50
Buxovları qıran
lar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi
diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim
edin; bu, sizin ağılla etdiyiniz ibadətdir» (Rom. 12:1). Məsih gü-
nah üzərində qələbə çaldığına görə siz günah etməməyi seçməkdə
azadsınız. Fani bədəninizdə günahın hökm sürməsinə icazə
verməmək sizin məsuliyyətinizdir.
Gəlin, bunu bir çoxlarının cinsi əxlaqsızlıq günahı ilə olan
mübarizəsinə tətbiq edək. Öz bədəninizi haqsızlıq aləti kimi
istifadə etmədən belə günah edə bilərsinizmi? Mən bilmirəm siz
bunu necə edə bilərsiniz. Ona görə də cinsi günah işlətmisinizsə,
siz bədəninizi haqsızlıq aləti kimi istifadə etmisiniz və beləliklə,
siz fani bədəninizdə günahın hökm sürməsinə yol vermisiniz.
Əgər biz başqa insanla cinsi günah ediriksə, 1 Kor. 6:15, 16-ya
əsasən hər ikimiz bir bədən oluruq. Adi etiraf, yəqin ki, bunu həll
etməyəcək. Biz bədənlərimizdən istifadə etdiyimizə görə bundan
imtina etməliyik, Allaha diri qurbanlar kimi təqdim etməliyik və
sonra ağlımızı yeniləşdirərək dəyişməliyik. Rom. 12:1, 2-ci ayə bu
ardıcıllığı dəqiq göstərir (Seksual problemlərə necə qalib gəlmək
üzrə tam müzakirə üçün Harvest House tərəfindən nəşr edilmiş
«A Way of Escape» – «Çıxış Yolu» kitabıma baxın.).
S
iz günahın gücündən azad ola bilərsiniz
Ola bilsin ki: «Nil, bədənimdə günahın hökm sürməsinə icazə
verməmək gözəl səslənir, amma siz mənim günahla necə ağır
mübarizə apardığımı bilmirsiniz» — deyə, düşünürsünüz. «Mən
istəmədiyim pis şeyi edirəm, amma istədiyim yaxşı şeyi etmirəm.
Bu, daimi mübarizədir.»
İnanın mənə, mübarizənin necə çətin olduğunu bilirəm; Mən
özüm onunla üzləşmişəm. Eləcə də həvari Paul Rom. 7:15-25-
də eyni şeydən əzab çəkir. Bu hissə qanunun bizi azad etməkdə
gücsüz olduğunu aydın göstərir. Bu ayə, eləcə də bizim güna-
hın fani bədənlərimizdə hökm sürməsinə icazə verdiyimiz halda
mübarizənin necə olacağını aşkar edir (Bəziləri bu hissənin Paulun
Sizin azad olmaq hüququnuz var
51
tövbədən əvvəlki vəziyyətinə aid olduğunu güman edirlər. Mən
bununla razılaşmıram, çünki Paulun ürəyindəki hər bir həvəsi Al-
laha doğru idi. Təbiətcə yaşayan adam «Allahın qanunundan zövq
almır» və «Qanunun yaxşı olduğunu» təsdiq etmir.).
Mən bu hissəni Denlə müzakirə etdikcə sizi də dinləməyə dəvət
edirəm, Den öz həyatında günahın gücünə qalib gəlmək üçün
mübarizə aparan bir adam idi:
Nil: Den, gəl hal-hazırda sənin həyatda yaşadığını təsvir
edən Kəlamdan bir neçə ayəyə baxaq. Rom. 7:15-də de-
yilir: «Çünki nə iş gördüyümü anlamıram; istədiyimi
deyil, nifrət etdiyim şeyi edirəm.» Səncə, bu ayə səni
təsvir edirmi?
Den: Tamamilə! Mən Allahın fikrincə düzgün olanı
etmək istəyirəm, amma bəzən görürəm ki, tamamilə
tərsinə edirəm.
Nil: Sən yəqin ki, 16-cı ayədə də özünü görə bilərsən:
«Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki,
Qanun yaxşıdır.» Den, bu ayədə nə qədər adam və ya
iştirakçı var?
Den: Burada yalnız bir nəfər var və o da, aydındır ki,
«mənəm».
Nil: Biz nə etməli olduğumuzu biləndə, amma nədənsə
bunu edə bilmədiyimizi görəndə özümüzü məğlub edil-
miş hiss edirik. Öz ağlında bunu həll etmək üçün nə
etmisən?
Den: Bəzən mən hətta məsihçi olduğuma şübhə edirəm.
Mənə elə gəlir ki, başqalarında yaxşı alınır, amma məndə
yox. Çox vaxt mən düşünürəm ki, görəsən, məsihçi
həyatı mümkündür, yaxud, Allah həqiqətən varmı?
52
Buxovları qıran
Nil: Əgər bu ssenaridə sən və Allah yeganə iştirakçı
olsaydınız, çətin vəziyyətin üçün ya Allahı, ya da özünü
günahlandırmaq təbii olardı. Amma gəl 17-ci ayəyə ba-
xaq: «Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah
bu işi görür.» Den, burada neçə iştirakçı var?
Den: Deyəsən iki, amma başa düşmürəm.
Nil: Gəl, 18-ci ayəni oxuyaq, görək ondan nə başa düşü-
rük: «Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yax-
şı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə
var, amma onu yerinə yetirməyə qadir deyiləm.»
Den: Mən bu ayəni çox-çox əvvəllər öyrənmişdim. Özü-
mün yaxşı olmadığımı qəbul etmək asandır.
Nil: Den, burada belə deyilmir. Əslində bu, əksinədir.
Səndə yaşayan hər nədirsə, o, səninlə eyni deyil. Əgər
mənim barmağıma taxta tilişkə girsə, bu, məndə yaşa-
yan «yaxşı olmayan şeydir». Amma «yaxşı olmayan şey»
mənimlə eyni deyil; bu, tilişkədir. Əgər biz bu döyüşdə
yalnız özümüzü görsək, saleh həyat yaşamaq ümidsiz
olar. Bu hissələrdə çox səy göstərilərək izah edilir ki,
günahla mübarizəmizdə bizim varlığımızdan fərqli olan
ikinci tərəf iştirak edir.
Den, görürsən, sən və mən doğulanda biz günahın
cəzası altında doğulmuşuq. Biz bilirik ki, şeytan və
onun kəşfiyyatçıları həmişə bizi həmin cəza altında
saxlamağa çalışır. Allah bizi xilas edəndə şeytan həmin
döyüşdə uduzdu, amma o, quyruğunu qısmadı və ya
hürməyi dayandırmadı. O indi bizi günahın gücü altında
saxlamaq üçün daim çalışır. Biz eləcə də bilirik ki, o öz
işini görmək üçün bizim xilasdan sonra qalan cismani
təbiətimizdən istifadə edəcək.
Sizin azad olmaq hüququnuz var
53
Gəl, bu mübarizənin necə aparılması haqqında
daha ətraflı öyrənmək üçün oxuyaq: «İstədiyim yax-
şı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil,
daxilimdə yaşayan günah bu işi görür. Belə nəticəyə
gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə
çıxır.» (19-21-ci ayələr).
Den, bu ayələrdən səndə yaşayan «yaxşı olmayan
şey»in xüsusiyyətini tanıya bilərsənmi?
Den: Əlbəttə, bunun şər və günah olduğu mənə aydın
görünür. Amma bu, elə mənim günahımdır, elə deyilmi?
Mən günah edəndə özümü çox təqsirkar hiss edirəm.
Nil: Şübhəsiz, sən və mən günah edirik, amma biz
belə «günah» deyilik. Pislik bizdə var, amma biz pis-
liyin özü deyilik. Amma bu, günah etmək üçün bizə
bəraət qazandırmır, çünki həvari Paul yazmışdır ki,
fani bədənlərimizdə günahın hökm sürməsinə icazə
verməmək bizim məsuliyyətimizdir (Rom. 6:12). Heç
olubmu ki, özünüzü çox məğlub olunmuş hiss edərək
kiməsə və ya özünüzə zərbə endirmək istəmisiniz?
Den: Demək olar ki, hər gün!
Nil: Amma sakitləşəndən sonra Məsihdə kimliyinizə
uyğun fikirlərə yenidən qapılırsınızmı?
Den: Həmişə, özü də sonra hərəkətimə görə çox peş-
man olurdum.
