Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
NOVRUZLU-AYTAC (1)

 
 
 
 


31 
II FƏSİL. BİLİKLƏR BAZASI ÜÇÜN İNFORMASİYA 
HAZIRLANMASININ NƏZƏRİ CƏHƏTLƏRİ 
2.1 Biliklər Bazasının strukturu
Biliklər Bazası strukturlaşdırılmış və strukturlaşdırılmamış biliklərin 
kompüterə daxil edilmə texnologiyasıdır. Bu terminin istifadəsi ilk bilik əsaslı sistem 
sayılan ekspert sisttemlərin yaradılması ilə əlaqədardır. İstənilən intellektual sistemin 
nüvəsini biliklər və qərar çıxarma mexanizmi təşkil edir. Bu iki komponent 
intellektual sistemlərin əsas xarakteristikalarını müəyyən edir. Özü öyrədən sistemlər, 
yəni biliklər hasil etmək və bazanı genişləndirmək, dəyişən situasiyalara uyğun 
olaraq biliklərdə düzəliş etmək qabiliyyəti nümayiş etdirir. Hər bir ekspert sistemin 
uğurlu olması xarici bilik toplamanın son dərəcədə dəqiq və düzgün yerinə 
yetirilməsindənasılıdır. Bəs biliklər bazasının təşkil olunduğu bilik nədir?
Bilik - həll olunan predmet sahəsi ilə əlaqədər problemin nəzəri və praktiki 
olaraq dərk edilmiş formasıdır. Biliklər predmet sahəsi ilə əlaqədar verilənlər və 
faktlardan təşkil olunur. Verilən, informasiya və əvvəkli təcrübələr birlikdə bilik 
adlanır. İntellektin göstəricisi olan bilik yüksək keyfiyyətli və xüsusi olmalıdır. 
Istifadə olunacaq biliklər elə strukturlaşdırılmalıdır ki, sistem bunun əsasında məntiqi 
nəticə çıxara bilsin. Biliklər bazasının vəzifəsi təşkil etdiyi sistemin altsistemlərindən 
biri olmaqdır. Yəni, hər sistem hökmən müəyyən biliklər qəbul etməli olduğu üçün 
daxil olan biliklər sistemdə bir yerdə toplanmalı və lazım gəldiyi anda müraciətə 
uyğun olaraq çıxarılmalıdırlar. Təsəvvür edək ki, qurulmalı olan baza boş bir 
dəftərdir, yəni sadəcə struktur cəhətdən mövcuddur. Buraya biz bilik adlandırdığımız 
məlumatları daxil edərək nəticədə biliklərlə doldurulmuş bir baza - biliklər bazası 
alırıq. Və istənilən zaman bu bazada informasiya axınını idarə edə, yəni həm yeni 
informasiya daxil edə, həm də lazımsız informasiyaları xaric edə bilərik.


32 
İlk bilik bazasına sahib sistemlərdə mövcud verilənlər bazasının tərsi olan 
verilənlərə ehtiyac var idi. Ekspert sistemlər strukturlaşdırılmış verilənlər tələb edirlər 
ki, bunlar da sadəcə sütunlardan və nömrələrdən ibarət cədvəllər deyil, əlavə 
obyektlərə sahib olan digər göstəricilərdən ibarət olmalıdırlar. Təqdim olunmuş ən 
ideal bilik bazası sinif, altsinif və hallardan ibarət olan obyekt modelidir. Bilik bazası 
üçün gerçək faktlarla qurulmaq vacib olduğu halda, verilənlər bazası ümumi biliyin 
saxlanması ilə deyil, minlərlə fərqli məlumatı əks etdirən ayrı-ayrı cədvəllərdən təşkil 
olunmuşdur. Hər bir bilik-bazalı sistem (knowledge-based system) elə bilik 
bazasından təşkil olunmuşdur ki, həmin baza həqiqi faktlardan, qaydalardan ibarət 
olsun. Bu sistemlərinin digərlərindən əsas fərqi informasiya və verilənin yox, biliyin 
emalının əsas götürülməsidir. Bazanın doldurulması üçün lazım olan ekspertdən 
alınmış biliklər faktlardan, anlayış və nəzəriyyələrdən, həmçinin evristik metodlar, 
prosedurlar və münasibətlərdən ibarətdir. Biliklər bazası xüsusi səhələr üzrə 
ixtisaslaşdırılmış məhdud imkanlı sistemlər sayılır. Bütün ekspert sistemlərdə bilik 
əldə etmə zamanı nəzarəti tələb olunan 3 əsas mövzu var. Birincisi, sahənin və 
həmin sahə biliklərinin sistemə uyğun olub olmadığını araşdırmaq lazımdır. İkincisi, 
proyekti həyata keçirmək üçün lazımi ekspertizisa qaynaqlarının tapılmalı və 
qiymətlənirilməlidir. Üçüncüsü isə, əgər bilik mənbəyi bir insandırsa, bilik çıxarmaq 
texnikasının və iştirakçılarının müəyyən edilməsidir. 
Biliklərə bir predmet sahəsinə aid problemlərin həlli kimi baxsaq, onları 
faktlara və evristikalara bölmək məqsədəuyğundur. Ekspert sistemlərin bilik bazası 
faktiki və eviristik biliklərin kombinasiyasından ibarətdir: 

Faktiki biliklər – baxılan predmet sahəsində mütəxəssis-ekspertlərin 
uzunmüddətli təcrübəsi əsasında topladığı biliklərə əsaslanır. Bilik 
mühəndisləri və alimlər tərəfindən geniş predmet oblastında qəbul olunmuş 
biliklərdir. 


33 

Evristik biliklər – predmet sahəsində artıq məlum olan halları ifadə edir. Onlar 
tətbiq etmə, dəqiq qərar vermə, təxmin etmə və qiymətləndirmə bacarığı ilə 
bağlı olan biliklərdir. 
Ekspert sistemlərin qurulmasında evristik biliklərdən istifadə olunması 
sistemin səmərəliliyinin yüksəldilməsində böyük rol oynayır. Ekspert sistemin 
tələbatı ödəməsinin əsas səbəbi onun bilik bazasında olan biliklərin tamlığı, 
doğruluğu və keyfiyyətindən asılıdır. 
İntellektual sistemlər layihələşdirilkən əsas vaxt bilik bazasının qurulmasına, 
yəni biliklərin yığılması, onların təqdim olunma modellərinin seçilməsi və struk-
turlaşdırılmasına, verilənlərlə doldurulub aktual vəziyyətdə saxlanmasına sərf edilir. 
Layihələşdirməyə və bilik bazasını reallaşdırmağa başlamamış mütəxəssislər həm 
bazanın və bütövlükdə intellektual sistemin yaradılması ilə bağlı olan məsələləri 
birlikdə həll etməlidirlər.İntellektual sistemin layihələşdirilməsinin ilk mərhələsində 
onun məqsədəuyğun olub-olmamağı əsaslandırılır. Daha sonra problem oblastında 
bazaya daxil ediləcək amillər dəqiqləşdirilir, bilik mənbələri aşkarlanır, bilik tipləri 
təyin edilir.Biliklərin strukturlaşdırılması üsulu və həll axtarışı metodu axtarılır. 
Sonra biliklər bazasının strukturu müəyyənləşdirilir və komponentlərinin qarşılıqlı 
fəaliyyəti qiymətləndirilməlidir. 
Bilik bazasının təşkili zamanı daxil olunacaq informasiya özü xüsusi faktlardan 
və daima dəyişmə ehtimalı olan informasiyanı ifadə edən verilənlərdən, dəyişməyə 
ehtiyacı olmayan bilik modelləri və qaydalardan ibarətdir. Bilik bazasının strukturu 
qaydalar bazası (QB) və verilənlər bazası (VB) adlananyarımstrukturlarından təşkil 
edilir. Verilənlər və faktoqrafik informasiyalar VB-da, həmin elementlər arasındakı 
əlaqələr və bilikləri aktivləşdirmə üsulları isə QB-da saxlanılır. Bilik bazasında 
predmet oblastına aid biliklərlə birlikdə sistemin dünya modeli və istifadəçi barədə 
bilik tipləri də saxlanılır. Bu biliklərin bəziləriqaydalar bazasının bir bloku olaraq, 
bəziləri isə verilənlər bazasında saxlanılır. Biliklərin harda saxlanması problem 
oblastının xüsusiyyətindən və biliklərin təqdimolunma üsulundan asılıdır. Biliklərin 


34 
istifadə olunması ilə nəticə çıxarmaq vasitəsi dedikdə idaraetmə strategiyası başa 
düşülür. Daha aydın şəkildə desək, idarəetmə strategiyası – qəbul olunmuş sistem 
üçün qərar çıxarma mexanizmi çərçivəsində həyata keçirilən müxtəlif idarəetmə 
formalarının toplusudur. Burada nəticəçıxarma mexanizmi reallaşdırılarkən 
əməliyyatlar ardıcıllığı müəyyənləşdirilir.
Səmərəli axtarış strategiyası elə bir strategiyadır ki, məsələ həll olunarkən 
ardıcıllıqla keçdiyi bütün mərhələlərdə biliklər bazasının daxilindəki informasiyanın 
sadəcə ehtiyac olan hissəsini araşdırır. Yəni bu zaman heç də bazaya daxil olan bütün 
məlumatları araşdırılmasına ehtiyac qalmır. Əgər sistemin bilik bazası düzgün 
strukturlaşdırılarsa, problemin həlli zamanı önəmli olan biliklərin axtarılması və qeyd 
olunması daha da asanlaşar, əks halda, bu çox uzun vaxt itkisinə səbəb ola bilər. 
Uyğun sahədə bilik bazası qurulmazdan öncə lazım olan bilik tiplərinə aşağıdakılar 
aiddir: 

Predmet sahəsi ilə bağlı nəzəriyyələr; 

Problem sahəsilə əlaqədar qaydalar və prosedurlar; 

Problem vəziyyətində nə ediləcəyini göstərən qaydalar ( evristik); 

Bu tip problemlərin həlli üçün qlobal strategiyalar; 

Metabiliklər ( biliklər haqqında biliklər); 

Problem sahəsinə aid faktlar və s.
Biliklər bazası termini bu bilik anbarını verilənlərdən ibarət geniş və ümumi 
istifadə olunan verilənlər bazasından ayırmaq üçün yaradılmışdır. 1970- ci illərdə 
praktiki olaraq bütün İnformasiya sistemlərində verilənlər iyerarxik və ya relyasiya 
verilənlər bazalarında saxlanılırdı. Informasiya texnologiyaları tarixində bu nöqtədə 
bilik bazası və verilən bazası fərq açıq aydın hiss olunurdu. Verilənlər Bazaları 
Sistemləri ilə Biliklər Bazaları Sistemlərinin bir çox ümumi prinsipləri var. 
Verilən&Bilik Mühəndisliyi böyük marağa səbəb olan bu iki sahə arasında fikir 
mübadiləsi və qarşılıqlı əlaqəni stimullaşdırır. Biliklərin çox vaxt verilənlərləeyni 
olduğu düşünülsə də, onların hər birinin özünəməxsus spesifik xüsusiyyətləri vardır. 


35 
Aşağıda qeyd olunacaq biliklərə aid ilk iki xüsusiyyət biliklərlə bərabər həm də 
verilənlərə aid olsalar da, qalan iki xüsusiyyətin verilənlərdə olması mümkün deyil. 
Ancaq verilənlər də öz növbəsində həm dəqiq həm də geniş və uzunmüddətli 
olmalıdırlar.
Biliklərin spesifik xüsusiyyətləri: 

daxili interpretasiya. 

strukturluluq. 

bağlılıq. 

aktivlik. 
Daxili interpretasiya dedikdə, informasiya vahidi ilə bərabər onunla bağlı olan sistem 
adlarının saxlanması nəzərdə tutulur.
Strukturluluq. Hər bir informasiya vahidi kiçik hissələrə bölünə daha kiçik vahidlər 
və ya birləşərək daha böyük vahidlər əmələ gətirə bilirlər. Bunun üçün həmin 
elementlər arasındakı münasibətləri bilmək lazımdır. Bu münasibətlər “bütöv-hissə”, 
“cins-növ” və “element-sinif” formasında ola bilər. 
Bağlılıq. Informasiya vahidləri arasında struktur, funksional, hal, səbəb, nəticə, 
anlayış kimi müxtəlif əlaqələr olur ki, bu əlaqələrin təmin olunması mümkün 
olmalıdır. 
Aktivlik. Komputer sistemlərində verilənlərin passivdirlər, onlar yalnız komandalara 
tərəfindən lazım olduqda aktivləşirlər. Ancaq intellektual sistemlər proqramın hər bir 
gedişini biliklər bazası tərəfindən aktivləşdirdiyinə görə, biliklər bazasının aktivliyi 
məqsədə çatmağı təmin edir və bu məqsədi həyata keçirmək imkanı yaradır. Yəni 
biliklər verilənlərdən fərqli olaraq sistemin bütün fəaliyyət müddətində aktiv olurlar.
Biliklər üç böyük qrupa bölünürlər. 


36 

Faktlar

Qaydalar

Metabiliklər
Faktlar dedikdə, VB və şəbəkə modellərinə aid olan faktiki biliklər nəzərdə 
tutulur. Qaydalar isə qərar qəbulu bilikləridir, “İf- then” yəni “əgər-onda” tipli 
məntiqi nəticə ilə bağlıdırlar. Metabiliklər isə biliklər bazasının idarə olunmasında və 
məntiqi çıxarışda istifadə edilən biliklər haqqında biliklərdir. Metabiliklərin 
yaradılması biliklərin və qaydaların çoxalaraq informasiyanın emalı vaxtı uzatması 
ilə bağlıdır. Predmet oblastına dair nisbətən yığcam formadadəqiq, məqsədyönlü, tam 
əhatə olunmuş və düşünülmüş axtarışa ehtiyac duyulması buna ehtiyac yaratdı. 
Biliklər müxtəlif cür təsnifləşdirilə bilər. Başqa bir təsnifata görə isə biliklər səthi 
və dərin ola bilirlər.

Səthi biliklər- predmet sahəsində hadisələr və faktlar arasındakı qarşılıqlı 
əlaqələr haqqında biliklərdir. Xüsusi hallarda istifadə olunan bu biliklər əsasən 
sistemin giriş-çıxış əlaqələrini əks etdirirlər. Buna görə də əgər-onda qaydaları 
ilə ideal formada təqdim oluna bilirlər. Ancaq bu biliklərin miqdarında sərhəd 
olduğu üçün istifadəçiyə az məlumat verir. Çətin vəziyyətlərdə izah tələb 
olunduğu üçün dərin biliklər səthi biliklərə nisbətən çox istifadə edilir.

Dərin biliklər- baş verən proseslərin strukturunu əks etdirən abstraksiyalar, 
anologiyalar, sxemlərdir. Bu biliklərgerçəklikləri izah edir və obyektin 
vəziyyətinin 
proqnozlaşdırılmasıüçün istifadə olunur. Dərin bilikləri 
sistemləşdirmək olduqca çətindir. Ancaq buna baxmayaraq sistemdə ən çox 
ehtiyac olunan biliklər də məhz bunlardır. 
Biliklərin mümkün olan digər klassifikasiyası isə belədir: 

predmet sahəsinə aid 

prosedur 


37 

konseptual 

struktur 
İlk qrup biliklərə konkret obyektlərin, gerçəkliyin və bunlaraaid elementlərin 
kəmiyyət və keyfiyyət xarakterli bilikləri aiddir. Prosedur bilikləri dedikdə, sistem 
tərəfindən yerinə yetirilən müxtəlif əməliyyatlar,metodlar, alqoritimlər və proqramlar 
başa düşülür. Üçüncü təsnifat növünə predmet sahəsindəki anlayışlar,terminlər, 
xassələr, anlayış əlaqələri toplusu daxildir. Struktur bilikləri isə predmet sahəsinin 
fərqli hissələrində qarşılıqlı əlaqə və mümkün ola biləcək quruluş haqqında 
biliklərdir. 
Bilik Bazalı Ekspert Sistemlərin yaradılmasında istifadə olunan dil və alətlər 3 
kateqoriyaya bölünür: 
1. Ümumi məqsədli proqramlaşdırma dilləri. Süni intellekt proyektləri 
adətən yüksək səviyyəli proqramlaşdırma dillərində həyata keçirilir. Bu 
yüksək səviyyəli dillər biliklərlə doldurulmuş obyektlər, ilkin 
dəyişikliklər, planlaşdırma və məntiq strategiyaları kimi xüsusiyyətlərə 
malik olmalıdırlar. Bundan əlavə, bu dillərin proqramlaşdırmanı çevik və 
asan formaya gətirmək üçün güclü abstraksiya mexanizmləri olmalıdır. 
Hal-hazırda ekspert sistemlərin freymləri süni intellekt tədqiqatçıları 
arasında məşhur olan LİSP və PROLOG kimi dillərin istifadəsi ilə 
yaradılır.
2. Ümumi məqsədli təsvir dilləri- Bilik mühəndisliyi üçün xüsusi olaraq 
yaradılan proqramlaşdırma dilləridir. Bu dillər hər hansı nəzarət s 
funksiyasını yerinə yetirməklə məhdudlaşmır, eyni zamanda törəmə-
formalaşma spektrini əhatə edən problemlərin həll olunmasını həyata 
keçirir. Bu dillərə misal olaraq SRL, RLL, KEE, OPS5, ROSİE, LOOPS 
və AGE dillərini göstərmək olar. 


38 
3. Domendən asılı olmayan Ekspert sistem freymləri. Bunlarxüsusi domen 
bilikləri əlavə edərək nəticəçıxarma mexanizminə malik olan sistemlərdir. 
Buraya həmçinin sistemin fəaliyyətini asanlaşdırmaq üçün bilik əldə etmə 
və izahat altsistemləri da daxildir. Bu sistemlərə EMYCİN, KAS, 
HEARSAY-III, EXPERT və KMS aiddir. 
Cədvəl 2.1. Bilik Bazalı Ekspert sistemlərdə dil və alətlər

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin