3
GİRİŞ
Tədqiqat işinin mövzusu - Ekspert Sistemlərdə bilik bazasının hazırlanmasıdır. Bu
mövzuda təqdim olunan elmi iş ekspert sistemlərini, bu sistemlər əsasında hazırlanan
bilik bazalarını əhatə edir.
Tədqiqat işinin mövzusunun aktuallığı - Yeni əsrimizin
əvvəllərindən bütün
dünyada inkişaf üzrə prioritet istiqamət informasiya texnologiyalarından istifadəninin
artırılması və bütün sahələrə nüfuz etməsidir. Qlobalizm və elm sahəsində yeni
uğurlar, informasiya-kommunikasiya texnologiyalarının inkişafı
iqtisadiyyatla
bərabər, digər sektorlara da böyük təsir göstərmişdir. 2013-cü ilin Azərbaycanda
“İnformasiya-Kommunikasiya Texnologiyaları” ili elan edilməsi ilə bu sahəyə kapital
qoyuluşlarının artması deməyə əsas verir ki, hər bir perspektivli sahədə informasiya
texnologiyalarının
istifadəsi, ələlxüsus da praktikada ekspert sistemlərin tətbiqi hər
ötən il daha da artır.
Bunun nəticəsidir ki, maliyyə vəsaitlərinin artması və vaxt
itkisinin azaldılması müşahidə olunur. Bir çox şirkətlər
internet də daxil olmaqla
bütün mühitlərdə həyata keçirilən biznes və sənaye əməliyyatlarını dəstəkləyən
ekspert örtükləri tədarük edirlər. Effektivliyin artırılması
məqsədi ilə tətbiq olunan
ekspert sistemlər həlli mümkünsüz kimi görünən problemlərdən çıxış yolu tapmaqla
bərabər, həm də məhsuldarlığın artmasında mühüm əhəmiyyət kəsb edir. Ekspert
sistemlərin layihələndirilməsi yüksək
məbləğdə vəsait tələb etsə də, istifadəsinin
səmərəliliyi, gəlirliliyi və yüksək artım tempinin olması invesitisiya cəlb olunması
üçün başlıca səbəbdir. Bu sistemlər insanların professional işinin sürətinin artmasını
və yüzlərlə şirkətin daxili məsrəflərinə qənaət etməsini təmin edir.
Ən kiçik
sistemlərin belə bəzən qənaətdən əldə etdiyi iqtisadi gəlir min, böyük şirkətlərdə isə
milyon dollarlarla ölçülə bilir. Bunun səbəbi ekspert sistem texnologiyasının tətbiqi
ilə keyfiyyətin yüksəldilməsi və motivasiyanın artmasıdır.
Tədqiqat işinin aktual
olması kadrların hər ötən il artması, dünya ölkələrinin bu sahəyə diqqət ayırması və
ekspert sistemlərinin tətbiqinin genişlənməsi ilə birbaşa əlaqədardır.