Nitqin inkişafı üzrə işin elmi əsasları


Rabitəli nitqi təmin edən amillər



Yüklə 0,65 Mb.
səhifə35/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
Nitq kopyası

    Bu səhifədəki naviqasiya:
  • Monoloq
Rabitəli nitqi təmin edən amillər



  1. Rabitəli nitqin növləri



  1. Monoloji nitqin öyrənilməsi üzrə işin yolları 

Monoloji nitq son dərəcə fəal və sərbəst şifahi nitq növüdür. Monoloji nitq iki formada–şifahi və yazılı şəkildə öz ifadəsini tapır. Şifahi monoloji nitq yazılı monoloji nitqdən əvvəl, uzun əsrlərlə fəaliyyət göstərmişdir. Şifahi monoloji nitq, əsasən, qısa, yığcam və konkret, yazılı monoloji nitq isə həcminə görə geniş və böyükdür. Yazılı monoloji nitq yazıçının, şairin, alimin, publisistin kitabları şəklində meydana gəlir. Bu əsərlərdə istənilən qədər monoloq və dialoq da vardır. Həmin monoloq və dialoqlar əsərlərdə ayrı-ayrı personajların dilində səsləndirilir. 
Monoloq sözü mənşəcə latın dilinə məxsusdur, mono–bir, loqos–nitq, nəzəriyyə, elm sözləri mənasındadır, “bir şəxsin nitqi” deməkdir. Nəzm və nəsr əsərlərində müəllifin danışığı təhkiyə formasında, söylədiyi nitq isə monoloq forma-sındadır. Monoloq səhnə əsərlərində surətlərdən birinin, çox vaxt baş qəhrəmanın dilindən verilir, onun öz-özünə, tək danışığı və ya kimə, kimlərəsə, aktyorun tamaşaçılara xitabən söylədiyi qismən uzun müddətli nitq monoloq adlanır. 
Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Monoloji nitq hər hansı bir müəyyən məsələ, fikir, ideya, xəbər və s. haqqında bir nəfərin rabitəli, ardıcıl, qismən geniş məlumatıdır. Bu nitqdə fasilə (pauza), ritm, ahəng, temp, intensivlik, ton danışanın istəyi və bacarığı daxilində məzmunla bağlı bir-birini əvəzləyir. Bu nitq növü mühazirəməruzəçıxışməqaləməktubməlumat, şagirdlərin cavabları və s. şəkillərdə təzahür edir. Monoloji nitq müxtəlif məqsəd və məzmunda olur. Burada danışma, dinləmə, oxuma proseslərində məlumat vermə, inandırma, öyrətmə, təbiət və cəmiyyət hadisələri haqqında nəzəri, elmi bilikləri çatdırma, insanın daxili hiss və həyacanını ifadə etmə və s. kimi hallar öz əksini tapır. Deməli, şagirdin monoloji nitqini özünün fikirləri, fərdi düşüncələri, təfəkkürünün məhsulu və oxuduğu mətnin nağıl edilməsi təşkil edir. Təlim prosesində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nağıl edilməsi xüsusi əhəmiyət daşıyır, biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır. Mətnin oxunması, ardınca mövzu üzrə sual-cavab aparılması, sonra danışılması onun mənimsənilməsini başa çatdırır. Mövzunun belə öyrənilməsi onun uzun müddət və ya həmişəlik yadda qalmasına zəmin yaradır. Bununla belə aşağıdakı cəhətlər də nəzərə alınmalıdır:
➢ Şagirdlərin monoloji nitqini inkişaf etdirmək üçün əvvəl onların monoloji nitqinin xüsusiyyətlərini öyrənmək zəruridir. Bu, həmin sahədə aparılan işləri düzgün planlaşdırmağa və sistemə salmağa geniş imkanlar açır.
➢ Şagirdlərin monoloji nitqinin xüsusiyyətlərini öyrənərkən və inkişaf etdirərkən onların fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
➢ Şagirdlərin monoloji nitqini inkişaf etdirərkən onların həyat təcrübəsi, maraq və meylləri nəzərə alınmalıdır.
➢ Monoloji nitqin məzmun və ideyaca zənginliyinə xüsusi diqqət yetirilməli, bu sahədəki işlər şagirdlərin ümumi inkişafının təmin edilməsinə yönəldilməlidir.
➢ Monoloji nitqin rəngarəngliyinə (eyni mövzu ətrafında müfəssəl, yığcam, yaradıcı danışmaq və s.), ifadəliliyinə, obrazlığına, emosionallığına xüsusi diqqət yetirilməlidir.
➢ Şifahi monoloji nitqin inkişafında situativ vəziyyət nəzərə alınmalıdır.
➢ Şifahi monoloji nitqlə yazılı nitq arasındakı münasibət nəzərə alınmalıdır.
➢ Dialoji nitqlə monoloji nitq arasındakı dialektik vəhdət nəzərə alınmalıdır.
➢ Ana dili dərslərində şifahi monoloji nitqin inkişafı üzrə aparılan işlər şagirdlərin idrak fəaliyyətinin inkişafına yönəldilməli, onlara analiz-sintez etmək, müqayisə aparmaq, tədqiq etmək, ümumiləşdirmək və məntiqi mühakimə yürütmək, öz nitqinə nəzarət və tənqidi münasibət bəsləmək bacarığı aşılanmalıdır.
Monoloji nitqin nəql-etmətəsviriməlumatvericidaxiliinandırma və təbliği növləri vardır. Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin