Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
NOVRUZLU-AYTAC (1)

z
P
M
M
G



2
1

Burada: G - gerçəklik, M

- ekspertin dünya modeli; M

- bilik mühəndisinin dünya 
modeli; P

- bilik sahəsidir. 
Faktların təsvir olunması və ümumiləşdirilməsi, daxili əlaqələrin müəyyən 
edilməsi, modellərin qurulması və baş verən hadisələrin izah edilərək qabaqcadan 
xəbər verilməsi dərketmənin strukturuna daxildir. 
Faktların təsvir olunması və ümumiləşdirilməsi bilik üzrə mühəndisin 
ekspertdən konseptləşdirmək üçün bilik çıxarma prosesidir. Mühəndis əldə etdiyi 
həmin faktlar üzərində onları tam tələb olunan biliyə çevirənə qədər işləməlidir. 
Mühəndisin vəzifəsi ekspertin söylədiklərini sistemləşdirməkdən ibarətdir. Bilikləri 
sistemləşdirərkən mühəndis məntiqi yəni ardıcıllığı və assosiativ yəni paralelləri əsas 
götürən düşüncədən istifadə edir. Subyektin təsəvvürünü əks etdirən modeli qurmaq 
üçün xüsusi dil lazımdır. Bu dil predmet oblastının terminlərindən, riyaziyyat və 
məntiqin formal-işarə vasitələrindən təşkil edilir. Empirik predmet oblastı üçün belə 
dil hələ yaradılmamışdır.
Modellərin izah olunması və əvvəldən xəbər verilməsidərketmənin strukturunun 
sonuncu mərhələsidir. Əgər ekspertin malik olduğu biliklər sistemi tamamlanmış və 
obyektiv olarsa, bu zaman verilənlərə əsaslanaraq proqnoz vermək və baş verən 
hadisələri izah etmək mümkündür. İzahetmə sistemi istifadəçinin sualına cavab 
formalaşdırmaq funksiyası daşıyır. Bu zaman verilən cavabı izahetmə sistemi 
intellektual sistemin nəticələrinə əsaslanaraq formalaşdırır.


52 
Prosesə dair izahat vermək qabiliyyəti intellektual sistemlərin əsas fərqləndirici 
cəhətlərindən biridir, sistemin məsləhətlərinə istifadəçi etibarını artırmaqda əsas rol 
oynayır. Həmçinin sistemin modifikasiyası və inkişafı zamanı, ziddiyyətli halların 
aşkar olunmasında, mütəxəssis olmayan istifadəçilərin öyrədilməsi zamanı istifadə 
olunur. Müxtəlif tip intellektual sistemlər özünəməxsus izahetmə sisteminə malik 
olur , bəzilərində bu sistem ümumiyyətlə olmur. Hal-hazırda bütün izahetmə 
sistemləri eyni üsulla yaradılır və sistem 2 üsulla işləyir:
o təbii dildə hazırlanan hadisələrin və vəziyyətlərin qeydiyyatı;
o alt məqsədlərin göstərilməsilə ağacın əksinə açılması vasitəsilə 
mülahizələrin izlənməsi. 
Problem oblastında səbəb-nəticə qanunlarına uyğun gələn arqumentasiya 
vacibdir. Bu intellektual informasiya sistemlərinin yeni nəslininyaranmasına təkan 
verir. Ancaq eyni zamanda, bilik bazaları öz komponentlərinin fraqmentarlığı və 
əlaqəsizliyi üzündən natamam olurlar. Bu da əsl intellektual sistem yaratmaqda 
maneəyə çevrilir. 
İntellektual sistemlərin həll edəcəyi məsələlərin əksəriyyəti axtarış problemi kim 
ortaya çıxır. Sistemə daxil edilmiş verilənlər vasitəsilə məsələ ilə bağlı həll axtarılır. 
Bunun üçün axtarış qrafı qurulur, yəni başlanğıc təpə təyin olunduqdan sonra “if-
then” qanunlarının köməyi ilə növbəti təpələrdə axtarış aparılır. Bu qraf üzrə həm 
dərininə, həm də eninə axtarış aparmaq mümkündür. Dərininə axtarış zamanı 
iyerarxiya səviyyələrinin maksimumu, eninə axtarış zamanı bir səviyyədəki təpələrin 
maksimal sayı axtarılır. Şaxənin dəyərinə görə də aparılan axtarışda isə qrafın hər bir 
şaxəsinə dəyər verilərək həmin dəyərin minimumu axtarılır. 
İntellektual informasiya sistemləri ekspert kimi düşünərək insanın düşüncə 
tərzini müəyyən səviyyədə imitasiya edə bilir. Bu baxımdan, bəzi intellektual 
sistemlərdiaqnostika 
yolu 
ilə, 
yəni 
hər 
hansı fərziyyə irəli sürməklə 
kifayətlənirlər.Alınmış nəticəni əsaslandıraraq qərarın düzgünlüyü və reallaşa 
bilməsinin qiymətləndirmək mümkündür. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin