2. Açıq yaxud dolayı yolla əvəzinin verilməsini zəruri edən hədiyyə yaxud maddi vəsaitləri qəbul etmək qadağandır.
3. Rüşvət, komission haqqı qəbul etmək, vermək yaxud təklif etmək qəti olaraq yolverilməzdir.
4. Şirkət işçilərinin alt işəgötürəndən, təchizatçılardan, məsləhətçilərdən, rəqiblər yaxud müştərilərdən heç bir qarşılıq olmadan pul qəbul etmək yaxud borca pul götürmək; yaxud həmin fərd yaxud təşkilatlardan özlərinin səyahət xərclərini, fəaliyyət xərclərini yaxud bənzər xərclərini ödəmələrini xahiş etmək yaxud bunları onlardan qəbul etmək qadağandır.
5. Şirkətin öz müştəriləri, dilerləri yaxud biznes münasibətlərində olduğu üçüncü tərəflər üçün təmin etdiyi hədiyyə yaxud reklam materialları şirkətin rəhbər işçiləri tərəfindən təsdiqlənməlidir. Təsdiq olunmuş bu hədiyyə və reklam materiallarının paylanılması üçün əlavə icazəyə lüzum yoxdur. Şirkət adında verilən hədiyyələrin üzərində Şirkətin loqosu və ya onun şirkətə aid olmasını əks etdirən yazı olmalıdır.
6. Maddə 2-də verilmiş şərtlərin ödənilməsi şərtilə şirkət müvafiq məhsul və xidmətləri hədiyyə kimi qəbul edə bilər; qəbul edən tərəfin adət-ənənələri və etik normalarına görə münasib hesab edilən məhsul və xidmətlər şirkətin rəhbər işçilərini bu barədə məlumatlandırmaqla və onların icazəsi alınmaqla hədiyyə kimi verilə bilər.
7.Müstəsna hallarda, şirkətin siyasəti əsasında müəyyən olunmuş dəyərlərdən yuxarı yerli mədəniyyətin tələb etdiyi hədiyyələşmə olduqda bu hədiyyələr yalnız şirkətin adından və şirkətin rəhbər işçilərinin icazəsi alınmaqla qəbul edilə bilər.
8. Şirkətə verilən və Şirkətin verdiyi bütün növ hədiyyələrin uçotu aparılmalıdır.
C. Məxfi məlumatların mühafizəsi siyasəti İnformasiya NORM şirkətinin və Şirkətlər Qrupunun öz inkişaf konsepsiyasını gerçəkləşdirməkdə istifadə edəcəyi ən mühüm aktivlər arasındadır. Ona görə də, məlumatların səmərəli istifadəsi, bunların müvafiq qaydada paylaşılması və məxfiliyin qorunması, dürüstlük və məlumatlara çıxış imkanı bütün şirkət və işçilərimizin birgə cavabdehliyidir. Məlumatların idarəolunması və məxfiliyi istiqamətində qurulmuş idarəetmə sistemləri və icra olunan proseslərin uyğunluğu Qrupun maksimum mənfəət əldə etməsi baxımından çox mühümdür. Bu məsələ ilə bağlı işin təfsilatı Şirkət Məlumatlarının Təhlükəsizlik Siyasətində və əlaqədar sənədlərdə verilir. Aşağıdakı prosedur qaydalarda NORM şirkəti üçün məxfi məlumatlar müəyyən olunur və bununla bağlı işçilərin riayət etməli olduqları prinsiplər təsbit olunur.