Nil: 22-ci ayə belə anları izah edir: «Bir yandan daxili
varlığım Allahın qanunundan zövq alır.» Biz həqiqi kimli-
yimizin xarakterinə qarşı hərəkət edəndə Müqəddəs Ruh
54
Buxovları qıran
Allahla vəhdətdə olduğumuza görə dərhal təqsir hissini
gətirir və biz çox vaxt özümüzü buna görə mühakimə
edirik. Amma çox keçməmiş bizim həqiqi təbiətimiz özü-
nü yenə göstərir və biz Allaha tərəf çəkilirik. Bu, ərindən
bezdiyini söyləyən məyus olmuş qadına bənzəyir. Qadın
ərini sevmədiyini söyləyib çıxıb getmək istəyir. Amma
qadın qəlbindəki ağrıları dərk edəndən və emosiyaları-
nı ifadə edəndən sonra yumşalır və deyir: «Mən onu
həqiqətən sevirəm və boşanmaq istəmirəm. Amma mən
başqa çıxış yolu görmürəm.» Burada ifadə olunan daxili
insandır, qadının əsl mənliyi görünür.
23-cü ayə günahla belə döyüşün təbiətini təsvir edir.
«Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlı-
mın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə
olan günah qanununa məni əsir edir.» Den, bu hissəyə
əsasən döyüş harada gedir?
Den: Belə görünür ki, döyüş ağılda gedir.
Nil: Döyüşün getdiyi dəqiq yer buradır. Əgər şeytan
döyüşdə səni inandıra bilsə ki, problem yalnız cismani
təbiətdən gəlir, onda günah edəndə ya özünüzü, ya da
Allahı günahlandıracaqsınız. Fərz edək ki, bağlı qapı-
nın o biri tayında danışan it var və it deyir: «Nə olar,
məni içəri burax. Sən bunu etmək istəyirsən. Hər bir
kəs bunu edir. Sən sudan quru çıxacaqsan. Axı, kim
biləcək?» Ona görə də qapını açırsan və it içəri girib
öz dişlərini ayaqlarınıza sancır. Qapının o biri tərəfində
it sövq edənin rolunu oynayır, amma siz iti içəri bura-
xandan sonra o, ittihamçı rolunu oynayır. «Sən qapını
açdın! Sən qapını açdın!» Sonra sən nə edirsən?
Den: Mən, adətən, günahımı etiraf edirəm, çünki özü-
mü çox təqsirkar hiss edirəm. Amma günahla döyüşdə
Sizin azad olmaq hüququnuz var
55
sövq və ittiham edən it haqqında mənə heç vaxt heç
kim deməyib! Mən, adətən, özümü vururam, amma indi
məncə iti vurmalıyam.
Nil: Mən insanların özlərini vurmaqdan əvvəl-axır
bezdiklərini görmüşəm, bu səbəbdən də onlar məğlubiyyət
və mühakimənin güclü təsiri altında Allahdan uzaqla-
şırlar. Digər tərəfdən, təkcə iti vurmaq da kifayət de-
yil. Sənin Allaha etiraf etməyə haqqın var, sən qapını
açdığını boynuna aldığına görə bu, Onunla razılaşmaq
deməkdir, amma bu, kifayət deyil. Etiraf tövbədə hələ bi-
rinci addımdır. Yalnız bu addımı atan məsihçilər «günah
et-etiraf et-günah et-etiraf et» çevrəsində ilişib qalırlar
və əvvəl-axır döyüşdə təslim olurlar. Sən qapını açdığını
boynuna alaraq Onunla razılaşanda Allaha tabe olmusan;
indi sən şeytana qarşı durmalısan və o, səndən qaçacaq
(Yaqub 4:7). Nəhayət, geriyə qayıt, qapını bağla və onu
yenidən açmaqla aldanma. Sən həqiqətən dəyişilməyənə
qədər tövbə tam olmayacaq.
Paul 24-cü ayədə həll edilməmiş münaqişəni ifadə
edir: «Necə də yazıq insanam! Ölümə düçar olan bu
bədəndən məni kim xilas edə bilər?» O, «mən pis və gü-
nahkar insanam» demir; o, «mən yazıq insanam» deyir.
Düzgün olanı bilən və onu etmək istəyən, amma nəyə
görəsə edə bilməyən insandan daha yazıq insan yoxdur.
O, məğlub olub, çünki əsarətdədir. Onun etmək istədiyi
düzgün işlər məğlubiyyət ilə qarşılanır. O: «Qələbə var-
mı?» — deyə, şübhələnir.
Cavab 25-ci ayədə qarşıya çıxmağa başlayır: «Rəbbimiz
İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə, mən
ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah
qanununa qulluq edirəm.» Gəl, indi Romalılara 8-ci fəsli
oxuyaq, görək Paul günahın qanununa həyat verən Ru-
hun qanunu ilə necə qalib gəlir.
56
Buxovları qıran
Den: Məncə, yavaş-yavaş anlamağa başlayıram. Mən
məsihçi həyatının həqiqətən necə yaşanmalı olduğunu
dərk etmədən onu yaşaya bilməməkdə özümü günahlan-
dırırdım. Mən bu günaha təklikdə qalib gəlməyə çalışır-
dım və ağlımın idarəçiliyi uğrunda gedən mübarizəni heç
vaxt başa düşməmişdim.
Nil: Sən düzgün fikirdəsən. Özünü mühakimə etmək
kömək etməz, çünki Məsih İsada olanlar üçün heç
bir məhkumiyyət yoxdur (Rom. 8:1,2). Gəl görək,
sənin münaqişəni əsl tövbə və Allaha imanla həll edə
bilərikmi? Gəl, sənin icazənlə azadlıq üçün addımla-
rı birlikdə ataq. Sonra ağlın idarəçiliyi uğrunda gedən
mübarizədə necə qalib gəlmək haqqında danışa bilərik
və Müqəddəs Ruhun gücündə imana görə həyat sürməyi
öyrənərik. Bundan sonra sən cismani təbiətin ehtirasla-
rını icra etməyəcəksən (Qal. 5:16).
4
Siz ağlınızda gedən
döyüşdə qalib gələ bilərsiniz
«O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun
Padşahlığına köçürtdü. Oğlunda verilən azadlığa – günahlarımızın
bağışlanmasına malikik» (Kolos. 1:13,14).
«Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər
keçib-getdi, təzə şeylər gəldi» (2 Kor. 5:17). «Çünki siz ölmüsü-
nüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb» (Kolos. 3:3).
«Əgər bu ayələr doğrudursa, onda məsihçi olmazdan əvvəl dö-
yüşdüyüm düşüncələr və hisslər ilə niyə hələ də mübarizə aparı-
ram?» Mən güman edirəm ki, hər bir səmimi məsihçi bu sualı ve-
rib və ya ən azı bu haqda düşünüb. Hələ də yenidən doğulmazdan
əvvəlki kimi düşünməyinizin, hiss etməyinizin və çox vaxt əvvəlki
kimi hərəkət etməyinizin çox məntiqi səbəbi var.
Həyatınızın həmin erkən və formalaşan dövründə sizdə nə
Allahın hüzuru, nə də Onun yollarını dərk etmək bacarığı var
idi. Bunun nəticəsində siz Allahdan kənar müstəqil həyat ya-
şamağı öyrəndiniz. Bu öyrənilmiş, Allahdan kənar müstəqillik
Kəlamın cismani təbiət adlanan əsas səciyyəvi xüsusiyyətidir.
Siz Məsihdə yeni yaradılış olanda yaddaşınızdakı «silmək»
düyməsini heç kim basmadı. Məsihdən əvvəl öyrəndiyiniz hər
bir şey (və onunla uyğunlaşan hər bir hiss) hələ də öz yaddaşı-
nızda yazılıb. Ona görə də Paul deyirdi: «Bu dövrə uyğunlaşma-
yın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin» (Rom. 12:2).
Hətta bir imanlı kimi biz hələ də səhv proqramlara qulaq asaraq
və ya səhv materiallar oxuyaraq bu dövrə uyğunlaşa bilərik.
58
Buxovları qıran
Ö
zünümüdafiənin istehkamları
Biz təbii olaraq həyatda çətinliyin öhdəsindən gəlməyin və özü-
müzü müdafiə etməyin bir çox üsullarını öyrənmişik, belə ki, bun-
lar əqli və emosional baxımdan həmişə sağlam olmayan üsullar-
dır. Psixoloqlar belə ziyanlı həyat tərzlərini müdafiə mexanizmləri
adlandırırlar və onlar şübhəsiz ki, məsihçilik ilə uyğunlaşmır.
Məsələn, bir çox insanlar özlərini müdafiə etmək üçün yalan da-
nışmağı öyrəniblər. Başqa geniş yayılmış müdafiə mexanizmlərinə
aşağıdakılar daxildir:
• inkar etmək (həqiqətlə üzləşməkdən şüurlu və ya şü-
ursuz imtina);
• fantaziya etmək (həqiqi dünyadan qaçmaq);
• emosional təcrid edilmək (rədd edilməkdən uzaqlaş-
maq üçün geriyə çəkilmə);
• keçmişə geriyə qayıtmaq (keçmişin az təhlükəli vaxt-
larına qayıtmaq);
• ötürmək (emosiyaları digər vəziyyətlərdə büruzə
vermək);
• özünü əks etdirmək (özünüzdə gördüyünüz hərəkətləri
başqalarında görməklə onları günahlandırmaq);
• bəhanə gətirmək (pis davranışa görə bəhanələr
gətirmək).
Müdafiə mexanizmləri Paulun qalalar adlandırdığı şeylərə ox-
şardır. O yazır: «Çünki cismən həyat sürsək də, cismani təbiətə
görə döyüş aparmırıq. Ona görə ki döyüş silahlarımız cisimdən
düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik si-
lahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir
səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk»
(2 Kor. 10:3-5).
Qalalar Allahdan kənar müstəqil yaşamağı öyrənərkən si-
zin ağlınızda proqramlaşdırılan cismani düşüncə tərzləridir. Siz
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
59
böyüyərkən dünyagörüşünüz ətraf aləminiz tərəfindən formalaşdı-
rılıb. Amma siz məsihçi olanda heç kim «SİLMƏK» düyməsini bas-
mayıb. Sizin vərdiş etdiyiniz köhnə düşüncə tərzləriniz silinməyib.
Öyrənilmiş olanlar öyrənilməmiş olmalıdır. Əgər siz səhv
öyrədilmisinizsə, yenidən öyrədilə bilərsinizmi? Əgər siz ya-
lana inanmısınızsa, yalanı inkar edə və həqiqətə inanmağı
seçə bilərsinizmi? Sizin ağlınız yenidən proqramlaşdırıla bilər?
Tövbə budur: ağlı dəyişdirmək. Biz ağlımızın yeniləşməsi ilə
dəyişilirik. Biz dəyişilə bilərik, çünki Məsihin ağlına malikik və
Müqəddəs Ruh bizə hər həqiqətə yol göstərəcək. Amma bizim
böyüdüyümüz dünyanın sistemi və müstəqil cismani təbiətimiz
müqəddəsləşməyimizin yeganə düşməni deyil. Məsihdə yeni yara-
dılış olduğumuza baxmayaraq, biz hələ də dünya, cismani təbiət
və şeytanla döyüşürük.
Ş
eytanın niyyətləri
Düşünməyin ki, şeytan öz məqsədlərini həyata keçirmək üçün
ağlınızı idarə etməklə maraqlanmır. Şeytanın əbədi məqsədi
öz düşüncələrini sizin düşüncələrinizə yeritməkdir və Allahın
həqiqətinin qarşısında öz yalanını irəliyə sürməkdir. O bilir ki,
əgər sizin düşüncələrinizi idarə edə bilsə, o, həyatınızı idarə edə
bilər. Ona görə də Paul indiki zamanda fikrini davam etdirir «hər
bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk» (2 Kor. 10:5).
Bu hissədə «düşüncə» mənasını ifadə edən noema sözü yunan
sözüdür. Bu hissəni başa düşmək üçün Korinf məbədinə yazılan
ikinci məktubun başqa bir yerində Paulun bu sözdən necə istifadə
etdiyini görmək mənə yardım etdi.
İmanlıların məbəddə kimisə cəzalandırmasından sonra Paul
söyləyir ki, onlar bağışlamalıdırlar. «Kimi bağışlasanız, mən də
bağışlayaram. Əgər mən bir şey bağışlamışamsa, Məsihin hüzu-
runda sizin xeyriniz üçün bağışlamışam ki, şeytan bizdən mənfəət
qazanmasın. Çünki onun niyyətlərindən [ noema] xəbərsiz deyilik»
(2 Kor. 2:10, 11). «Niyyətlər» noema sözünün kökündən gəlir.
60
Buxovları qıran
Şeytan bağışlamayan insanlardan sui-istifadə edir. Minlərlə in-
sanların Məsihdə azadlıq tapmasına kömək etdikdən sonra mən
şəhadətlik edə bilərəm ki, insanların keçmişin əsarətində qalması
üçün bağışlamazlıq əsas səbəbdir.
Müjdəçilik ilə əlaqədar Paul yazırdı: «Əgər yaydığımız Müjdə
qapalıdırsa, yalnız həlak olanlar üçün qapalıdır. Onları [yunan
dilində onların «noema»larını, yəni onların ağıllarını] bu dövrün
tanrısı korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı
Müjdəsinin işığı imansızların üzərinə doğmasın» (2 Kor. 4:3,4).
Əgər şeytan imansızların ağlını korazehin edibsə, Məsihi bu dün-
yaya necə çatdıra bilərik? Cavab duadır.
Paul yazırdı: «Qorxuram ki, ilanın hiyləgərliyi ilə Həvvanı aldat-
ması kimi düşüncələrinizin [noema] pozulub Məsihə olan səmimi
və pak həsr olunmasından azasınız» (2 Kor. 11:3). Mənim 55
yaşlı tələbə ilə söhbətim ağlın necə aza bilməsini təsvir edir. Cey
bir gün ofisimə gəldi və dedi: «Dr. Anderson, mən çətinlikdəyəm.»
«Cey, problem nədədir?»
«Mən oturub dərs oxumaq istəyəndə sanki bütün bədənimə
tikanlar sancırlar, əllərim ixtiyarsız qalxır, görməm tutqunlaşır
və fikrimi toplaya bilmirəm. Əgər bu, davam etsə, mən bütün
imtahanlarımdan kəsiləcəyəm. Mən hətta Müqəddəs Kitabı oxuya
bilmirəm.»
«Allahla olan ünsiyyətin barədə mənə danış»- deyə, mən soruş-
dum.
«Mənim Allahla çox yaxın ünsiyyətim var»-deyə, Cey qürrələndi.
«Bununla nə demək istəyirsən?»-deyə, soruşdum.
«Bilirsiniz, hər gün günorta məktəbdən çıxanda harada nahar
etməli olduğumu Allahdan soruşuram. Mən, adətən, Burger King
(restoran adı, tərcüməçinin qeydi) sözünü eşidirəm, ona görə də
oraya gedirəm. Sonra mən Ondan nə yeməli olduğumu soruşu-
ram. Əgər Whopper (qamburger növü, tərcüməçinin qeydi) sözü
ağlıma gəlirsə, onda onu sifariş edirəm.»
«Bəs, məbədə gedirsənmi?»- deyə, mən davam etdim.
«Mən hər bazar günü Allah haraya desə, oraya gedirəm. Keçən
üç bazar günü Allah mənə Mormon məbədinə getməyi söylədi.»
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
61
Cey Allahın istədiyi şeyləri ürəyiaçıqlıqla etmək istəyirdi, amma
o, aldanmışdı. Allah onu Mormon məbədinə aparmırdı və O,
kifayət qədər yaxşı pəhriz məsləhətçisidir ki, hər dəfə Whopper
məsləhət görməsin. Cey «hər bir düşüncəni əsir edərək Məsihə
itaət etdirməyin» (2 Kor. 10:5) əvəzinə, öz fərdi düşüncələrini
Allahın səsi bilib onlara qulaq asırdı. O, belə etməklə şeytanın
onun həyatında iş görməsi üçün özünü açmışdı və nəticədə, te-
oloji dərslərinə mane olmuşdu. Həmin aldadıcı düşüncələr onu
inandırmışdı ki, Allah onu Vəhy kitabında xatırlanmış Yerusəlimin
küçələrində öldürülən iki peyğəmbərdən biri olması üçün hazırla-
yır. O, hətta otaq yoldaşını da inandırmağa çalışmışdı ki, o, digər
peyğəmbərdir!
Ş
eytan və bizim ağlımız
Kəlam şeytanın bizim ağlımıza düşüncələr qoymağa qadir ol-
duğunu aydın öyrədir. Əhdi-Ətiqdə «Şeytan israillilərə qarşı qalxdı
və Davudu israilliləri siyahıya almağa təhrik etdi» (1Salnamə.
21:1). Siyahıya almada nə pis şey var? Davud döyüşə nə qədər
qoşun aparmalı olduğunu bilməli deyildimi? Bu, şeytanın gizli
xüsusiyyətini həqiqətən aşkar edir. O, bilirdi ki, Davudun ürəyi
tamamilə Allahdadır və Rəbbə bilərəkdən itaətsizlik etməz. Bu-
rada strategiya Davudun Allahın resurslarına deyil, öz resurs-
larına arxayın olmasına çalışmaq idi. Bu, «Qələbə üçün at boş
şeydir» (Məzmur 33:17) sözlərini yazan həmin Davuddur. Davud
döyüşün Allaha məxsus olduğunu bilirdi, amma siyahıya almanın
günah olduğunu bilən Yoavın etirazına baxmayaraq, qəfildən bu
«fikir» ona gəldi. Faciəvi surətdə Davudun günahının nəticəsində
70000 nəfər israilli öldü.
Şeytan Davudu necə təhrik etdi? O, Davudla uca səslə danışdı?
Xeyr, bunlar Davudun fikirləri idi. Hər halda Davud onların fikirlər
olduğunu düşündü. Aldatma budur. Bu aldadıcı fikirlər birinci
şəxsin təkində olurlar, belə ki, biz onların öz düşüncələrimiz ol-
duğunu düşünürük. Mən bunu neçə il əvvəl başqalarının Məsihdə
62
Buxovları qıran
azadlıq tapmalarına kömək edərkən anlamağa başladım. Ağlın
idarəçiliyi uğrunda gedən mübarizəyə «özümüzə dediklərimizdən»
daha çox şeylər daxildir.
Yəhuda da iblisə qulaq asdı. «Axşam yeməyi zamanı iblis ar-
tıq Ona xəyanət etmək fikrini Şimon İskaryotun oğlu Yəhudanın
ürəyinə qoymuşdu» (Yəhya 13:2). Biz bunun cismani təbiət
tərəfindən irəli sürülən pis qərar olduğunu düşünə bilərik, amma
Kəlam belə düşüncələrin mənbəyinin şeytan olduğunu aydın
söyləyir. Yəhuda etdiyi işi anlayandan sonra o öz həyatına qəsd
etdi. «Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün
gəlir» (Yəhya 10:10).
Erkən məbəddə şeytan onu Müqəddəs Ruha yalan söyləməyə
sövq etmək üçün Xananyanın ürəyinə girdi (Həv. İş. 5:3). Əhdi-
Cədidin alimi F.F. Brus Xananyanın imanlı olduğunu söyləyir. Er-
nest Hençen yazır ki, Xananya «Yəhudi məsihçi» idi və «Şeytan
onun ürəyini doldurmuşdu. Ruh Peterdə (və icmada) olduğun-
dan Xananya Müqəddəs Ruha yalan danışdı. Bu səbəbdən də bir-
biriləri ilə üzləşən sadəcə kişilər deyil, Müqəddəs Ruh və şeytan-
dır, Peter və Xananya onların alətləridir» deyə şərh edir.
Martin Lüter yazırdı: «İblis qəlbə iyrənc düşüncələr – Allaha
nifrət, küfr və ümidsizlik atır». Özü haqqında o yazırdı: «Mən
gecə oyananda iblis dərhal başımın üstünü kəsdirir. O, mənimlə
mübahisə edir və məndə cürbəcür qəribə düşüncələr yaradır. Mən
düşünürəm ki, sakitcə yatarkən iblis çox vaxt sadəcə əzab vermək
və əsəbiləşdirmək üçün məni oyadır. Mənim gecə döyüşlərim gün
ərzində olan döyüşdən daha çətindir. İblis məni çaşdıran düşüncələri
necə yaratmalı olduğunu bilir. Bəzən o, elə düşüncələr gətirir ki,
Allahın olub-olmadığına şübhələnirəm.» (Məşhur müqəddəslərin
ağıllarına düşüncələr qoyan iblisə aid başqa qeydlər üçün Luiz
Koulenc tərəfindən yazılmış «The Life of the Devil» – «İblisin
Həyatı» kitabına baxın.).
Deyvid Poulison, cinlərin imanlılara zorla girməsi fikri ilə razı-
laşmasa da, iblisin insanın ağlına fikirlər qoymasına inanır. «Ağıl-
da 'səslər' qeyri-adi şeylər deyil: küfrlü istehzalar, alçaq fantaziya
və ya davranışda ilişib qalmağa meyl edən fikirlər, inandırıcı iman-
Siz ağlınızda gedən döyüşdə qalib gələ bilərsiniz
Dostları ilə paylaş: |