NORMşirkətinin işçiləri NORM şirkətinin rəqib şirkətlərdə vəzifələri qəbul edə bilməz.
İşə götürmə ilə bağlı qərar verən rəhbər işçilər öz həyat yoldaşları, yaxın qohumları və onların qohumlarını işə götürə bilməz.
İşçilər şirkətə və onun fəaliyyəti ilə bağlı olmayan mövzularda şirkətin siyasətlərinə zidd olmayaraq çıxışlar edə və akademik məqalələr yaza bilərlər. Bu fəaliyyətlər üçün şirkətin adının istifadə olunmasında baş direktorun icazəsi tələb olunur.
İşçilər şirkətdən kənar fəaliyyətlərində üçüncü tərəflərə öz adından maddi yaxud qeyri-maddi ianə təklif edə bilər və xeyriyyə təşkilatlarında aktiv fəaliyyət göstərə bilərlər.
ii. Peşə Etikasının Pozulması və korrupsiya ilə mübarizə İşçinin vəzifə səlahiyyətindən sui-istifadə etməklə və öz yaxud qohumlarının maraqları naminə şirkətə zərər verməklə nəticələnən əməlləri yolverilməzdir.
İşçilər şirkətin tərəf kimi çıxış etdiyi müqavilələr yaxud alqı-satqı fəaliyyətlərindən birbaşa yaxud dolayı yolla şəxsi mənfəət əldə edə bilməzlər.
İşçilər əxlaq qaydalarına zidd, qeyri-qanuni yaxud şirkətin nizam-intizam qaydalarına zidd fəaliyyətlər yaxud davranışlarla məşğul ola bilməz.
NORM şirkəti əməkdaşları rüşvət təklif etmir və ya rüşvət qəbul etmir. Belə bir halın şahidi olan əməkdaş dərhal Etika Komitəsini bu barədə məlumatlandırmalıdır. Əməkdaşın belə bir halı görməsi və Etika Komitəsini bu hal barədə məlumatlandırmaması korrupsiyanı dəstəklənməsi kimi qiymətləndiriləcəkdir və güzəşt olunmayacaqdırhəmin əməkdaşa qarşı inzibati tənbeh tədbirləri görüləcək.
iii. Resurslardan İstifadə Şirkətin adından, resurslardan istifadə edərkən şirkətin maraqları mütləq nəzərə alınmalıdır. Şirkətin maddi nemətləri, resursları və işçi heyəti hər hansı məqsədlə yaxud hər hansı şəxsin adından yaxud onun maraqlarına xidmət etməklə şirkətin maraqlarının təmin olunduğu hallar istisna olmaqla şirkət fəaliyyətləri xaricində istifadə oluna bilməz. Bütün işçi heyət “bütün resurslara qənaət” prinsipinə sədaqət nümayiş etdirməlidir.
Şirkətin maraqları istiqamətində resurslardan düzgün istifadə həmçinin vaxtdan müvafiq istifadəni zəruri edir. İş saatları ərzində şirkət işçiləri öz vaxtlarından səmərəli istifadə etməli və şəxsi işlərinə vaxt sərf etməməlidirlər. Rəhbər işçilər işçilərə şəxsi tapşırıqlar verə bilməzlər.
Prinsipcə iş saatlarında qonaq qəbul etmək və şəxsi görüşlər təyin etmək xoş qarşılanmır. İşçilər ziyarətin mövzusuna müvafiq olaraq və iş axınını pozmadan ağlabatan zaman çərçivəsində vacib ziyarətçilərlə görüş və müsahibə keçirməlidir.