Prosedur Qaydaları 1. Maraqların toqquşması ilə nəticələnə biləcək fəaliyyətlər Şirkətin bütün işçilərindən tələb olunur ki, aşağıda maraqların toqquşmasına gətirib çıxara biləcək fəaliyyətlər olaraq müəyyən olunmuş situasiyalara və aşağıda göstərilmiş prinsiplərə tam müvafiq hərəkət etsinlər. Şirkət bu prinsiplərə sadiq olmaqda işçiləri buna təşviq etmək üçün lazımi səy göstərir.
i. Maraqların toqquşması ilə nəticələnə biləcək fəaliyyətlərlə məşğul olmaq İşçilər onlara qarşılıqlı yaxud təmənnasız mənfəət təklif edən ailə üzvləri, dostları və yaxud üçüncü tərəflərlə qəti olaraq biznes münasibətləri qurmağa təşəbbüs edə bilməzlər. Məsələn, satınalma səlahiyyəti olan işçi ailə üzvünün işə götürüldüyü təchizatçı ilə biznes münasibətlərinə yol verməməlidir. Müstəsna hallar şirkət sədrinin məlumatlandırılmasını və icazəsini zəruri edir. Eynilə, şirkət işçiləri rəqib şirkətdə çalışan ailə üzvlərindən dolayı maraq toqquşması mümkünlüyünə yol verməməkdə diqqətli olmalıdırlar.
NORM şirkətinin işçiləri əmək qanunvericiliyində göstərilmiş iş saatları müddəti xaricində ödəniş müqabilində yaxud oxşar mənfəət müqabilində üçüncü tərəflər üçün çalışa bilər, o şərtlə ki, bu fəaliyyət:
hal-hazırda çalışdıqları şirkətdə onların cari vəzifəsi ilə Norm şirkətinin fəaliyyəti arasında hər hansı maraq toqquşmasına gətirib çıxarmamalı;
Bu biznes etikası məcəlləsi və bu məcəlləyə dəstək xarakterli digər siyasətlərə və qaydalara müvafiq olmalı;
İşçilərin şirkətdəki əmək qabiliyyətinə mənfi təsir göstərməməlidir.
Bu icazə GTP Qrupunun baş icraçı direktoru tərəfindən birbaşa rəhbərin tövsiyəsi əsasında Etik Davranış Qaydaları üzrə Komitənin İcraçı Vise-prezidenti, Qrupun Vise-prezidenti, baş icraçı direktor və baş icraçı direktora məruzə edən bütün vəzifələrə dair tövsiyələri; Şirkətin Etik Davranış Qaydalarına Müvafiqlik üzrə Məsul Şəxsləri və Şirkətin İnsan Resursları üzrə Rəhbərinin bu və ya digər işçilər üçün tövsiyəsi nəzərə alınmaqla baş icraçı direktor tərəfindən verilir;