Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


b) saitin həyəcanlı deyilməsi



Yüklə 0,58 Mb.
səhifə28/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   24   25   26   27   28   29   30   31   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

b) saitin həyəcanlı deyilməsi.

Sait-samit quruluşlu sözlərdə sonda gələn samit və sait güclü (iki-üç qat şiddətli) deyilməklə həyəcanlı vurğu yaranır, sözün məna sferasında danışanın bəhs etdiyi əşya və ya hadisəyə münasibətinə uyğun dəyişmə baş verir. Məsələn, of, ay, uf və s. nidalar yazıldığı kimi tələffüz edildikdə həyəcan, hiss bildirir, lakin samitlər qoşalaşdırıldıqda, üçləşdirildikdə əmələ gələn, dərk edilən məna artıq sadəcə nida deyil, həyəcanlı vurğunun oyatdığı təəssüratdır. Bu daha dərin, güclü və təsirlidir. Həmin sözləri ayrılıqda və cümlədə həyəcanlı vurğu ilə söyləməklə sözlərin şifahi nitqdə nə qədər yeni-yeni əlamətlər qazandığının şahidi oluruq. Off, ayy, axx, uff və s. nidasının yaratdığı təsirə, məna çalarına diqqət edək:

Of... zəhər qoxuyur onun havası (S.V.).

Bu misrada of nidasının samiti həyəcanlı vurğu ilə deyildikdə (off), samit qoşalaşdığından sözdə yeni (sətiraltı) məna yaranır.

Samit - sait - samit strukturlu sözlərin son samitinin həyəcanlı vurğu ilə tələffüzü geniş şəkildə işlənir. Məsələn: sus (suss), vur (vurr) və s. «Vur (vurr) ki, görüm vuran əlin var olsun. Qacarın basına dünya dar olsun». (S.Vurğun).

Vay (vayy), vay (vayy) nə yaman müşkülə düşdü işim, allah! (Sabir).

Müşahidələr göstərir ki, Azərbaycan dilində, əsasən c, r, s, ş y, z, v kimi samitlər daha çox belə effekt yaradır. Hətta ikihecalı sözlərdə də tələffüz zamanı həmin səslər qoşalaşaraq həyəcanlı vurğunu əmələ gətirir. Məsələn: yavaş (yavvaş), qısa (qıssa), azar (azzar), gözəl (gözzəl), hamı (hammı), səslərinin qoşa tələffüzü fıkrin, mənanın daha dolğun, emosional ifadəsi üçün bir vasitəyə çevrilir.

Hiss və həyəcan güclü deyilməsi ilə də ifadə olunur. Saitin güclü, uzun tələffüzü danışanın hiss və duyğularını aşkarlayır, onun münasibətini ortaya çıxarır. Məsələn: ba-baa, de-dee, da-daa, can-caan, Əli-Əlii, belə-be!əə, bax - baax və s.

Ba (baa) oğlan, nəmənə? (Ə.S.)
NITГ FASILƏSI. Иntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs - fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır.

Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbəda nitqdə normal fasiləyə əməl olunmalıdır.

Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zaman eşitdiklərini mənimsəyir, «həzm» edir və sonrakı fikıi tutmaq üçün diqqətini səfərbərliyə alır.

Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funkstyanı yerinə yetirir: о həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir: nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginiiyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər by vəziyyətdə qalırlar. Həm nəfəsalmaya, həm də nəfəs-verməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır. Həyat üçün zəruri olan tənəffüsün ritmik hərəkəti qeyri-şüuri, reflektiv formada icra edilir.

Nitq tənəffüsünün isə tamam fərqli xüsusiyyətləri vardır. Bu tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəs-vermənin adi ritm pozulur, nəфəsvermə nəфəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin