Norm Sement Zavodu – Norm mmc norm mmc-nin Biznes Etikası Məcəlləsi


A. Etik Davranışlara dair qərar verərkən riayət olunacaq prosedur qaydaları və üsullar



Yüklə 220,5 Kb.
səhifə12/15
tarix04.12.2022
ölçüsü220,5 Kb.
#72266
1   ...   7   8   9   10   11   12   13   14   15
Etika Məcəlləsi(1)

A. Etik Davranışlara dair qərar verərkən riayət olunacaq prosedur qaydaları və üsullar
Aşağıda göstərilmiş addımlara riayət olunmalı və fəaliyyət planına dair qərar vermək üçün istiqamətləndirici kimi özünüzə aşağıdakı sualları verməlisiniz;
1. Məsələ, qərar yaxud problemin müəyyən olunması

  • Sizə yanlış olduğunu hesab etdiyiniz tapşırıq verilib?

  • NORM şirkətində qeyri-qanuni ola biləcəyi yaxud biznes etikasına zidd olan vəziyyətdən yaxud iş yoldaşlarınızla bağlı belə bir vəziyyətdən xəbəriniz var?

  • Siz qərar verməyə cəhd edirsiniz, bununla belə biznes etikasına müvafiq hərəkət etmək barədə tərəddüd içindəsiniz. Belə bir vəziyyətlə rastlaşmısınız?

2. Qərar verməmişdən öncə düşünmək

  • Probleminizi yaxud sualınızı açıq-aydın şəkildə müəyyən edərək xülasəsini hazırlayın.

  • Çıxılmaz vəziyyətin səbəbi barədə özünüzə sual verin.

  • Variantlar və nəticələr barədə düşünün.

  • Kimlərin təsirə məruz qala biləcəyi barədə düşünün.

  • Digərləri ilə məsləhətləşin.

3. Fəaliyyət Planının hazırlanmasına dair qərar vermək

  • Cavabdehliklərinizi müəyyən edin.

  • Bütün əlaqədar faktları və məlumatları nəzərdən keçirin.

  • Məsələ ilə bağlı şirkətin siyasətləri, prosedur qaydaları və peşəkar standartlara baxın.

  • Riskləri qiymətləndirin və bunları minimuma endirməyin yolları ətrafında düşünün.

  • Ən optimal fəaliyyət planını müəyyən etməyə çalışın.

  • Digərləri ilə məsləhətləşin.

4. Qərarınızı sınaqdan keçirin

  • Etika nöqteyi-nəzərindən veriləcək sualları nəzərdən keçirin.

  • Şirkətin başlıca prinsipləri kontekstində verəcəyiniz qərarları nəzərdən keçirin.

  • Şirkətin siyasətləri, qanunlar və peşəkar standartların nəzərə alınmış olunduğunu yoxlayın.

  • Digərləri ilə məsləhətləşin və hazırlanmış fəaliyyət planı çərçivəsində onların fikirlərini nəzərə alın.


Yüklə 220,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin