Novruzlu Aytac Bahəddin qızı “ Ekspert sistemləri üçün bilik bazasının hazırlanması”



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix25.11.2022
ölçüsü1,36 Mb.
#70437
1   2   3   4   5   6   7   8   9   ...   20
NOVRUZLU-AYTAC (1)

Sistemlər 
İntellektual İAS 
İntellektual TPP 
Hesabi-məntiqi 
Ekspert 
və b. 
Süni intellekt 

Yaradıcı 
proseslərin 
müxtəlif 
funksiyalarının 
modelləşdirilməs


Robotların 
məqsədyönlü 
davranışı 

Kompüterin 
daxili 
intellektləşdiril-
məsi 

Kompüterin 
xarici 
intellektləşdiril-
məsi 
Planlaşdırma 
AİS 
Layihələndirmə 
AİS 
Elmi 
tədqiqatlar 
Qavrama və 
operativ 
idarəetmə 
İntellektual 
sensorlar 
Layihəçi və/və ya 
isstifadəçi 
Biliklər Bazası 
Predmet sahəsi və 
xarici mühit 
İkiölçülü xarici 
mühit 
Sensorlar 
Situasiya bilikləri 
Biliklər bazası və 
xarici mühitin real 
vaxt rejimində 
modeli 
Məlum 
biliklər 
BB və predmet 
sahəsinin modelləri 


13 
 1.2. Ekspert sistemlərintəyinatı, əsas anlayışları, təsnifatı 
Süni intellekt sahəsində yaradılmış ən mükəmməl intellektual sistemlərdən 
danışarkən ilk növbədə ekspert sistemlərin adı çəkilir. 1970-ci illərdə süni intellekt
mütəxəssisləri belə qərara gəldilər ki, proqramı intellektuallaşdırmaq üçün ona xüsusi 
biliklər əlavə etməyə ehtiyac var, hansı ki bu biliklər də yüksək keyfiyyətli 
olmalıdırlar. Bunun nəticəsində ekspert sistemlər adlandırılan ekspert funksiyası 
yerinə yetirməyə yönəlmiş yeni proqramlar hazırlandı. Süni intellekt sahəsinin əsas 
uğuru sayılan bu sistemlər 70-ci illərdə yaranmış olsalar da , inkişafı 1980-ci ildən 
sonra mümkün olmuşdur. Ekspert sistemlərin “atası” Stenford Eviristik 
Proqramlaşdırma Proyektinin yaradıcısı olan Edvard Feigenbaum sayılır, onun 
davamçıları isə R.Davis, B.Buchanandır.
Bu sistemlərin yaradılması ekspertlər və bilik üzrə mühəndislər tərəfindən 
həyata keçirilsə də, son nəticədə ekspertlərdən daha yaxşı işləmək qabiliyyətinə nail 
olurlar. Buna səbəb ekspertlərin ixtisas sahəsinin dar olması göstərilir.Ekspert 
sistemlərin hazırlanması ilə bilik mühəndisləri məşğul olur, onlar da öz növbəsində 
bir və ya bir neçə ekspertlə əlaqə yarada bilirlər. Bilik mühəndisinə ekspert sistemi 
qurarkən məsələlərin həlli üçün prosedur, strategiya, emprik biliklər lazım olur ki, 
bunu da ekspert vasitəsilə əldə edir. Ekspertlərin özlərinəməxsus vəzifələri olur ki, bu 
vəzifələrin icrası onların əqli bacarıqlarından birbaşa asılıdır. Izah edə bilmə, 
öyrənmə, fikrini düzgün ifadə edə bilmə, araşdırma, uyğunlaşdırma, əldə etdiyi 
məlumatları yadda saxlama və s. kimi xüsusiyyətlər ekspertə aid olduğu kimi, onun 
qurduğu sistem də bu tələbləri ödəməlidir. 
Ekspert sistemlər dedikdə, elə sistemlər başa düşülür ki, onlar insan biliyindən 
istifadə edir, həmçinin ekspert biliyini imitasiya edir və bütün səviyyə 
istifadəçilərinə, o cümlədən az kvalifikasiyalı mütəxəssislərə qərar qəbulunda kömək 
edir. Ekspert sistemlər haqqında demək olar ki, onların hər biri biliklərə əsaslanır və 
süni intellekt sistemlərinin bir növüdür. Biliklərə əsaslanan və süni intellekt sistemləri 


14 
ilə müqayisədə tək fərq ekspert sistemlərin daha konkret olmasındadır. Ancaq bütün 
bunlara baxmayaraq, 85 faiz biliklərə əsaslanan intellektual sistemləri ekspert sistemi 
adlandırmaq mümkündür. 
Sxem 1.2. Ekspertlərin vəzifələri 
Ekspert sistemlərin təşkil olunduğu biliklər ekspertdən alınmış biliklərdir və 
bu sistemlər ekspertin qərar qəbul etmə bacarığını təqlid edən kompüter sistemləridir. 
Ekspert sistemlər mühakimə yolu ilə biliklərdən istifadə edərək kompleks problemləri 
həll edən və nəticəçıxarma mexanizminə malik olan mükəmməl sistemlərdir. 
Intellektual sistemlərin bu növü biliklərə əsaslanaraq problemli vəziyyətdə məsələnin 
həlli üçün emprik qaydalardan istifadə ilə manipulyasını həyata keçirir, hətta öz 
səhvlərini düzəldə bilir. Yığılan və uzun müddət ərzində saxlanılan böyük həcmli 
biliklərin istifadəsi ilə həll olunan məsələlərdə səhvlərin olma ehtimalı olduqca 
aşağıdır. Ekspert sistemlər elə qurulmuşdur ki, qeyri-müəyyənlik şəraitində qeyri-
səlis informasiya axını zamanı da dəstək xidməti göstərə bilsinlər. 
Ekspert sistemlər verilənlər və biliklərin inteqrasiyası şəklində inkişaf 
etdirilir. Onlar biliklərə əsaslanan şəkildə qurulmuş ilk kommersiya sistemləridir. 
Fərdi EHM-lərlə əlaqədar olan ekspert sistemlər maşınların reallaşdırdığı intellektual 
Ekspertlərin vəzifələri
Layihələndirmə
Diaqnostika
İdarəetmə
Planlaşdırma
İnterpretasiya
Monitorinq
Dispetçerləmə
Proqnozlaşdırma 


15 
funksiyanın insan intellektinə adekvat olmasına ən gözəl nümunədir. Ümumilikdə isə, 
ekspert sistemlərin işləmə mexanizmini belə ifadə etmək olar: məsələni həll etməyə 
yönəlmiş hər hansı bir istifadəçi istifadəçi interfeysinin köməyilə ekspert sistemə 
lazımi sorğunu göndərir və bunun qarşılığında həmin sistem bilik bazasında yığılmış 
biliklərdən istifadə edərək məsəslənin həlli üçün uyğun məsləhətləri izahat altsistemi 
vasitəsilə istifadəçiyə çatdırır. Işin bu qədər sadə olmağı məsələni həll etməyə çalışan 
istifadəçiyə imkan verir ki, o mütəxəssis olmasa belə bu problemin öhdəsindən gələ 
bilsin. Lakin sifarişçi heç də həmişə öz istəklərini sistemdə tam olaraq ifadə edə 
bilmir. Bunun nəticəsində də ekspert sistemlərin fəaliyyətində əngəllərin meydana 
çıxması qaçınılmaz hal alır. 
Ekspert sistemlər elə insan-maşın kompleksidir ki, onlar müəyyən sahəyə 
uyğun professional göstəricilərə əsaslanaraq daxili məntiq vasitəsilə baxılan 
problemin həllini təmin etməyə malikdir. Ekspert sistemləri izahlar altsistemindən 
ibarət olması onu digər insan-maşın sistemlərdən fərqləndirən əsas cəhətidir. Hansı 
ki, istifadəçiyə məsələnin həlli zamanı “niyə” və “nə üçün” suallarına cavab verməklə 
qərarın verilməsində yardımçı olmasıdır.
Hər bir ekspert sistem məntiqi-linqvistik modellər əsasında qurulmuşdur. İndi 
isə özümüzə belə bir sual verək və onu əsaslı olaraq cavablandıraq. Nə üçün insan 
biliyini kompüterlə əvəzləşdirməyə ehtiyac duyuruq? Ekspert sistemlər həqiqətən mi 
insan kimi qərar qəbul etmə potensialına malikdir?
Bu suallara cavab verə bilmək üçün ilk növbədə insanla ekspert sistemlərini 
müqayisə etmək lazım gəlir. Bəli, hər şeyin əvvəlində düşünürük ki, ekspert 
sistemlərin yaradıcıları insanlardır və onlar insanlardan daha yaxşı qərar qəbul edə 
bilməz. Ancaq nəzərə almalıyıq ki, kompüter proqramları heç bir məsələyə insan 
kimi psixoloji yanaşmır, yəni onlar problemin qoyuluşunu əsas götürürlər və ətraf 
aləmdən hər hansı emosinoal hissin qəbuluna qapalıdırlar. Həmçinin, asan ötürülən, 
daha dayanıqlı, sənədləşdiriləbilən və olduqca asan sabitləşmə kimi xüsusiyyətlərə 
malikdirlər. Lakin heç də o demək deyil ki, ekspert sistemlər insanlarsız fəaliyyət 


16 
göstərə bilərlər. Elə sahələr var ki, orada insan düşüncəsi və qabilliyəti ekspert 
sistemləri ötür. Bunlara misal olaraq yaradıcılıq və öyrənmə sahələrini göstərmək 
olar. 
Ekspert sistemlərlə yaxından tanış olmaq üçün onun əsas anlayışlarını bilmək 
zəruridir. Adı çəkilən sistemlərdə ekspertizanı bilik üzrə mühəndisə biliklərin 
çıxarılması, strategiya və proseduralar haqqında məlumat verən ekspert aparır. 
Bundan əlavə ekspert sistemlərin qurulması zamanı biliklər üzrə mühəndis, 
proqramçı və istifadəçi iştirak etməlidir. Ekspertlər aşağıdakı əqli aktivliklərlə 
fərqlənir:
Sxem 1.3. Ekspertlərin əqli aktivlikləri 
Akkumliyasiya, o cümlədən analiz və sintez və bilikləri qavrama ekspert 
sistemlərinin özlərinin realizə etməsi ilə həyata keçirilir. Problem aşkarlayan isə 
ekspert və ya mühəndisin özüdür. Lakin düzgün qərar qəbulu kimi bunu da dialoq 
rejimi vasitəsilə bu məsələni də sistemin özünə ötürmək mümkündür. Ekspert 
sistemlərin izahetmə altsistemi vasitəsilə mühakimələri izah etmə əməliyyatə həyata 
keçirilir. Istifadəçilər və ekspertlər arasında qarşılıqlı əlaqə yaratmaqla bilik 
toplamanı genişləndirmək olur. 
Ekspertlərin əqli aktivlikləri
Akkumliyasiya
Analiz və sintez
Bilikləri qavrama 
Problem aşkarlama 
Düzgün qərar qəbulu 
Mühakimələri izah etmə 
Qarşılıqlı bilik toplama 
Yenidən konstruksiya 


17 
Ekspert sistem texnologiyasının bir neçə tərkib hissəsi var: 

Ekspert sistemlərin inkişaf mühiti – Buraya əsas aparat və alətlər aiddir. 

İşçi stansiyalar, minikompüterlər, meynfreymlər 

Yüksək səviyyəli Simvolik Proqramlaşdırma Dilləri (LİSP, PROLOG) 

İnstrumentlər (alətlər) – Sistemin qurulması üçün lazım olan maliyyə və əmək 
resurslarına qənaət vasitələridir. 

Güclü redaktorlar və xətaları ayırd edən multi-pəncərələr 

Sürətli prototip təminatı
o Modelləşdirmə, bilik əldə etmə və nəticəçıxarmanın daxili anlayışları 

Örtüklər –bilik bazası olmayan ekspert sistemlərdir. İstifadəçiləri bilik əldə 
etmə, nəticəçıxarma mexanizmi, istifadəçi interfeysi və izahat altsistemi ilə 
təmin edir.

Java Ekspert Sistem Örtüyü 
o Vidwan örtüyü 
Ekspert sistemlərin instrumental alətləri və örtükləri onun əsas komponentlərini 
özündə saxlayan proqram inkişaf mühitidir. Ekspert sistemlərin əsas komponentlərini 
nəzərdən keçirək. 


18 
Sxem 1.4. Ekspert sistemlərin komponentləri 

Biliklər Bazası – faktiki və emprik biliklərlə doldurulmuş “anbar”dır. Proqram 
mühiti haqqında bilikləri ifadə etmək üçün bir və ya bir neçə bilik daxil olan 
sxemdən ibarətdir. İf- Then (Əgər- Onda) qaydası və obyektlərlə işləyən 
altsistem ilə qarşılıqlı əlaqədə olur. PROLOG-da bilik məntiqi hesabatlar 
formasında iştirak edir.

Nəticəçıxarma mexanizmi – Biliklər bazasında problemin həlli üzrə nəticənin 
əldə edilməsində simvolik informasiya və biliyin manipulyasiyası üçün çıxarış 
mexanizmidir. 

Biliklərin əldə edilməsi altsistemi – Bilik mühəndislərinə bilik bazasını 
qurmaqda kömək edən altsistemdir. Problemin həlli və bilik bazasının 
qurulması üçün lazım olan biliyin toplanması ekspert sistemlərin 
yaradılmasında hələ də ən çətin məsələ olaraq qalmaqdadır. 
Ekspert sistemlərin komponentləri 
Biliklər Bazası 
Nəticəçıxarma 
mexanizmi 
Bilik əldə etmə 
altsistemi 
İzahat altsistemi 
İstifadəçi interfeysi 
Ekspert 
Bilik mühəndisi
Aparat 
İstifadəçi 


19 

Izahat altsistemi – Sistemin fəaliyyətini izah edən altsistemdir. Izahat son və 
aralıq həllərdən lazım olan məlumata necə gəldiyini şərh edə bilər. 

Istifadəçi interfeysi – İstifadəçilərlə ünsiyyət mənası verir. Əslində bu ekspert 
sistemlərin texnologiyasının bir hissəsi deyil, əvvəllər buna elə də çox diqqət 
yetirilməyib.
 Sahə eksperti – predmet sahəsi üzrə mütəxəssis 
 Bilik mühəndisi – bilik əldə edən və sistemi quran şəxs 
 Istifadəçi – konsultasiya üçün maşından istifadə edən qeyri-ekspert 
 Aparat – ekspert sistemləri dəstəkləmək üçün vasitə
Ekspert sistemlərin işləmə prinsipini öyrənmək üçün tərkib hissələrinə diqqət 
yetirək. Biliklərin əldə edilməsi digər funksiyalarla nisbətdə daha mürəkkəbdir. O 
ekspertlerdən alınan müəyyən qaydalara əsaslanan informasiyalarla doludur. Daxil 
edilən informasiya nə qədər dəqiq və düzgün olarsa ekspert sistemin işləməsi də bir o 
qədər dəqiqləşər. Bunun üçün istifadəçinin ətraf mühitdəki informasiyanı tanıma və 
təsvir etmə qabiliyyəti yüksək olmalıdır. Bilik bazasının formalaşdırılması üçün 
toplanan hər bir bilik sayılan informasiya sistemdə saxlanmalı və dəyişməsi mümkün 
olmalıdır. Əməliyyat bilikləri həm qayda, həm də alqoritm şəklində saxlana bildiyi 
halda, deklarativ biliklər sadəcə cədvəl və semantik şəbəkə formasında saxlana bilər. 
Biliklərin sistemdə saxlanması yerinə yetirildikdən sonra artıq sistem məsələnin həlli 
üçün hazır formaya gətirilmiş sayılır. Sonrakı prosesdə proqram vasitələri və 
problemin həllinə dair məntiqi çıxarış maşınına ehtiyac yaranır. Izahat altsistemində 
sorğulara cavab verməyə çalışan sistem istifadəçi interfeysi vasitəsilə dialoq 
rejimində məlumatları istifadəçiyə ötürür.
Bilik dəqiqləşdirilmiş, formallaşdırılmış və alqoritmik kompüter proqramı 
kimi çıxış etdikdə müəyyən bir sahə üzrə problemin həllində eviristik olan biliklərə 
nisbətən daha lazımlı olur. Ekspertdən biliyin çıxarılması və onun proqram üçün 
hazırlanması bilik əldə etmə adlanır. Hər bir ekspert sistem hökmən şəffaf olmalıdır. 
Bu o deməkdir ki sistem həm qurucusu, həm də istifadəçisi tərəfindən başadüşülən, 


