Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   2   3   4   5   6   7   8   9   ...   20
NOVRUZLU-AYTAC (1)

 
 
 
 
 
 
 
 
 


24 
1.3. Ekspert sistemlərin tətbiq istiqamətləri 
 
Müasir dövrdə firmalar bazarda rəqabət güclərini artırmaq üçün yüksək 
ixtisaslaşma səviyyəsində fəaliyyət göstərməlidirlər. Təkcə 1196-ci ilə süni intellektə 
əsaslanan sistemlər 1996 satış həyata keçirmişdilər. Ekspert sistemlər təşkilat 
daxilində informasiyanın ötürülməsi və yayılması, düzgün strategiyaların seçilməsi 
proseslərində aparıcı rol oynayır. Başqa sözlə desək, şirkətlər bazardakı səhmlərə 
nəzarət edərkən müdafiə strategiyası yaratmaq imkanlarını müəyyən edərək əsas 
mövqeni ələ keçirmiş sayılır . 1991-ci ildən bu yana maliyyə sahəsində istifadəsinə 
başlanmış ekspert sistemlər gəlirin səviyyəsi, ümumi mənfəətin artırılması, 
uzunmüddətli və qısamüddətli borcların hesablanması , kadr dəyişikliyinə nəzarət 
etməklə riskdən qaçmağa, keyfiyyət əmsallarının, bazar mövqeyi və işgüzar nüfuzun
yüksəldilməsinə və hətta firmanların itirilmiş statuslarının bərpasına yardım edir.
Diaqnostika və müalicə sahəsində olan intellektual sistemlər, xüsusilə da ES-
in lər tibbi kontekslərdə istifadə üçün işlənib hazırlanmışdır. Stenford Universitetinde 
Shortlife tərəfindən hazırlanmış ilk diaqnostika sistemi MYCİN konsultasiya, izahat 
və qaydalar toplusu adlanan üç altsistemdən ibarət idi. Bu diaqnostika sistemi cari 
vəziyyət haqqında mümkün nəticələri proqnozlaşdırmaq üzrə ixtisaslaşdırılmışdı. 
Həmçinin mexaniki və elektrik qurğularının nasazlığını aşkar edən, o cümlədən 
müşahidə əsasında rəylərin alınmasına imkan verən interpretasiya tipli sistemlər də 
hazırda biznes proseslədə çox istifadə olunur. 
Diabet xəstəliyinin təbii üsullarla müalicəsi ESTA sistemlərinin istifadəsi ilə 
süni intellekt araşdırmalarından əldə olunan yeni bilik texnologiyasıdır. ESTA- Mətn 
Animasiyası üçün Ekspert Sistem örtüyüdür ( Expert System shell for Text 
Animation) və Visual Prolog 7.3 tətbiqidir. Bu ekspert sistemlər ESTA örtüyünün 
istifadəsilə bilik bazası yaradaraq hazırlanır: 
Ekspert Sistem → ESTA + Bilik bazası 


25 
Sistemin effektivliyi onun bilik bazasının qurulmasından asılıdır. Bilik Bazasının 
qurulması prosesi
1. Problemin girişinin müəyyən edilməsi 
2. Biliyin əldə edilməsi 
3. Biliyin təsvir edilməsi - kimi 3 mərhələdən ibarətdir. 
Ekspert sistemlərin həmçinin metallurgiya və istehsalat sahələrində istifadə 
olunmasına ehtiyacın yaranması bu sistemlərə tələbatı olduqca artırır. Bu sahələrdə 
nəticənin tələblərə uyğun gəlməsi üçün ilk növbədə problemin köklü surətdə analiz 
olunması, eyni zamanda keyfiyyətin artırılaraq, istehsalın ümümi dəyərinə nəzarət 
olunması üçün COROSolve ekspert sistemləri tətbiq olunur. Bu sistemlər DELPHİ 
Visual proqramlaşdırma dilindən istifadə olunaraq yaradıldı. Sistemin başlıca 
məqsədi sözügedən istehsalat sahələrində işçiləri məlumatlandırmaq, iş prosesində 
sərf olunan vaxtı və maliyyə sahəsində xərcləri azaltmaq, həmçinin resursların 
istifadəsinə qənaət edərək yüksək keyfiyyət yaratmaqdan ibarətdir. 
Müasir süni intellekte əsaslanmış ekspert sistemlərə aid bir neçə nümunəyə baxaq: 

İnsan müdaxiləsi olmadan malların və səhmlərin ticarəti sistemləri 

Kredit kartlarının verilməsi və saxtakarlıqların aşkarlanması üçün hazırlanan 
bankinq proqramı (Fair İsaac Corp) 

Axtarış motorları ( yaxud Google, Yahoo, Яндех) 

AİBO kimi intellektual robotlar ( Asimo, Qrio) 


26 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin