Həsənin
hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları,
Ermənistan, Kürdüstan, Diyarbəkr, İran İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar
daxil idi
68
.
Ağqoyunluların Azərbaycanda və şimal-qərbi İranda hakimiyyəti ələ alması Teymuri hökmdarı Əbu
Səidi narahat etməyə başladı. Teymurilər, Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək məqsədilə
Uzun Həsənin Azərbaycandakı hakimiyyətinin ilk günlərindən onun əleyhinə mübarizəyə girişdilər. Türk
tarixçilərinin əsərlərində Ağqoyunlu-Teymuri münasibətləri haqqında müəyyən fıkirlər irəli sürülmüşdür.
Ağqoyunlu-Teymuri münasibətləri Teymurun XIV əsrin sonunda Azərbaycana yürüşü zamanı Ağqoyunlu Qara
Osmanın onun himayəsinə sığınması ilə təşəkkül tapmışdı. Teymurun ölümündən sonra da Ağqoyunlu-Teymuri
münasibətləri dostluq məcrasında inkişaf etmişdi. F.Sümerin və İ.Akanın əsərlərində Şahruxun Azərbaycana
yürüşləri zamanı Qara Osmanın ona hərbi yardım etdiyi ətraflı surətdə işıqlandırılmışdır
69
. Azərbaycan-Teymuri
münasibətləri XV əsrin 50-ci illərinin sonunadək dostluq şəraitində davam etmişdi. 1458-ci ilin iyunuda
Cahanşahın Xorasanı ələ keçirməsi və Teymuri hökmdarı Əbu Səidlə sülh müqaviləsi bağlaması Ağqoyunlu-
Teymuri münasibətlərinə öz tə'sirini göstərmişdi. Ağqoyunlular şərqdə ən güclü müttəfıqlərini itirdilər.
Cahanşahın ölümündən sonra Teymuri sultanı Əbu Səid Cahan şahın oğlanlarını müdafıə etmək bəhanəsilə öz
qüvvələrini Azərbaycana yeritdi.
[68-69]
Türk tarixçiləri Teymuri hökmdarının Azərbaycana vürüşünün
səbəblərini geniş şəkildə izah etmirlər. F.Sümer sultan Əbu Səidin Azərbaycana Cahanşahın oğlu Həsənəlinin
29
də'vəti ilə gəldiyini qeyd edir.
70
İsmayıl Aka göstərir ki, Teymuri hökmdarı Azərbaycanda yaranmış vəziyyətdən
ıstifadə etməyə çalışırdı
71
.
Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini
öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi
72
. Uzun
Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək teymurilərlə toqquşmaq fıkrindən
çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Saray Xatunun
başçıhğı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir
hey'ət göndərdi və sülh təklif etdi
73
. Ağqoyunlu elçiləri Teymur zamanından aralarındakı dostluğu xatırladaraq,
yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər
74
. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl
kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı
75
. A.Bakıxonov yazır ki, mahir dilomat qadının
sə'yləri Əbu Səidi öz cəhdlərindən çəkindirə bilmədi
76
. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani öz əsərində Uzun
Həsənin Sultan Əbu Səidin yanına göndərdiyi elçilər arasında Saray Xatunun deyil, Murad bəyin, qazi
Əlaəddin Əlinin və Rüstəm Mehmandarın ayrı-ayn vaxtlarda göndərildiyini göstərir
77
. Çünki Əbu Səid
qonşuluğunda yaranmış, tədricən qüvvətlənməkdə olan Ağqoyunlu dövlətindən ehtiyat edirdi. Azərbaycanın
içərilərinə doğru irəliləyən sultan Əbu Səid 1468 - ci ilin 10 oktyabrında Miyanə yaxınlığından Uzun Həsənə
göndərdiyi məktubunda yazırdı : «Teymur bütün ölkələri zəbt edib böldüyü zaman Təbriz taxtını böyük babam
Miranşah Mirzəyə vermişdi. Tanrının yardımına sığmaraq... Azərbaycan vilayətini zəbt edib, babamın yurdunu
əvvəlki üsul ilə taxt etmək üçün gəlmişəm... Teymur baban Osman beyə Diyarbəkr vilayətin
[69-70]
vermişse..., mən sənə Tanrının köməkliyilə Misir, Rum (Anadolu) vilayətlərini alıb verərəm».
78
Sultan Əbu
Səidin bu məktubundan aydın olur ki, o, Azərbaycana yürüş etməklə onu zəbt etmək və Uzun Həsənə Anadolu
torpaqlarını ve'd etməklə ağqoyunluları Azərbaycandan uzaqlaşdırmaq istəmişdi.
Sultan Əbu Səid 1468-ci ilin sonunda havaların soyuduğunu nəzərə alaraq Qarabağda qışlamağı qərara
aldı. Lakin Uzun Həsən buna imkan vermədi. Teymuri hökmdarlarının Şirvanşax Fərrux Yasarın yardımından
istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinə baxmayaraq Fərrux Yasarın
yardımından istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinə baxmayaraq
Fəıxux Yasar sonralar fıkrini dəyişmiş , Uzun Hesənə elçi yollayıb onunla ittifaqa girmişdi.
79
İ.P.Petruşevski
mənbələrin mə'lumatına əsasən yazır ki, Uzun Həsən o zaman Şirvanşahın yanına elçi göndərmiş, ona kömək
edəcəyi təqdirdə Şirvana sülh və təhlükəsizlik və'di vermişdi
80
. Əbu Bəkr Tehrani qeyd edir ki, Uzun Həsən
vaxtilə Cahanşah Mirzənin mülazimlərindən olmuş Əmir Əbdülhəqqi Şirvanşah Əmir Fərrux Yasarın yanına
elçi göndərdi və məhəbbətini bildirib xoş sözlərlə onu ümidvar etdi
81
. Həsən bəy Rumlu qeyd edir ki, əgər
sultan Əbu Səidlə Fərrux Yəsar arasındakı ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ bilməzdi
82
. 1469-cu ilin
əvvəllərində Uzun Həsən Əbu Səidi məğlub etmiş və sultan Əbu Səid əsir alınaraq öldürülmüşdü.
Uzun Həsən Teymuri taxtına öz müttəfiqi olan Yadigar Məhəmmədi əyləşdirmiş, lakin 1470-ci ildə
Hüseyn Bayqara onu hakimiyyətdən uzaqlaşdırmış və hakimiyyəti öz əlinə almışdı. İsmayıl Aka qeyd edir ki,
Uzun Həsən qərbdə başqa məsələlərlə məşğul olduğuna görə, şərqdə öz müttəfiqinə yardım göstərə
bilməmişdi
83
. M.X.Yınançın fikrincə, Uzun Həsən 1471-ci ildə sultan Hüseyn Bayqara ilə sülh bağlamış və
şərqdə müharbə aparmaqdan əl çəkərək əsas diqqətini qərbə yönəltmişdi
84
. Türk tarixçilərinin əsərlərində
[70-
71]
Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Teymuri münasibətlərində baş vermiş dəyişikliyə dair heç bir
mə'lumat verilmir. İlk mənbələrin mə'lumatından aydın olur ki, Ağqoyunlu-Teymuri münasibətləri XV əsrin
80-cı illərində dostluq məcrasında inkişaf etmişdi. Fəzlullah ibn Ruzbihan Xunəci 1487-ci ildə Teymuri
hökmdarı Hüseyn Bayqaranın Nizaməddin Aşik Mehəmməd Arğun adlı elçisinin Sultan Yaqubun yanına xüsusi
hədiyyələrlə gəldiyi haqda məlumat verir. Sultan Hüseyn Bayqarının məktubunda hər iki dövlət arasmdakı
qədim dostluq münasibətlərindən bəhs edilmişdi
85
.
Mənbələrdə sultan Hüseyn Bayqara tərəfindən Kamaləddin Hüseynin sultan Yaqubun yanına elçi
göndərildiyi haqda da mə'lumat verilir
86
. Fəzlullah ibn Ruzbihan Xunəci 1489-cu ilin fevral ayında sultan
Hüseyn Bayqaranın iki ölkə arasındakı dostluq əlaqələrini bərpa etmək məqsədilə göndərdiyi elçinin sultan
Yaqub tərəfındən qəbul edildiyi barədə mə'lumat verir
87
. Mənbə məlumatlarına görə, XV əsrin sonunda
Ağqoyunlu-Teymuri münasibətləri dostluq şəraitində inkişaf etmişdir.
Türk tarixçiləri Ağqoyunlu dövlətində daxili vəziyyətlə bağlı olaraq müəyyən fıkirlər söyləmişlər. Uzun
Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfıyyətlər çox
ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı.
88
Bu, nəinki geniş xalq kütlələrinin
vəziyyətini ağırlaşdırırdı, hətta ölkənin mədaxilinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi.
Uzun Həsən mükəlləfıyyət və vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi
toplayan mə'murların xəyanətlərinə son qoymaq məqsədüə vergi işlərini nizama salan «Qanunnamə» tərtib
etdirdi
89
. F.Sümer bu fikirləri müdafıyə edərək yazır ki, Uzun Həsənin «Qanunnamə»si kəndlilərdən,
sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri
ləvğ etməyə çalışmış, lakin mülki və hərbi idarəçilərin e'tirazları ilə qarşılaşmışdı.
90.
[71-72]
Şərəfxan Bidlisi yazır ki, Uzun Həsən «rəiyyət vergisi almaq üçün İran, Fars və Azərbaycan
padşahlarının indi də (XVI əsrdə-T.N.)» əməl etdikləri qanun vermişdi»
91
. Uzun Həsənin «Qanunnamə»si
30
osmanlılar tərəfindən bir müddət, səfəvilər tərəfındən isə uzun zaman ərzində istifadə edilmişdir
92
. F.Sümer bu
sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfə kimi qiymətləndirir.
93
Uzun Həsənin əsaslı tədbirlərinə baxmayaraq, arzuolunan səviyyədə mərkəzi hakimiyyəti yarada
bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu dövlətində daxili mübarizə
şiddətlənmişdi. M.X. Yınanç Sultan Yaqubun olümündən sonra Ağqoyunlu dövlətində güclənən daxili
çəkişmələrin, Sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətində baş verən hadisələrə bənzədiyini
göstərir.
94
F.Sümerin fıkrincə, səltənəti ələ keçirmək üçün başlanmış üsyanlar, Ağqoyunlu dövlətini fəlakətə
doğru aparırdı. İ.P.Petruşevski qeyd edir ki, Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi
üzə çıxdı, Bayanduri sülaləsinin müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti
idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı
95
. M.X. Yınanç rəqiblər arasında davam edən
mübarizəni səciyyələndirərək belə bir nəticəyə gəlir ki, daxili müharibələr ölkəni viran qoymuş, şəhərlər və
kəndlər dağılmış və hər tərəfdə qorxunc bir səfalət başlamışdı. Daxili müharibələr nəticəsinsində bir-birinə
düşmən olan əmirlər öz tayfaları ilə əvvəldən hakim olduqları məmləkətlərə müstəqil şəkildə hakim olmuşlar
96
.
Osmanlı sultanı II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını ələ keçirmiş Gödək
Əhməd bə'zi islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu əmirlərinin güclü etirazı ilə qarşılaşdı
97
.
F.Sümerin fikrincə sultan Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi
98
. 1497-
ci ilin 13 dekabrında Gödək Əhmədin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə daha da
kəskinləşdi. Bu mərhələni Ağqoyunlu
[72-73]
dövlətində hökmranlıq etmək uğrunda varislərin qızğın
mübarizəsi dövrü kimi qiymətləndirmək olar. M.X.Yınanç qeyd edir ki, Sultan Əhmədin ölümündən sonra
Ağqoyunlu dövlətində tamamilə hərc-mərclik başlamışdı. F.Sümer belə qənaətə gəlir ki, Sultan Əhmədin
ölümündən sonra dövlət sür'ətlə dağılmağa doğru getmişdir
99
. Hakimiyyət uğrunda Əlvəndlə Murad arasında
gedən mübarizə 1500-ci ildə Əbhər yaxınlığında Baba Xeyrullah adlı dərvişin vasitəçiliyi sayəsində
dayandırılmış, bağlanmış müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızıl-üzən çayı sərhəd olmaqla onlar arasında
bölünmüşdü. Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars və
Kirman məmləkətləri Muradın hakimiyyəti altına keçmişdi
100
. F.Sümerin fıkrincə, səltənət uğrunda gedən
mübarizənin başlıca səbəbi, hökmdarların kiçik yaşda olması, ədalətsizlik və hakimiyyətə olan qızğm hərislik
olmuşdur
101
.
XV əsrin sonunda Ağqoyunlu dövlətində hakimyyət uğrunda davam etmiş qanlı döyüşlər, daxilən
möhkəm olmayan, siyasi cəhətdən parçalanmış dovlətin süqutunu obyektiv zərurətə çevirmişdi. MX.Yınanç
göstərir ki, Ağqoyunlu dövlətində səltənət vərasəti işinin bir qanuna və ya ən'ənəyə bağlanmaması, mərkəzi
hakimiyyətin zəifliyi, dövlətin hər tərəfində şahzadələrin və xənədana mənsub əmirlərin müstəqilliyinin
tanınması, səltənəti ələ keçiriməyə çalışan şahzadələrlə, bir-birinə düşmən kəsilən və ayn-ayrı şahzadənin
tərəfındə duran əmirlərin apardığı mübarizə dövlətin süqutuna səbəb olmuşdur
102
.
M.X.Yınançın bu fikrini N.Cağatay da müdafıə edir
103
. İ.H.Uzunçarşılı da belə hesab edir ki, Sultan
Yaqubdan sonra uşaqların kiçik yaşda olması, ailə üzvləri arasında hakimiyyəti bir əldə toplamağa layiq olan
hökmdarların çıxarılmaması və daxili müharibələr Ağqoyunlu dövlətini sarsıtmış və dövlətin süqutuna səbəb
olmuşdur
104
, F.Sümer bu haqda yazır: «Tariximizdə səltənət varasəti işinin möhkəm bir qaydaya bağlanması
dövlətin başına qüdrətli şəxsiyyətlərin keçməsinə imkan
[73-74]
versə də, taxt-tac qovğaları türk dövlətlərinin
inkişafının qarşısını alır, başlıcası isə onların zəifiəməsində və süqutunda əsas amil olurdu. Məhz dövlətinin
yıxılmasında da bu xüsusi amil olmuşdur»
105
.
Beləliklə, daxilən böhran keçirən Ağqoyunlu dövləti 1501-ci ildə Şah İsmayıl Səfəvinin zərbələri
altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı.
|