38
Buxovları qıran
itirəcəksiniz. Ən yaxşı halda siz yalnız bir neçə il bu müvəqqəti
dəyərləri olan şeyləri əldə edə bilərsiniz, sonra əbədiyyətə görə
hər bir şeyi itirəcəksiniz. Bundan əlavə, bu dünyəvi sərvətlərə
malik olmaq üçün göstərdiyiniz hər bir səyə görə Məsihdə sizin
ola biləcək bütün şeyləri əldə etmək imkanını itirəcəksiniz. Siz
bu dünyanı nişana alsanız, yalnız onu əldə edəcəksiniz və axırda
hətta onu da itirəcəksiniz. Amma növbəti dünyanı nişan alsanız,
Allah Onu tanımağın dəyərlərini sizə indi verəcək. Paul bunu
başqa cür deyirdi: «Bədən məşqinin az faydası olur, möminlik isə
hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat
vədi var» (1 Tim. 4:8).
Həyatın məmnunluğunu əldə etmək üçün başqa
şeylərdən məmnunluğu qurban verin
Həyatınızda Ruhun səmərəsini nə ilə dəyişdirərdiniz? Məhəbbət,
sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə
hakim olmağı hansı maddi əmlaka, hansı miqdarda pula, hansı
vəzifəyə və ya rütbəyə dəyişərdiniz? Dünyəvi nüfuzun və var-
dövlətin sizə məhəbbət, sevinc, sülh və digərlərini verə biləcəyini
düşünmək bu dünyanın yalanına inanmaqdır. Nədənsə biz Allahın
övladı kimi xeyir-dualı olmaqdansa, heyvanlar kimi şad olmaq
istəyirik. Ruhun səmərəsi yalnız biz Məsihdə olarkən mümkün
olur.
İsa bu böyük qarşıdurmanı iki yaxın dostu, Marta və Məryəmlə
müzakirə etdi (Luka 10:38-42). Marta «çox şeyin qayğısını çəkib
təlaşa düşürdü» (41-ci ayə) və fikrini yemək hazırlamağa və
xidmətə cəmləmişdi, amma Məryəm öz diqqətini İsaya və Onun
sözlərinə yönəltmişdi. Marta başqa şeyləri sevməyə və insanları
istifadə etməyə meyl edirdi, amma İsa bildirdi ki, Məryəm insan-
ları sevməklə və başqa şeyləri istifadə etməklə «yaxşısını seçdi»
(42-ci ayə). Biz Allahı və başqalarını sevməyi öyrənəndə cismani
təbiətimiz üzərində qələbənin dərəcəsini qazanırıq.
Dünyada öz yolunuzu tapmaq
39
Əbədini əldə etmək üçün müvəqqətini qurban verin
Ola bilsin ki, ruhani yetkinliyin ən böyük əlaməti mükafatları
təxirə salmağı bacarmaqdır. İbranilərə 11:24-26-da deyilir: «Musa
böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə
imtina etdi. Günahdan müvəqqəti zövq almaqdansa, Allahın xal-
qı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi
təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çün-
ki alacağı mükafata gözünü dikmişdi.» Bu dünyada əvvəl-axır
itirəcəyimiz nəyisə əldə etməkdənsə, Allahın övladı olduğumu-
zu bilmək qat-qat yaxşıdır. Hətta bu həyatda Məsihin ardınca
getmək çətinliklərlə nəticələnsə də, O, əbədiyyətdə bunları yoluna
qoyacaq.
Şeytanın başlıca yalanı sizin öz həyatınızın allahı olmağı bacar-
mağınızdır – və başlıca əsarəti onun yalanında sanki həqiqət kimi
yaşamağa səy göstərməkdir. Şeytan sizin həyatınızda Allahın ye-
rini işğal etməyə çalışır. Hər şirnikləndirmə sizin Allahdan kənar
müstəqil həyat yaşamağınız üçün onun tərəfindən edilən cəhddir.
Nə vaxt siz Məsihə deyil, özünüzə diqqəti cəmləyirsinizsə, yaxud
maddi və müvəqqəti dəyərləri ruhani və əbədi dəyərlərdən üstün
tutursunuzsa, onda şirnikləndirici varlıq uğur qazanmış olur. Bu
günaha batmış dünyanın istəyi budur ki, Rəbb kimi Özünə məxsus
yerini tutmaqda Allaha imkan verməyərək xudbinliyi hədsiz artır-
sın. Şeytan bundan artıq həzz ala bilməz – bu, onun başlanğıcdan
bəri planı olub.
3
Sizin azad olmaq
hüququnuz var
Lidiya bəxti gətirməyən orta yaşlı bir qadın idi. Uşaq ikən
əzab çəkdiyi dini və seksual zorakılığın xatirələri bütün məsihçi
həyatında fasiləsiz olaraq onu incidirdi. O, mənimlə görüşə gələndə
onun zədələnmiş mənliyi bərpaolunmaz görünürdü. Mənə başına
gələn əhvalatları danışarkən Lidiya bir az emosiyalara qapılırdı,
amma onun sözləri bütünlüklə kədəri əks etdirirdi.
«Lidiya, səncə, sən kimsən? Mən demək istəyirəm ki, özünü
necə qəbul edirsən?» — deyə, soruşdum.
«Məncə, pis adamam» — deyə, o, quru tərzdə cavab verdi.
«Mənim heç kimə xeyrim dəymir. İnsanlar mənə pis olduğumu
deyir və mən hər nə edirəmsə, əngəl yaradır.»
«Allahın bir övladı kimi sən pis deyilsən. Ola bilsin ki, pis işlər
görmüsən, amma sənin varlığının özəyində düzgün olanı etmək
arzusu var, yoxsa sən burada olmazdın» – deyə, mən söylədim.
Mən ona Məsihdə kim olduğunu göstərən aşağıdakı ayələrin si-
yahısını verdim:
Məsihdə
Mən qəbul edilmişəm:
• Yəhya 1:12 . . . . . . . . . . Mən Allahın övladıyam
• Yəhya 15:15 . . . . . . . . . Mən Məsihin dostuyam
• Rom. 5:1 . . . . . . . . . . . . Mən saleh sayılmışam
• 1 Kor. 6:17 . . . . . . . . . . Mən Rəblə birləşmişəm və
ruhən bir olmuşam.
Sizin azad olmaq hüququnuz var
41
• 1 Kor. 6:20 . . . . . . . . . . Mən baha qiymətə satın
alınmışam – Mən Allaha
məxsusam.
• 1 Kor. 12:27. . . . . . . . . . Mən Məsihin bədəninin
üzvüyəm.
• Efes. 1:1 . . . . . . . . . . . . Mən müqəddəsəm.
• Efes. 1:5 . . . . . . . . . . . . Mən Allahın balası kimi övlad-
lığa götürülmüşəm.
• Efes. 2:18 . . . . . . . . . . . Mənim Ruh vasitəsilə Allaha
birbaşa çıxışım var.
• Kolos. 1:14 . . . . . . . . . . Mən azad olmuşam və bütün
günahlarım bağışlanıb.
• Kolos. 2:10 . . . . . . . . . . Mən Məsihdə tamamlanmışam.
Mən təhlükədən uzağam:
• Rom. 8:1, 2 . . . . . . . . . . Mən məhkumiyyətdən azadam.
• Rom. 8:28 . . . . . . . . . . . Mən əminəm ki, hər şey
birlikdə xeyrimə işləyir.
• Rom. 8:31-34 . . . . . . . . . Məni mühakimə edən hər bir
ittihamdan azadam.
• Rom. 8:35-39 . . . . . . . . . Məni Allahın məhəbbətindən
heç nə ayıra bilməz.
• 2 Kor. 1:21, 22. . . . . . . . Mən Allah tərəfindən möhkəm
bağlanmışam, məsh edilmişəm
və möhürlənmişəm.
• Kolos. 3:3 . . . . . . . . . . . Mənim həyatım Məsihlə
birlikdə Allahda saxlanılıb.
• Filip. 1:6 . . . . . . . . . . . . Mən əminəm ki, məndə xeyirli
işə başlayan Allah bunu başa
çatdıracaq.
• Filip 3:20. . . . . . . . . . . . Mən səma vətəndaşıyam.
• 2 Tim. 1:7 . . . . . . . . . . . Mənə qorxaqlıq ruhu deyil,
güc, məhəbbət və ağıllı-kamallı
olmaq ruhu verilmişdir.
• İbr. 4:16 . . . . . . . . . . . . Mən ehtiyac vaxtında lütf və
42
Buxovları qıran
mərhəmət tapa bilərəm.
• 1 Yəhya 5:18 . . . . . . . . . Mən Allahdan doğulmuşam və
şər olan mənə toxuna bilməz.
Mən əhəmiyyətliyəm:
• Matta 5:13 . . . . . . . . . . Mən dünyanın duzuyam və nu-
ruyam.
• Yəhya 15:1, 5 . . . . . . . . Mən həqiqi Meynənin budağı-
yam və Onun həyatı
məndən axır.
• Yəhya 15:16 . . . . . . . . . Mən bəhrə gətirmək üçün seçi-
lib təyin edilmişəm.
• Həv. İş. 1:8 . . . . . . . . . . Mən Məsihin şəxsi şahidiyəm.
• 1 Kor. 3:16 . . . . . . . . . . Mən Allahın məbədiyəm.
• 2 Kor. 5:17-20 . . . . . . . . Mən barışdırma xidmətçisiyəm.
• 2 Kor. 6:1 . . . . . . . . . . . Mən Allahla birgə işləyirəm.
• Efes. 2:6 . . . . . . . . . . . . Mən səmada Məsihlə birgə
oturmuşam.
• Efes. 2:10 . . . . . . . . . . . Mən Allahın əsəriyəm.
• Efes. 3:12 . . . . . . . . . . . Mən Allaha cəsarət və etibarla
yaxınlaşa bilirəm.
• Filip. 4:13 . . . . . . . . . . . Mənə qüvvət verən Məsihin
köməyi ilə hər işə gücüm çatır.
«İndi ucadan bu ayələri oxumaq istərdinmi?»- deyə, soruşdum.
Lidiya siyahını götürdü və birinci ayəni ucada oxumağa başladı:
«Mən A-A-Allahın öv-öv…». Birdən onun bütün davranışı dəyişdi
və istehza ilə gülərək: «Yox, oxumayacağam, sən k…. oğlusan!»
— dedi.
Şər olanın öz eybəcər hüzurunu aşkar etməsi üçün Lidiya kimi
insanı istifadə etdiyini görmək heç vaxt xoş deyil. Mən sakitcə
Məsihin səlahiyyətindən istifadə etdim və Lidiyanı Məsihdə Azad-
lıq Addımları ilə apardım. O, Məsihdə həqiqətən kim olduğu
barəsində yeni baxış əldə edə bildi. O, sadəcə keçmişin məhsulu
deyil, Məsihdə yeni yaradılış olduğunu bildikdən sonra ruhani
Sizin azad olmaq hüququnuz var
43
əsarətin zəncirlərini qıra bildi və həqiqətən kim olduğuna, Allahın
övladı olduğuna əsasən yaşamağa başlaya bildi.
Sonralar o, mənə dedi ki, mənim verdiyim siyahını oxumağa
başlayanda vərəq ona sanki boş görünmüşdü. Vərəqin özündə,
yoxsa onda yazılan ayələrdə nəsə xüsusi bir şey var idi? Yox, bu
yalnız vərəqdə mürəkkəb idi. Amma Lidiyanın Məsihdə kimliyini
tanıması həddən artıq əhəmiyyətli bir şey idi. Şeytan onu dəyərsiz
və pis olduğuna inandıraraq aldatmışdı, bu isə yalan idi. Şeytan
onun həqiqəti — Məsihdə kimliyini tanımasını istəmirdi, eləcə də
istəmirdi ki, İsanın həyat, kimlik, özünü qəbul etmə, əminlik və
əhəmiyyət üçün onun ehtiyaclarını ödəyə bildiyini dərk etsin. O
bilirdi ki, işıq qaranlığı qovduğu kimi, Allahın həqiqəti də onun
yalanını tərkisilah edəcək. Və o, döyüşsüz təslim olmaq istəmirdi.
S
iz Allahın övladısınız
Şeytanın buxovlarından azadlığınıza görə Allahın Məsihdə sizin
üçün etdiyini və Onun övladı tək kim olduğunuzu anlamaqdan
və təsdiq etməkdən başqa heç nə əsas deyil. Həyatınızda olan
müxtəlif vəziyyətlərdə sizin baxışlarınıza, hərəkətlərinizə, cavab-
larınıza və reaksiyalarınıza özünüz barəsində inandığınız şeylər
çox böyük təsir edir. Əgər siz özünüzü şeytanın və hiylələrinin
aciz qurbanı kimi görürsünüzsə, onda yəqin ki, belə də yaşaya-
caqsınız və onun yalanlarının əsarətində olacaqsınız. Amma özü-
nüzü Allahın əziz və qəbul edilmiş balası kimi görürsünüzsə, onda
sizin belə yaşamaq üçün daha yaxşı imkanınız olacaq. Məncə, 1
Yəhya 3:1-3-də Yəhya eyni fikri söyləyir: «Görün Ata bizə necə
məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan
da, beləyik!…Ey sevimlilər, indi biz Allahın övladlarıyıq…Ona bu
cür ümid bağlayan hər kəs Onun pak olduğu kimi özünü pak edir.»
Mənim rastlaşdığım məğlub olmuş hər bir məsihçidə ümumi bir
şey var idi. Onların heç biri Məsihdə kim olduqlarını bilmirdilər və
Allahın övladı olmağın mənasını başa düşmürdülər. Kəlam çox ay-
dındır. «Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə
44
Buxovları qıran
Allahın övladları olmaq ixtiyarını verdi» (Yəhya 1:12). «Elə Ruh
Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övlad-
larıyıq. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik…
Allahın varisləri və Məsihin irs şəriki oluruq» (Rom. 8:16, 17).
Bu fəsildə mən Məsihdə kimliyimizin və mövqeyimizin va-
cib aspektlərinin üzərində dayanmaq istəyirəm. Sizlərdən çoxu-
nuz burada yekunlaşan Müqəddəs Kitaba aid həqiqətləri artıq
mənimsəmisiniz, amma başqaları bu bölmənin doktrina tərkibinə
görə onu çətin başa düşülən hesab edə bilər. Amma mən sizdən
xahiş edirəm ki, daha praktiki fəsillərə keçmək üçün bu fəslin
üstündən keçməyin. Allahın övladı kimi ruhani münaqişədən
azadlığınız üçün bu anlayışlar əsasdır. Məsihdə kimliyiniz və yet-
kinliyiniz məsələsi o qədər həyatidir ki, mən bu kitabla bərabər
«Qaranlıq üzərində qələbə» (Regal Books) kitabını oxumağı
yenə də tövsiyə edirəm. (Müqəddəsləşmə barəsində dərin teoloji
təlim üçün bir az əvvəl xatırlatdığım «God’s power at Work in
You» – «Allahın gücü sizdə iş görür» kitabına baxın.)
S
izin ruhunuz sağdır və ona görə də əbədi yaşayırsınız
Bəşəriyyətin əsas təbiəti iki vacib hissədən ibarətdir: sizin mad-
di varlığınız və maddi olmayan varlığınız, yaxud zahiri və daxili
insan (2 Kor. 4:16). Maddi varlığınız sizin fiziki bədəninizdir və
maddi olmayan canınız/ruhunuzdur. Allahın surətində yarandığı-
mıza görə bizim düşünmək, hiss etmək və seçmək qabiliyyətimiz
var (ağlımız, emosiyalarımız və iradəmiz çox vaxt birlikdə can
adlanır) və (əgər ruhən sağıqsa) Allahla ünsiyyətdə olmaq
qabiliyyətimiz də var. Bir məsihçi kimi İsanı qəbul edəndə sizin
canınız/ruhunuz Allahla bir vəhdətdə olur və bu, sizi ruhən sağ
edir. Bədəniniz canınızla/ruhunuzla vəhdətdə olanda siz fiziki
olaraq sağ olursunuz (Qeyd: mən «can/ruh» terminindən istifadə
edirəm, çünki teoloqlar insan canının ruhdan ayrı olması və ya
əsasən eyni olması fikri ilə tam razılaşmırlar. Birini o birindən
fərqləndirməyə çalışmaq müzakirəmiz üçün vacib deyil.).
Sizin azad olmaq hüququnuz var
45
Allah Adəmi yaradanda o həm fiziki, həm də ruhən sağ idi.
Adəmin günahına və nəticədə ruhən ölümünə görə bu dünyaya
gələn hər bir kəs fiziki sağ, ruhən ölü doğulur (Efes 2:1). Siz
yenidən doğulanda canınız/ruhunuz Allah ilə birləşdi və siz ruhən
sağ oldunuz. Siz artıq «Adəmdə» deyilsiniz – siz «Məsihdəsiniz».
Məsihin içinizdə olduğunu söyləyən hər bir ayə üçün sizin
«Məsihdə» və ya «Onda» olduğunu deyən on ayə var. Məsihin
həyatı əbədi olduğu üçün indi Məsihdə sizin ruhani həyatınız da
əbədidir. Əbədi həyat siz fiziki öləndə əldə etdiyiniz bir şey deyil;
bu, siz yenidən doğulan kimi əldə etdiyiniz bir şeydir! «Oğula ma-
lik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin
isə həyatı yoxdur» (1 Yəhya 5:12).
Şeytanın sizi inandırmaq istədiyinə əks olaraq, o, heç vaxt
əbədi həyatınızı oğurlaya bilməz, çünki sizi heç vaxt atmayacağını
və tərk etməyəcəyini vəd edən İsanı (İbr. 13:5) sizdən ala bilməz.
Siz əzab verən ruhlardan azad olmaq üçün fiziki olaraq ölməli
deyilsiniz. Bir çox insanlar bunun üçün fiziki ölməli olduqlarını
düşünərək yalana inanırlar. Siz Allaha təslim ola və iblisə qarşı
dura bilərsiniz və o, sizdən qaçacaq (Yaqub 4:7).
S
iz Məsihdə yeni yaradılışsınız
Əgər siz Məsihdə kimliyinizi və mövqeyinizi tamlığı ilə başa
düşmürsünüzsə, siz özünüzlə qeyri-məsihçilər arasında kiçik
fərqin olduğunu güman edəcəksiniz. İttihamçı, yəni şeytan həmin
imkandan istifadə edəcək, təqsirləri yağdıracaq və xilasınız barədə
şübhələr gətirəcək. Məğlub olmuş məsihçi kimi günahınızı etiraf
edəcəksiniz və yaxşı olmağa çalışacaqsınız, amma daxilən: «Mən
İsa gələndə göylərə qalxanadək gözləyən, sadəcə lütf ilə xilas
olmuş günahkaram. Xilas zamanı yeganə baş vermiş şey günah-
larımın bağışlanmasıdır. Mən hələ də əvvəlki insanam» — deyə,
fikirləşəcəksiniz.
Bu fikir Paulun sizin Məsihə gəlməzdən əvvəl kim olduğu-
nuzu təsvir etməsinə uyğunlaşır: «Siz bir zamanlar təqsirləriniz
46
Buxovları qıran
və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və
havada olan hakimiyyətinə…uyaraq bu günahların içində həyat
sürürdünüz…təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar
idik» (Efes. 2:1-3). Siz təbiətcə Allahın qəzəbinə düçar olmusu-
nuz, amma indi «ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan
qaçıb ilahi təbiətə şərik olasınız» (2 Peter 1:4).
Allahın yenidən doğulmuş övladı kimi siz artıq «cismani təbiətə
görə yaşamırsınız»; siz indi «Məsihdəsiniz». Siz günahkar idiniz,
amma indi Müqəddəs Kitaba əsasən müqəddəssiniz. Sizin təbii
və məhdud başlanğıcınız var idi, amma indi Məsihlə əbədi olaraq
birləşmisiniz. Paul deyirdi: «Siz də bir zamanlar zülmət, indi isə
Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün»
(Efes. 5:8); «Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır» (2 Kor.
5:17). Şeytanın ittihamlarının qarşısında biz Məsihdə əbədi olaraq
fərqli olmağımızın həqiqətinə inanmalıyıq və ona uyğun şəkildə
yaşamalıyıq.
Əhdi-Cədid sizin Məsihi qəbul etməzdən əvvəl olduğu-
nuz insanı köhnə mənlik adlandırır. Siz xilas olanda Allahdan
kənar müstəqil yaşamaq istəyən və bu səbəbdən də günahla
səciyyələnən köhnə mənliyiniz öldü (Rom. 6:6); və sizin Məsihlə
birləşmiş yeni mənliyiniz doğuldu (Qalat. 2:20). Ruhən sağ ol-
maq o deməkdir ki, sizin canınız Allah ilə vəhdətdədir və siz
Onunla birləşmisiniz:
Rom. 6:3; . . . . . . . . . . . . Onun ölümündə
Qalat. 2.20;
Kolos. 3:1-3
Rom. 6:4. . . . . . . . . . . . . Onun dəfnində
Rom. 6:5, 8, 11 . . . . . . . . Onun dirilməsində
Efes. 2:6 . . . . . . . . . . . . . Onun göylərə qalxmasında
Rom. 5:10, 11 . . . . . . . . . Onun həyatında
Efes. 1:19, 20 . . . . . . . . . Onun qüdrətində
Rom. 8:16, 17;. . . . . . . . . Onun irsində
Efes. 1:11, 12
Sizin azad olmaq hüququnuz var
47
Sizin köhnə mənliyiniz ölməli idi ki, ona üstün gələn günahla
ünsiyyəti qırılsın. Müqəddəs və ya Allahın övladı olmaq sizin gü-
nahsız olduğunuzu demir (1 Yəhya 1:8). Amma köhnə mənliyinizin
Məsihlə çarmıxa çəkildiyinə və basdırıldığına görə siz artıq günah
etməyə bilərsiniz (1 Yəhya 2:1). Siz yalana inanmağı və Allahdan
kənar müstəqil hərəkət etməyi seçəndə günah edirsiniz.
S
iz günah və ölümün üzərində qələbə çala bilərsiniz
Ölüm mövcudluğun deyil, ünsiyyətin sonudur. Günah hələ
də sağdır, güclüdür və cəlbedicidir, amma onun üzərinizdə gücü
və səlahiyyəti itib. «Deməli, indi Məsih İsada olanlara heç bir
məhkumluq yoxdur. Çünki həyat verən Ruhun qanunu səni gü-
nah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi» (Rom.
8:1, 2 vurğular əlavə edilib). Günahın və ölümün qanunu hələ
də qüvvədədir, ona görə də Paul «qanun» sözündən istifadə edib.
Siz qanunu ləğv edə bilməzsiniz, amma ona daha böyük qanunla,
«Məsih vasitəsilə azad edən, həyat verən Ruhun qanunu» ilə qalib
gələ bilərsiniz.
Bundan əlavə, xilasdan sonra cismani təbiət hələ də mövcud-
dur. Sizin hələ də öz maraqlarınıza diqqət yetirməyə sürükləyən
öyrəndiyiniz düşünmə tərzləriniz və beyninizdə kök salmış əvvəlki
şərti refleksləriniz var. Amma siz artıq köhnə mənliyiniz kimi
cismani təbiətin hökmündə deyilsiniz; siz indi Məsihdəsiniz. La-
kin siz hələ də Allahdan kənar müstəqil hərəkət etməyə öyrəşən
köhnə istəklərə uyğun olaraq cismani təbiətə görə yaşamağı seçə
bilərsiniz (Rom. 8:12, 13).
Paul Rom. 6:1-11-də öyrədir ki, Rəbb İsa Məsihin günaha olan
münasibəti bizim üçün də eynidir, çünki biz «Məsihdəyik». Ata
Allah «Günahla əlaqəsi olmayan Məsihi… bizim uğrumuzda günah
qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq» (2 Kor.
5:21, vurğu əlavə edilib). O, çarmıxda öləndə bizim günahlarımız
Onun üzərinə qoyuldu. Lakin O, qəbirdən diriləndə Onun üzərində
heç bir günah yox idi. O, Atasının yanına qalxanda Onun üzərində
48
Buxovları qıran
heç bir günah yox idi. Bu gün də O, Atanın sağ tərəfində oturan-
da Onda heç bir günah yoxdur. Biz də Məsihlə birlikdə dirildilib
səmada onunla oturduğumuza görə günaha münasibətdə ölmüşük.
Biz Müqəddəs Kitabda vəd taparkən yeganə düzgün cavab onu
mənimsəməkdir. Biz Kəlamda əmr taparkən ona itaət etməliyik.
Amma Kəlam artıq bizim kim olmağımız və Məsihin artıq etdiyi
iş haqqında həqiqəti deyəndə, yeganə düzgün cavab ona inanmaq-
dır. Mən bunu vurğulayıram, çünki Rom. 6:1-10-da ayələr itaət
edilməli olan əmrlər deyil; onlar inanmalı olduğumuz həqiqətdir.
Məsih artıq günahın müqabilində öldü və Onda olduğunuza görə
siz də günaha münasibətdə öldünüz. Məsihin artıq sizin üçün etdi-
yini özünüz üçün edə bilməzsiniz. Rom. 6:1-11-də keçmiş zaman-
dan istifadə olunduğuna diqqət yetirin (kursivlə verilmiş vurğu
əlavə edilib): «Biz günaha münasibətdə ölmüşük» (2-ci ayə); «Biz
hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin
vəftizlə Onun ölümü ilə birləşdik» (3-cü ayə); «Biz də Onunla
birgə dəfn olunduq» (4-cü ayə); «Günahlı bədənin aradan qaldı-
rılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz
Onunla birlikdə çarmıxa çəkildi» (6-cı ayə); «Çünki ölmüş adam
günahdan azad olub» (7-ci ayə); «Əgər Məsihlə ölmüşüksə, Onun-
la yaşayacağımıza da inanırıq» (8-ci ayə). Bu ayələrdə feillər bi-
zim haqqımızda artıq həqiqət olanı bildirərək keçmiş zamandadır.
Bizim yeganə cavabımız onlara inanmaqdır.
11-ci ayə günaha münasibətimiz və Məsihdə mövqeyimiz haq-
qında nəyə inanmalı olduğumuzu bizə söyləyir: «Beləcə, siz də
özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha
münasibətdə isə diri sayın.» Paul feilin əmr formasından istifadə
edir, çünki biz daim bu həqiqətə inanmalıyıq. İnanmaq onu həqiqi
etmir. Biz ona inansaq da, inanmasaq da o, həqiqət olaraq qalır.
Siz günaha münasibətdə ölü olduğunuzu hiss etməyə bilərsiniz,
amma siz bunu belə saymalısınız, çünki bu, belədir. Bu ayəyə
səhv cavab belə verilir: «Bunun həqiqi olması üçün mənim nə
cür təcrübəm olmalıdır?» Yeganə zəruri təcrübə Məsihin çarmıxda
təcrübəsidir, bu, artıq baş verib; və bu həqiqəti mənimsəməyin
bircə yolu ona inanmaqdır. Buna oxşar tərzdə bəzi məsihçilər
Sizin azad olmaq hüququnuz var
49
köhnə mənliyi öldürməyə çalışırlar və edə bilmirlər. Niyə? Çünki
köhnə mənlik çarmıxa çəkilib və ona görə də artıq ölüdür.
Biz təcrübələrimizlə heç nəyi həqiqətə çevirmirik. Biz Allahın
dediklərinin həqiqət olduğuna inanmağı seçirik, sonra imana uy-
ğun yaşayırıq; və bizim təcrübəmizdə həqiqət üzə çıxır. Bizim
etdiyimiz əməllər kimliyimizi təyin etmir. Bizim kimliyimiz nə
etməli olduğumuzu təyin edir. Mən Allahın bir gün məni qəbul
edəcəyi ümidi ilə meynə bağında işləmirəm. Allah artıq məni
qəbul edib və buna görə də mən meynə bağında çalışıram. Mən
Allahın bir gün məni sevəcəyi ümidi ilə iş görmürəm. Allah məni
sevir və buna görə də gördüyüm işi mən edirəm.
Məsihdə olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə
diri olduğunuza görə biz bir imanlı kimi günah ilə necə əlaqə sax-
laya bilərik və ya ünsiyyətdə ola bilərik? Paul Rom. 6:12, 13-də ca-
vab verir: «Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə
hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim
etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha,
bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha
təslim edin.» Günah onun hakimiyyəti altında olanlardan xidmət
tələb edən güclü hökmdardır. Siz günaha münasibətdə ölmüsü-
nüz, amma siz bədəninizi günahın ixtiyarına verəndə hələ də ona
xidmət etmək bacarığınız olur. Öz bədəninizin ya günah, ya da
salehlik üçün istifadə edilməsinə icazə verməyi seçmək sizin öz
əlinizdədir. Bütün günahların kökündə olan şeytan neytral qalmaq
istəyən hər bir kəsdən sui-istifadə edəcək.
Məsələn, fərz edək ki, sizin pastorunuz kasıblara yemək
səbətlərini paylamaq üçün, oğru isə bankı yarmaq üçün maşını-
nızdan istifadə etmək istəyir. Bu, sizin maşınınızdır və siz onu
necə istəyirsinizsə, istər yaxşı, istərsə də pis məqsədlə istifadə
edilməsinə yol verə bilərsiniz. Hansını seçərdiniz? Buna şübhə
edilməməlidir.
Eləcə də ya Allaha, ya da günaha və şeytana xidmət etmək
üçün istifadə olunmaqda bədəniniz sizindir, amma seçim sizin
əlinizdədir. Buna görə də Paul inadla yazır: «Beləliklə, ey qardaş-
|