63
sız fikirlər. Ruhani döyüşün ümumi təsvirinə görə bunlar şeytan-
dan gələn bir şeydir.» Tomas Bruks şeytanın vasitələri haqqında
müzakirələrində həmişə onu imanlıların qəlblərinə düşüncələr qo-
yan biri kimi göstərir.
«
Q
andan və ətdən ibarət olan insanlara»
Mən həyatda öz fikirləri ilə döyüşən yüzlərlə imanlılara məsləhət
vermişəm. Bəziləri fikirlərini toplamaqda və Müqəddəs Kitabı
oxumaqda çətinlik çəkirdilər, digərləri isə «səslər» eşidirdilər və
ya ittiham və mühakimə edən düşüncələrlə mübarizə aparırdılar.
Müstəsna hallar az olmaqla, bu mübarizələrin ağlın idarəçiliyi uğ-
runda gedən ruhani döyüş olduğu aşkar olunub. 1 Tim. 4:1-də
xəbərdarlıq edildiyinə görə bu, bizi təəccübləndirməməlidir: «Ruh
aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, alda-
dıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar».
Məsihdə bir imanlı kimi niyə bunu nəzərə almırıq? Bir səbəb bu-
dur ki, mən sizin ağlınızı oxuya bilmərəm və siz də mənim ağlımı
oxuya bilməzsiniz. Ona görə də insanlar bizimlə bölüşməyə cürət
etməsələr, onların ağlında nələr baş verdiyini həqiqətən bilmərik.
Bir çox hallarda onların cəsarəti olmur, çünki cəmiyyətimizdə bir
çox insanlar onların ruhi xəstə olduğunu güman edər. Buna görə
də onlar öz mənfi həyat təcrübələrini sizə danışacaqlar; amma yal-
nız xüsusi adamla daxildə baş verənləri bölüşməyə cürət edəcəklər.
Onlar ruhi xəstələrdirmi, yoxsa onların ağlının idarəçiliyi uğrunda
mübarizə gedir? Əgər biz «şeytanın niyyətlərindən xəbərsiz» ol-
saq, biz yalnız «ağılda olan hər bir problem ya kimyəvi pozğunluq,
ya da cismani təbiətin hərəkətləridir» nəticəsinə gələcəyik.
Psixoloqlar və psixiatrlar hər gün səslər eşidən xəstələrlə qar-
şılaşırlar: kimyəvi pozğunluq standart diaqnozdur. Mən bilirəm
ki, beynimizdəki kimyəvi proseslər qarışa və narahatçılıq yarada
bilər və hormonal problemlər bədənlərimizə təsir edə bilər. Amma
mən eləcə də bilirəm ki, başqa ağlabatan suallar da verilməlidir,
məsələn: «Bədəndə kimyəvi proses şəxsi fikirləri necə hasil edə
64
Buxovları qıran
bilər?» və «Bizim beynimizdəki kimyəvi proseslər qeyri-iradi və
təsadüfi surətdə düşünmək istəmədiyimiz fikirləri necə yarada
bilər?» Təbii izahat varmı? Biz hər bir ağlabatan cavaba və izaha
açıq olmalıyıq, amma ruhani aləmin həqiqiliyini nəzərə almasaq,
müfəssəl cavaba malik olacağımızı düşünmürəm.
İnsanlar səslər eşitdiklərini deyəndə onlar əslində nə
eşidirdilər? Bizim qulaqlarımızla fiziki olaraq eşidə bilməyimiz
üçün səs mənbəyi mütləq olmalıdır. Səs dalğaları hava vasitəsilə
mənbəyindən yayılır və beynimizə siqnal ötürən təbil pərdəmizə
toxunur. Biz fiziki olaraq belə eşidirik. Amma insanların ətrafında
olanlar onların eşitdiklərini eşitmirsə, onda eşitdikləri «səslər» və
ya mübarizə apardıqları «fikirlər» o cür mənbədən gəlmir.
Buna oxşar olaraq, insanlar gözlərinə qəribə şeylər göründüyünü
(başqalarının görmədiyi) deyəndə əslində onlar nə görürlər? Bizim
təbii yolla nəyisə görməyimiz üçün maddi əşyadan beynimizə siq-
nal ötürən gözlərimizə əks olunan işıq mənbəyi olmalıdır. Şeytan
və cinlər ruhani varlıqlardır; onların maddi formaları yoxdur, ona
görə də biz onları və ya hər hansı ruhani varlığı təbii gözlərimizlə
nə görə bilirik, nə də qulaqlarımızla eşidə bilirik. «Mübarizəmiz
qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına
və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı
ruhani şər qüvvələrə qarşıdır» (Efes. 6:12).
B
eyinlə ağıl arasında olan fərq
Əqli funksiya haqqında bizim bilmədiyimiz çox şeylər var,
amma beynimiz ilə ağlımızın arasında əsaslı fərqlərin olduğu-
nu yaxşı bilirik. Beyinlərimiz əsas orqandır. Biz fiziki öləndə
bədənimizdən ayrılırıq və beynimiz torpağa qayıdır. Həmin anda
biz bədənlərimizdən uzaqlaşıb, Rəbbimizin yanında məskunlaşırıq.
Amma biz ağıldan məhrum olmayacağıq, çünki ağıl qəlbin bir
hissəsidir.
Gəlin, oxşarlığı göstərim. Bizim düşünmək bacarığımız komp-
yuterin iş fəaliyyətinə oxşardır. Hər ikisinə iki fərqli tərkib hissəsi
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
65
daxildir: biri xammaldan düzələn hissədir, yəni əsl fiziki kompyu-
terdir (beyin); o birisi isə proqramlardır (ağıldır), fiziki hissəni idarə
edəndir. Proqramlar fiziki olmadığı üçün fiziki hissədən çıxarılsa,
xammaldan düzəlmiş hissə hələ də çəkisinə görə eyni qalacaq.
Buna bənzər olaraq, əgər ruh bədəndən çıxarılsa, bədən həmin
çəkidə qalacaq. Kompyuter proqramsız tamamilə dəyərsizdir,
amma kompyuterin fiziki hissəsi sönsə, proqramlar işləməyəcək.
Əgər başımızın içində nəsə düzgün işləmirsə, bizim cəmiyyətimiz
bunun fiziki hissənin problemi olduğunu güman edir. Əksinə, mən
əsas problemin fiziki hissə ilə əlaqəli olduğuna inanmıram; mən
əsas problemin proqramda olduğuna inanıram. Əgər insanın skle-
roz kimi beyinlə əlaqədar hansısa sindromu və ya Daun sindromu
kimi anadangəlmə xəstəliyi varsa, beyin funksiyasını düzgün icra
etməyəcək. Amma ciddi beyin zədələnməsinə nadir hallarda rast
gəlinir və ona kömək edəcək çox az şeylər var. Rom. 12:1, 2
deyir ki, biz bədənlərimizi (beynimizi daxil edən) Allaha təslim
etməliyik və ağlımızın yeniləşməsi ilə dəyişilməliyik.
Bu mövzu üzrə mənim təqdimatımı eşitdikdən sonra bir qa-
dın aydınlaşdırmağımı istədi. O dedi: «Mən bu yaxınlarda qızımın
müjdəçilik etdiyi ölkəyə baş çəkdim və malyariya xəstəliyinə yo-
luxdum. Mən elə xəstələndim ki, az qala öləcəkdim. Qızdırmam
yüksək həddə çatanda məni qara basmağa başladı. Siz demək
istəyirsiniz ki, həmin qarabasmalar cinlərdən gəlir?»
«Sizin qarabasmalarınız nə haqqında idi?» — deyə, soruşdum.
«Əsasən, Pluto, Mikki Maus, Donald Dak və Deyzi haqqında
idi» — deyə, o cavab verdi.
Mən sadəcə gülməkdən özümü saxlaya bilmədim. «Siz həmin
ölkəyə gedərkən yolda Disneyləndə dönmüşdünüz?»- deyə, mən
sual verdim.
O cavab verdi: «Bəli, mən getmişdim. Necə bildiniz?»
Onun gördüyü qarabasmada cinlərlə əlaqədar heç bir şey yox idi.
Onun Disneyləndə getməsi ağlında yeni bir şey idi. Biz yatmağa
gedəndə və ya komaya düşəndə fiziki beynimiz işləməkdə davam
edir, amma «kompyuterdəki klavişlərin üzərində əllər yoxdur».
Əgər siz əqlən hələ də fəaliyyətdəsinizsə və ağlınızdakı klavişləri
66
Buxovları qıran
basırsınızsa, siz yuxuya getməmisiniz. Siz düşünməni dayandı-
randa yuxuya gedirsiniz. Siz yatarkən beyniniz fəaliyyətini davam
etdirəcək və yaddaşınızda saxlanan hər bir şeyə təsadüfən toxuna-
caq. Gəlin təsvir edək, yuxularınıza fikir verirsiniz. Adətən, onlar
həmişə tanıdığınız insanlar, gördüyünüz şeylər və ya olduğunuz
yerlərlə əlaqəli olmurmu? Yuxularınızdakı hekayələr yeni və ya-
radıcı ola bilər, amma insanlar və yerlər artıq sizin yaddaşınızda
proqramlaşdırılıb. Məsələn, fərz edək ki, uşaq qorxulu filmə baxır,
sonra isə yatmağa gedir və vahiməli yuxular görür. Vahiməli yu-
xuda oyunçular filmdəki aktyorlar ilə eyni olacaq.
Amma kimsə əvvəllər gördüyü və ya eşitdiyi nəsə bir şeylə
əlaqələndirə bilmədiyi qəribə vahiməli yuxu görəndə mən həmin yu-
xunun cinlərdən gəldiyini deyərdim. Biz insanları Məsihdə Azadlıq
Addımları ilə apardıqca artıq o cür vahiməli yuxular görmürlər.
D
öyüş gerçəkdir
Biz ağılda gedən bu ruhani döyüşün nə olduğunu üzə çıxar-
malıyıq ki, onunla qarşılaşan insanlara müfəssəl cavab verə
bilək. Bunun nəyə görə lazım olduğunu, gəlin, sizə təsvir edim.
Adətən, valideynlərinin yataq otağına gələn və otaqlarında nəsə
gördüklərini və ya eşitdiklərini söyləyən qorxmuş uşaqlarla nə
baş verir? Valideyn, yəqin ki, uşağın otağına gedir, şkafın içinə,
yaxud çarpayının altına baxır və deyir: «Mənim şirin balam, sənin
otağında heç nə yoxdur – get yat!» Əgər siz uşaq deyil, yetkin
insansınızsa və öz otağınızda nəsə görürsünüzsə, siz onu sadəcə
unudaraq, gedib yenidən yata bilərsinizmi? «Amma mən otağa
baxdım. Orada heç nə yox idi» — deyə, cavab verirsiniz. Siz
düz deyirsiniz. Otaqda bizim təbii hisslərimizlə müşahidə edə
biləcəyimiz heç nə yox idi. «Onda bu, gerçək deyil» — deyə,
skeptik söyləyir. «A! Əlbəttə gerçəkdir! Sizin uşağınızın gördüyü
və ya eşitdiyi onun ağlında idi və tamamilə gerçək bir şey idi.»
Mən insanların «aldadıcı ruhlara necə qulaq asmalarını» izah
edə bilmərəm. Heç şeytanın ağlımıza özünü necə salmasını da
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
67
bilmirəm, amma Kəlamın aydın öyrətdiyinə inanmaqda iblisin
bunu necə etdiyini bilmək mənə lazım deyil. Ağlımızın idarəçiliyi
uğrunda gedən mübarizə bizim dərk edə bildiyimiz təbiətin qa-
nunlarına uyğun şəkildə hərəkət etmir. Şeytanın hərəkətlərini da-
yandıra və ya məhdudlaşdıra bilən fiziki heç bir maneə yoxdur.
Qorxmuş uşağın çöhrəsi döyüşün gerçək olduğuna şəhadətlik edir.
Övladınıza aşağıdakı kimi cavab vermək daha yaxşı olar.
«Quzu bala, mən inanıram ki, sən nəsə görmüsən və ya
eşitmisən. Mən nə bir şey gördüm, nə də eşitdim, bu da başa
düşməyimə kömək edir. Sən, ola bilsin ki, ruhani hücuma
məruz qalmısan və ya baxdığın filmdən yaddaşında pis şeylər
qalıb. Bəzən mən gerçək olanla yuxum arasında fərqi ayırd edə
bilmirəm. Mən sənin müdafiə olunmağın üçün dua etməzdən qa-
baq istəyirəm biləsən ki, səni qorxudan gördüyün və ya eşitdiyin
hər bir şeydən İsa daha böyük və daha güclüdür. Müqəddəs Kitab
öyrədir ki, bizdə yaşayan İsa dünyada olan hər bir bədheybətdən
qüdrətlidir. İsa həmişə bizimlə olduğuna görə bizi qorxudan hər
bir şeyə İsanın adı ilə çıxıb getməyi söyləyə bilərik. Müqəddəs
Kitab bizə söyləyir ki, Allaha tabe olaq və şeytana qarşı duraq və
o, bizdən qaçacaq. Gözəl balam, bunu edə bilərsən? Sualın var?
Onda gəl birlikdə dua edək.»
Bu gün ruhi xəstəlik kimi adlananların çoxu ağlımızın idarəçiliyi
uğrunda gedən mübarizədən başqa bir şey deyil. Sül. Məs. 23:7-
də deyilir ki, «O, ürəyində hər şeyin hesabını edər.» Başqa sözlə,
siz əvvəlcə düşünmədən heç bir şey etmirsiniz. Biz insanların
düşündüyünü görə bilmərik. Bütün davranışlar düşünmək və ya
inanmaq üçün seçdiyimiz şeylərin məhsuludur. Biz yalnız onların
etdiklərini müşahidə edə bilərik. İnandığımız və onun nəticəsində
düşündüyümüz şeyləri dəyişdirmədən davranışı dəyişməyə çalış-
maq istənilən uzunsürən nəticəni heç vaxt hasil etməyəcək.
Biz başqasının ağlını oxuya bilmədiyimiz üçün düzgün suallar
verməyi öyrənməliyik. Beş yaşlı Dənni idman meydançasında bir
neçə uşağı incitmişdi. Onu tərbiyə aldığı məsihçi uşaq bağçası-
nın müdirinin yanına göndərmişdilər. O, başqalarına qarşı kobud
şəkildə rəftar edirdi və sinifdə narahat idi. Onun müəllimi deyirdi:
68
Buxovları qıran
«Mən onun bu yaxınlarda olan davranışına məəttəl qalmışam –
Dənni belə hərəkət edən uşaq deyil!» Dənninin anası məktəbdə
müəllim idi. O, oğlundan İsa haqqında soruşanda uşaq qulaqlarını
örtüb «İsaya nifrət edirəm!»- deyə, qışqırdı. Sonra o, anasının
qolundan yapışıb iyrənc səslə güldü!
Biz Dənnidən başında onunla danışan səslər eşidib-eşitmədiyini
xəbər aldıq. O, sualı eşidəndə yüngülləşdi və könüllü olaraq cavab
verdi ki, idman meydançasındakı başqa uşaqları incitmək üçün
səslər onun üstünə qışqırırdı. Fikirlər o qədər səs-küylü idi ki, uşaq
bunun yaxşı nəticə verməyəcəyini bilsə də, onları sakitləşdirməyin
yeganə yolunu onlara tabe olmaqda görürdü. Biz Dənniyə dedik
ki, o, həmin səslərə bir daha qulaq asmaya bilər. Biz bu kita-
bın sonrakı fəsillərində verilən Azadlıq Addımlarının uşaqlar üçün
olan variantı ilə Dənnini apardıq, o, bizim etdiyimiz duaları ardı-
mızca təkrarlayırdı. Biz dua edib qurtardıqdan sonra onun özünü
necə hiss etdiyini soruşduq. Üzünə böyük bir təbəssüm gəldi və
rahatlıqla köksünü ötürərək dedi: «Olduqca yaxşı!» Növbəti gün
Dənninin müəllimi onda yeni sakitliyi hiss etdi – sanki o, bir baş-
qa uşaq idi. O, artıq məktəbdə qəzəbli davranışını təkrarlamırdı.
Gözəl məsihçi olan bir cütlük balaca uşağı oğulluğa götürmüşdülər
və qollarını geniş açaraq onu evlərinə qəbul etmişdilər. Onların
balaca, məsum körpələri beş yaşa çatanadək vəhşi bir uşağa çev-
rildi. Məndən uşaqla söhbət etməyi xahiş edəndə onların evlərində
qarmaqarışıqlıq var idi. Bir az dostyana söhbət etdikdən sonra ba-
şında sanki kiminsə onunla danışdığını hiss edib-etmədiyini ondan
soruşdum.
