Plan 2:Geofizikanın üsulları Seysmik kəşfiyyat əsas geofiziki üsullardan biri olub, yer qabığının geoloji quruluşunun öyrənilməsinə əsaslanır. Bu üsulun əsasını elastiki titrəyişlər təşkil edir. Bu titrəyişləri yer üzərində xüsusi ölçmə işləri aparmaq üçün suni yollarla yaradırlar. Bu məqsədlə ya hibrator adlanan xüsusi maşınlardan istifadə olunur, ya da çox dərin olmayan quyular qazılaraq partlayış işləri yerinə yetirilir. Əsasən seysmik quyular 10-30 metr dərinliyə qədər qazılır. Seysmik partlayış işlərini suda apararkən nəzərə almaq lazımdır ki, əmələ gələn dalğalar canlılar aləminə ziyan vurmasın. Seysmik kəşfiyyat işləri prossesində xüsusi qəbuledici qurğulardan istifadə edilir. Yaradılan dalğaların bu quyulara çatma vaxdı və yayılma sürəti təyin olunur. Əldə olunan məlumatlara əsasən seysmik profillər qurulur. Bu üsul neft - qaz yatağlarını öyrənmək üçün ən dəqiq üsuldur. Seysmik kəşfiyyatın 2 əsas yolu geniş tətbiq olunur:
1) Əks olunan dalğalar üsulu
2) Sınıq keçən dalğalar üsulu
Seysmik kəşfiyyatda istifadə olunan bütün cihaz və qurğular ümumillikdə seysmostansiya adlanır.
Seysmik dalğalar - geoloji biliklər fiziki cisimlər kimi ayrı - ayrı hissəciklərin yığım şəklində təsvir olunur. Xaricdən təsir olduqda bu hissəciklərin yer dəyişməsi baş verir. Başqa sözlə cisim deformasiyaya uğrayır. Deformasiya 2 cür olur:
1) Həcm deformasiyası
2) Sürüşmə deformasiyası
Həcm deformasiyası zamanı cismin yalnız həcmi dəyişir, sürüşmə deformasiyası zamanı isə cismin forması dəyişir. Deformasiyanın növündən asılı olaraq mühitdə yaranan elastiki dalğalar eninə və uzununa olmaqla 2 yerə ayrılır. Uzununa dalğalar həcm deformasiyası nəticəsində yaranır və əsasən bərk, maye, qaz halında yayılırlar. Uzununa dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğanın yayılma istiqaməti ilə eyni olur. Eninə dalğalar isə sürüşmə deformasiyası nəticəsində yaranır. Bu dalğalarda hissəciklərin hərəkət istiqaməti dalğaların yayılma istiqaməti ilə perpendikulyar olur. Seysmik dalğalar mühitdə yayılarkən hissəciklərin titrəyişi qonşu hissəciklərə ötürülür və onları rəqsi hərəkətə gətirir. Dalğaların yayılma istiqamətində bəzi hissəciklərin hərəkəti sönür və yeni hissəciklərin hərəkəti başlayır. Bu prossesi səciyyələndirmək üçün dalğa cəbhəsi adlanan anlayışdan istifadə edilir.
Dalğa cəbhəsi - mühitin rəqsdə olan hissəciklərini rəqsdə olmayan hissəciklərdən ayıran sərhəddə deyilir. Dalğa cəbhəsi ön və arxa cəbhə olmaqla 2 hissəyə ayılır:
Mühitdə rəqsi sönmüş hissəciklərini rəqsdə olan hissəciklərdən ayıran hissəyə dalğanın arxa cəbhəsi, mühitin rəqsdə olan hissəciklərini rəqsi gözlənilən hissəciklərdən ayıran hissəsinə dalğanın ön cəbhəsi deyilir.
Elektrik kəşfiyyatı yer qabığında təbii prosseslər nəticəsində yaranan və ya süni yollarla yaradılan elektromaqnit sahələrinin öyrənilməsinə əsaslanır. Digər kəşfiyyat üsullarından fərqli olaraq elektrik kəşfiyyatı, daha çox modifikasiyalarının olması ilə fərqlənir. Belə ki, süni və təbii elektrik sahələrinin öyrənilməsindən asılı olaraq bu kəşfiyyat üsulunun 60'dan çox növü mövcuddur. Elektrik kəşfiyyat üsulundan bir sıra məsələlərin həllində istifadə edilir:
1) Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatında;
2) Filiz yataqlarının axtarışında;
3) Mühəndis geoloji və hidrogeoloji tədqiqatlarda;
4) Ayrı-ayrı geoloji strukturların tədqiqində;
Yer kürəsinin təbii elektrik xüsusiyyətlərinin öyrənilməsində elektrik kəşfiyyatının əsasən bir sıra modifikasiyalarından istifadə olunur:
1) Maqnitotellurik zonlama (MTZ)
2) Maqnitotellurik profilləmə (MTP)
3) Tellurik cərəyan üsulu (TCÜ)
Süni elektrik sahələrinin öyrənilməsində istifadə olunan üsullar 2 növə bölünür:
1. Sabit cərəyan üsulları
2. Dəyişkən cərəyan üsulları
Sabit cərəyan üsullarına misal olaraq elektrik kəşfiyyatının bir sıra növlərini göstərmək olar:
1) Şaquli elektrik zonlaması (ŞEZ)
2) Dipol elektrik zonlaması (DEZ)
3) Elektrik profillənməsi (EP)
Dəyişən cərəyan üsullarının elektrik kəşfiyyatında bir neçə üsulları mövcuddur:
1) Tezlik elektrik zonlaması (TEZ)
2) Sakitləşən elektromaqnit sahələrinin zonlanması (SESZ)