1.4 Ekspert sistemlərin layihələndirilməsi mərhələləri
Ekspert sistemlər qurularkən 6 layihələndirmə mərhələsindən keçir.
1. İdentifikasiya mərhələsi ( İdentification stage)
1.1 İştirakçıların identifikasiyası
1.2 Problemin identifikasiyası
1.3 Resursların identifikasiyası
1.4 Məqsədlərin identifikasiyası
2. Konseptualizasiya mərhələsi ( Conceptualization stage)
3. Formalaşdırma mərhələsi ( Formalization stage )
4. İcra mərhələsi ( İmplementation stage )
5. Yoxlama mərhələsi ( Testing stage )
6. Təcrübi istismar mərhələsi ( Prototype stage )
Sxem 1.4. Ekspert sistemlərin struktur sxemi
İdentifikasiya
Konseptualizasiya
Formalaşdırma
İcra
Yoxlama
Təcrübi
istismar
27
Identifikasiya - ekspert sistemlərdə bilik əldə etmənin ilk mərhələsidir və problemin
vacib aspektləri ilə xarakterizə olunur. Burada məsələlər, işin məqsədi, ekspert və
istifadəçi
tipləri müəyyən edilir. Bu mərhələyə iştirakçının, problemin
xarakteristikasının, resurs və məqsədlərin identifikasiyası altmərhələləri daxildir.
Onları ayrı-ayrı nəzərdən keçirək.
İştirakçı identifikasiyası – Biz bilik əldə etməyə başlamazdan öncə ilk növbədə
iştirakçıları və onların rollarını qeyd etməliyik. Bu adətən sahə eksperti və bilik
mühəndisi arasındakı qarşılıqlı əlaqədir. Burada həmçinin bir neçə ekspert və bir neçə
mühəndis də ola bilər
Problem identifikasiyası – Eksperti və mühəndisi seçdikdən sonra artıq onlar nəzərdə
tutlan problemi müəyyən etməyə davam edə bilərlər. Buraya müxtəlif problem
aspektləri, onların tərif və xüsusiyyətləri, alt problemləri üzrə qeyri-rəsmi fikir
mübadiləsi daxildir. Məqsəd problemi və onu dəstəkləyən bilik strukturunu
xarakterizə etməkdir. Bununla da, bilik bazasının təkmilləşdirilməsi başlaya bilər.
Resursların identifikasiyası – Bilikləri çixarmaq, sistemi tətbiq etmək və yoxlamaq
üçün bilik mənbələrinə ehtiyac var. Tipik resurslar bilik mənbələri, vaxt, kompüter
qurğuları və pul sayılır. Ekspert üçün əvvəlki problem həllərindən qazanılmış
təcrübələr, nümunələr və sahə üzrə dərsliklər, bilik mühəndisi üçün ekspert sistemin
qurulmasında lazım olan instrumental alətlər və təqdimatlar resursdur. ES-in
işlənilmə və tətbiq vaxtı bir qayda olaraq bir ildən çox davam edir. Əgər lazımi qədər
maliyyə vəsaiti ilə təmin olunmazsa, bu zaman yeni sistemin yaradılması deyil,
əvvəlki sistemin yenidən adaptasiya olunması daha məqsədəuyğun sayılır.
Məqsədlərin identifikasiyası – Sahə eksperti sistemin qurulmasının məqsəd və
hədəflərini əsasən problemin identifikasiyası altsistemində müəyyən edir. Hədəfi
problemin müəyyən olunmuş məqsədlərindən ayırmaq faydalıdır, çünki arzu edilən
və iqtisadi-texniki baxımdan mümkün olan yanaşmaların xarakterizə olunmasında
məhdudiyyətlər yarana bilər.
28
Konseptualizasiya mərhələsi –Əsas anlayışlar və münasibətlər artıq identifikasiya
mərhələsində qeyd olunmuş sayılır və konseptualizasiya mərhələsində aydın şəkildə
yerinə yetilir. İnstrumental vasitələri seçilir, əsas anlayışlar formalaşdırılır, biliklərin
təqdim və təsvir olunma üsulları müəyyən edilir. Habelə, həll metodları və
manipulyasiya vasitələrinin qiymətləndirilməsi həyata keçirilir. Bilik mühəndisinin
əsas anlayış və münasibətləri diaqramlaşdırma qabiliyyətinə malik olması olduqca
önəmlidir. Konseptuallaşdırma prosesinə başlamadan öncə aşağıdakı sualları
cavablandırmaq lazım gəlir.
Nə tip verilənlər mövcuddur?
Nə verilib və hansı nəticə çıxa bilər?
Çox istifadə olunan hansı fərziyyələr var?
Hansı proseslər problemin həllinə cəlb olunmalıdır?
Hansı məhdudiyyətlər var?
Hansı strategiyalar mövcuddur?
Həmin sahədəki obyektlər necə əlaqələndirilib?
İnformasiya axını nədir?
Hansı həll metodlarından istifadə etmək lazışdır? və s.
Formalaşdırma mərhələsi –Bu prosesə konseptualizasiya mərhələsində seçilmiş əsas
anlayışların təqdimat üsulu, bilik mühəndisinin təklif etdiyi formal dildə bilik axını,
alt problemlərin təsvir olunma formaları daxildir. Formallaşdırma zamanı bilik
mühəndisi işlənilən məsələ üçün problem növləri və mövcud təqdim olunmuş alətlər
haqqında ekspertə məlumat verməklə mühüm vəzifə icra edir. Bu zaman biliklərin
təqdim olunmsı, manipulyasiyası və interpretasiyası üsulları təqdim olunur. Qeyri-
formal təcrübə vasitəsilə bilik üzrə mühəndis nəticə əldə edəcəyinə inanarsa, bu
zaman ekspertlə birlikdə tələbləri yerinə yetirmək üçün prosesi davam etdirir.
Mərhələnin sonunda artıq təqdim olunacaq bütün məlumatlar qeyd olunmuş sayılır.
Formalaşdırılma tapşırığına əsasən problemin şərtləri həllin bütövlükdə yerinə
29
yetirilməsini tələb edən xassələr şəklində verilir; mümkün namizəd həllər verilmiş
şərait və məhdudiyyətlərə qarşı yaradılır və yoxlanılır. Spektrin törəməsi nəticəsində
ortaya çıxan tapşırıqlar adətən bunlar olur: interpretasiya, diaqnostika, monitorinq,
nəzarət və təmir. Planlaşdırma və dizayn formalaşdırmanın sonunda həyata
keçiriləcək tapşırıqlardır.
Icra mərhələsi – Bu mərhələdə artıq biliklər bazasının doldurulması tam həyata
keçirilir, növbəti mərhələlərə ötürülməsi lazım olan son məhsul alınır. Daxil edilmiş
xüsusi nəzarət olunan biliklərə əsasən proqramın yazılışı üçün lazım olan bütün
komponentlər tamamlanır. Yaradılmış prototip aktual məsələlərin həllində əlverişli
olmalı, həmçinin istifadə olunduğu zaman səmərə gətirməlidir. Əgər qeyd olunan
biliklər kifayət etməzsə, bilik mühəndisieffektiv nəticə almaq üçün prototipin
həcmini artırılmalı ola bilər.
Yoxlama mərhələsi – Son məhsul alındıqdan sonra onu tətbiq etmək üçün hazır
prototipi qiymətləndirmək lazım gəlir. Bunun üçün də hər bir proqramın yığılması
başa çatdıqdan sonra yoxlama mərhələsi olur. Sistem bilik bazası və nəticəçıxarma
mexanizmindəki əksiklikləri müəyyən etmək üçün bir neçə dəfə testdən keçirilir. Zəif
təqdimata səbəb olan əsas elementlər - Giriş/Çıxış xüsusiyyətləri, çıxarış qaydaları,
strategiyaya nəzarət və istifadə edilmiş test nümunələridir. Test nümunələrinin
eynicinsli olması nəticənin öyəkaçan formada olmamasına gətirib çıxarır. Ən çox
səhv isə adətən giriş-çıxış qaydalarında olur, çünki bəzən çıxış məlumatları ekspertə
aydın olmaya bilir. Və sistemdə yazılmış qaydaların asılılıq uçotunun olmamasından
irəli gələn səhvlik meydana çıxır.
Təcrübi istismar mərhələsi – Artıq testləşdirmədən keçən proqramın istismara
verilməsilə onun istifaçinin tələblərinə nə dərəcədə uyğun olduğu yoxlanılır.
Istifadəçi sistem ilə rahat dialoq quraraq istifadəsində heç bir çətinliklə qarşılaşmazsa,
tələbə uyğun prototipin hazırlandığı formal olaraq açıqlanır. Əgər sistemdən hər hansı
narazılıq olarsa, istənilən nəticə əldə olunanadək prototipin artırılması, qaydaların
əlavə edilməsi, sınaq yoxlamaları həyata keçirilir.
30
Ekspert sistemlərin inkişafında ən böyük əngəl fərqli quruluşdakı biliklərin sistemə
daxil edilməsi ən effektiv vasitənin tapılmasıdır. Bir çox proqramların müxtəlif
proramlaşdırma dilləri ilə yazılması mümkün olsa da, ekspert sistemlərin qurulması
zamanı bu sahə üzrə xüsusi yazılmış dildən istifadə bu prosesi olduqca tezləşdirə
bilər. Bu proqramlaşdırma dillərinin bir sıra fərqləndirici xüsusiyyətlərə malik
olmalıdır :
Böyük və qarışıq sistemlərdə istifadə olunacaq informasiyanı təsvir etmək;
Bütün sistemi məşğul etmədən lazımi hissədə dəyişiklik etmək üçün onu kiçik
hissələrə ayıra bilmə;
Sistemlə interaktiv olaraq əlaqə yaratmaqçün çeviklik;
Sistemin işləməsində lazım olacaq kodların daxil etmə;
Sistemin strukturuna nəzarət edə bilmə və s.
Dostları ilə paylaş: |