O: «Bəli, həmişə» — dedi.
Mən dedim: «Onlar nə deyirlər?»
Uşaq söylədi: «Onlar mənə yaxşı olmadığımı deyirlər.»
Sonra mən ondan «Heç İsanı həyatına dəvət etmisənmi?» —
deyə, soruşdum. O: «Bəli, amma mən bunu yalandan etmişəm»-
deyə, cavab verdi.
Mən ona dedim ki, əgər o, İsadan həqiqətən həyatına gəlməsini
xahiş etsəydi, İsa həmin səslərin çıxıb getməsinə əmr edə bilərdi.
Bunu anlayandan sonra o öz ürəyini Məsihə verdi.
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
69
Başqa bir ər və arvad oğullarının otağındakı divarda ağır zərbə
səsləri eşitmişdilər. O, qayçını götürüb bir neçə dəfə divara sanc-
mışdı. Onlar uşağı nə bu işi görən vaxtda tutmuşdular, nə də
qayçını tapmışdılar. Sonra uşaq evdə bütün paltarları doğrama-
ğa başlamışdı. Onlar yenə də oğullarını bu işin üstündə tuta
bilməmişdilər. Var qüvvələri ilə həll tapmağa çalışdıqca həkimlərə
və psixoloqlara külli miqdarda pul sərf etmişdilər. Nəhayət,
valideynlər bizim materiallarımızla tanış oldular və bunun ruhani
problem olduğunu düşünməyə başladılar. Onlar oğullarından belə
işləri görməyi söyləyən fikirlərin ona gəlib-gəlmədiyini soruşdular.
O dedi: «Bəli, əgər onların dediyini etməsəydim, onlar səni (atanı)
öldürəcəklərini söyləyirdilər!» Balaca oğlan atasının həyatını xilas
etdiyini düşünürdü!
Fiziki beyindəki xəstəlik ilə ağlınızın idarəçiliyi uğrunda gedən
mübarizə arasında fərqi bilməyin vacibliyi bu şəhadətlikdə aydın
təsvir edilib:
Həmişə ruhani olduğundan şübhələndiyim, amma
heç vaxt tam əmin olmadığım şeydən necə azad ol-
mağı mənə göstərdiyinizə görə sizə minnətdarlığımı
bildirirəm. Mən yeniyetmə (indi 36 yaşım var) olan-
dan bəri neçə illərdir ki, başımda bu «səslər» var idi.
Xüsusilə dörd səs və bəzən daha artıq səslər olurdu.
Şizofreniya mövzusu haqqında televizorda və ya jur-
nalda nəsə veriləndə özü-özümə fikirləşərdim: «Mən
şizofreniya xəstəliyinə tutulmadığımı bilirəm, amma
başımda olan bu şey nədir???»
Səslər mənə işgəncə verirdi və məni ələ salırdı.
Mənim fikirləşdiyim hər bir düşüncəni tənqid edirdi və
bu səbəbdən də məndə özünə hörmət sıfır səviyyəsində
idi. Mən çox vaxt səslərin sakitləşməsini arzu edirdim
və bunun «normal» bir şey olduğunu, başqa insanların
da səslər eşidib-eşitmədiyini bilmək istəyirdim.
Mən sizdən hər bir düşüncəni əsir edərək Məsihə
itaət etdirməyi öyrənəndə və başqa insanların da bu
70
Buxovları qıran
səslərlə olan həyat təcrübələri haqqında oxuyanda
onların nə olduğunu başa düşməyə başladım və onla-
rı çıxartmağa müvəffəq oldum.
Çoxlu əzablı illərdən sonra ağlımda tamamilə sa-
kitlik yarandı – bu, gözəl və valehedici bir şeydir.
Mən sonradan ağlımın azadlığı ilə birgə gələn bütün
gözəl şeyləri izah etməyə ehtiyac duymuram – siz bu
xeyir-duanı yaxşı bilirsiniz.
H
ər bir düşüncəni əsir etmək
Həmin mənfi, aldadıcı və ittiham edən düşüncələrin şərdən və
ya sadəcə cismani təbiətimizin düşüncə tərzlərindən irəli gəldiyini
necə bilirik? Bir tərəfdən bunların arasında heç bir fərq yoxdur.
Biz hər bir düşüncəni əsir edərək Məsihə itaət etdirməliyik; baş-
qa sözlə, əgər düşüncə doğru deyilsə, ona inanmayın. Amma siz
Azadlıq Addımlarını atandan sonra düşüncələr gəlməsə, onda on-
ların sizdən doğulmadığını biləcəksiniz. Cismani təbiətin düşünmə
tərzləri bizi sadəcə tərk etmir. Biz ağlımızı yeniləşdirdikcə onlar
yavaş-yavaş başqa şeylərlə əvəz olunur və ya dəf edilirlər. Paul
bizə heç nəyin qayğısını çəkməməyi söyləyir. Əksinə, ürəklərimizi
Allaha yönəldərək dua etməliyik: «Onda Allahın ağlagəlməz sülhü
ürəklərinizi və düşüncələrinizi [noema] Məsih İsada qoruyacaq»
(Filip 4:7). Növbəti ayə deyir ki, biz doğru, pak, cazibəli və saleh
şeyləri düşünməliyik.
Bizim Allahla ünsiyyətimiz şəxsidir və hər bir ünsiyyətdə ol-
duğu kimi onun düzgün olması üçün həll edilməli olan müəyyən
məsələlər var. Əgər biz Allaha qarşı üsyan edərək yaşayırıqsa,
Ondan xeyir-dua gözləyə bilmərik. «Çünki üsyankarlıq falçılı-
ğa bərabər günahdır, inadkarlıq isə özbaşınalıq və bütpərəstliyə
bərabərdir» (1 Şamuel 15:23). Əgər bizdə məğrurluq varsa, onda
Allah bizə qarşıdır (Yaqub 4:6). Əgər biz nifrətdə yaşayırıqsa və
bağışlamaq istəmiriksə, Allah bizi işgəncə verənlərin əlinə verəcək
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
71
(Matta 18:34). Yalnız Allah ürəyi qırıq insanları sağalda və əsirləri
azad edə bildiyinə görə bu məsələlər birinci həll edilməlidir.
Güman edirəm ki, neçə illər başqa ölkələrdə müjdəçilik et-
miş qadının şəhadətliyi bu məsələni işıqlandıracaq. O, həyatının
tamamilə dağılmaması üçün həftədə bir dəfə psixiatrına, psixo-
loquna və pastoruna baş çəkirdi. O, qorxurdu ki, növbəti addım
xəstəxana olar. Mən bir cümə günü günorta onunla görüşdüm və
iki ay yarım sonra bu məktubu aldım.
Mən sizə çoxdan məktub yazmaq istəyirdim, amma
bunun həqiqətən gerçək olduğunu özümə təsdiq etmək
üçün bu vaxtda qədər gözlədim. Mən sizinlə görüşdən
iki gün sonra gündəliyimdə yazdığım bir qeydi
bölüşmək istəyirəm.
«Cümə günü günortadan sonra özümü fərqli bir
insan kimi hiss edirəm. Kin və hiddət keçib gedib.
Mənim ruhum çox sakitdir və sevinclə doludur. Mən
ürəyimdə Allaha izzət oxuyaraq oyanıram.
Gərginlik və əsəbilik halları yoxdur. Mən özümü
çox azad hiss edirəm. Müqəddəs Kitab mənim üçün
həqiqətən əvvəlkindən də maraqlı, həvəsləndirici
və daha çox başa düşülən olub. Cümə günü görüş
vaxtı «heyranedici» heç bir şey baş vermədi, amma
ürəyimin lap dərinliyində nəyinsə dəyişdiyini bilirəm.
Mən artıq ittihamların, şübhələrin, özünə qəsd və ya
qatillik fikirlərinin, yaxud birbaşa cəhənnəmdən başı-
ma gələn başqa zərərli şeylərin əsiri deyiləm. Mənin
ağlımda və ruhumda dinclik hökm sürür və tamamilə
aydın olan şüurum var.
Mən azad olmuşam!
Mən indi gələcəyimə ümidlə baxıram və sevinirəm.
Mən inanıram ki, yenidən ruhani böyüyəcəyəm və
eləcə də başqa sahələrdə inkişaf edəcəyəm. Mən
Allahın məni yaradaraq və xilas edərək görmək
72
Buxovları qıran
istədiyi insanın kəşf edilməsinə, eləcə də nikahımın
kökündən dəyişilməsinə ümid dolu nəzərlərlə baxı-
ram.
Uzun sürən qaranlıqdan sonra sevinc əldə etmək
çox gözəldir.»
Bu yazıdan iki ay yarım vaxt keçib və mən Məsihdə
azadlıq tapmağın əhəmiyyətli dəyərlərinə tamamilə
əminəm. Mən bir neçə ay idi ki, psixiatra, psixolo-
qa və pastora baş çəkirdim və mən bir az yaxşılaşır-
dım, amma o vəziyyəti indi ata biləcəyim addımlar
ilə heç cür müqayisə etmək olmaz. Mənim baş verən
şeylərin öhdəsindən gəlmək bacarığım qat-qat artıb.
Təkcə mənim ruhum sakit deyil, əslində beynim də
düzgün düşünür! İndi mən fikirlərimi daha yaxşı top-
laya bilirəm. Elə bil ki, indi hər bir şeyi başa düşmək
asanlaşıb.
Mənim Allahla ünsiyyətim əhəmiyyətli dərəcədə
dəyişilib. Onun səkkiz il məndən uzaqda olduğunu
hiss etmişdim. Sizinlə görüşməzdən bir az əvvəl məni
azad etməsi və olduğum əsarətdən məni çıxarması
üçün bütün var-qüvvəmlə Ona fəryad edirdim. Mən
çox istəyirdim ki, Allahla yenidən görüşüm və Onun
hüzurunun yenidən mənimlə olduğunu hiss edim.
Mən Onu ağlımda və həyat təcrübəmdə olan uzaq-
da dayanmış nüfuzlu surət kimi deyil, dost, həmkar
kimi tanımaq istəyirdim. Həmin iki ay yarımdan bəri
mənim Allaha olan etibarım artıb. Mənim Onunla
səmimi olmaq bacarığım həddən artıq inkişaf edib.
Mən gündəliyimdə yazdığım həmin ruhani artımı
həqiqətən həyatda yaşayıram. Bu, əladır!
5
Üsyançı hökmdar ilə
üzləşmək
60-cı illərdə Meri hippi
4
idi. Onun 26 yaşı var idi. O, məsihçi
idi və universiteti bitirmişdi, amma atası anasından boşandıqdan
sonra onda ciddi ruhi və emosional problemlər yaranmışdı. Beş
ilin içərisində Meri üç dəfə xəstəxanada yatmış və ona şizofrenik
paranoyya diaqnozu qoyulmuşdu. Üç həftə mənim yanıma gəlib
getdikdən sonra Meri, nəhayət, ilanlar ilə mübarizəsi haqqında
danışmağa başladı.
«İlanlar nə məsələdir?»- deyə, soruşdum.
«Onlar gecə yatarkən üstümə çıxırlar»- deyə, o etiraf etdi.
Mən dedim: «İlanlar gələndə nə edirsən?».
«Mən anamın yanına qaçıram. Amma mən tək olanda həmişə
geri qayıdırlar.»
«Gələn dəfə nəsə başqa şey etməyə çalış»- deyə, mən sözümə
davam etdim. «Sən yataqda olanda və ilanlar gələndə ucadan bu
sözləri söylə 'Məsihin adı ilə sizə çıxıb getməyi əmr edirəm.'»
«Mən bunu edə bilmərəm»- deyə, Meri etiraz etdi. «Mən nə
kamil deyiləm, nə də kifayət qədər güclü deyiləm.»
Mən dedim: «Məsələ sənin kamilliyində deyil; məsələ sənin
Məsihdə mövqeyindədir. Sənin də mənim kimi Allaha tabe olma-
ğa və şeytana qarşı durmağa eyni hüququn var.»
Meri bunu eşidəndə çöhrəsində etiraz hissləri göründü və mən
4 Mövcud əxlaq normalarını və həyat tərzini inkar edən və öz etirazlarını əcaib
geyimləri və davranışları ilə ifadə edən gənclər.
|