Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   2   3   4   5   6   7   8   9   10   ...   23

74
Buxovları qıran
onun qorxduğunu duydum. Onun itirəcəyi bir şey olmadığından, 
nəhayət,  o,  heç  olmasa  bunu  sınamağa  razılaşdı.  Növbəti  həftə 
Meri içəri girəndə dedi: «İlanlar gedib!»
Mən  dedim:  «Əla!  Niyə  sən  onlar  haqqında  mənə  bir  az  tez 
demədin?»
O cavab verdi: «Çünki qorxurdum ki, sizə də yaxınlaşarlar.» 
Onların  mənə  yaxınlaşmasını  fikirləşmək,  sadəcə,  aldatma-
nın  başqa  bir  hissəsi  idi.  Əgər  onun  problemi  nevroloji  olsaydı, 
onda  İsanın  adı  ilə  ilanların  üzərində  hökmranlıq  etmək  təsir 
göstərməzdi. Amma Merinin vəziyyətində problem ruhani idi və 
beş il ərzində xəstəxanada yatmaq və dərman qəbul etmək kömək 
etməmişdi. 
Şeytanın, eləcə də onun cinlərinin gerçəkliyini və fəaliyyətini 
təsvir  etməzdən  qabaq  qaranlıq  padşahlığının  üzərində  sizin  və 
hər  bir  imanlının  Məsihdə  olan  ruhani  gücünü  və  səlahiyyətini 
başa düşmək lazımdır.
İ
sanın səlahiyyət nişanını gəzdirmək
İsa  öz  şagirdlərinə  təlim  keçəndə  «İsa  On  İki  şagirdi  yanına 
çağırıb  bütün  cinlər  üzərində  və  xəstəliklərə  şəfa  vermək  üçün 
onlara qüdrət və səlahiyyət verdi. Onları göndərdi ki, Allahın Pad-
şahlığını təbliğ edib xəstələri sağaltsınlar» (Luka 9:1, 2). İsa bilir-
di ki, şagirdləri Allahın padşahlığını vəz etməyə başlayanda onlara 
qarşı cinlərin müqaviməti olacaq. Ona görə də İsa onlara cinlər 
üzərində xüsusi güc və səlahiyyət verdi.
Sonra  İsa  70  davamçısını  buna  oxşar  tapşırığa  göndərdi  və 
onlar  «sevinə-sevinə  qayıtdı  və  dedi:  'Ya  Rəbb,  Sənin  adınla 
cinlər  belə,  bizə  tabe  olur!'»  (Luka  10:17).  Bu  müjdəçilər  qa-
ranlıq padşahlığı ilə üzləşdilər və İsanın adı ilə cinlərin onlara 
tabe olduğunu aşkar etdilər. Ola bilsin ki, onlar qorxu və ehti-
yatla tapşırığı yerinə yetirməyə başlamışdılar, amma onlar geri 
qayıdanda şər ruhlar üzərində çaldıqları qələbəyə görə heyrətə 
düşmüşdülər. 

Üsyançı hökmdar ilə üzləşmək
75
Amma  İsa  cəld  onların  çıxardıqları  hər  bir  səhv  nəticəni 
düzəltdi.  «Baxın,  Mən  sizə  səlahiyyəti  vermişəm  ki,  ilanları, 
əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç 
nə sizə zərər vurmayacaq. Bununla belə, ruhların sizə tabe oldu-
ğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazı-
lıb» (Luka 10:19, 20). «İlanlar» və «əqrəblər» sözləri sürünənlərə 
və  böcəklərə  aid  deyil,  çünki  sürünənlər  və  həşəratlar  bizim 
düşmənlərimiz  deyillər.  Əslində  İsa  məcazi  olaraq  şeytandan 
və  onun  mələklərindən  danışırdı.  Məncə  O:  «İsanın  adına  görə 
cinlərin üzərində səlahiyyətinizin olduğuna görə sevinməyin. Adı-
nızın  Quzunun  Həyat  Kitabında  yazıldığına  görə  sevinin.  Fikri-
nizi cinə deyil, Məsihə tuşlayın. Düşmən və onun üzərində olan 
səlahiyyətiniz barəsində maraqlanmayın: kimliyiniz barəsində ma-
raqlanın və şeytanın başınıza çıxmasına icazə verməyin» deyirdi. 
Bu, Onun nümayiş etdirdiyi və sonra şagirdlərinə öyrətdiyi qul-
luqçu rəhbərliyi ilə uyğunlaşır. 
İmanlıların qaranlıq padşahlığı üzərindəki gücünü və səlahiyyətini 
anlamaq bəzilərini Məsihdəki mövqelərindən səhv istifadə etməyə, 
özbaşına hərəkət etməyə və «yamanca uduzmağa» gətirib çıxara 
bilər. Bizim Məsihdə olan mövqeyimizdən və kimliyimizdən kənar 
heç bir ruhani gücümüz və ya səlahiyyətimiz yoxdur. Bizim kim 
olmağımız  həmişə  bizim  nə  etdiyimiz  üzərində  birinciliyi  daşı-
malıdır; və biz Məsihdən kənarda heç bir şey edə bilmərik. Hətta 
İsa göylərdəki Atasında olan kimliyindən sərbəst şəkildə Öz ilahi 
xüsusiyyətlərindən istifadə etmək üçün şeytan tərəfindən sınağa 
çəkilib. 
İdarə etmək qabiliyyəti və hüququ
İsa  öz  şagirdlərinə  cinlər  üzərində  həm  səlahiyyət,  həm  də 
qüdrət vermişdi. Burada fərq nədir? Səlahiyyət idarə etmək üçün 
hüquqdur; bu, qanuni mövqeyə əsaslanır. Polisin yol kəsişməsində 
nəqliyyatı  dayandırmaq  hüququ  var,  çünki  onun  hakimiyyət 
tərəfindən həvalə olunmuş mülki səlahiyyəti var (Roma 13:1-5). 
İsa  dedi:  «Göydə  və  yer  üzündə  bütün  səlahiyyət  Mənə  veril-

76
Buxovları qıran
mişdir.  Beləliklə,  gedin,  bütün  millətləri  Mənim  şagirdim  edin» 
(Matta 28:18, 19). Ona görə də şeytanın göydə və ya yerdə heç 
bir səlahiyyəti yoxdur. 
Qüdrət  idarə  etmək  üçün  qabiliyyətdir.  Polisin  nəqliyyatı  da-
yandırmaq  səlahiyyəti  var,  amma  bunu  etmək  üçün  onun  fiziki 
qabiliyyəti  yoxdur.  Amma  siz  6  metrlik  kvadrat  möhkəm  daşı 
yol  kəsişməsinin  tən  ortasına  qoysanız,  onda  nəqliyyatı  saxla-
ya bilərsiniz, çünki sizin səlahiyyətiniz olmasa da, daşın qüdrəti 
var. İmanlılarda hər ikisi var, yəni Məsihdəki mövqelərinə görə 
Allahın  iradəsini  yerinə  yetirməyə  səlahiyyətləri  və  Ruha  görə 
həyat sürdükcə Allahın iradəsini yerinə yetirmək üçün qüdrətləri 
var. «Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin» 
(Efes. 6:10).
Yaxşı rəhbər olan heç bir şəxs göstərişlərini yerinə yetirmək üçün 
səlahiyyət vermədən məsuliyyəti tapşıra bilməz. Heç belə rəhbər 
tapşırığı yerinə yetirmək üçün qüdrəti işçilərinə vermədən onları 
iş  dalınca  da  göndərməz.  Hətta  dünyəvi  rəhbərlər  öz  işçilərinə 
səlahiyyət və qüdrət verməsindən danışırlar. İsa öz şagirdlərinin 
üzərinə  Allahın  padşahlığını  bəyan  etmək  məsuliyyətini  qoy-
du.  Əgər  İsa  onlara  qaranlıq  üzərində  səlahiyyət  və  qüdrət 
verməsəydi, cinlər onların zəif səylərinə istehza edərdi və onları 
qaçıb gizlənməyə vadar edərdi (Həv. İş. 19-cu fəsildə bu, Skeva-
nın yeddi oğlunun başına gəlmişdi). 
Ola bilsin ki, siz Meri kimi, həyatınızda cinlərin müdaxiləsinə 
qarşı  durmaqda  kifayət  qədər  kamil  olmadığınızı  düşünürsünüz. 
Sizin  cismani  təbiətdə  şeytana  və  onun  cinlərinə  qarşı  durmaq 
qabiliyyətiniz yoxdur, amma Məsihdə isə var. İsraillilər Qolyata 
qorxa-qorxa baxırdılar və deyirdilər: «Biz onunla vuruşa bilmərik». 
Amma cavan Davud Qolyata baxdı və dedi: «Axı bu sünnətsiz fi-
liştli kimdir ki, var olan Allahın alaylarına meydan oxuyur?» (1Şa-
muel 17:26), sonra onu sapandla öldürdü. Ordu Qolyata özləri ilə 
müqayisədə baxırdı; Davud isə Qolyata Allahla müqayisədə baxır-
dı və buna görə də qələbə çaldı. Siz canınızın ruhani düşmənləri 
ilə qarşılaşanda yadda saxlayın: Siz İsa ilə birlikdə ən güclü qa-
libsiniz. 

Üsyançı hökmdar ilə üzləşmək
77
İnsanlar bəzən zənn edirlər ki, başqalarına Məsihdə öz azad-
lıqlarını tapmaqda kömək etmək bacarığım təhsilimə, çağırışıma 
və ya şəxsiyyətimin gücünə görədir. Əslində, bu, heç doğru deyil. 
Məsihdə balaca uşağın və yaşlı nənənin mənim kimi eyni ruhani 
səlahiyyəti var. Biz «Məsih İsa ilə fəxr etməli və cismani şeylərə 
güvənməməliyik» (Filip 3:3). 
Yüksək vəzifədən istifadə etmək
Şagirdlər dedilər: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe 
olur»  (Luka  10:17).  «Tabe  olmaq»  (yunan  dilində  hupotasso
«aşağı  təbəqəyə  qoyulmaq»  mənası  verən  hərbi  termindir.  Bu, 
farağat  əmrində  dayanan  və  əmr  verən  komandirlərinin  qayda-
larına dəqiq riayət edən bir qrup əsgəri təsvir edir. Biz hamımız 
da beləcə Rəbbimizə cavab verməliyik və «hər kəs başçılıq edən 
hakimiyyətlərə  tabe  olmalıdır»  (Rom.  13:1).  Allah  övladlarına 
söyləyir: «Ruhani müdafiəniz üçün sıraya düzülün və Mənim ar-
dımca gəlin.»
Amma ruhani məğlub olmuş məsihçilər bunu başa düşmürlər. 
Onlar Allahı və Padşahlığını bir tərəfdə, şeytanı və padşahlığını 
digər tərəfdə bərabər gücə malik bir varlıq kimi görürlər və onlar 
özlərini bu iki padşahlığın arasında sanki kəndir dartma oyunun-
dakı kəndir kimi hiss edirlər. Sanki bəzi günlərdə Allah qələbə ça-
lır, digər günlərdə isə şeytan üstünlük əldə edir. Və onların etdiyi 
işlər döyüşə heç bir təsir göstərmir.
70 şagird tapşırığı yerinə yetirəndən sonra yeni bir dünyagörü-
şü ilə, həqiqi dünyagörüşü ilə qayıtdılar. Ruhani səlahiyyət üfüqi 
müstəvidə olan kəndir dartma oyunu deyil; bu, orduda olduğu kimi 
şaquli səlahiyyət iyerarxiyasıdır. İsa Məsih göydə və yer üzündə 
bütün səlahiyyətlərə malikdir (Matta 28:18); O, səlahiyyət iyerar-
xiyasının ən ali səviyyəsindədir. O, qulluqçularına Öz səlahiyyətini 
və gücünü Onun adı ilə istifadə etmək üçün verib (Luka 10:17); 
biz İsanın səlahiyyəti altındayıq, amma biz Onun iradəsini yerinə 
yetirmək üçün Onun səlahiyyətinə malikik. Bəs şeytan və onun 
cinləri? Onlar ən aşağıdadırlar, Məsihin bizə qoyduğu səlahiyyətə 

78
Buxovları qıran
tabedirlər. Onların sizin həyatınızı idarə etməsində əsgərin gene-
rala  ayaqyolunu  təmizləmək  əmri  verməsi  kimi  hüquqları  artıq 
yoxdur. 
Bəs  onda  qaranlıq  padşahlığı  dünyada  və  məsihçilərin 
həyatlarında  niyə  belə  güclü  mənfi  təsir  göstərir?  Çünki  şey-
tan  bütün  dünyanı  aldadıb  və  ona  görə  də  bütün  dünya  şər 
olanın hakimiyyəti altındadır (1 Yəhya 5:19). Şeytan Allah ilə 
bərabər gücdə deyil; o, tərki-silah və rüsvay edilmiş düşməndir 
(Kolos.  2:15).  Amma  o,  sizdən  daha  çox  gücə  və  səlahiyyətə 
malik olduğuna sizə inandıra bilsə, onda şeytanı özünüzdən güc-
lü hesab edib yaşayacaqsınız! Sizə qaranlıq padşahlığı üzərində 
səlahiyyət  verilib,  amma  siz  buna  inanmasanız  və  həyatınıza 
tətbiq etməsəniz, onda siz elə yaşayacaqsınız ki, sanki bu, sizdə 
yoxdur. 
Mən  bu  həqiqəti  şiddətli  cinə  tutulma  xəstəliyi  olan  qadınla 
görüşərkən gördüm. Məsləhət vermə zamanı iri və əzələli olan bu 
qadın qəfildən stuldan durdu və hədələyici baxışlarla mənə doğru 
gəldi. Mən döyüşümüzün silahlarının cisimdən düzəldilən silahlar 
olmadığından şad idim, əks halda həmin qadının ölçüsündə olan 
cinə tutulmuş şəxsdən özümü qorumaq çox çətin olardı. 
Qadın həmin vaxt özündə olmadığı üçün mən 1 Yəhya 5:18-ə 
əsaslanmış bu sözləri ona deyil, onu idarə edən murdar ruha de-
dim: «Mən Allahın övladıyam və şər olan mənə toxuna bilməz. 
Bu dəqiqə aşağı otur». O, dərhal dayandı və dala qayıdıb stula 
oturdu. Əgər mən Məsihdə səlahiyyətimdən istifadə etməsəydim, 
qorxu məni nəzarət altına alardı və cinlə döyüşə çıxmış olardım. 
Amma Məsihin adı ilə dayanmaqla, mən cinin boş-boşuna güc nü-
mayiş etdirməsini neytrallaşdırdım və qadına xidmət edə bildim. 
Siz bilməlisiniz ki, şeytanı qışqırmaqla qovmuruq. Səlahiyyət 
səsin ucalığı ilə artmır. Siz şeytanın üstünə qışqırmaqla və ya çı-
ğırmaqla fayda verməyəcəksiniz. Bu, valideynlik səlahiyyətindən 
heç fərqlənmir. Əgər siz uşaqlarınızın üstünə onların davranışla-
rına  nəzarət  etmək  üçün  qışqırırsınızsa,  siz  Allahın  sizə  verdiyi 
səlahiyyətdən  düzgün  istifadə  etmirsiniz;  siz  onu  zəiflədirsiniz. 
Siz cismani təbiətdə hərəkət edirsiniz. 

Üsyançı hökmdar ilə üzləşmək
79
Qadınla olan bu epizod mənim qorxaraq cavab verəcəyimə ümid 
edən cinin bir taktikası idi. Allaha iman və istənilən şeydən qorxu 
(Allaha  olan  qorxudan  başqa)  eyni  zamanda  mövcud  ola  bilər. 
Şeytan  bizdə  qorxu  hissini  oyatmağa  çalışanda  biz  Məsihdəki 
mövqeyimizdə  qalmalıyıq  və  özünə-hakimliyi  daxil  edən  Ruhun 
səmərəsini nümayiş etdirməliyik (Qal. 5:23). 
M
əsihdəki mirasımızın zənginliyi 
Bizim  ruhani  mübarizədə  hətta  birinci  şagirdlərdən  daha  çox 
üstünlüyümüz  ola  bilər.  Onlar  Məsihin  yanında  idilər  (Mark 
3:14,15),  amma  biz  Məsihdəyik.  Paulun  Efes  məbədinə  yazdığı 
məktubun  giriş  sətirlərində  verdiyi  böyük  xəbər  bu  idi.  Burada 
onun  Məsihdəki  mövqeyimiz  haqqında  neçə  dəfə  xatırlatdığına 
diqqət yetirin (vurğular əlavə edilib): 
Rəbbimiz İsa Məsihin bizə Məsihdə səmadakı hər cür 
ruhani nemətlə xeyir-dua verən Allahına – Atasına al-
qış olsun! O, dünya yaranmazdan qabaq bizi Məsihdə 
seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və 
nöqsansız olaq…Belə ki sevimli Oğlunda bizə bəxş et-
diyi  Öz  lütfünün  izzətini  mədh  edək.  Oğlunda,  Onun 
qanı vasitəsilə verilən azadlığa – təqsirlərimizin bağış-
lanmasına  malikik.  Allah  əvvəlcə  sirr  olaraq  saxladığı 
iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını 
O, Məsihdə əvvəlcədən təyin etmişdi. Vaxt tamam olan-
da isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm 
də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək… Allahın 
məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə 
irs  aldıq  ki,  qabaqcadan  Məsihə  ümid  bəsləyən  bizlər 
Allahın  izzətinin  mədhi  üçün  mövcud  olaq.  Həqiqət 
Kəlamını,  xilasınızın  Müjdəsini  eşidib  Məsihə  iman 
edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda 
möhürləndiniz (Efes. 1:3-13). 

80
Buxovları qıran
Paul heç kimin bu məqamı gözdən qaçırmasını istəmirdi. O, ilk 
13 ayədə bizim «Məsihdə» olduğumuzu səkkiz dəfə söyləyir. 
Bizdə olan hər bir şey dirilmiş Məsihlə yaxın şəxsi ünsiyyətimizin 
və Onun Ruhunun bizdə yaşamasının nəticəsidir. Problem bizim 
onu görməməyimizdədir. Ona görə də Paul davam edir: 
Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun ça-
ğırışından  yaranan  ümidin  nə  olduğunu,  müqəddəslərə 
verdiyi  irsin  izzətinin  necə  zəngin  olduğunu,  Onun 
böyük  qüvvəsinin  fəaliyyətinə  görə  iman  edən  bizlərə 
sərf  etdiyi  qüdrətinin  hədsiz  böyüklüyünün  nə  olduğu-
nu  görəsiniz.  Allah  bu  qüdrətlə  Məsihdə  elə  fəaliyyət 
göstərdi  ki,  Onu  ölülər  arasından  dirildib  səmada  Öz 
sağında oturtdu (Efes. 1:18-20). 
Biz ruhani mirasımızı başa düşməyəndə Məsihdəki mövqeyimizə 
məxsus  olan  azadlıqda  və  bəhrə  verən  həyatda  yaşamırıq.  Biz 
Məsihdə olan mövqeyimizi, qaranlıq üzərində səlahiyyətimizi və 
Onun  iradəsini  yerinə  yetirmək  səlahiyyətimizi  dərk  edənədək 
bizə həvalə olunan cavabdehliyi həyata keçirməkdə uğursuzluğa 
düçar olacağıq. 
Səlahiyyətin dərinliyi və genişliyi 
Efes. 1:19-23-də Paul izah edir ki, Məsihin səlahiyyətinin mənbəyi 
və Onu ölülərdən dirildən və Atanın sağ tərəfində oturdan qüdrəti 
eynidir. Həmin güc mənbəyi o qədər güclüdür ki, Paul 19-cu ayədə 
bunu  təsvir  etmək  üçün  dörd  müxtəlif  yunan  sözündən  istifadə 
edib:  «qüdrət»  (dunameos),  «fəaliyyət»  (energeian),  «qüvvə» 
(kratous), «böyük» (ischuos). Rəbb İsa Məsihin dirilməsinin ar-
xasında Allahın Kəlamında yazılmış qüdrətin ən qüvvəli fəaliyyəti 
dayanır. Məsihi ölülərdən dirildən və şeytanı məğlub edən həmin 
qüdrət bir imanlı kimi bizim əldə edə bildiyimiz qüdrətdir. 
Paul istəyir ki, biz Məsihin səlahiyyətinin hədsiz olduğunu anla-
yaq, belə ki Onun səlahiyyəti «hər başçı, hakim, qüvvə və ağadan, 

Üsyançı hökmdar ilə üzləşmək
81
yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan» 
yüksəkdir (Efes. 1:21). Dünyada olan ən güclü, mötəbər, pis və 
yaxşı, siyasi, yaxud hərbi rəhbər haqqında fikirləşin. Ən qorxulu 
terrorçuları, cinayətkar rəhbərləri və mafiya başçılarını təsəvvür 
edin.  Keçmişin  və  indiki  dövrün  iblisanə  üsulları  ilə  cəmiyyəti 
tənəzzülə uğradan qəddar məşhur adamları yadınıza salın. Şey-
tanın  və  onun  komandanlıq  etdiyi  qaranlığın  bütün  qüvvələrini 
düşünün. İsanın səlahiyyəti keçmiş, indiki və gələcək dövrdəki bu 
insani  və  ruhani  səlahiyyətlərdən  nəinki  yüksək  deyil,  eləcə  də 
onlardan çox-çox yüksəkdədir. 
Verilmiş səlahiyyət 
Paul Məsihin qüdrətinin və səlahiyyətinin «iman edən bizlərə» 
verildiyini söyləyir (Efes. 1:19). Paul artıq izah edib ki, Allahın 
qüdrətinin  və  səlahiyyətinin  ali  hərəkəti  Məsihi  ölülərdən 
dirildəndə  və  səmada  Onu  başqa  bütün  səlahiyyətlilərdən  daha 
yüksəkdə oturdanda vaqe oldu (1:19-21). Xilasdan əvvəl mövcud 
olan günahlı vəziyyəti qeyd etdikdən sonra (2:1-3) Paul əsas möv-
zusu, yəni Məsihin səlahiyyəti və onun bizimlə necə əlaqələnməsi 
barəsində  danışmaqda  davam  edir.  «Lakin  mərhəməti  bol  olan 
Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən 
ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü 
ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib 
səmada oturtdu» (2:4-6). 
Paul bizə bildirmək istəyir ki, Məsih ölülərdən diriləndə (1:20) 
Ona iman edən bizlər də ruhani ölümdən dirildik və Allah «bizə 
Məsihlə birlikdə həyat verdi» (2:5, 6). Məsihin qəbirdən dirilməsi 
və  bizim  ruhani  ölümdən  dirilməyimiz  eyni  vaxtda  baş  ver-
di.  Əlbəttə,  başın  (Məsih)  və  bədənin  (Onun  məbədi)  birlikdə 
dirilməsi məntiqidir.
Bundan əlavə, Allah Məsihi sağ tərəfində oturdanda və bütün 
səlahiyyətləri Ona verəndə (Efes. 1:20, 21), O, eləcə də bizləri 
Öz  sağ  tərəfində  oturtdu  (2:6),  çünki  biz  «Məsihlə  birlikdə»yik 
(2:5). Məsihi qəbul edən anda siz səmada Onunla birlikdə oturur-

82
Buxovları qıran
sunuz. Allahın övladı kimi kimliyiniz və ruhani qüvvələr üzərində 
səlahiyyətiniz nə vaxtsa gələcəkdə qəbul edəcəyiniz şeylər deyil; 
onlar indi sizdə var. Siz indi Allahın ruhani diri övladısınız. Siz 
indi  səmada  Məsihlə  birlikdə  oturursunuz.  Qaranlıq  padşahlığı 
üzərində və Onun iradəsini yerinə yetirməkdə indi sizdə qüdrət 
və səlahiyyət var. 
Paul  eləcə  də  kolosselilərə  məktubunda  bu  cür  səlahiyyət 
verən və həyat dəyişdirən həqiqət haqqında danışır: «Siz də Onda 
[Məsihdə] tamamlanmısınız. O, hər başçının və hakimin Başıdır» 
(Kolos. 2:10). Feilin zaman formasına diqqət yetirin: Biz tamam-
lanmışıq. Nə vaxt? İsa Məsih öləndə, diriləndə və göylərə qalxanda. 
Allahın Məsihi bütün başçıların və hakimlərin üzərində baş təyin 
etdiyinə və bizi səmada Onunla birlikdə oturtduğuna görə Onun 
iradəsini yerinə yetirmək üçün qüdrətimiz və səlahiyyətimiz var. 
Paul kolosselilərə məktubunda bizim bilməli olduğumuz daha 
başqa bir şeyi xatırladır: «Allah başçıları və hakimləri tərki-silah 
etdi və onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi» (2:15). 
Təkcə siz Məsihdə dirilmədiniz, eləcə də şeytan 2000 il bundan 
əvvəl  tərki-silah  edildi  və  məğlub  oldu.  Onun  məğlubiyyəti  ta-
mamlanmış bir şey deyil; nə də bu, gələcəkdə olacaq; bu, artıq 
baş verib. Şeytanı məğlub etmək bizim məsuliyyətimiz deyil. İsa 
artıq bunu edib. 
Əgər  şeytan  artıq  tərki-silah  edilibsə,  nəyə  görə  onda 
həyatlarımızda qələbəni daha çox hiss etmirik? Çünki yalanların 
atası bütün dünyanı aldadıb. Şeytan qəddar görünən və səslənən 
ac bir aslan kimi ətrafda dolaşır. Əslində onun dişləri və caynaqları 
çıxarılıb, amma o, sizi çeynəyə bildiyinə və tüpürə bildiyinə inan-
dıra bilsə, onda siz sanki o, bunu bacarırmış kimi yaşayacaqsınız. 
Bu səlahiyyətin verilməsində başlıca məqsəd nədir? Paul Efes. 
3:8-12-də cavab verir: 
Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah 
mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi 
ilə bağlı Müjdəni millətlərə yayım və hər şeyi yaradan 
Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə 

Üsyançı hökmdar ilə üzləşmək
83
olduğunu  bütün  insanlara  izah  edim.  Belə  ki  Allahın 
çoxcəhətli  hikməti  indi  imanlılar  cəmiyyəti  vasitəsilə 
səmadakı başçılara və hakimlərə bildirilsin. Bu, Allahın 
əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə 
yerinə  yetirdiyi  məqsədinə  görə  oldu.  Məsihdə  və 
Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla 
yaxınlaşa bilirik. 
Allahın əbədi məqsədi məbəd vasitəsilə «səmadakı başçılara və 
hakimlərə» Öz hikmətini bildirməkdir. Məbəd bu məqsədi düzgün 
yerinə yetirirmi? Bəziləri hələ də soruşurlar: «Hansı başçılar və 
hakimlər?» Əgər Allahın qaranlıq padşahlığı haqqında dediklərinə 
inanmasaq,  öz  çağırışımızı  dünyada  necə  yerinə  yetirəcəyik? 
Bəziləri  yalvarırlar:  «Ey  Allah,  xahiş  edirik  ki,  bizə  kömək  et! 
Şeytan üstümüzə nərə çəkir!» Və Allah belə cavab verir: «Mən nə 
etməli idimsə, hamısını etmişəm. Mən şeytanı çarmıxda məğlub 
və  tərki-silah  etmişəm.  Mən  Məsihdə  bütün  səlahiyyətləri  sizə 
vermişəm.  İndi  gözlərinizi  açın.  Kim  olduğunuzu  dərk  edin  və 
buna uyğun şəkildə yaşamağa başlayın.»
Padşahlıq üçün tələb olunan şərtlər 
Məsihin qüdrətində və səlahiyyətində yaşamaq üçün dörd şərtin 
olduğunu güman edirəm: 
  1. İman. Paul Onun «iman edən bizlərə sərf etdiyi qüdrət» (Efes. 
1:19) haqqında danışır. Yeni nəqliyyat polisinin ilk dəfə nəqliyyata 
yol göstərmək üçün maşınlarla dolu yol kəsişməsinə yaxınlaşma-
sını təsəvvür edin. Ona məktəbdə deyilib ki, sadəcə küçəyə çıxıb 
əlini qaldırsın və maşınlar dayanacaq, amma o, özünə əmin deyil. 
O, səkinin kənarında dayanır, fitini zəif çalır və yanına yaxınlaşan 
maşına  yavaşca  əllini  yelləyir.  Maşın  sadəcə  yanından  şütüyür. 
Onun səlahiyyəti özünə inamın çatışmazlığından zəifləyir. 
İndi təcrübəli polisin eyni işi etdiyini təsəvvür edin. O, vəziyyətə 
görə qərara gəlir, diqqətlə, amma arxayıncasına küçəyə çıxır, öz 

84
Buxovları qıran
fitini çalır və əlini uzadır — maşınlar dayanır. Onun ağlında həmin 
yol kəsişməsində nəqliyyatın nəzarətçisi olduğuna şübhə yoxdur, 
çünki nəqliyyatı istiqamətləndirmək üçün onun səlahiyyəti var. 
Ruhani aləmdə, əgər qaranlıq padşahlığı üzərində sizdə Məsihin 
səlahiyyətinin  olduğuna  inanmasanız,  siz  onu,  çox  güman  ki, 
tətbiq edə bilməyəcəksiniz.  Artıq biz şeytana yol vermədən in-
sanlara necə kömək etmək barəsində öyrənmişik.  Bundan son-
rakı  fəsillərdə  bunu  izah  edəcəyəm.    Bir  neçə  il  bundan  əvvəl 
fikrini toplamaqda çətinlik çəkən bir cavan qadına kömək edirdim. 
Qəfildən onun üzünün ifadəsi dəyişdi və başqa bir səs dedi: «Rədd 
ol, sən kimsən axı?» Mən sakitcə dedim: «Mən Allahın övladıyam 
və  sənin  danışmağa  səlahiyyətin  yoxdur.»  Dərhal  cavan  qadın 
normal ağlına qayıtdı və biz əvvəlki söhbətə qayıtdıq. Sizin kim 
olduğunuzu bilməyə dəyər!
2.  Təvazökarlıq.  Təvazökarlıq  düzgün  olana  etibar  etməkdir. 
Təvazökarlıq  özünü  alçaltma  kimidir,  bu,  Məsih  üçün  böyük 
idarəçilik altında olan böyük qüvvə idi. Öz səlahiyyətimizi tətbiq 
edərkən təvazökarlıq özümüzə deyil, səlahiyyətimizin mənbəyi olan 
Məsihə etibar etməkdir. Paul kimi biz «Məsih İsa ilə fəxr edirik 
və cismani şeylərə güvənmirik» (Filip. 3:3). İsa Öz səlahiyyətini 
tətbiq  etməkdən  geri  çəkilməyib,  amma  O,  böyük  təvazökarlıq 
göstərdi, çünki yalnız Atasının ona tapşırdığı şeyləri etdi. 
Qürur  deyir:  «Mən  tək  başına  şeytana  qarşı  durdum.»  Yan-
lış  təvazökarlıq  deyir:  «Allah  şeytana  qarşı  durdu;  mən  heç  nə 
etmədim.» Təvazökarlıq isə deyir: «Mən Allahın lütfü ilə şeyta-
na  qarşı  durmaq  məsuliyyətimi  üzərimə  götürdüm.»  Məsihdən 
kənarda biz heç nə edə bilmərik (Yəhya 15:5), amma bu, o demək 
deyil ki, biz nəsə bir şey etməməliyik. Biz təvazökarlıqla Onun 
səlahiyyətini – Onun qüvvəsində və Onun adında tətbiq edirik. 
  3. Cəsarət. Cəsarətli və möhkəm olmaq Ruhla dolmuş məsihçinin 
nişanıdır.  Yeşuaya  dörd  dəfə  cəsarətli  və  möhkəm  olmaq  deyilib 
(Yeşua 1:6, 7, 9, 18). «Şər insan onu qovan yox ikən qaçar, sa-
leh  aslan  kimi  mərd  dayanar»  (Sül.  Məs.  28:1).  Erkən  məbəd 

Üsyançı hökmdar ilə üzləşmək
Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin