Norm Sement Zavodu – Norm mmc norm mmc-nin Biznes Etikası Məcəlləsi



Yüklə 220,5 Kb.
səhifə9/15
tarix04.12.2022
ölçüsü220,5 Kb.
#72266
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Etika Məcəlləsi(1)

Prosedur Qaydalar
Məxfi məlumatlara, yalnız bunlarla məhdudlaşmadan: əmtəə nişanları və NORM şirkətinə məxsus digər əqli mülkiyyət hüquqları, kodlaşdırılmış, kəşf edilmiş, işlənib-hazırlanmış yaxud işçi heyətinin istifadə etdiyi verilənlər bazası, habelə hər növ innovasiyalar, proseslər, reklamlar, məhsulun qablaşdırılması və adlandırılması, planlar (marketinq, məhsul, texniki), səhmdarlar, biznes strategiyalar, strateji tərəfdaşlıqlar və tərəfdaşlığa dair məlumat, maliyyə məlumatları, işçi heyəti haqqında məlumat, müştəri siyahısı, məhsulun dizaynı, elmi və texniki biliklər, spesifikasiyalar, gələcək və yaxud faktiki müştərilərin kimliyi, təchizatçılar haqqında məlumat və istər yazılı, qrafiki tərtibat, istərsə də oxunaqlı formatda kompüterdə saxlanılan bütün bu cür məlumatlar aiddir.
Məxfi məlumatlara dair prinsiplər aşağıda verilir:

  1. Rəsmi qurum yaxud qayda-qanunlarda bu cür tələb olunduğu hallar istisna olmaqla bu məlumatlar üçüncü tərəfə açıqlana bilməz. Belə olduğu təqdirdə məlumatları açıqlayan tərəf əvvəlcə NORM şirkəti ilə açıqlanması nəzərdə tutulan məlumatların həcmi ilə bağlı məsləhətləşməli və qüvvədə olan qanunlara müvafiq olaraq məlumatların açıqlanmasına etiraz bildirmək üçün NORM şirkətinə imkan yaratmalıdır.

  2. Bu məlumatların nüsxəsini çıxarmaq yaxud zərərsizləşdirmək olmaz. Bu məlumatları qorumaq, saxlamaq və mühafizə etmək üçün lazımi tədbirlər görülməlidir. Məlumatlara dəyişiklik tarixləri göstərilməklə qeydə alınır.

  3. Məxfi faylları Təşkilatdan kənara çıxarmaq olmaz. Ofisdən kənara çıxarılacaq məxfi sənədlər yaxud məlumatlar ilə bağlı işçilər Şirkət Məlumatlarının Təhlükəsizlik Siyasətinə müvafiq hərəkət etməlidir.

  4. Parollar, istifadəçi kodları və şirkətin məlumatlarına çıxış üçün tanınma ilə bağlı istifadə olunan bənzər məlumatlar məxfi saxlanılır və yalnız səlahiyyətli istifadəçilər üçün açıqlana bilər.

  5. Şirkətə aid məxfi məlumatlar kafe və restoranlarda, yeməkxanalarda, lift, nəqliyyat xidməti üçün nəqliyyat vasitələri yaxud bənzər ictimai yerlərdə müzakirə olunmamalıdır.

  6. Məxfi məlumatlar məxfilik dərəcəsinə müvafiq olaraq təsnif olunur və bunlar məlumatların məzmununda açıq-aydın şəkildə qeyd olunur. Şirkətin işçi heyəti öz vəzifələrinə müvafiq olaraq qəbul olunmuş məlumatların məxfilik dərəcəsini bilir və buna müvafiq hərəkət edir. Məxfilik dərəcəsi ilə bağlı tərəddüd yarandığı təqdirdə yüksək məxfilik dərəcəsi qəbul olunur və aidiyyatı rəhbərliklə zəruriyyət çərçivəsində məsləhətləşmə aparılır.

  7. Əgər şirkətin maraqları naminə şirkətə aid məlumatların üçüncü tərəfin adamları yaxud təşkilatları ilə paylaşılması sual altında olarsa, məxfi məlumatların açıqlanmamasından öncə məlumatların paylaşılmasına dair məxfilik razılaşması imzalanır yaxud digər tərəfdən məxfiliyə dair yazılı şəkildə əhd alınır. Burada məqsəd bu aktivlərin təhlükəsizliyi və mühafizəsi baxımından tərəflərin öz cavabdehliyi barədə məlumatlı olduğunu təmin etməkdir.

  8. Fərdlər yaxud təşkilatlarla bağlı heç bir əsassız açıqlama yaxud şayiə olmamalıdır.

  9. Məvacib və əmək haqqı, əlavə imtiyazlar, şirkətin siyasətini əks etdirən və şəxslərə məxsus və işçi heyətə dair bənzər məlumatlar məxfidir və yalnız səlahiyyətli şəxslərə açıqlana bilər. İşçi heyətinə dair məlumatlar fərdə məxsusluğu qorunacaq tərzdə çatdırılmalıdır. Bu məlumatları digərlərinə açıqlamaq yaxud bunları açıqlamaq üçün digər işçilərə təzyiq göstərmək qəti qadağandır.


Yüklə 220,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin