Nil T. Anderson buxovlari qiran



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix06.09.2017
ölçüsü1,3 Mb.
#29005
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

85
Yerusəlimdə  Müjdəni  bölüşmək  tapşırığı  barəsində  dua  edəndə 
«toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla 
dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı» (Həv. İş. 4:31). 
Məbəddə  olan  hər  uğurlu  nailiyyətin  arxasında  Ruhla  ilhamlan-
mış  cəsarət  durur.  «Çünki  Allah  bizə  qorxaqlıq  ruhu  deyil,  güc, 
məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir» (2 Timotey 1:7). 
Biz narahatçılıq ilə dolu əsrdə yaşayırıq. Əgər siz hansısa növ 
narahatçılıq yaradan ruhi pozğunluqdan əziyyət çəkirsinizsə, mən 
Riç  Miller  ilə  birlikdə  yazdığım  «Freedom  from  Fear»  («Qor-
xudan  azadlıq»)  (Harvest  House)  kitabını  oxumağı  tövsiyə 
edərdim. Allahdan qorxu təkcə hikmətin başlanğıcı deyil, bu, bü-
tün başqa cəsarətsizlik qovub çıxaran yeganə qorxudur. Cəsarətin 
əksi qorxaqlıq, qorxu və imansızlıqdır. Bu xüsusiyyətlər barəsində 
Allahın düşündüyü şeylərə diqqət yetirin: 
O  mənə  dedi:  «Tamam  oldu!  Alfa  və  Omeqa,  Baş-
lanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun 
qaynağından  müftə  su  verəcəyəm.  Qalib  gələn  bunla-
rı  irs  alacaq;  «Mən  ona  Allah,  o  isə  Mənə  oğul  ola-
caq».  Qorxaqların,  imansızların,  iyrənclərin,  qatillərin, 
əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün ya-
lançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; 
bu, ikinci ölümdür» (Vəhy 21:6-8). 
Bizlərdən çoxu qatillər, sehrbazlar və bütpərəstlərlə yanaşı qor-
xaq  və  imansızların  odlu  gölün  yanında  olacağını  düşünmürük! 
Aydındır  ki,  Allah  imansızlıqda  axsayan  qorxaq  məbəddən  razı 
qalmaz. 
Filippində böyük konfransa rəhbərlik etdikdən sonra bir müjdəçi 
qadın  mənimlə  öz  şəhadətliyini  bölüşdü.  Ona  hansısa  kəndə 
getməmək barədə xəbərdarlıq edilmişdi, çünki cadugər həkim ona 
həddən artıq güclü görünürdü və bütün kənd onun ovsunu altında 
idi.  O,  buna  inanmışdı,  amma  konfransdan  sonra  qadın  bunun 
yalan olduğunu bildi. O, kəndə getdi və bu aldanmış kişini imana 
gətirdi və altı ay ərzində bütün kənd məsihçi oldu. 

86
Buxovları qıran
4. Tabeçilik. Bizim götürdüyümüz səlahiyyət müstəqil səlahiyyət 
deyil.  Bizə  Allahın  iradəsini  yerinə  yetirməkdən  savayı,  başqa 
bir  səlahiyyət  verilməyib.  Biz  ruh  ovçuları  kimi  şeytanı  güdüb 
döyüşməyə həvəslə qaçmırıq. Allahın hər birimiz üçün ilkin çağı-
rışı fikrimizi padşahlığın xidmətinə: sevməyə, qayğı göstərməyə, 
vəz  etməyə,  öyrətməyə,  dua  etməyə  və  s.  tuşlamaqdır.  Amma 
bu  xidməti  icra  edən  müddətdə  iblisanə  qüvvələr  bizə  mane 
olarkən Məsihdə səlahiyyətimiz və Ona tabeçiliyimiz ilə onların 
öhdəsindən gəlirik. Sonra biz ilkin tapşırığımızı yerinə yetirməyə 
davam edirik. 
Bundan  əlavə,  imanlının  ruhani  səlahiyyəti  digər  imanlılar 
üzərində tətbiq etmək üçün verilən səlahiyyət deyil. Biz «Məsih 
qorxusu ilə bir-birimizə tabe olmalıyıq» (Efes. 5:21). Yer üzündə 
hökumətin, işin, evin və məbədin mülki və sosial strukturlarını 
idarə edən Allahın yaratdığı səlahiyyət var (Rom. 13:1-7). Əgər 
bu strukturlar Allahın verdiyi səlahiyyəti ötüb keçmirlərsə və gü-
nahlı  ola  biləcək  nəyisə  etməyi  əmr  etmirlərsə,  bu  idarə  edən 
hakimiyyətlərə  tabe  olmağımız  həddən  artıq  vacibdir.  Əgər  bu 
strukturlar Allaha məxsus olmayan əmrlər versələr, onda biz in-
sana deyil, Allaha tabe olmalıyıq. 
Q
orxudan azad olmaq 
Məsihin  ruhani  aləm  üzərində  bizə  verdiyi  səlahiyyətindən 
cəsarətlə  və  təvazökarlıqla  istifadə  edəndə  Məsihin  hamımızda 
olan azadlığına daxil oluruq. Bu kitabın birinci nəşrindən sonra 
mənə aşağıdakı şəhadətliyi yazdılar:
Keçən 35 il ərzində qanımda adrenalin hər gün qal-
xırdı.  Mənim  bütün  həyatım  iflicedici  qorxuların  təsiri 
altında idi, bu qorxular hər yerdən gəlirdi, nə mən, nə də 
başqası bu qorxuları anlaya bilirdi. Mən həmin qorxuları 
dərk edə və onlara qalib gələ biləcəyimə ümid edərək, 
həyatımın  dörd  ilini  psixologiya  elmi  üzrə  dərəcə  əldə 

Üsyançı hökmdar ilə üzləşmək
87
etməyə sərf etdim. Psixologiya yalnız mənim suallarımı 
və qorxularımı daha da dərinləşdirdi. Altı illik peşəkar 
psixoloqların yanına getmək azacıq anlayış verdi, lakin  
narahatçılığımda heç bir dəyişiklik baş vermədi. 
İki  dəfə  xəstəxanada  yatdıqdan,  təcili  yardım  otağı-
na  səfərlərdən,  təkrar  EKQ-lərdən,  döş  qəfəsi  cərrahı 
ilə  görüşdən  və  çoxlu  başqa  ümumi  testlərdən  sonra 
vahimələr,  sadəcə  olaraq,  daha  da  artdı.  Sizin  yanını-
za gələnə qədər güclü vahimələr gündəlik həyat tərzinə 
çevrilmişdi.
Keçirdiyim  güclü  vahiməli  günlərin  üstündən  indi 
üç  həftə  keçib!  Mən  dükanlara,  məbədə  getmişəm  və 
izzətləndirmə  xidmətinin  sonuna  qədər  çalmışam  və 
hətta ürəyimdə sülh ilə uşaqların bazar günü dərslərində 
iştirak etmişəm. Bu vaxta qədər azadlığın nə olduğunu 
bilməmişəm. Mən sizi görməyə gələndə həqiqətin məni 
azad edəcəyinə ümid edirdim, amma indi azad olduğu-
mu  bilirəm!  Dostlarım  mənə  deyirlər  ki,  hətta  mənim 
səsim dəyişilib və mənim ərim düşünür ki, əvvəlkindən 
hündür görünürəm!
İnsan  daim  narahatçılıqda  yaşayanda  həyatın  çox 
hissəsi yanından ötüb keçir, çünki insan onu udan qor-
xudan başqa nəyəsə fikrini cəmləməyi fiziki, emosional 
və əqli olaraq bacarmır. Kəlamın ayəsini güclə bir dəfəyə 
oxuya  bilərdim.  Mən  oxumağa  başlayan  kimi  sanki 
kimsə onu ağlımdan qoparırdı. Kəlam mənim üçün çox 
dumanlı idi. Mən yalnız ölüm və cəza haqqında danışan 
ayələri eşidə bilirdim. Mən əslində Müqəddəs Kitabımı 
açmağa qorxurdum. Bir neçə həftədir ki, Kəlamda saat-
larla vaxt keçirirəm və onu başa düşməyə başlayıram. 
Duman keçib getdi. Mən eşidə, görə, başa düşə və yad-
da saxlaya bildiyimə görə heyrətlənirəm. 
«Buxovları  qıran»  kitabından  əvvəl  maddələr 
mübadiləm  pozulmadan  «İsa  Məsih»  deyə  bilmirdim. 
Mən «Rəbb» sözünü əks təsir göstərmədən deyə bilir-

88
Buxovları qıran
dim, amma nə vaxt «İsa Məsih» deyəndə daxilim çal-
xalanırdı. Mən indi İsa Məsihin adını sülh və cəsarətlə 
çağıra bilirəm…və mən bunu müntəzəm edirəm.

6
İsa sizi qoruyur 
Ruhani münaqişələr üzrə apardığım həftəlik konfrans ərzində mən 
aşağıdakı məktubu aldım. Frənsisin mübarizəsi bir çox məsihçiləri 
karıxdıran ruhani münaqişənin təbiətini aydın əks etdirir: 
Əziz Dr. Anderson: 
Mən  sizin  bazar  günü  olan  toplantınızda  iştirak 
etdim,  amma  axşam  toplantıdan  sonra  sizi  görmək 
üçün gözləyərkən birdən xəstələndim. Mən sanki qız-
dırmam var imiş kimi od tutub yanırdım və mən elə 
zəiflədim ki, ürəyimin dayanacağini düşündüm. Ona 
görə də evə getdim. 
Mənə  kömək  lazımdır.  Mən  məsihçi  olandan  bəri 
həyatımda çox çətinliklər olub. Mən dəfələrlə spirtli 
içki və çox böyük dozada dərman qəbul etmişəm, belə 
ki  onların  heç  sayını  bilmirəm.  Mən  ülgüclə  özümü 
bir neçə dəfə, bəzən isə çox ciddi kəsmişəm. Məndə 
həftə  boyunca  sanki  özümü  ürəyimdən  bıçaqlamaq 
kimi özünə qəsd fikirləri və hissləri olur. Mən mastur-
basiyanın (özünü cinsi həvəsləndirmək, tərcüməçinin 
qeydi)  quluyam;  Mən  özümü  idarə  edə  bilmirəm  və 
bunu necə dayandırmağı bacarmıram.
Zahirən  mən  normal  görünürəm.  Mənim  yax-
şı işim var və ictimaiyyətdə yaxşı tanınmış bir ailə 
ilə  birlikdə  qalıram.  Mən  hətta  məbəddə  yeddi  və 

90
Buxovları qıran
səkkizinci  sinif  şagirdləri  ilə  məşğul  oluram.  Mən 
əslində Allah ilə ünsiyyətimi daha izah edə bilmirəm. 
Mən  iki  il  ərzində  psixiatrın  qəbulunda  olmuşam. 
Bəzən fikirləşirəm ki, acınacaqlı uşaqlığıma görə mən 
beləyəm, ya da bəlkə elə belə doğulmuşam. 
Mən  problemlərimin  ya  təsəvvürümdə,  ya  Alla-
ha  qarşı  günah  və  itaətsizliyin  nəticəsində,  ya  da 
iblisanə təsirin nəticəsində olub-olmadığını necə deyə 
bilərəm? Mən bu konfrans müddətində sizinlə danış-
maq  istərdim.  Amma  kömək  etməyən  başqa  bir  şeyə 
səy göstərmək istəmirəm.
- Frənsis 
Frənsisin problemi ağlında olduğuna və günahının təbiətinə görə 
mənə aydın oldu ki, o, ruhani əsarət altındadır. Mən həmin həftə 
onunla görüşdüm, o, məktubunda səsləndiyi kimi çox məyus, peş-
man və məğlub edilmiş vəziyyətdə idi. O, Allaha bütün ürəyi ilə 
xidmət  etmək  istəyirdi  və  onun  da,  məndə  olduğu  kimi,  şeyta-
na qarşı durmaq üçün eyni qüdrəti və səlahiyyəti var idi, amma 
münaqişələri necə həll etməyi bilmirdi. 
Frənsis  döyüşdə  gücsüz  və  ya  müdafiəsiz  olmadığını  və 
vəziyyətini dəyişdirmək üçün seçim edə bildiyini anlamağa başla-
yandan sonra zəncirlər düşdü və azad gəzdi. Bir il sonra o, belə 
məktub yazmışdı: 
Mən sizə məktub yazmağa çəkinirdim, çünki bu uzun 
müddətdə həyatımın dəyişiləcəyinə və ya fərqli ola-
cağına inana bilmirdim. Mən bir vaxtlar hər nə yol-
la olursa-olsun özünü öldürmək, kəsmək, məhv etmək 
istəyən həmin qızam. Mən Rəbb İsa Məsihin möhkəm, 
məhsuldar qulluqçusu ola bilmək üçün ağlımdakı və 
qəlbimdəki  ağrının  nə  vaxtsa  keçib  gedəcəyinə  heç 
vaxt inanmazdım. 
Mən bir ildən artıqdır ki, beləyəm və bu vaxta qədər 
həyatımda  olan  ən  yaxşı  il  bu  ildir.  Mən  konfrans-

İsa sizi qoruyur 
91
dan bəri müxtəlif sahələrdə böyümüşəm. Mən həyatım 
üçün  gedən  ruhani  döyüşü  anladığıma  görə  özümü 
mətin və azad hiss edirəm. Bəzən nəsə mənə qayıdır, 
amma dərhal ondan necə azad olmağı bilirəm. 
A
llahın müdafiəsi 
Hər bir məsihçi «dərhal ondan necə azad olmağı» bilməlidir. Əgər 
biz ruhani döyüşü başa düşsəydik və Məsihdə olan müdafiəmizi 
dərk etsəydik, onda bu qədər imanlılar döyüşün qurbanı olmazdı. 
Şeytanın  birinci  məqsədi  inanmayan  ağlı  korazehin  etməkdir 
(2 Kor. 4:3,4). Amma siz məsihçi olanda döyüş dayanmır. Əgər o, 
sizi Məsihə gəlməkdən saxlaya bilməyibsə, öz quyruğunu qısmır 
və hürməyi dayandırmır. O, hələ də sizin həyatınızı qarışdırmaq 
istəyir, məsihçiliyin işləmədiyini, Allah Kəlamının doğru olmadı-
ğını  və  yenidən  doğulduqda  əslində  heç  nəyin  baş  vermədiyini 
«sübut» etməyə çalışır. 
Bəzi  məsihçilər  fikirləşirlər  ki,  kimisə  aşırmaq  istəyən  şər 
qüvvələr hər küncdə gizlənir və buna görə qorxurlar. Bu, əsassız 
qorxudur. Sizin ruhani aləmdə iblisanə qüvvələrlə ünsiyyətiniz 
fiziki  aləmdə  mikroblarla  ünsiyyətinizə  çox  oxşayır.  Siz  mik-
robların  bütün  yan-yörənizdə:  havada,  suda,  yeməkdə,  başqa 
insanlarda, hətta özünüzdə olduğunu bilirsiniz. Lakin siz daim 
onlardan  qorxu  altında  yaşayırsınızmı?  Əgər  hipoxondriya
5
 
xəstəsi  deyilsinizsə  —  xeyr!  Ətrafınızda  olan  mikrob  yığınına 
qarşı  yeganə  müvafiq  cavab  düzgün  qidalanma,  kifayət  qədər 
istirahət, idman, özünüzü və əşyalarınızı təmiz saxlamaqdır – 
onda  immun  sisteminiz  sizi  qoruyacaq.  Amma  siz  mikrobla-
ra inanmasaydınız, çox güman ki, həmin şeyləri az edərdiniz. 
Məsələn, təbabət elmi mikrobların gerçəkliyini və təbiətini aş-
kar etməzdən qabaq onlar cərrahiyə əməliyyatından qabaq mas-
5  Hətta heç bir tibbi göstərici olmadan insanın öz sağlamlığı barəsində anormal 
narahatçılığı.

92
Buxovları qıran
ka taxmağa, təmizləməyə və ya antibiotikdən istifadəyə ehtiyac 
görmürdülər. 
Ruhani  aləmdə  də  eynilə  belədir.  Cinlər  yoluxdurmaq  üçün 
kimisə  axtaran  gözəgörünməz  balaca  mikroblara  bənzəyir. 
Kəlamda  onlardan  qorxmaq  haqqında  bizə  heç  vaxt  deyilməyib. 
Sizə sadəcə onların gerçəkliyindən agah olmaq, özünüzü həqiqəti 
bilməyə həsr etmək və saleh həyat yaşamaq lazımdır. Yadda sax-
layın:  Cində  olan  yeganə  böyük  şey  onun  ağzıdır.  Cinlər  yalan 
danışmağa vərdiş etmiş yalançılardır. Sizin yeganə sığınacaq ye-
riniz  Məsihdə  mövqeyinizdir  və  Onda  sizə  lazım  olacaq  bütün 
müdafiələr var. 
Efeslilərə 6:10-18-də Paul bizim müdafiəmiz üçün Allahın təmin 
etdiyi zirehlərini təsvir edir. Allahın müdafiəsi haqqında sizin başa 
düşməli  olduğunuz  birinci  şey  bizim  rolumuzun  fəal  olmasıdır. 
Diqqət yetirin ki, bizə neçə dəfələrlə fəal rolda iştirak etmək əmr 
edilib:
Nəhayət,  Rəbdə  və  Onun  böyük  qüvvəsində 
möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün 
Allahın verdiyi bütün zireh və silahlara bürünün. Çünki 
mübarizəmiz qandan və ətdən təşkil olunanlara qarşı de-
yil, şərə başçı və hakim olanlara, bu qaranlıq dünyanın 
hökmranlarına, səmadakı şər ruhani qüvvələrə qarşıdır. 
Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, 
pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir 
şeyi etdikdən sonra dayana biləsiniz (10-13-cü ayələr 
vurğular əlavə edilib). 
Bəlkə  siz  düşünürsünüz:  «Əgər  mənim  Məsihdə  mövqeyim 
möhkəmdirsə və müdafiəm Onda tapılıbsa, bəs niyə canfəşanlıqla 
qoşulmalıyam? Sadəcə, Onun müdafiəsində dincələ bilmərəmmi?» 
Bu,  əsgərin  belə  söyləməsinə  bənzəyir:  «Bizim  ölkəmiz  əsas 
hərbi dövlətdir. Bizim dünyada ən yüksək texnikalı tanklarımız, 
təyyarələrimiz,  mərmilərimiz  və  gəmilərimiz  var.  Niyə  dəbilqə 
taxmalıyam, keşik çəkməliyəm və ya tüfənglə necə güllə atma-

İsa sizi qoruyur 
93
ğı  öyrənməliyəm?  Tanklar  və  təyyarələr  müharibədə  vuruşduğu 
halda düşərgədə qalmaq daha rahatdır.» Sizcə, düşmən qoşunları 
hücuma keçəndə gülləyə tuş olan birinci əsgər kim olacaq?! 
Bizim «komandirimiz» qaranlığın şər qüvvələri üzərində qələbə 
çalmaq üçün bizə lazım olan hər bir şeyi təmin edib. Amma O 
deyir: «Mən qalib gəlmək üçün strategiya hazırlamışam və güc-
lü  silahlar  yaratmışam.  Lakin  hərbi  mükəlləfiyyətdə  sizə  düşən 
öhdəçiliyi  yerinə  yetirməsəniz,  onda  müharibənin  qurbanı  ola-
caqsınız.» Cessi Penn-Luis «War on the Saints» («Müqəddəslər 
uğrunda gedən müharibə») klassik kitabında belə yazır: «İnsan-
da  şər  ruhların  fəaliyyət  göstərməsi  üçün  əsas  şəraitlərdən  biri 
günahdır,  ikincisi  isə  passivlikdir.  Bu,  Allahın  öz  övladlarında 
işləməsi  üçün  onlardan  tələb  etdiyi  şəraitin  tam  əksidir.»  Əgər 
siz Onun hazırladığı strategiyada fəal iştirak etməsəniz, Allahın 
iblisanə təsirlərdən sizi qorumasını gözləyə bilməzsiniz. 
Fəal rola bir misal, gecə ruhani hücumlarına — qorxu və sıxıntı 
hissi ilə əlaqəli olan qəfil izahedilməz oyanmalara qarşı göstərməli 
olduğumuz reaksiyalarımızdır. Adətən, vacib xidmətlərlə əlaqədə 
bu hücumlar dəfələrlə başıma gəlib. Amma indi onlar mənə qor-
xulu  görünmür  və  eləcə  də  sizin  üçün  qorxulu  görünməməlidir. 
Yəhya vəd etmişdi: «Sizdə olan Ruh dünyada olandan üstündür» 
(1 Yəhya 4:4). Sizdə şeytanın fəaliyyəti üzərində səlahiyyətiniz 
və müdafiə üçün Allahın zirehləri var. Sizə şeytan hücum edəndə 
«Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənməlisiniz» (Efes. 
6:10). Şüurlu şəkildə özünüzü Rəbbin əllərinə qoyun, şeytana qar-
şı durun və yenidən yuxuya gedin. 
Xahiş edirəm, elə güman etməyin ki, hər dəfə gecə oyananda 
siz hücuma məruz qalmısınız. Ola bilsin ki, siz şoraba yediyinizə, 
evdə səs-küyə və ya sadəcə təbii təsadüfə görə oyanmısınız. Lakin 
belə ruhani hücuma məruz qalmısınızsa, yadda saxlayın ki, bu, 
dəqiq  nəsə  səhv  etdiyinizə  görə  deyil.  Hücuma  məruz  qalmaq 
günah deyil. Ola bilsin ki, siz nəsə düzgün etdiyinizə görə ruhani 
müqavimətə  məruz  qalırsınız.  Əslində,  xidmətinizdə  hansısa  ru-
hani müqavimətlə qarşılaşmırsınızsa, onda şeytan sizi öz planları 
üçün təhlükəli görmür. 

94
Buxovları qıran
D
öyüş üçün geyinmək
Ruhani  döyüşdə  olduğumuz  üçün  Paul  zirehlərin  təsvirindən 
istifadə edərək Məsihdə olan müdafiəmizi izah edir: 
Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, sa-
lehliyi  zireh  kimi  döşünüzə  taxmış,  barışıq  Müjdəsini 
yaymaq  hazırlığını  ayaqlarınıza  geyinmiş  olaraq 
yerinizdə durun. Bütün bunlara əlavə olaraq şər olanın 
bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanı-
nı əlinizə götürün. Xilas dəbilqəsini və Ruhun qılıncını, 
yəni Allahın kəlamını götürün (Efes. 6:14-17).
Biz Allahın zirehlərini geyinəndə nur zirehlərini, yəni Rəbb İsa 
Məsihi geyinirik (Rom. 13:12-14). Biz Məsihi geyinəndə hücuma 
məruz qalan zəif yerimizdən, cismani təbiətin mühitindən özümü-
zü çıxarırıq. Şeytanın Məsihin üzərində heç bir səlahiyyəti yoxdur 
(Yəhya 14:30) və nə qədər Məsihlə zirehlənsək, bir o qədər bizə 
şər olan toxuna bilməz (1 Yəhya 5:18). O, yalnız öz səviyyəsində 
olana toxuna bilər. Ona görə də bizə «Cismani təbiətinizin ehti-
raslarına uymaq fikrində olmayın» (Rom. 13:14) əmri verilib ki, 
şeytanın bizə hücum etməyə imkanı olmasın. 
Sizin geyinmiş olduğunuz zirehlər 
Efes. 6:14, 15-də olan feilin zaman formalarından görünür ki, 
zirehin üç növü – kəmər, zireh və ayaqqabı artıq sizdədir: «bağ-
lamış», «taxmış», «geyinmiş». Bu zireh növləri İsa Məsihi qəbul 
edəndə sizə verilən müdafiənizin elementlərini təqdim edir və 
onlarla birlikdə yerinizdə durmaq əmri verilir. Feillərin keçmiş 
zaman  forması  bizə  yerimizdə  durmaq  əmri  verilməzdən  qa-
baq hərəkətin tamamlandığını bildirir. Bu, əsgərin döyüş üçün 
hazırlığını göstərir: O, yerində durmazdan qabaq öz kəmərini, 
zirehini və ayaqqabısını geyinməlidir. Buna oxşar şəkildə biz də 

İsa sizi qoruyur 
95
Məsihi  geyindikdən  sonra  Allahın  bütün  zirehlərini  geyinmiş 
oluruq. 
Həqiqət  kəməri.  İsa  dedi:  «Həqiqət…Mənəm»  (Yəhya  14:6). 
Məsih sizdə olduğuna görə həqiqət sizdədir. Həqiqət kəməri, şey-
tanın əsas silahı olan aldatmaya qarşı bizim müdafiəmizdir. «Ya-
lan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və 
yalanın atasıdır» (Yəhya 8:44). Həqiqət kəmərinə (bədənin başqa 
zirehlərini bir yerdə saxlayan) daim hücum edilir. 
Mən inanıram ki, Amerikada ictimaiyyətin əsas problemi yalan 
danışmaqdır. Qəribədir ki, bir çox insanlar özlərini müdafiə etmək 
üçün yalan danışırlar. Amma Paul deyir ki, həqiqət müdafiəmizin 
birinci  elementidir.  Həqiqət  heç  vaxt  düşmən  deyil  –  bu,  azad 
edən dostdur. Həqiqətlə üzləşmək istənilən bərpa proqramında bi-
rinci addımdır. Əgər Məsihdə azad yaşamaq və mənalı ünsiyyətlər 
qurmaq  istəyirsinizsə,  siz  məhəbbətlə  həqiqəti  söyləməlisiniz 
(Efes. 4:15). 
Məsihçinin  qəbul  etməli  olduğu  yeganə  şey  həqiqətdir.  Əgər 
Allahın  həqiqətinə  uyğun  olmayan  fikir  ağla  gəlirsə,  onu  rədd 
edin. Əgər həqiqətə qarşı duran nəsə demək və ya etmək imkanı 
yaranırsa,  ondan  uzaqlaşın.  Yaşamaq  üçün  sadə  qaydanı  qəbul 
edin: əgər bu, həqiqətdirsə, mən ondayam; əgər həqiqət deyilsə, 
məni çıx. 
İsa  dua  etdi:  «Onları  dünyadan  götürməyi  deyil,  şər  olandan 
qorumağı  Səndən  xahiş  edirəm»  (Yəhya  17:15).  Necə?  «Onları 
həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir» (17-ci ayə). Siz ya-
lanlar atasına insan mülahizələri və ya araşdırmaları ilə deyil, ilahi 
vəhy ilə qalib gəlirsiniz. 
Salehlik zirehi. Siz xilas olaraq Məsihi geyinəndə müqəddəs 
Allahımızın  qarşısında  saleh  sayılmısınız  (Rom.  5:1).  Bu,  sizin 
deyil,  Məsihin  salehliyidir  (1  Kor.  1:30;  Filip.  3:8,9).  Salehliyin 
zirehini geyinmək ittihamçıya qarşı sizin müdafiənizdir. Ona görə 
də şeytan: «Sən məsihçi olmaq üçün kifayət qədər yaxşı deyilsən» 
— deyərək sizə ox atanda, Paul kimi: «Allahın seçdiyi adamları 

96
Buxovları qıran
kim ittiham edə bilər? Onları saleh sayan Allahdır» (Roma 8:33) 
cavabını verə bilərsiniz. 
Biz Məsihdə olan saleh mövqeyimizdə dayansaq da, salehsizliyin 
hər bir əməlindən agah olmalıyıq. Biz günah edən müqəddəslərik. 
Nur zirehlərini geyinmək o deməkdir ki, O, nurda olduğu kimi, biz 
də nurda gəzirik (1 Yəhya 1:6-8). Nurda gəzmək günahsız kamil-
lik deyil. Bu, Allah ilə davam edən razılıqda yaşamaq deməkdir. 
Bu, bizim artım prosesimizin bir hissəsidir. «Günahlarımızı etiraf 
ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağış-
layacaq  və  bizi  hər  haqsızlıqdan  təmizləyəcək»  (1  Yəhya  1:9). 
Etiraf  etmək  «Mən  üzr  istəyirəm»  demək  deyil.  Bir  çox  insan-
lar üzr istəyirlər, amma, adətən, onlar iş başında tutulduqlarına 
görə üzr istəyirlər və hətta həmin vaxt mümkün qədər az şeyləri 
boyunlarına alırlar. Etiraf etmək (yunan dilində homologeo) boy-
nuna almaq və ya razılaşmaq deməkdir. Bu, nurda gəzmək anla-
yışına çox oxşardır. Etiraf etmək səhv etdiyinizi dərk edən andan 
«Mən bunu etdim» deməkdir. Nəyisə ört-basdır etmək qaranlıqda 
gəzməklə eynidir. 
Siz nurda gəzə bilərsiniz, çünki siz artıq bağışlanmısınız. Siz 
Məsihdə Allahın salehliyinə nail olursunuz (2 Kor. 5:21). Siz gü-
nah edəndə Allahla ünsiyyətiniz və əbədi taleyiniz deyil, gündəlik 
qələbəniz ilə risk edirsiniz. Sizin günahı etiraf etməyiniz gündəlik 
həyatda salehliyinizin bəhrəliliyi üçün yol açır. Biz «Bu məqsədlə 
mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicda-
nımın təmiz olması üçün çalışıram» söyləyən Paul kimi olmalıyıq 
(Həv. İş. 24:16). 
Barışıq  ayaqqabıları.  Siz  Məsihi  qəbul  edəndə  Sülh  Hökm-
darı  ilə  birləşirsiniz.  Sizin  Məsihdə  olan  mövqeyinizə  görə  hal-
hazırda Allah ilə sülhünüz var (Rom. 5:1), amma Məsihin sülhü 
də ürəyinizdə münsiflik etməlidir və bu, yalnız Məsihin Kəlamının 
sizdə bütün zənginliyi ilə yaşamasına imkan verəndə olur (Kolos. 
3:15,16).
İmanlılar  arasında  sülh  gətirən  kimi  hərəkət  edəndə  barışıq 
ayaqqabısı  şeytanın  ayrılıq  gətirən  fitnələrinə  qarşı  mühafizəyə 

İsa sizi qoruyur 
97
çevrilir (Rom. 14:19). Sülh gətirənlər insanları birləşdirirlər. Sülh 
gətirənlər ünsiyyəti dəstəkləyir və onların barışdırma xidmətləri 
olur. Onlar həmin ünsiyyətin və Məsihin bədənində birliyin, şərik 
mirasa əsaslandığını başa düşürlər. Həqiqi imanlılar Allahın öv-
ladlarıdır və bu, sülhdə bizi birləşdirmək üçün kifayətdir. Əgər siz 
doktrinanın hər bir məqamında tamlığı ilə razılaşanadək kimisə 
qəbul  etmək  üçün  gözləyirsinizsə,  siz  yer  üzündə  ən  yalqız 
məsihçi olacaqsınız. Biz «Ruhun birliyini sülh bağı ilə qorumağa 
çalışmalıyıq» (Efes. 4:3). «Sülhyaradanlar nə bəxtiyardır! Çünki 
onlar Allahın övladları adlanacaq» (Matta 5:9). Bizə vəd verilib 
ki, «sülh qaynağı olan Allah şeytanı tezliklə ayaqlarınızın altında 
əzəcək» (Rom. 16:20). 
Qalan zirehlər 
Paul şeytanın hücumundan özümüzü qorumaq üçün götürməli 
olduğumuz zirehin daha üç növünü xatırladır: iman qalxanı, xilas 
dəbilqəsi  və  Allahın  Kəlamı  olan  Ruhun  qılıncı.  Birinci  üç  növ 
zireh Məsihdə mövqeyimiz tərəfindən yaradılıb; axırıncı növ zireh 
döyüşdə qalib gəlməkdə davam etmək üçün bizə kömək edir. 
İman qalxanı. Bizim inandığımız şey Allah və Onun Kəlamıdır. 
Allah və Onun Kəlamı haqqında nə qədər çox bilsəniz, bir o qədər 
iman  əldə  edəcəksiniz.  Nə  qədər  az  bilsəniz,  qalxanınız  bir  o 
qədər balaca olacaq və şeytanın yanar oxlarından biri üçün hədəfə 
dəymək daha asan olacaq. Əgər siz iman qalxanınızın böyüməsini 
və qoruyucu olmasını istəyirsinizsə, sizin Allah və Onun Kəlamı 
haqqında biliyiniz artmalıdır (Rom. 10:17). 
Şeytanın  atdığı  odlu  oxlar  ağlımızı  bombalayaraq  tüstülənən 
yalanlardan, yanan ittihamlardan və alovlanan sövq olunmalardan 
başqa bir şey deyil. Nə vaxt aldadıcı fikir, ittiham və ya sövq olun-
manı hiss edirsinizsə, onu Allah və Onun Kəlamı barəsində bildi-
yiniz həqiqi fikirlə qarşılaşdırın. İsa şeytanın sövqlərinin odlu ox-
larından necə yayındı? Allahın Kəlamından sitatlar gətirərək Özü-
nü müdafiə etdi. Hər dəfə Müqəddəs Kitabdan ayə əzbərləyəndə, 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin