Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
• Ekspert sistemləri üçün bilik bazasının yaradılmasının nəzəri cəhətləri, biliklərin
təqdim olunmasının modelləri, həmçinin biliklər bazasının mahiyyəti və quruluşu
araşdırılaraq idarəetmənin yüksək formada yerinə yetirilməsini təmin edir.
• Ekspert sistemləri üçün yaradılan bilik bazasının iqtisadiyyatda, tibbdə, o
cümlədən digər perspektivli sahələrdə rolu və əhəmiyyəti müəyyən edilmişdir.
• Ekspert sistemlərinin praktiki olaraq müəssisələrdə tətbiq olunması işin
effektivliyini və ekspertizanın keyfiyyətini artırmaqla yanaşı, mütəxəssislərin
kvalifikiasiyasınının da yüksəlməsinə müsbət təsir göstərir.
• Tədqiqat işinin strukturu. Dissertasiya işi abreviatura, giriş, 3 fəsil, nəticə,
istifadə edilmiş ədəbiyyat siyahısı, annotasiyadan ibarət olmaqla kompüter yazısı
ilə 83 səhifədən ibarətdir. İstifadə olunmuş ədəbiyyat siyahısında azərbaycan, rus
və ingilis dillərində olan mənbələr, həmçinin məlumat əldə edilmiş internet
resursları göstərilmişdir.
6
I FƏSİL. EKSPERT SİSTEMLƏR VƏ ONLARIN LAYİHƏLƏNDİRİLMƏSİ
MƏRHƏLƏLƏRİ
1.1 . Süni intellektin tarixi və İntellektual Sistemlər
Süni intellekt - Sİ (Artificial İntellegence - Aİ) dedikdə, yaradılmış elə
sistemlər nəzərdə tutulur ki, insan məntiqini əvəz edə, insan zəkasına uyğun
məsələrin həllini və qərar qəbulunu həyata keçirə bilsin. Süni intellekt maşınların
nümayiş etdirdiyi intellektdir, insanın düşüncəsini analiz etmə qabiliyyətinə malikdir.
Onun yaranmasında riyaziyyat, linqvistika, kompüter elmləri, süni psixologiya
elmlərindən istifadə olunub. Süni intellektə əsaslanan qurğuların son dövrlərdə
yaranmasına baxmayaraq bu sistem hələ qədim zamanlardan meydana çıxmışdır. Bu
sistemlərin əsası sillogizm- nəticələr nəzəriyyəsinin əsasında Aristotel tərəfindən
qoyulmuş, daha sonralar bunun üzərindən 13-cü əsrdə məntiq aparatı yaradılmışdır.
Ümumi olaraq isə, müasir süni intellekt bir elm sahəsi olaraq yarım əsrlik tarixə
malikdir və bu anlayış 1956-cı ildə ABŞ-ın Stenford Universitetində Con Makkarti
tərəfindən işlədilmişdir. O LİSP proqramlaşdırma dilinin yaradıcısı olmaqla bərabər
ALGOL proqramlaşdırma dilinin hazırlanmasında da yaxından iştirak etmişdir. Eyni
dövrdə Nyuell və Saymon da bu sahədə öz elmi tədqiqat işlərini təqdim etmişlər.
Daha sonra Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq” ideyaları
diqqəti cəlb etmiş, bu sahədə elmi işləri çap olunmuşdur. Ümümilikdə isə Lütfi Zadə
elmdə və istehsalat sahəsində mühüm olan 6 əsas nəzəriyyənin banisidir. Dünya
elmində inqilab sayılan qeyri-səlis çoxluq nəzəriyyəsi ikili çoxluq anlayışına yeni
ifadə vermişdir. 1965-ci ildən sonra isə “Neyron Şəbəkələr”, “Təkamül prosesləri”,
“Qeyri səlis sistemlər” işlənib hazırlanmışdır. Süni intellekt bir elm kimi EHM-lərin
yaradılması ilə inkişaf etməyə başlamışdır. Bütün dövri ləngimələrə baxmayaraq, 20-
ci əsrin sonunda süni intellekt sahəsində bir sıra nailiyyətlər əldə edildi. Bu elmin
7
başlıca problemi elə maşınlar yaratmaqdır ki, onlar çətin vəziyyətdə insan kimi
mühakimə yürüdə bilsin, qeyri-müəyyənlik şəraitində qərar qəbul etməyi bacarsınlar.
Süni intellektin inkişafında əsas istiqamət qurğuların və cihazların xarici
intellektləşdirilməsi, verilənlər bazaları üçün bilik emal edən altsistemlərin
yaradılmasıdır. Süni intellekt bir elm sahəsi kimi qəbul olunduğu dövrdən başlayaraq
inkişafını 2 istiqamətdə apardı. Bu istiqamətlərdən biri neyrokibernetika idi. Onun da
əsasında elə bir ideya dayanırdı ki, o ideyaya görə öz-özünə düşünə bilən hər bir
qurğu insan beyninin quruluşuna bənzəməli idi. Bu neyronlara analoji yaranan
sistemlər də neyroşəbəkələr adlanırdı. 80-ci illərin ortalarında VI nəsil kompüterlər
yaradıldı və onlar da öz növbəsində neyrokompüterlər adlandırıldı. Onların əsas
vəzifəsi obraz tanıma idi. 70-ci ilin əvvəllərində riyazi-məntiq metodlari, onun
ardınca proqramlaşdırma dili olan PROLOG və nəhayət 70-ci ilin ortalarında
biliklərə əsaslanan ekspert sistemlər yaradıldı.
Süni intellektin əsas fərqləndirici cəhəti diqqətin biliyə yönəldilməsidir. Süni
intellekt tədqiqatında başlıca problem biliklərə əsaslanma, öz-özünü öyrətmə,
planlaşdırma, proqnozlaşdırma, təbii dildə bilik emal etməklə dialoq rejimində
manipulyasiyanı həyata keçirməkdir və buraya statistik metod, hesablama intellekti,
ənənəvi simvol intellekti, riyazi optimallaşdırma, logistika kimi yanaşmalar daxildir.
İnsandan fərqli olaraq maşınlar intellekti modellər yox, qayda və məlumatlar toplusu
kimi qəbul edir, həmçinin insanların informasiyanı yadda saxlaması və geri çağırması
modellərlə həyata keçirilirsə, maşınlarda bunu alqoritmlər yerinə yetirir. İnformasiya
mütəxəssisləri iddia edir ki, 2025-ci ilə qədər paralel olaraq fəaliyyət göstərən
neyronların hesablama gücü saniyədə 10 kvadrilyona (1.000.000.000.000.000 = 10
15
)
bərabər olacaq.
Süni intellektin tətbiq olunduğu sahələrdən danışarkən qeyd etməliyik ki,
hüquq, maliyyə, istehsalat, təhsil, tibb sahələrində müxtəlif texnologiyalardan istifadə
olunur. Günümüzdə bunlardan ən məşhuru tibb sahəsində istifadə olunan İBM
Watson texnologiyasıdır. Ondan əlavə təhsil sahəsində Mint və Turbo Tax kimi
8
proqram paketlərini də misal göstərmək olar. Ötən əsrin 80-ci illərindən etibarən süni
intellekt artıq kommersiyalaşdırılmağa başlayıb. Hər il bu sahəyə ayrılan kapital
qoyuluşları daha da artır, bunun nəticəsində ekspert sistemlər kimi özü öyrənən
sistemlərə tələbat artır. 1985-ci ildən başlayaraq ayrı-ayrı ölkələrin bu sahədəki
xərclərinə nəzər salsaq, siyahının ilklərində ABŞ, Qərbi Avropa və Yaponiyanı
görərik ki, bu xərc də ümumi 350 milyon dollar təşkil etmişdir. 90-cı illərdə süni
inellektin inkişafı sahəsində faiz nisbəti əvvəlki illərdəki kimi qalmış, lakin xərclərdə
artım baş verərək, 12 milyard dollara bərabər olmuşdur. Həmin illərdə əldə olunan
gəlirlər xərcləri 2 dəfə üstələmiş, təkcə ABŞ-da əvvəl 875 milyon, daha sonra isə 1
milyarda çatmışdır və bu göstərici hər ötən il 30 faiz artımla qeydə alınmışdır. Hal-
hazırda Yaponiyanın avtomatlaşdırılmış sənaye sahələrinin hər 10 min işçisinə düşən
robot
sayı
1414-dür.
Beynəlxalq
Məlumatın
Prosesdən
Keçirilmə
Federasiyasının(İFİP) rəhbəri Michael Hincheyə görə, süni intellekt maşın insanın
ciddi şəkildə düşünüb qərar verməsini əvəz etməlidir və bu əvvəlcədən
proqramlaşdırılmış bir iş olmamalıdır.
Müasir informasiya sistemlərinin əsasını məhz süni intellekt, və eyni zamanda
bunun bir hissəsi kimi çıxış edən İntelektual sistemlər təşkil edir. Hal-hazırda
intellektual sistemlər süni intellektin 2 istiqamətin- Hard Computing və Soft
Computing-in sintezi kimi inkişaf edir. Bütün ənənəvi süni intellekt Hard
Computingə əsaslanıb. Burada ağır hesablamalar həyata keçirilir ki, bunlar da əsasən
istehsal və idarəetmə sferalarında istifadə olunur, lakin qeyri- müəyyənlik və qeyri
dəqiqlik bu istiqamətin maşın intellekti səviyyəsinin- MİQ ( Machine İntelligence
Quotient) artırılmasını tələb edir. Soft Computing dedikdə , “yumşaq hesablamalar”
nəzərdə tutulur ki, bu da süni intellektin altıncı mərhələsində, Lütfi Zadə tərəfindən
1994-cü ildə ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir. Burada Hard Computingdən
fərqli olaraq, qeyri-müəyyənlik vəziyyətində effektiv hesablamalar aparmaq
mümkündür. Buna görə də indiki dövrdə Soft Computing üzərində daha böyük işlər
görülür.
9
İntellektual sistemlər süni intellektin bir hissəsi olmaqla bərabər, onunla
paralel inkişaf edir. İntellektual sistemlər – Biliklər bazasına əsaslanan, nüvəsini
biliklər təşkil edən, təbii dilə yaxın olan yüksək dil səviyyəsində (biliklərin təqdim
olanma dili) işləmə bacarığına malik olan sistemlərdir. İntellektual sistemlər dedikdə
ilk ağla gələn ekspert sistemlər və neyron şəbəkələrdir ki, bunlar da verilənlərlər
bazalarına müraciəti və manipulyasını olduqca asanlaşdırır. Bu sistemlərin əsas
vazifəsi məntiqi emalın hesablamadan üstün olduğu məsələlərin həllidir.
Zaman keçdikcə süni intellektə əsaslanan ekspert sistemlər və neyron
şəbəkələrin tətbiqi artmaqla yanaşı, həm də məhsuldarlıq da artır və eyni zamanda
çətin məsəslərin həlli daha da asanlaşır. İntellektual sistemlərin əsasən istifadə
olunduğu sahələrə nəzər salsaq, ilk sıralarda istehsal sahəsini görərik ki, onun da
idarə edilməsi, planlaşdırılması və proqnozlaşdırılması bilavasitə bu sistemlərin
üzərinə düşür. Bundan əlavə marketinq, menecment, ticarət, bank kimi sahələrdə da
idarənin özəyini süni intellektə əsaslanan sistemlər təşkil edir. İntellektual sistemlər
əsasında bir sıra proqram paketləri hazırlanmış və istifadəçilərə təqdim olunmuşdur
ki, bunlara misal olaraq PRİZ, SPORA, MAVR proqram paketlərini göstərmək olar.
PRİZ UTOPİST dilində yazıldığı halda, onun kimi işləyən SPORA DEKART dilində
yazılmışdır. Bu paketlərlə işləmək üçün hər bir istifadəçi ilk növbədə
proqramlaşdırılan dili öyrənməli idi. Lakin sonralar hər iki sistemdə proqramçının işi
avtomatlaşdırılaraq, qeyri-prosedur dillərindən istifadə etməklə tərtib olundu. MAVR
proqramında isə modelin qurulması elə əvvəlcədən avtomatlaşdırılmışdı. Bu o
deməkdir ki, riyazi model avtomatik qurulurdu və layihələndirmə ilə məşğul olan
istifadəçi sistemi öz dilində təsvir edə bilir, sadə menyudan istifadə edərək dialoq
rejimində işləyə bilirdi. İntellektual proqram paketləri monosistemdir, yəni bu
sistemlərlə iş zamanı biliklərdən istifadə edərək, məhdud sayda məsələ həll olunur,
həmçinin ümümi məsələlər mütəxəssislər və altsistemlər arasında bölüşdürülmüş
olur. Müasir intellektual proqram paketlərindən danışarkən qeyd etmək lazımdır ki,
bu paketlərdən istifadə edərkən proqramlaşdırma proseslərinə müdaxilə etməyə
ehtiyac olmur, yəni proqramlaşdırmanı planlaşdırıcı-proqramlar həyata keçirir.
10
İntellektual sistemlər iqtisadi məsələlərin həllində testetmə, diaqnostika, məsləhət
vermək üçün istifadə olunur. Bu sistemlər ekspertlə, bilik üzrə mühəndislə, biliklər
bazaları və xüsusi proqram paketləri ilə daim əlaqədə olur.
Müasir informasiya texnologiyalarına əsaslanan süni intellekt bir neçə
intellektual sistemi özündə birləşdirir. Bu sistemlərdən birində mütəxəssis olmayan
istifadəçilər peşə dilində işləyirlər, bu da təbii dilə olduqca yaxındır. Bu sistemlər
İntellektual informasiya axtarış sistemləridir. Digər bir növündə tətbiqi proqramlar və
riyazi metodlardan istifadə olunur. Son istifadəçilərin dialoq rejimində fəaliyyət
göstərdikləri bu sistem Hesablama-məntiq sistemləri adlanır. Sonuncu süni intellektə
əsaslanan sistemlər - Ekspert sistemlərdə məntiqi-linqvistik modellərdən istifadə
olunur. Süni intellektin ən geniş yayılmış bu sistemi intellektual sistemlər arasında
əsas yeri tutur.
Süni intellektin indiki dövrdə bütün dünyada avtomatik proqramlaşdırma,
neyron şəbəkələr, təbii dilin emalı, modelin və nitqin tanınması, ekspert sistemlər
kimi geniş əhatəsi var. Sİ mövcud proqramlara daha mürəkkəb məlumatların təhlil
olunması xüsusiyyətlərini əlavə edir. O köməkçi maşınların yardımı ilə problemin
həllini insan zəkasına uyğun olaraq düşünən bir elm sahəsidir. Intellektual sistemlər
həqiqətən də, insanın intellektinin xüsusiyyətlərini kompyuter alqoritmləri ilə sintez
etmək bacarığına malikdir. Süni intellekt texnologiyasına ekspert sistemlər, təbii
dildə emal sistemləri, robototexnika, nitqin anlaşılması və səsyazmaların tanınması
texnologiyası, neyron hesablamalar, avtomatik proqramlaşdırma daxildir. Bu
texnologiyalar içərisində əsas istiqamətlər aşağıdakılardır:
Ekspert sistemlər
Genetik alqoritmlər
Neyron şəbəkələr
Qeyri-səlis məntiq
İntellektual agentlər
11
Son dövrlərdə “ Google”, “Amazon”, “Microsoft”, “Apple”, “Facebook”
və “İBM” kimi qabaqcıl şirkətlər süni intellekt məsələləri üzrə əməkdaşlıq etməyə
başlayıblar. Onlar güclərini birləşdirərək ortaq təşkilat yaratmaq niyyətindədirlər.
Hansı ki, bu təşkilat süni intellektin istifadə olunmasi və tətbiq xarasteriskalarının
araşdırılması üzərində işləyəcəklər. Süni intellektin belə sürətlə inkişaf etdirilməsində
əsas məqsəd onun dünyanı transformasiya etmək bacarığına malik olmasıdır. Süni
intellektin inkişaf etdirilməsi dedikdə, yeni işlənmə texnologiyası nəzərdə tutulur. Bu
obraz tanınması, təbii dildə dialoq rejimi, ES-lər, intellektual sistemlərin, həmçinin
proqram əlavələrinin hazırlanması texnologiyasıdır, o həm də proqramlaşdırmaya
unikal yəni birmənalı yanaşma sayılır.
Aşağıda qurulmuş cədvəldə süni intellektin əsas tədqiqat istiqamətlərinin klassik
strukturu göstərilmişdir :
12
Sxem 1.1 . Süni intellektin əsas tədqiqat istiqamətləri
Dostları ilə paylaş: |