Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   2   3   4   5   6   7   8   9   ...   23

27
dırma aparmaq üçün) iştirak etmişdi. Onlar qapıya yaxınlaşarkən 
hərəyə 65 dollar ödəməli olduqlarını biləndə uzaqlaşmağa başladı-
lar. Amma iki yad adam onlara yaxınlaşaraq: «Bizə deyildi ki, bu 
biletləri sizə verək» — deyə, söylədilər. Təəccüblənmiş tələbələr 
biletləri götürdülər və içəri daxil oldular. 
Onlar bildirdilər ki, spikerlərin biri konfrans iştirakçıları ilə me-
ditasiya (düşüncə məşqi) keçirir. O, hər bir kəsi həvəsləndirirdi 
ki, ruh bələdçisinin yanlarına gəldiyini təsəvvür etsinlər. Spiker 
məşqi:  «İndi  ruh  bələdçinizi  içəri  daxil  olmağa  dəvət  edin»  — 
deməklə sona çatdırdı. Bu, məni çox heyrətə saldı! Şeytan Biola 
Universitetindən iki tin aralıda insanları özünə tərəf çağırır! 
İ
kimərtəbəli dünyagörüşü 
Qərb  dünyası  gerçəkliyi  iki  mərtəbədə  görür  (2a  Diaqramı-
na  baxın).  Yuxarı  mərtəbə  Allah,  ruhlar,  cinlərin  yaşadığı  fizi-
ki hisslərimizdən kənar olan aləmdir, bu aləm din və mistisizm 
vasitəsilə başa düşülür. Aşağı mərtəbə elm və fiziki hisslərlə başa 
düşülən  təcrübədən  keçirilmiş  aləmdir.  İkimərtəbəli  təfəkkürə 
əsasən,  ruhani  aləm  təbii  aləmə  təsir  etmir  və  ya  azca  təsir 
edir;  biz,  demək  olar  ki,  gerçəkliyi  dərk  etməyimizdən  bunu 
kənarlaşdırmışıq.  Humanistlər  yuxarı  mərtəbəni  tamamilə  rədd 
edirlər. Teologiya və psixologiyanı birləşdirməkdə edilən səylərin 
çoxu yalnız Allahı və bəşəriyyəti (günaha düşmüş və xilas edil-
miş) əhatə edir, şeytan və cinlərin fəaliyyətini kənarlaşdırır. 
Qərb  rasionalizminə  və  naturalizminə  tamamilə  əks  olaraq, 
dünyanın  digər  sakinlərinin  gerçəklik  barəsində  başqa  nöqteyi-
nəzərləri var. Ruhani aləmin gerçəkliyi onların mədəniyyətlərinin 
və  nöqteyi-nəzərlərinin  bir  hissəsidir.  Animistik  və  spiritistik 
mədəniyyətlər  allahlarını  qurbanlar  ilə  sakitləşdirirlər  və  şər 
qüvvələri dəf etmək üçün dini ayinləri icra edirlər. İnkişaf etməmiş 
ölkələrin xalqlarının bir çoxu üçün gündəlik həyatda elmdən daha 
çox dini adətlər və ya mövhumat böyük rol oynayır. 

28
Buxovları qıran
Qərbdə təhsil almış insanlar üçün inkişaf etmiş texnologiya və 
iqtisadi  uğura  əsaslanaraq  Şərq  dünyagörüşündən  əhəmiyyətsiz 
bir şey kimi imtina etmək asandır. Bəs onda yaxşı inkişaf etmiş 
sənayedə cinayətin və pornoqrafik çirkinliklərin yayılması niyə ən 
yüksək dərəcədədir? Nə Qərb, nə də Şərq dünyagörüşü Müqəddəs 
Kitaba uyğun həqiqəti əks etdirmir. 
İki mərtəbənin arasında Dr. Paul Hiebertin «kənarlaşdırılmış or-
talıq» adlandırdığı yer var. Bu ruhani qüvvələr yer üzündə fəal olan 
gerçək aləmdir. Biz qaranlıq padşahlığını dünyagörüşümüzə daxil 
etməliyik,  çünki  həqiqətdə  kənarlaşdırılmış  ortalıq  yoxdur!  Paul 
göylərdəki ruhani döyüş haqqında danışanda o, Mars və Pluton 
kimi uzaq yerlərdən danışmırdı. O, ruhani aləmdən, ətrafımızda 
olan və bu dünyanın hökmdarı ilə idarə edilən qaranlıq padşahlı-
ğından danışırdı. 
Bu  dünyəvi,  ikimərtəbəli  təfəkkürün  bəzi  Qərb  məsihçilərinin 
düşüncəsinə necə təsir etdiyini təsvir etmək üçün gəlin sizə Die 
adlı ağıllı cavan bir qadından, pastor qızından danışım. Diedə son-
ralar  dağınıq  skleroz  diaqnozu  qoyulan  fiziki  simptomlar  əmələ 
Allahın və ruhani qüvvələrin  
fiziki hisslərimizdən kənar olan aləmi
Din
Hisslərlə təcrübədən keçirilə  
bilən aləm
Elm
Kənarlaşdırılmış ortalıq
2a Diaqramı.

Dünyada öz yolunuzu tapmaq
29
gəlmişdi. Mən Dienin vəziyyəti və onu haldan salan bu xəstəlik 
ilə həyatının gələcəyi haqqında eşidəndə valideynlərinin keçirdiyi 
daxili ağrını hiss etdim. Mən Die üçün dua etdim, amma fikrimdən 
onu çıxara bilmədim. Onu görmək imkanı yarananda bu fürsətdən 
istifadə etdim. 
«İlk dəfə simptomları nə vaxt hiss etdin?» — deyə, mən soruş-
dum. 
«Mən Rəblə xüsusi vaxt keçirdikdən dərhal sonra qəribə hisslər 
keçirməyə başladım» — deyə, Die cavab verdi. 
«Həmin gün sənin dua vaxtında nə xüsusi bir şey var idi?»
«Mənim  bir  az  özümə  yazığım  gəldi,  çünki  valideynlərimdə 
olan  ruhani  artıma  nail  olmamışdım.  Həmin  gün  2  Korinflilərə 
12-ci  fəsli  araşdırırdım  və  həmin  hissədə  Paula  bədəninə  tikan 
verildiyi  haqqında  oxudum.  Paul  deyirdi  ki,  Allahın  gücü  onun 
zəifliyində kamilləşir və mən də Allahın gücünün həyatımda olma-
sını istədim. Ona görə də bədəndə mənə tikan verməsini Allahdan 
xahiş etdim.»
«Sən Allahdan bədəndə tikan istədin?»
«Bəli.»
«Sən Paulun bədənində tikanın nə olduğunu bilirsən?»
«Hansısa fiziki problem idi, elə deyilmi?»
«Bizə  necə  büruzə  verdiyi  haqqında  deyilmir,  amma  2  Kor. 
12:7-də aydın yazılır ki, bu, «şeytanın elçisi», hərfi olaraq, şey-
tanın mələyi –cin idi! Paul onu heç vaxt istəməmişdi. Əslində, 
onun  çıxması  üçün  üç  dəfə  dua  etmişdi.  Die,  mən  səndən  son 
dərəcədə  xahiş  edirəm  ki,  bədəndə  tikan  istəyini  inkar  edəsən 
və həyatından şeytanın bütün təsirlərinin götürülməsi üçün dua 
edəsən.»
Die  mənim  məsləhətimi  qəbul  etdi  və  biz  birlikdə  dua  etdik. 
O, demək olar ki, dərhal özünü yaxşı hiss etməyə başladı. Simp-
tomlar yoxa çıxdı və o, normal həyata qayıtdı. Bir neçə ay son-
ra simptomlar yenə də baş qaldırdı. Həmin vaxtlar mən onu bu 
kitabın üçüncü hissəsində təsvir edilən və 13-cü fəsildə yerləşən 
Məsihdə Azadlıq Addımlarından keçirdim («Addımlar»). Bu gün 
Die azaddır. 

30
Buxovları qıran
Əksər  həkimlər  və  psixoloqlar  Dienin  vəziyyətini  heç  ruhani 
problem  də  hesab  etməzdilər.  Onlar  Dienin  «sağalmasını»  şey-
tani  hücumdan  azadlığın  əvəzinə  fiziki  xəstəliyin  yüngülləşməsi 
kimi sübut edərdilər. Buna baxmayaraq, hətta müasir tibb bəyan 
edir  ki,  insanların  əksəriyyəti  psixosomatik  səbəblər  üzündən 
xəstədirlər. Həmin psixosomatik səbəblər üçün ruhani əsasın ol-
madığını  Müqəddəs  Kitab  təsdiqləmir.  Psixosomatik  problemlər 
bizim düşüncəmizdə yaranır. Biz ilkin ruhani döyüşün ağılda get-
diyini sonra görəcəyik. 
Bir  çox  məsihçilər  fövqəltəbiiliyi  dünyagörüşlərindən  ya 
tamamilə kənarlaşdırırlar, ya da bunu həyatlarında heç bir təsiri 
olmayacaq  hisslərlə  təcrübədən  keçirilə  bilən  mərtəbəyə  aid 
edirlər. Belə etməklə onlar nəinki Allahın gücünü teologiyaların-
dan  və  gündəlik  həyatlarından  kənarlaşdırırlar,  eləcə  də  bütün 
insan  problemlərinin  –  hətta  Dienin  simptomları  kimi  şeytani 
təsirlərdən yaranan problemlərin psixoloji və ya təbii səbəblərin 
nəticəsi olduğunu izah edirlər. 
K
ənarlaşdırılmış ortalıqda yaşamaq
Məsihçi dünyagörüşü mədəniyyət və ya həyat təcrübəsindən de-
yil, Kəlama əsasən yaranır. Kəlam dəqiq öyrədir ki, fövqəltəbii, ru-
hani qüvvələr bu dünyada iş görürlər. Məsələn, Mark Müjdəsində 
qeydə  alınan  şəfalardan  təqribən  dörddə  biri,  əslində,  cinlərdən 
azad olmadır. Luka 13:11, 12-də İsanın şəfa verdiyi qadın 18 il 
«xəstəlik ruhundan» əzab çəkmişdi. 
İnsanlar  çox  vaxt  məsləhət  vaxtlarında  fiziki  simptomlar-
dan  şikayətlənirlər,  bunlar  da  şəxsi  və  ruhani  münaqişələr  həll 
ediləndən və Məsihdə azadlıq əldə ediləndən sonra yoxa çıxır. Gör-
düyüm ən çox yayılmış simptomlar baş ağrısı, baş gicəllənməsi, 
bütün  bədəndə  ümumi  ağrıdır.  Bəziləri  qusmaq  istəyirlər.  Mən 
Məsihdə addımlardan sonra azad olan dağınıq skleroz diaqnozu 
qoyulmuş üç insana məsləhət vermişəm. Elə görünür ki, sklero-
zun  iki  növü  var.  Növlərdən  biri  tədricən  həmişə  ağırlaşan  for-

Dünyada öz yolunuzu tapmaq
31
madır.  Mənim  fikrimcə,  bu,  fiziki  problemdir.  O  biri  növün  isə 
gəlib-gedən  simptomları  var.  Yuxarıda  qeyd  edilən  insanlar  bu 
formadan əzab çəkirdilər. 
Bəzi  problemlərin  fiziki  olduğu  aydındır,  məsələn,  ayağın  sın-
ması.  Bu  halda  həkiminizə  müraciət  edin  və  o,  sümüyü  yerinə 
qoyacaq. Sonra tez sağalması üçün məbədin dua etməsini xahiş 
edin. Kin, günah və xəcalət kimi başqa problemlərin ruhani oldu-
ğu aydındır. Pastorunuza müraciət edin və Allahla münasibətinizi 
düzəldin.  Həkimlər  fiziki  simptomlar  müşahidə  edə  biləndə, 
amma xəstəliyiniz üçün fiziki səbəb tapa bilməyəndə çətinlik ya-
ranır.  Məsələn,  20  il  bundan  əvvəl  hər  bir  kəsin  hipoqlikemiya-
dan
3
  əzab  çəkdiyi  yadınızdadırmı?  Mən  də  bir  pastor  kimi  bu-
nunla üzləşdiyimi etiraf edirəm. Mən məsləhət verdiyim hər dörd 
nəfərdən birinə qanda qlükoza miqdarının yoxlanılmasını məsləhət 
görürdüm. Bu insanların hamısı qayıdıb onlarda bu xəstəliyin oldu-
ğunu söyləyirdilər. Hipoqlikemiyanın axırı nə oldu? Sonra xroniki 
yorğunluq sindromu yarandı – indi hər uşaqda və böyük adamların 
bəzilərində konsentrasiya pozğunluğu sindromu müşahidə edilir. 
Mən əminəm ki, problemin məğzi və həlli psixoloji və ruhani 
olanda  bəzi  məsihçilər  fiziki  simptomlara  qarşı  təbii  vasitələrlə 
uğursuz  olaraq  mübarizə  aparırlar.  Qərb  dünyamızda  bizə 
öyrədiblər ki, öncə mümkün olan hər təbii və fiziki izahı axtarma-
ğa çalışaq və əgər bu, alınmasa, onda: «Dua etməkdən başqa heç 
nə  qalmayıb»  —  deyək.  İsa  bizə:  «əvvəlcə  Allahın  Padşahlığını 
və  Onun  salehliyini  axtarın»  —  deyib  (Matta  6:33).  Bəs  niyə 
biz birinci Allaha tabe olub iblisə qarşı durmuruq (Yaqub 4:7)? 
Məsihçinin etməli olduğu birinci iş duadır. Niyə bizdən xahiş edil-
diyi kimi bədənlərimizi Allaha diri qurbanlar kimi təqdim etməyək 
(Rom. 12:1)? «Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə 
yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu 
ilə sizin də fani bədənlərinizə həyat verəcək.» (Rom. 8:11). 
Bizim «səmadakı ruhani şər qüvvələrə qarşı» (Efes. 6:12) vu-
ruşmağımız üçün İsa bizi «dünyada» (Yəhya 17:11) qoyub getdi. 
3  qanda şəkərin normadan az olmasıdır. 

32
Buxovları qıran
Bu fakt bu gün də doğrudur. Fövqəltəbii qüvvələr yer üzündə iş 
görür. Biz təbii aləmdə yaşayırıq, amma ruhani müharibədə işti-
rak edirik. «Kənarlaşdırılmış ortalıq» həqiqətdə deyil, yalnız bizim 
dünyəviləşmiş ağlımızda kənarlaşdırılıb. 
Allahsız ruhaniləşmək
Keçən dörd onillikdə Qərbdəki insanlar elmin izah etdiyindən və 
beş fiziki hisslə ayırd edə bildiklərindən daha çox şeyin həyatda 
olduğunu  düşünməyə  başlayıblar.  Bu  yeni  yanğıya  ilkin  nəzər 
saldıqda  məsihçi  dünyagörüşü  olan  bizlər  üçün  bu,  ruhlandırıcı 
səslənə  bilər,  amma  əslində  materialist  dünyadan  məyus  olmuş 
belə  insanların  bir  çoxu  dindən  də  məyus  olublar.  Məsihə  və 
Onun Cəmiyyətinə qayıtmaq əvəzinə onlar öz ruhani boşluqlarını 
parapsixologiya, Allahdan kənar qüvvələrin iştirakı ilə şəfa, Şərq 
mistisizmi  və  «New  Age»  hərəkatının  bayrağı  altında  yeriyən 
çoxsaylı kultlardan müasir libas geymiş köhnə dəbli okkultizmlə 
doldururlar. 
Allahdan kənarda ruhani ehtiyacları ödəməkdə yeni heç bir şey 
yoxdur.  Məsih  yer  üzündəki  xidməti  zamanı  İbrahimin,  İshaqın 
və  Yaqubun  Allahının  əvəzinə  ənənələrə  bağlanmış  yəhudi  dini-
nin dünyəviləşmiş forması ilə qarşılaşmışdı. Həmin günlərdə dini 
rəhbərlər Məsihi ruhani xilaskarları kimi tanımadılar. Onlar zülm-
karın bu dünyanın allahı olan şeytan deyil, Roma dövləti olduğu-
nu düşünürdülər. Amma İsa iki mərtəbəni «Kəlam bəşər olanda» 
(Yəhya  1:14)  birləşdirdi.  O,  qeysərin  deyil,  şeytanın  əməllərini 
puça çıxarmağa gəldi (1 Yəhya 3:8).
İndi də, əvvəllər olduğu kimi, dünyəvi dünyagörüşünün mərkəzi 
insan  özüdür:  Bundan  mən nə əldə edəcəyəm? Kim mənim eh-
tiyaclarımı  ödəyəcək?  Mən  öz  işimi  görürəm.  Hətta  bu  sahədə 
irəliləyən məsihçi də xudbin məqsəd və qürurla hərəkət edir.
Özü mərkəzdə olan həyat ilə Məsih mərkəzdə olan həyat ara-
sında mübarizənin bariz nümunəsi həvari Peterdir. Peter funda-
mental  həqiqəti,  İsanın  Var  Olan  Allahın  Oğlu  Məsih,  yaşayan 
Allahın  Oğlu  olduğunu  (Matta  16:13-16)  etiraf  etdikdən  dərhal 

Dünyada öz yolunuzu tapmaq
33
sonra qara qüvvələrə qoşuldu. Gözəl etirafına görə Peterə xeyir-
dua  verdikdən  sonra  İsa  ona  və  digər  şagirdlərinə  Yerusəlimdə 
Onu gözləyən əzabı və ölümü elan etdi. «Peter Onu bir kənara 
çəkib etiraz etməyə başladı: 'Ya Rəbb, Özünə yazığın gəlsin! Bu, 
əsla Sənin başına gəlməyəcək!'» (22-ci ayə). 
İsa  cavab  verdi:  «Çəkil  qarşımdan,  şeytan!  Sən  Mənə  mane 
olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində 
fikirləşirsən» (23-cü ayə).
İsanın  unudulmaz  məzəmməti  rəhmsizcəsinə  sərt  görünür. 
Amma İsanın şeytanı Peterin sözlərinin mənbəyi kimi göstərməsi 
onun  vermək  istədiyi  məsləhətin  xüsusiyyətini  dəqiq  və  mü-
vafiq  şəkildə  təsvir  edir.  Peterin  məsləhəti  əsasən  şeytani  idi, 
çünki  şeytanın  ilkin  niyyəti  budur  ki,  insan  öz  əsas  məramının 
xudpəsəndlik olduğunu düşünsün. Şeytan bu dünyanın hökmdarı 
adlanır, çünki bu dünyanı xudpəsəndlik idarə edir. O, qardaşları 
təqsirləndirən adlanır, çünki o inanmır ki, hətta Allahın övladının 
belə xudpəsəndlik arzusundan daha böyük məqsədi var. Demək 
olar ki, siz onun fısıldaya-fısıldaya dediyini eşidə bilərsiniz: «Nəyin 
bahasına  olursa-olsun,  özünü  xilas  et.  Üzərinə  düşən  borcu 
xudpəsəndliyə, Məsihin işini şəxsi rahatlığa qurban ver. Bütün 
insanlar  ürəklərinin  dərinliyində  xudbindirlər  və  hamını  nə 
iləsə satın almaq olar. Bəziləri bir az çox dözə bilərlər, amma 
sonda  hər  bir  adam  Allahın  işlərindən  daha  çox  öz  işlərini 
üstün tutacaq.» 
Şeytanın məsləyi belədir və əfsuslar olsun ki, bir çox insanla-
rın  həyatları  onun  iddialarını  təsdiqləyir.  Şeytan  onları  özlərinə 
xidmət etdiklərinə inandırıb, halbuki onlar əslində dünyaya, cis-
mani təbiətə və şeytana xidmət edirlər. 
Amma  məsihçi  dünyagörüşünün  fərqli  mərkəzi  var.  İsa  bizim 
özümüzə güvənməyimizlə qarşılaşır və fərqli baxış – çarmıxdan 
baxış təklif edir. Siz yalnız Allahın baxışı ilə yaşayanda yeganə 
niyyəti  «qarət  etmək,  öldürmək  və  tələf  etmək»  (Yəhya  10:10) 
olanın əsarətindən qaça bilərsiniz. 

34
Buxovları qıran
Çarmıxdan baxış 
Arvadı Həvva ilə birlikdə Adəm şeytanın irəli sürdüyü xudbin 
dünyagörüşünün  məğzi  olan  «Allah  kimi  olacaqsınız»  (Yaradılış 
3:5) niyyətinə uyan birinci adam idi. Şeytan Adəmi aldadandan 
bəri o, özlərinin allahları olduqlarına inandırmaqla saysız-hesabsız 
insanları da aldadıb və bu gün «New Age» hərəkatı bu yalanı bö-
yük və beynəlxalq miqyasda inkişaf etdirir.
Amma Müqəddəs Kitabdakı yaradılış haqqında yazılar Yarada-
nın yalnız həqiqi Allah olduğunu aydın göstərir. Adəm və onun 
əcdadları allahlar deyil; biz Allahdan kənarda mövcud ola bilməyən 
yaradılmış  varlıqlarıq.  Allah  Adəmə  həyat  nəfəsi  üfürəndə  canlı 
varlıq oldu. Adəm fiziki və ruhani olaraq sağ idi, amma o, allah 
deyildi. Allah ona dedi ki, əgər xeyirlə şəri bilmə ağacından yesə, 
o, mütləq öləcək. Amma şeytan ona dedi ki, Allah nə haqqında 
danışdığını bilmir, qadağan edilmiş meyvəni yemək onun allaha 
bənzər potensialını aça bilər. Adəm yedi və əvvəlcə fiziki deyil, 
ruhani  öldü.  Adəmin  günahı  onu  Allahdan  ayırdı  və  o,  Cənnət 
Bağından qovuldu. 
Adəmdən bəri hər bir kəs dünyaya gələrkən fiziki olaraq sağ, 
ruhani olaraq ölü doğulur (Efes. 2:1). Allahdan ayrı düşdüklərinə 
görə insanlar özləri üçün adlar qoymağa və həyatda təbii yollarla 
öz  məqsədlərini  müəyyən  etməyə  çalışdılar.  Onlar  özlərinin  ba-
laca allahları oldular və həyatları qürur, özünü-ucaltma və onları 
yaradan Allahdan müstəqil olmaqla səciyyələndi. Onlar: «Biz ca-
nımızın padşahı və taleyimizin ağasıyıq» — deyə, bəyan etdilər. 
Şeytani ideya olan insanların özlərinin allahı olması faktı bu yıxıl-
mış dünyanın vuran nəbzidir və qaranlıq padşahlığındakı ruhani 
əsarətin zəncirində əsas həlqədir. 
Özümüzün  allahı  olmaqda  (öz  başının  ağası  olmaqda) 
göstərdiyimiz  cəhdlərdə  problem  budur  ki,  biz  heç  vaxt  həmin 
rolu əldə etməyə təyin edilməmişik. Bizim öz taleyimizi müəyyən 
etməkdə lazımi xüsusiyyətlərimiz çatışmır. Hətta Cənnət Bağın-

Dünyada öz yolunuzu tapmaq
35
da  ruhani  sağ  olan  günahsız  Adəm  belə  öz  allahı  olmaq  üçün 
bu xüsusiyyətlərlə təmin edilməyib, əgər o, bunu bacarmayıbsa, 
onun dünyaya fiziki olaraq sağ, ruhani olaraq ölü gələn günaha 
batmış nəsli bunu heç bacara bilməz. «New Age» hərəkatının bizə 
dediklərinin əksi olaraq, bizim Allah olmaq üçün potensialımız nə 
heç vaxt olmayıb, nə də nə vaxtsa olmayacaq. Yalnız bir qeyri-
müəyyən Yaradan var, qalanlar isə müəyyən yaradılışdır. 
Əgər  siz  dünyanın,  cismani  təbiətin  və  şeytanın  əsarətindən 
azad yaşamaq istəyirsinizsə, zəncirdəki əsas bu həlqə əzilməlidir. 
Şeytan və onun kəşfiyyatçılarının irəli sürdüyü eqoist dünyagörü-
şü  Peteri  məzəmmət  etdikdən  sonra  İsanın  şagirdlərinə  təqdim 
etdiyi baxışla əvəz olunmalıdır: 
Sonra İsa şagirdlərinə dedi: «Əgər bir kəs Mənim ar-
dımca  gəlmək  istəyirsə,  özündən  imtina  etsin  və  çar-
mıxını götürüb ardımca gəlsin. Kim canını xilas etmək 
istəyirsə,  onu  itirəcək,  amma  kim  Mənə  görə  canını 
itirirsə,  onu  qoruyacaq.  İnsan  bütün  dünyanı  qazanıb 
canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının 
əvəzinə nə verə bilər? Çünki Bəşər Oğlu Atasının izzəti 
içərisində Öz mələkləri ilə gələcək və o zaman hər kəsə 
öz əməlinə görə əvəzini verəcək (Matta 16:24-27). 
Bu hissə dörd Müjdənin əsas məğzidir. Mən Dr. Elmer Touns ilə 
birlikdə «Rivers of Revival» («Oyanışın çayları») (Regal Books
kitabını  yazarkən  belə  nəticəyə  gəldim  ki,  özümüzə  güvənmək 
oyanış çaylarının qarşısını alan birinci bənddir. Biz Allahın işini öz 
yolumuzla, əlimizdə olan imkanlarımızla etməyə çalışırıq, amma 
edə bilmərik. Aşağıda İsanın fikirlərindən ibarət olan altı göstəriş 
çarmıxdan  baxışı  təyin  edir.  Bunlar  dünya  sistemindən  və  onu 
təlqin edən şeytanın əsarətindən azad olmaq istəyənlər üçün əsas 
göstərişlərdir. Çarmıxın nurunda qalın və siz bu qaranlıq dünyada 
yolunuzu uğurla tapacaqsınız. 

36
Buxovları qıran
Özünüzü inkar edin 
Özünü  inkar  etmək  istədiyiniz  şeylərdən  çəkinməklə  eyni 
deyil.  Hər  tələbə,  idmançı  və  kult  üzvləri  istədikləri  şeylərdən 
çəkinirlər, öz məqsədlərinə çatmaqdan onları saxlayan şeylərə və 
fəaliyyətlərə məhdudiyyət qoyurlar. Amma belə çəkinmənin əsas 
məqsədi  özünü  irəliyə  çəkmədir:  ən  yaxşı  qiyməti  əldə  etmək, 
rekord vurmaq, ad-san və şöhrət qazanmaqdır. 
Özünü  inkar  etmək  özünüidarəetmədən  (öz  başının  ağası  ol-
maqdan) imtina etməkdir. Özümüz üçün ölmək həyatın əsas dö-
yüşüdür.  Cismani  təbiət  taxt-tac  üçün  çarpışır  və  Allah  olmaq 
üçün  mübarizə  aparır.  İsa  həmin  döyüşə  girmir;  O,  artıq  ona 
qələbə çalıb. O, taxt-tacını əlinə alıb mərhəmətlə onu bizimlə bö-
lüşür.  Amma  bir  aldadıcı  səbəbə  görə  biz  padşah  olmaq  və  öz 
həyatlarımızı idarə etmək istəyirik. Biz heç bir zaman bizim üçün 
nəzərdə tutulmamış roldan (yəni, həyatımızda Allah olmağın ro-
lundan)  çəkinməyincə  özümüzlə  və  ya  Allahla  heç  vaxt  sülhdə 
olmayacağıq və heç vaxt azad olmayacağıq. 
Nə siz Allahdan kənar müstəqil fəaliyyət göstərmək üçün, nə 
də qəlbiniz ağa kimi fəaliyyət göstərmək üçün təyin edilib. «Heç 
kim iki ağaya qulluq edə bilməz» (Matta 6:24). Özünüzü inkar 
edəndə, siz Allahı həyatınızdakı taxt-tacda oturmağa, əslində ona 
məxsus olan yeri tutmağa dəvət edirsiniz, beləliklə, siz Məsihdə 
ruhən diri adam kimi fəaliyyət göstərə bilərsiniz. Özünüzü inkar 
etmək ruhani azadlıq üçün gərəklidir. 
Gündəlik çarmıxınızı götürün 
Bizim  gündəlik  götürməli  olduğumuz  öz  çarmıxımız  de-
yil,  Məsihin  çarmıxıdır.  Paul  yazırdı:  «Məsihlə  birlikdə  çarmı-
xa  çəkildim.  Artıq  mən  yaşamıram,  Məsih  məndə  yaşayır.  İndi 
cismən  yaşadığım  həyata  gəlincə,  məni  sevib  uğrumda  Özünü 
fəda edən Allahın Oğluna olan imanla yaşayıram» (Qalat. 2:20). 
Onun  çarmıxı  etdiyimiz  işlərdən  bağışlanmanı  və  olduğumuz 
kimlikdən  xilası  təmin  edib.  Biz  bağışlandıq,  çünki  O,  bizim 

Dünyada öz yolunuzu tapmaq
37
yerimizə öldü; biz xilas olduq, çünki biz Onunla öldük. Biz çarmı-
xın nəticəsində həm bəraət qazanmışıq, həm də mövqedən asılı 
olaraq müqəddəsləşmişik. 
Gündəlik çarmıxı götürmək hər gün Allaha məxsus olduğumu-
zu bəyan etməkdir. Biz Rəbb İsa Məsihin qanı ilə satın alınmışıq 
(1 Peter 1:18, 19). Biz çarmıxı götürəndə kimliyimizin fiziki möv-
cudluğa deyil, Allah ilə ünsiyyətə əsaslandığını təsdiqləyirik. Biz 
Allahın övladlarıyıq (1 Yəhya 3:1-3). Bizim həyatımız Məsihdədir, 
çünki O, bizim həyatımızdır (Kolos. 3:3, 4). 
Məsihin ardınca gedin
Cismani  təbiətinizə  öz  səylərinizlə  qalib  gəlməyə  çalışmaq 
ümidsiz mübarizədir. Cismani təbiət özünü heç vaxt qovmayacaq, 
çünki müstəqil cisim hələ də allah olmaq istəyir. Biz Müqəddəs 
Ruh ilə idarə olunaraq Məsihin ardınca getməliyik. Bu yolda bi-
zim  Adəmdə  olan  köhnə  təbiətimiz  ölür  və  Məsihdə  olan  yeni 
təbiətimiz  dərk  edilir  və  qəbul  edilir.  «Çünki  İsanın  həyatı  fani 
cismimizdə  aydın  görünsün  deyə,  biz  yaşaya-yaşaya  İsa  üçün 
həmişə ölümə təslim edilirik» (2 Kor. 4:11). 
Bu, dar, sıxıcı yol kimi görünə bilər, amma sizi əmin edirəm 
ki,  bu,  belə  deyil.  Böyük  Çoban  tərəfindən  tanınmaq  və  Onun 
qoyunu kimi ardınca getmək (Yəhya 10:27) möhtəşəm bir həyat 
təcrübəsidir. Allahın Ruhu ilə idarə olunmağımız, hətta özümüz 
üçün ölümlə nəticələnsə də övladlığa əminliyimizdir (Rom. 8:14). 
Biz  Allahdan  kənar  müstəqil  fəaliyyət  göstərmək  üçün  təyin 
edilməmişik. Yalnız Ondan asılı olanda, Məsihin ardınca getmək 
istəyəndə biz tam oluruq və Allahın iradəsinin yaxşı, razı salan və 
kamil olduğunu (Rom. 12:2) sübut etməkdə azad oluruq. 
Yüksək həyatı əldə etmək üçün aşağı həyatı qurban verin
Öz  təbii  həyatınızı  xilas  etmək  (yəni,  mövqelərə,  rütbələrə, 
uğurlara,  var-dövlətə  əsasən  kimliyinizi  və  dəyərinizi  tanı-
maq  və  yalnız  dünyəvi  firavanlığı  axtarmaq)  istəyirsinizsə,  onu 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin