Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”


 Qərar qəbuluna yardım sistemlərinin qurulması prinsipləri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   12   13   14   15   16   17   18   19   20
NOVRUZLU-AYTAC (1)

3.2 Qərar qəbuluna yardım sistemlərinin qurulması prinsipləri 
Əldə edilən informasiyaları strukturlaşdıraraq sistem yaratmaq mümkün 
olduğu zaman QQYS-lər, yəni qərar qəbulun yardım sistemləri yaradıldı. Qərar 
qəbuluna yardım sistemi elə bir texnoloji yenilik oldu ki, verilənlənləri təhlil edərək 
bütün sahələrdə qərarların verilməsində insan qədər əhəmiyyət kəsb etdilər. Bu 
sistemlər verilənlərin analitik emalına əsaslanırlar. Baxmayaraq ki, analitik emala 
əsaslanan sistemlərdən komputerləşmə dövrünün əvvəllərində də istifadə olub, ancaq 
həmin vaxtlarda inkişaf üçün əngəllər varidi. Zaman-zaman informasiyaların riyazi 
metodlarla emal edilməsi bu problemi aradan qaldırdı. Ümumi olaraq, qərar qəbuluna 
yardım sistemlərinin məqsədi predmet sahəsilə bağlı məsələri həll edərək, alternativ 
qərar verilməsi, qiymətləndirmə, proqnozlaşdırma, klassifikasiya və klasterizasiya 
əməliyyatlarını həyata keçirməkdir.
QQYS-dən istifadə zamanı, qərar qəbul edəcək analitiklər sistemə müraciət 
edərək lazım olan məlumatı ala bilirlər. Bunun üçün verilənlərin analitik e`malına 
yönəlmiş xüsusi dillərdən istifadəyə ehtiyac yaranır. Çünki geniş istifadə olunan SQL 
proqramlaşdırma dilində bu zaman mürəkkəb analitik sorğu yaratmaq olmur. 
Verilənlər içərisindən lazımi informasiyanı çıxarmaq üçün, verilənlər elə formada 
təşkil edilməlidir ki, tranzasksiyaların emalı sistemlərindən fərqli olsun. Analitik 
sistemlərdə verilənlərin sadəcə yığılması və oxunması prosesi baş tutur. Bu səbəblə 
həmin sistemlərdə verilənlər bazasının normallaşdırılması problemi elə də aktual 
olmur. Həmçinin bir çox analitik sorğuları icra edərkən verilənlərin tarixi ardıcıllığı 
tələb olunur. Ancaq relyasion modeldə yazıların qaydalanmasına ehtiyac olmur. 
Bundan əlavə, analitik sorğular zamanı detallaşdırılmış yəni hissə-hissə verilənlərdən 
yox, ümumiləşdirilmiş verilənlərdən istifadə olunur. Qərar qəbuluna yardım 
sistemlərinin bu kimi prinsipləri tranzaksiyaların emalı zamanı çətinliklər yaradır ki, 
bunun da qarşısını almaq üçün təhlil verilənləri verilənlər anbarı adlandırılan bazaya 
yığılır.
Hesablamalarda Verilənlər Anbarı ( Data Warehouse) qərar qərar qəbulu 
prosesində istifadə ediləcək inteqrallaşdırılmış, subyekt-yönümlü, real-vaxt rejimli və 


70 
müvəqqəti verilənlər toplusu, hesabatlar və verilənlərin analizi, habelə biznes 
intellektinin əsas komponenti olaraq qəbul edilən bir sistemdir. Bu bir və ya bir neçə 
mənbədən gələn verilənlər saxlanılan bu mərkəzi bazanın məqsədi bilik işçiləri üçün 
analitik sorğular yaratmaqdır. Həmin sorğular müəyyən zaman müddətində dəyişilə 
biləndir. Verilənlər anbarı tranzaksiya sistemlərindən gələn verilənlərin bir nüsxəsini 
özündə saxlayır. Verilənlər ambarı tranzaksiya emal edən sistemlərdən daxil olan 
informasiyanın nüsxəsini özündə saxlayır.Verilənlər anbarının quruluşu elə olmalıdır 
ki, analitikin təsəvvüründə işləməli olduğu informasiya əks olunsun. Anbardakı 
verilənlərin əsas xüsusiyyətləri – dəyişməzliyi, ümumiliyi və xronoloji ardıcıllıqdır 
Verilənlər ambarı 

Müraciət zamanı analitiki informasiya ilə vaxtında təmin edir; 

Bir neçə mənbədən gələn verilənləri yeganə verilən bazası və verilən 
modelinə inteqrasiya edir; 

Əsaslı kodlarla açıqlamalar verərək tam formalaşdırılmamış verilənləri 
keyfiyyətini yaxşılaşdırır, onları qeyd edir, hətta düzəldə bilir; 

Mütəmadi olaraq eyni sorğulara eyni cavabların verilməsi üçün verilənləri 
saxlayan modeli təqdim edir; 

Əməliyyat sistemlərinə təsir etmədən hətta mürəkkəb analitik sorğular üçün 
mükəmməl formada verilənləri yenidən strukturlaşdırır; 

Qərar-dəstək sorğularını yazmağı asanlaşdırır; 

Tranzaksiya sistemləri olmasa belə verilənləri qoruyub saxlayır; 

Mənbəsindən asılı olmayaraq qəbul edilən bütün verilənləri eyni modeldə 
saxlayır; 

Biznes əməliyyat tətbiqlərinin, xüsusilə də CRM sistemlərinin 
dəyərləndirilməsini həyata keçirir. 
Verilənlər ambarını yaradarkən həll olunması lazım olan məsələlərə aşağıdakılardır: 

analitik sorğulara reaksiya vaxtının və yaddaş həcminin təmin olunması 
baxımından, verilənlərin saxlanması üçün optimal quruluşun seçilməsi; 

ambarın ilkin doldurulması və lazım olduqca əlavələrin edilməsi; 


71 

istifadəçilərin anbara müraciətinin təmin edilməsi və s. 
Anbara daxil ediləcək verilənlər birinci növbədə ilkin emaldan keçir, yəni 
təmizlənirlər. Məqsəd fərqli mənbələrdən daxil olmuş verilənlərin təkrarlanmalarının 
qarşısını almaq, eyni zamanda onlar üzərində düzəliş edərək səhvlərin aradan 
qaldırılmasını həyata keçirməkdir. Alınmış faktlar müəyyən vaxt ərzindəki 
ümumiləşdirilmiş qiymətləri ilə saxlanılırlar. Bu zaman onların aid olduğu vaxt 
qısamüddətli olarsa, onları daha uzun müddət ərzində göstəriləcək formada 
ümumiləşdirmək lazım olur. Ümumiləşdirmə prosesi ciddi nəzarət tələb edir, çünki 
sistemin düzgün fəaliyyəti daxil edilən ilkin verilənlərin səhvsiz,tam və dəqiq 
olmasından asılıdır. Iki mərhələdə baş tutan bu prosesin ilk mərhələsində sistemə 
daxil ediləcək operativ verilənlər aralıq yaddaşa yığılır, sonrakı mərhələdə yığılmış 
və düzəliş edilmiş verilənlər ümumiləşdirilib, verilənlər ambarına yüklənir. Verilənlər 
ambarına daxil edilmiş strukturlaşdırılmış verilənləri təsvir etmək üçün çoxölçülü 
relyasiya modelinin istifadəsi daha münasibdir.
Verilənlər ambarının bu qədər geniş istifadəsinə baxmayaraq, uğursuzluqla 
nəticələndiyi situasiyalar var: 
1. Praktikaya deyil, ideologiyaya əsaslanması; 
2. Prosesin lazımsız şəkildə mürəkkəbləşdirilməsi (Verilənlər anbarı özü 
mürəkkəb quruluşda olduğu üçün əlavə mürəkkəbliklərə ehtiyac yoxdur); 
3. Tam mülkiyyət hüququnun olmaması ( Verilənlər ambarına bütün sahə işçiləri 
müraciət edir); 
4. Bəzən müvafiq protokolu anlaya bilməməsi
5. Proyektə başlamazdan öncə nəticələri dəqiqliklə müəyyənləşdirə bilməməsi; 
6. Qoyulmuş standartlara kor-koranə uyğunlaşması; 
7. İdarəetmənin ürəkaçan olmaması. 
Verilənlərin dəyişməzliyi analitik sistemləri OLTP, yəni operativ emal sistemlərindən 
fərqlənirir. Burada sadəcə verilənlərin əlavə olunması nəzərdə tutulur ki, bu da köklü 
dəyişiklik sayılmır. Bu sistemləri yaradərkən əsasən verilənlərə müraciət sürətinin 
yüksək olması və mühafizənin yetərli olması əsas götürülür.


72 
Anbardakı verilənlərin inteqrallığı müxtəlif mənbələrdən daxil edilən, eyni 
məna kəsb etsə də, müxtəlif struktura malik olan informasiyanın eyni şəklə 
gətirilməsini nəzərdə tutan xüsusiyyətidir. Həmçinin bu verilənlərin bütövlüyünün və 
ziddiyətsizliyinin yoxlanması zəruridir. Və yığılan informasiyanın həcmi, keyfiyyəti 
istifadəçini təmin edəcək qədər olmalıdır. Buna görə də effektiv qərarın qəbulu üçün 
uzun müddətli verilənlərin saxlanması labüddür.
Analitik sistemlərdə sorğular zamanı inkişaf tendensiyasının təhlil edilməsi və 
yaxud dəyişən qiymətlərin zamana uyğun yenilənməsi, müraciət vaxtının azaldılması 
üçün verilənləri xronoloji ardıcıllıqla, yəni vaxta görə düzməyə ehtiyac yaranır. Bu 
zaman VAXT/TARİX tipli atributun əlavə olunması lazım gəlir.
Qərar qəbulu ilə məşğul olan operativ emal sistemlərini tranzaksiya emal 
edən OLTP sistemlərdən fərqləndirərkən qeyd etmək olar ki, birinci növ sistemlər 
digərinin əksinə olaraq, kiçik tezlik və böyük porsiyalarla yenilənərək modelləşdirmə, 
proqnozlaşdırma kimi əməliyyatların yerinə yetirilməsini həyata keçirir.OLTP 
sistemlərdə əsas olaraq tranzaksiyaların sayı götürülürsə, analitik sistemlərdə bu 
sorğuların emalı sürəti ilə əvəz olunur. 
Qərar qəbuluna yardım sistemlərinin ən son variantı sayılan operativ analitik 
emal sistemləri- OLAP verilənlərə daha sürətli müraciəti, hiperkub şəklində təsviri və 
çoxplçülü analizi təmin edir. Bu sistemlər daha aşağı həcmdə tranzaksiyaların emalı 
ilə məşğul olur və sorğular nisbətən daha mürəkkəb quruluşda verilir. OLAP 
sistemlər üçün əməliyyatın tezliyi keyfiyyət göstəricisidir və bu sistemlər Data 
Mining texnologiyası vasitəsilə həyata keçirilir. Sistem çoxölçülü verilənləri müxtəlif 
perspektivlərdən interaktiv olaraq inteqrasiya etməyə imkan verir. Burada xüsusi 
alqoritmlər yoxdur, sadəcə bir çox sistemlər öz riyazi aparatı sayəsində alqoritm qura 
bilir. OLAP sistemlərdə işləyərkən istifadəçi hesabat üçün ayrılan zaman intervalını 
göstərir və həmin intervala uyğun olaraq analiz olunacaq göstəricilərin qiyməti 
cədvəl və ya diaqram formasında ekrana çıxır, daha sonra yerinə yetirələcək 
əməliyyatı qeyd etməklə həmin göstəricinin qiyməti hesablanır. Klient-server 
arxitekturasında işləyən OLAP sistemləri çoxistifadəçili rejimi dəstəklədiyi üçün 


73 
bütün istifadəçilərə eyni vaxtda analiz aparmaq şəraiti yaradır. Analiz aparmanın 
sürəti həmin istifadəçilər üçün eyni zaman kəsiyində nəzərdə tutulur və bu zaman 
bazanın mürəkkəbliyi, həmçinin ölçüsü heç bir əhəmiyyət kəsb etmir, verilənlərin 
çoxölçülü kublar formasında qurulması ilə yaranan model if-then qaydası ilə analiz 
aparmağa imkan verir.
OLAP Data Mininq texnologiyasında və ya verilənlər arasında bilinməyən 
münasibətlərin üzə çıxarılmasında istifadə olunur. Bütün tranzaksiya verilənlərindən 
analiz zamanı istifadə edilmədiyinə görə OLAP verilənlər bazasına verilənlər ambarı 
qədər bilik daxil edilmir. Ümumi verilənlər bazasına keçiddən istifadə etməklə 
mövcud relyasion verilənlər bazasından OLAP çoxölçülü verilənlər bazası yaratmaq 
üçün verilənlər daxil edilir. 
OLAP sistemləri tez-tez dəyişdirilir və onlar bir-birindən adının qaşısına hərf 
artırmaqla fərqlənirlər. OLAP sistemlərinin yeni versiyaları bunlardır: 

Relyasiya OLAP (Relational OLAP-ROLAP ) –OLAP sistemlərinin ən sürətli 
inkişaf edən növüdür. Baza verilənlərinin və ölçü cədvəllərinin saxlanıldığı 
relyasiya verilənlər bazasının məlumatlarına əsaslanır. Analitik təhlil zamanı 
verilənlər çoxölçülü şəkildə təqdim olunur. Verilənlər anbarından 
verilənlənlərin çıxarılması üçün SQL sorğu dilindən istifadə edilir.

Çoxölçülü OLAP (Multidimensional OLAP - MOLAP) – Bu sistemlərin əsas 
xüsusiyyəti verilənlərin çoxölçülü kublarda saxlanmasıdır. Bu sistemlər 
yalnızca çoxölçülü verilənlərlə, relyasiya OLAP-lar kimi çoxistifadəçili 
rejimdə işləyirlər.

Hibrid OLAP (Hybrid OLAP-HOLAP) – çoxölçülü və relyasiya OLAP-ların 
ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən sistemdir. Verilənləri relyasiya, 
vahidləri çoxülçülü verilənlər bazasında saxlanılır.

Veb OLAP (WEB OLAP-WOLAP) 

Masaüstü OLAP (Desktop DOLAP) 

Fəza OLAP (Spatial OLAP-SOLAP) 

Mobil OLAP ( Mobile OLAP) 


74 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin