47
2.3 Biliklərin əldə edilmə strategiyaları və nəzəri aspektləri
Bilik əldə etmə (Knowledge Acquisition) komputer sistemində xüsusi tapşırıqların
yerinə yetirilməsi üçün lazım olan informasiyanın və onun formallaşdırılmış
strukturunun əldə edilmə prosesidir. Bu proses müəyyən məqsəd üçün biliyi
komputerdə əks etdirmək texnikasını dərk edən və bununla bağlı aldığı bilikləri
tərcümə edərək uyğun formaya sala bilən insan, yəni bilik mühəndisitərəfindən
həyata keçirilir. Başlanğıcda bilik mühəndisi həmin sahə ilə tanış olmaya bilər, ancaq
sistemi qurmaq üçün bu sahədə olan bilik mənbələrini araşdıraraq qısa müddətdə işin
öhdəsindən gəlməyi bacarmalıdır.
Ekspertdən bilik əldə edilməsi elə də asan proses deyil. Aşağıda verilənlər ekspertdən
bilik əldə etmə və onları komputerə köçürməni mürəkkəbləşdirən faktorlardır:
Ekspert fikrini necə ifadə edəcəyini bilmir;
Ekspert vaxt ayırmaq və ya əməkdaşlıq etməkdən çəkinir;
Biliyin yoxlanması və emalı olduqca mürəkkəbdir;
Biliyin formalaşdırılması metodlarının təyin edilməsi zəifdir
Sistem qurucuları bir mənbədən bilik almaq istəyərkən, biliklər səpələnmiş
halda ola bilir;
Ekspert əvəzinə əsaslandırılmış bilikləri almağa cəhd edir, bu biliklər də çox
vaxt yarımçıq olur;
Lazımsız verilənlərə qarışan biliyi ayırd etmək çətin olur;
Bilik əldə etmənin üç strategiyası mövcuddur:
bilikləri ələ keçirmə;
biliklərə yiyələnmə;
bilikləri formalaşdırma
Biliklərin ələ keçirilməsi zamanı ekspert bilik mənbəyi ilə qarşılıqlı əlaqədə olur və
predmet oblastı barədə qərar qəbul edərkən fikri əyaniləşmiş olur.
48
Biliklərə yiyələnmə biliklər bazasının avtomatik yaradılmasını nəzərdə tutur. Yəni bu
zaman xüsusi proqramın köməyilə biliklər avtomatlaşdırılmış qaydada biliklər
bazasının doldurur. Bu da dialoq rejimi ilə ekspertdən alınmış biliklər vasitəsilə
həyata keçirilir. Bunun üçün predmet oblastı baza qurulmamışdan əvvəl hərtərəfli
formada araşdırılmalıdır.
Biliklərin formalaşdırılması zamanı alqoritm, model və metodların işlənib
hazırlanması prosesi baş tutur.
Biliklərin ələ keçirilməsi olduqca uzun və ağır prosesdir. Biliklər bazası
qurularkən ən çox zəhmət tələb edən də məhz müxtəlif mənbələrdən biliklərin
çıxarılmasıdır. Bu bilik mühəndisinin vəzifəsidir və sistem təhlili, koqnitiv
psixologiya, riyazi məntiq kimi xüsusi biliyə malik mühəndis predmet oblastının
modelini qurmalıdır. Həmin model ekspertin istifadə etdiyi modeli təkrarlaya
bilməlidir.
Bilik ələ keçirmənin bir neçə metodu var ki, əsas olanları aşağıdakılardır:
1. Ən yararlı bilik əldə etmək üsulu ekspertin əvvəlki təcrübələrinə göz
gəzdirməkdən çox onunla üzbəüz müsahibə almaqdır.
2. Müxtəlif əlaqə vasitələrindən istifadə ilə bilik mübadiləsini həyata
keçirmək də effektivdir.
3. Video əlaqə də bilik ələ keçirmə və fikir mübadiləsi üçün indiki dövrdə
əlverişli vasitədir.
Bilik əldə ediləcək şəxslə yaxşı müsahibə informasiyanın daha tam və dəqiq təqdim
edəcəyinə stimul verir. Sadəcə sual verməklə qarşı tərəfdən almaq istədiyin bildiyi
ala, həmçinin onu lazım olan vəziyyətə gətirmək olar. Yaxşı suallar qəraraların
arxasındakı səbəbləri araşdırır.
Bilik ələ keçirmənin 3 aspekti və hər aspektin müxtəlif təbəqələri vardır.
Psixoloji aspekt
Kontakt
49
Prosedur
Koqnitiv
Linqvistik aspekt
Ümumi kod problemi
İstifadəçi tezaurusu(lüğəti)
Anlayış strukturu
Qnoseoloji aspekt
Psixoloji aspekt ünsiyyət modeli olub bazanı yaradacaq bilik mühəndisi və
ekspertin dialoqu nəticəsində biliklərin çıxarılması aspektidir. Biliyin ələ
keçirilməsinin ən yaxşı üsulu ünsiyyət sayılsa da onun da bir neçə çatızmazlıqları var.
Belə ki, ekspertlə mühəndis arasında dialoq baş tutarkən ekspert ümumi biliyinin ən
yaxşı halda 90%-ini ifadə edə bilir, mühəndis isə bunun 80%-ini eşidir, 60%-ini başa
düşür, yadda qalan həcmi isə sadəcə 24%-ə bərabər olur. Yəni, bilik üzrə mühəndis
ekspertin biliyinin sadəcə ¼-ini ələ keçirməyə müvəffəq olur. Əlbəttə ki, bu faizi
artırmaqçün müxtəlif əlavə təsirlər etmək mümkündür. Bunun üçün psixoloji aspektin
təbəqələrinə nəzər salaq.
Ilk təbəqə kontakt təbəqəsidir, hansı ki ekspertlə mühəndisin bilik mübadiləsinə
ətraf mühitin təsirindən birbaşa asılıdır. Bilik ələ keçirmə zamanı adətən elə yerlər
seçilməlidir ki, orada fikir dağınıqlılığına səbəb olacaq hər hansı bir təsir olmasın.
Həmçinin, uğurlu nəticə almaq üçün rəqabət halında deyil, birlik formasında fəaliyyət
göstərmək olduqca əhəmiyyətlidir. Yaxşı yaddaş, diqqət, müşahidəçilik, analitik
düşünmə və nəticə çıxara bilmə bacarığı, o cümlədən öz xarici görünüşünə fikir
vermə kimi xüsusiyyətlər bilik mühəndisinə bilik əldə etmək üçün yardım edəcək
xassələrdir.
Prosedur təbəqəsində ətraf mühitə diqqət azalır və əsas fikir bilik ələ keçirməyə
yönəlir. İşgüzar söhbət zamanı mühəndis ekspertin biliklərindən yaxşı yararlanmaq
üçün həm qeydlər apara, həm də səsyazma vasitələrindən istifadə edə bilər. Ekspertlə
bilik mühəndisi fikir mübadiləsi apararkən çevik və sərbəst formada danışmalıdırlar.
50
Koqnitiv təbəqə bilik mühəndisinin ekspertlə davranışının bir sıra xüsusiyyətləri ilə
xarakterizə olunur. Bilik mühəndisi:
fikrini rahat ifadə edə bilməsi üçün ekspertə şərait yaratmalıdır;
bilik ələkeçirmədə məqsədin nə olduğunu anlamalıdır;
bilik mübadiləsi zamanı ekspertin mülahizələri əsasında tez-tez sxemlər
çəkməlidir, qeydlər aparmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, bilik mübadiləsi prosesində ön planda olan məsələ
bilik mühəndisi ilə ekspertin dialoqunun anlaşıqlı olmasıdır. Yəni, onlar fikirlərini nə
qədər aydın ifadə etsələr və ünsiyyət zamanı bir-birlərini anlasalar, əldə olunan bilik
də o qədər keyfiyyətli olar. Linqivistik aspektin də psixoloji aspekt kimi özünətərz
təbəqələri vardır ki, onların hər biri ünsiyyət qurarkən əhəmiyyət daşıyır.
Bildiyimiz kimi, ekspertlə bilik üzrə mühəndisin terminalogiyası eyni olmaya
bilir. Ekspertin dili
o
predmet oblastına yuğun xüsusi terminologiya;
o
ümumelmi terminologiya;
o məişət dili;
o
peşə jarqonu – kimi komponentlərdən ibarət olduğu halda, mühəndis
müxtəlif ədəbiyyatlardan öyrəndiyi terminlər, nəzəri hazırlıq zamanı qəbul
edilmiş ümumelmi terminologiya və məişət danışıq dilindən istifadə edə
bilir.
Ekspertin danışıq zamanı istifadə etdiyi terminləri bilik mühəndisi öyrəndiyi
zaman onlar arasında ümumi kod yaranmış olur. Yəni, müxtəlif terminlərdən istifadə
zamanı artıq onlar ümumi kod vasitəsilə deyilənləri anlamaq şansı əldə edirlər.
Biliklər bazası doldurularkən istənilən hər hansı predmet oblastındakı biliklərin
strukturlarının konseptual təhlili nəticəsində yaradılmış qlobal sxem anlayış
strukturunu ifadə edir. Baza yaradıldığında istifadəçi interfeysinin şəffaf olmasına
mane olan anlaşılmayan terminlərin izahı üçün lüğətin genişləndirilməsinə ehtiyac
51
yaranır ki, bunun üçün də əlavə ensiklopediyalardasn istifadə etmək lazım olur. Son
istifadəçinin peşəkar davranışı üçün terminalogiyanın anlaşıqlı olması olduqca
vacibdir.
Qnoseologiya 18-ci ərdə yaranmış “bilik və idrak fəlsəfəsi”-ni əks etdirən
termindir, gerçəkliyin insan təfəkküründə inikası nəzəriyyəsidir. Bilik mühəndisliyi
elm kimi ikiqat qnoseoloji sayılır. Çünki gerçəklik ilk olaraq ekspertin
təfəkküründəinikas edir, daha sonra ekspertin təcrübəsi bilik mühəndisinin
təfəkküründə interpretasiya edilir. Nəticədə ekspert sisteminin diqqət mərkəzində
gedən üçüncü interpretasiya üçün təməl təşkil edilmiş olur:
Dostları ilə paylaş: |