20 
anlaşıqlı olmalıdır. Ekspert sistemin digər bir xarakteristikası özünü necə 
göstərməsidir. Bu da proqrama daxil olunan biliyin kəmiyyətindən və keyfiyyətindən 
asılıdır. Ekspert sistem yüksək səviyyədə ixtisaslaşdırılmış və aydın ifadə olunmuş 
səhə biliklərinə malik olmalıdır. 
Bilik əldə etmə problemin həlli təcrübəsində bəzi bilik mənbələrindən biliyin 
çıxarılması və kompüter dilinə tərcümə olunmasıdır. Bilik mənbəyi dedikdə, 
ekspertlər, dərslik və məlumat bazaları, həmçinin şəxsi təcrübələr nəzərdə tutulur. 
Bilik üzrə mühəndisin işi ekspertə sistem qurmaqda kömək etməkdir. Bilik
mühəndisinin uyğun sahədə məlumatı ekspertdən az olduğuna görə sistem 
yaradılması dövründə onlar daimi ünsiyyət rejimində olurlar. Ekspertin işlənilən 
sahədə problemin həlli üçün istifadə etdiyi lüğət bəzən yetərsiz qalır. Proqramçı 
ekspertin biliyini məntiqi mexanizmindən ayırmadan koda çevirir və nəticədə özü bir 
ekspertə çevrilir. Bu böyük səy və ayıqlıq tələb edir, həmçinin tez-tez yenilənmə baş 
verdiyi zaman problem həlli üçün lazım olan biliyin tutarlı formada saxlanması qeyri-
mümkündür . 
Beləliklə, ekspert sistemlər qaydalar interpretatoru və işçi yaddaş olaraq 
bilinən faktlar və istehsal toplusuna malik olan bir sistem analoqudur. Onlar həm 
alqoritmik dildə yazılmış proqramdır, həm də qeyri-alqoritmik formada olan bilikləri, 
faktları, qaydaları saxlayan xüsusi avtomatdır. Əksər ekspert sistemlərin ortaq 
cəhətləri vardır: Bilik İf-Then qaydasına uyğun olaraq qəbul edilir, bəzən bu freym 
formasında da ola bilər. Nəticəçıxarma irəliyə zəncirləmə və geriyə zəncirləmə 
metodlarına əsasən həyata keçirilir. Və bir çox sistemlərdə tətbiqi proqramların 
nəticəsinə uyğun izahatlar yerləşən hissə olur.
Əgər, klassik EHM istifadəçiləri əvvəl məsələnin həll alqoritmini tapmalı, sonra 
ona uyğun proqram yazmalı və onu EHM-ə daxil etməli idilərsə, ekspert sistemlərdə 
bu iş sadəcə istifadəçinin öz problemini qaydalar və faktlar formasında daxil 
etməsindən ibarətdir. EHM-lər proqramı yazmaq üçün yüksək səviyyəli 
proqramlaşdırma 
dillərini, 
müqayisəetmə, 
transformasiya, 
kodlaşdırma, 


21 
dekodlaşdırma və müxtəlif məntiqi əlaqələrdən istifadə etdiyi halda, ES-lər 
layihələndirmə, proqnozlaşdırma, planlaşdırma, diaqnostika, tanıma, interpretasiya və 
s. kimi əməliyyatları yerinə yetirir. 
Ekspert sistemlər bir çox xüsusiyyətlərinə görə təsnifləşdirilə bilərlər. Ən 
böyük təsnifat qrupu məsələlərin tipinə görədir. Həll olunması tələb olunan məsələyə 
baxarkən, onun hansı kateqoriyaya daxil olmasını dəqiqləşdirmək lazım gəlir: 
inteqrasiya, diaqnostika, planlaşdırma, proqnozlaşdırma, layihələndirmə və öyrənmə. 
Ekspert sistemlərin yaranması prosesinin EHM-lərə söykəndiyini bilərəkdən, bir 
digər təsnifat qrupunun bu üzrə olduğunu anlamaq elə də çətin deyil. Hər dəfə EHM-
lər təkmilləşdikcə sistemlər simvol prosessorlar, işçi stansiyalar, orta məhsuldar və 
super EHM-lər, FEHM-lər üçün təkmilləşdirilir. Bundan əlavə işlədiyi real vaxta 
uyğun olaraq statik, kvazidinamik və dinamik olan sistemlər inteqrasiya olunmasına 
görə hibrid və avtonom kimi təsnifləşdirilə bilər. 
Adətən ekspert sistemlərin komponentləri onların hardware platformasına görə 
təsnifləşdirilir. 

Fərdi komputer və ya Macintosh bazası 

İşçi stansiya bazası 

Meynfreym bazası 
İşlənmə səviyyəsinə görə ES-lər 5 cür klassifikasiya oluna bilərlər: 

1-cisi təsviri prototip adlanır. Onun hazırlanmağı 2-3 ay aralığında baş tutur və 
sadəcə 50-100 arasında qaydadan ibarət olur. Bu sistemlər problemin sadəcə 
müəyyən bir hissəsini həll edərək ekspert sistemin yaradılmasının 
məqsədəuyğun olub-olmamasını göstərir. 

2-cisi tədqiqat prototipidir. Bunun hazırlanması nisbətən daha uzun, yəni 1-2 il 
müddətində baş tutur, 200-500 aralığında qaydadan ibarət olur. Bu sistem 


22 
digərindən fərqli olaraq problemin həllində kifayət qədərhəlledici rol oynayır, 
ancaq tam eksperiment olmadığıüçün tamamilə etibarlı sayılmır. 

3-cüsü işləyən prototipdir. Onun qurulması vaxtı 2-3ildir və daha çox 
qaydadan ibarət olur. Burada 500-1000 sayda qayda yerləşir ki, bu da sistemdə 
problemin tam həll olunmasına gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bu 
sistem də tam düzgün nəticəyə gəlmək bacarığına malik deyil.

4-cüsü sənaye sistemi adlanır. Burada qurulma müddəti 2-4 il, qayda sayı isə 
1000-1500 aralığıdır. Bu sistemlər yüksək etibarlılığa malik olduğu üçün tam 
əminliklə istifadəyə verilir. 

5-cisi ticarət sistemləridir – ekspert sistemləri nəinki sadəcə sifarişi verən 
müəssisəyə, həmçinin digər istifadəçilərə də satmaq mümkündür. [61] 
Sxem 1.5. İşləmə səviyyəsinə görə ekspert sistemlər 
Kompüter şirkətləri ekspert sistemlərinə əsaslanmış proqram və tətbiqləri 
yaratmaqda maraqlıdırlar. Ekspert sistemlərin qurulması vasitələrinin istiqaməti ABŞ 
və Yaponiya bazarında eyni xətt üzrə gedir. Maşın təlimləri üzrə vasitələr isə, əksinə 
olaraq, Avropada Yaponiya və ABŞ-a nisbətən daha çox qəbul edilir. Yapon istehsalı 
ekspert sistemlər ABŞ-a məxsus ekspert sistemlərdən elə də fərqlənmir. Ancaq 
burada 3 istisna vardır: istifadəçi interfeysi, qeyri-dəqiqliyi bildirmək üçün qeyri-səlis 
məntiqin geniş istifadəsi və neyron şəbəkələrə qoşulma. Hal-hazırda ayrı-ayrı 
sahələrdə ekspert sistemlərin hazırlanması və tətbiq olunması prosesində effektivliyi 
Təsviri 
İşləmə səviyyəsinə görə ekspert sistemlər 
Tədqiqat 
İşləyən 
Sənaye 
Ticarət 


23 
artırmaq üzrə böyük işlər görülür. Və bunun nəticəsində istər tibb, istərsə də 
iqtisadiyyat və digər sahələrdə nailiyyətlər əldə olunur. Ekspert sistemlər vəzifəsi 
ondan ibarətdir ki, qurulduğu andan etibarən daxil olunan ekspert bilikləri təhlükəsiz 
formada saxlasın və müraciət zamanı həmin biliklərə başa düşülən formada 
əlçatanlığı təmin etsin. Hansı sahədə istifadə olunmasına baxmayaraq, ekspert 
sistemlərin istifadəsi iqtisadi səmərə gətirir və həll olunan məsələnin dairəsini 
olduqca genişləndirir. Ekspert sistemlər o cümlədən digər intellektual sistemlər iş 
prosesində məhsuldarlığı artıraraq qoyulmuş məsələnin həllini asanlaşdırır. Adı 
çəkilən bu sistemlər istər fərdi, istərsə də inteqrasiya olunmuş formada istifadə oluna 
bilər. Ekspert sistemlər elə qurulmalıdır ki, lazım olan dəyişiklikləri istənilən zaman 
daxil etmək mümkün olsun.

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin