Desk (mərkəzi redaksiya) şeflərin oturduğu yerdir.
Redaksiyanın qəlbi olan bu mərkəzə hər yerdən informasiya axını
gəlir. Qəbul və buraxılış redaktorları burada gələn məlumatların
işlənməsinə və auditoriyaya təqdim olunmasına nəzarət edirlər.
Qəzetlərdə qəbul redaktorunu xəbərlər şöbəsinin redaktoru və ya
məsul katib adlandırırlar.
Səhər redaktoru - səhər qəzetində iş başlayarkən tapşırıqları
planlaşdıran və bölüşdürən şəxsdir. Axşam (gecə) redaktoru –
həmin buraxılış redaktorudur ki, axşam və gecə səhər çıxan qəzetdə
hansı materialın veriləcəyini həll etməlidir. Məsuliyyətin bu cür
bölünməsi heç də münaqişəsiz ötüşmür. Real həyatda bütün xəbər
redaksiyaları gərgin münasibətlər üzündən, hətta qəbul və buraxılış
redaktorları arasında rəhbərlik uğrunda gedən açıq mübarizə
üzündən çıxılmaz vəziyyətlərə düşür. Reportyorlar, fotoqraflar,
operatorlar eyni zamanda iki ağaya qulluq etməlidirlər, rəhbərlik
isə daim bu iki qüvvə arasında balans yaratmağa cəhd etməlidir.
Qəbul redaktoru buraxılış redaktoruna maraqsız mövzuda
tapşırıqlar verəndə, bu, redaksiya əməkdaşları üçün xoşagəlməz
nəticələr doğurur. Ötkəm xasiyyətli buraxılış redaktoru başqa
süjetlər üzərində iş aparan reportyorlara təcili qaydada tapşırıqlar
verəndə də əsəbilik əmələ gəlir. Digər tərəfdən, xəbərlərlə işləmək
əsəbilik, tələskənlik və gözlənilməz hadisələr doğurur, buna görə
də planların pozulması ilə barışmağa məcbursan. Amma unutmaq
lazım deyil ki, xəbərlə iş bütün sutka ərzində olur. Əməkdaşların
müxtəlif kateqoriyaları növbə ilə çalışırlar. İşin belə qurulması hər
57
kəsdən təkcə çeviklik yox, həm də qoyulmuş qaydalara hörmət
tələb edir.
Bu
qüvvələr arasındakı münaqişələr həlledilməzdir, lakin
hamı özünü kollektivin bir parçası hesab edərsə, redaksiya isə
qarşısına ümumi vəzifələr qoyarsa və onun dəqiq siyasəti varsa,
bunları tənzimləmək mümkündür. Optimal nəticələrə o vaxt nail
olmaq mümkündür ki, qəbul və buraxılış redaktorları bir-birinə
mane olmasın, əksinə, eyni məqsədə çatmaq üçün çalışsınlar.
Reportyorun bu intəhasız estafetdə başladığı işi başqasına vermək
həvəsi olmalıdır. Yalquzaq kimi tək qalmaq uğursuzluğa
məhkumdur.
QƏBUL VƏ BURAXILIŞ REPORTYORLARI
Rəhbər vəzifədə çalışmaq təcrübəsi olan ciddi jurnalist bir
dəfə istehza ilə dedi ki, iki növ reportyor var: qəbul reportyoru və
buraxılış reportyoru. Bunlardan hansı yaxşıdır?
«Qəbul» reportyoru hadisəni nəzarətdə saxlayanda
əvəzsizdir, onun gözəl əlaqələri və mənbələri, gözəl təşkil edilmiş
arxivi var. Onun sayıq gözündən bircə xəbər də yayına bilməz.
Bəla ancaq ondadır ki, o, nadir hallarda auditoriyaya bir şey təqdim
edir. Bilikləri həmişə özündə qalır və məsələ bundadır ki, onun
bütün vaxtı məlumatları axtarıb tapmağa gedir, yaradıcılıq üçün
bircə dəqiqəsi də qalmır. Ona məlum olanı başqaları nadir hallarda
bilirlər.
«Buraxılış» redaktoru da yorulmaq bilmədən çalışır, ancaq
bir şərtlə, o, daim yaradır. Radionun bütün xəbərlər buraxılışlarında
onun səsi eşidilir, televizor ekranlarında onu həmişə görürlər, bir-
birinin ardınca kitablar, felyetonlar, şərhlər yazır. Camaatın ondan
xoşu gəlir. Bir sual meydana çıxır: əgər o, birbaşa efirdən çıxmırsa,
öz çıxışları üçün informasiyanı toplamağa nə vaxt macal tapır?
«Qəbul» və «buraxılış» reportyorları arasında ortaq məxrəcə
gəlmək üçün hər bir jurnalist səy göstərməlidir.
MƏSUL NAŞİRİN ROLU
58
İsveç konstitusiyası mətbuatda çap olunan və ya efirə
verilən materiallar üçün kimin cavabdeh olmasını dəqiq müəyyən
edir. Bu səlahiyyət mətbuatda məsul naşirə, radio və televiziyada
məsul buraxıcıya həvalə olununr. İsveçdə bu, demək olar ki,
yeganə vəzifəli şəxsdir.
Mətbu orqanın nəşrini izləmək və onun məzmunu
barədə qərar qəbul etmək səlahiyyəti məsul naşirin
vəzifəsinə daxildir. Beləliklə, naşirin iradəsi olmadan heç
bir material çap üçün qəbul edilə bilməz. Onun
səlahiyyətini məhdudlaşdırmaqdan ötrü göstərilən heç
bir cəhdin qanuni əsası yoxdur.
Mətbuat azadlığı haqqında qanun,
fəsil 5, paraqraf 3.
Mətbuat azadlığı haqqında qanun mətbu nəşrlərdə tətbiq
olunur, lakin televiziya və radio proqramlarına aid olan belə bir
müddəa söz azadlığı haqqında qanunda təsbit olunmuşdur. Hər iki
qanun bir-birilə həmahəngdir və kütləvi informasiya vasitəlrinin işi
ilə bağlı müddəaları əks etdirir. İsveçdə ildə dörd dəfə və ya daha
tez-tez çıxan dövri nəşrlər, televiziya və ya radio proqramları dərc
olunan materiallar və verilən süjetlər üçün şəxsən cavabdeh olan
məsul naşiri/məsul buraxıcını təyin etməlidir. Heç bir material
məsul naşirin qərarı olmadan çap edilə bilməz, heç bir süjet məsul
buraxıcının icazəsi olmadan xəbərlər proqramından çıxarıla bilməz.
Hər hansı bir qanun pozuntusuna görə ancaq o, məsuliyyətə cəlb
edilə bilər.
Məsul naşir vəzifəsini təsis etməklə İsveç qanunvericiləri
nəsə kollektiv günahkar yaratmışlar və o çox zaman başqalarının –
reportyorların, redaksiya əməkdaşlarının, informatorların təqsiri
üçün cavab verməlidir. Bu, mətbuat azadlığı və söz azadlığı üçün
təminat verir. Heç bir dövlət idarəsi, təşkilat və ya vəzifəli şəxs
nəyin çap olunub-olunmaması barədə qərar verə bilməz.
59
Radioproqramda istifadə edilmək üçün nəzərdə tutulan
süjetin və ya lent yazısının məzmunu onlar səsləndirilənə
qədər hakimiyyət orqanı və ya ictimai təşkilat tərəfindən
yoxlanıla bilməz. Hakimiyyət orqanlarına və ictimai
orqanlara bu qanuna əsaslanmadan süjetlərin, yaxud
lent yazılıarnın, bunların məzmunlarının məlumatlara
və gümanlara görə açıqlanmasını qadağan etməyə və
buna mane olmağa icazə verilmir.
Söz azadlığı haqqında qanun,
fəsil 1, paraqraf 3.
Bu o deməkdir ki, İsveçdə və digər demokratik ölkələrdə
mətbuatın rəsmi senzurası və digər məhdudiyyətləri qadağan
olunmuşdur. Məsul naşir təsisatı hər bir reportyoru söylədiyinə və
yazdığına görə onu cəzadan və təhdiddən müdafiə etmək üçün
şərait yaradır. Buraxılmış bütün səhvlərə və qeyri-dəqiqliyə görə
məsul naşir cavabdehdir.
Radiodakı təcrübəyə görə, məsul buraxıcı bir qayda olaraq
redaksiyanın rəhbəri olur. Onun rolu və vəzifəsi məsul naşirin işinə
uyğun gəlir, bəlkə də bir qədər mürəkkəbdir. Böyük redaksiyalarda
xəbərlərin hazırlanması və efirə verilməsi bütün sutka ərzində, o
cümlədən axşamlar şef olmayanda da davam edir. Bu,
reportyorlardan və buraxıcı redaktorlardan xüsusi məsuliyyət tələb
edir. Bəzi qərarlar əməkdaşlar tərəfindən müstəqil qəbul edilə bilər.
Lakin mürəkkəb vəziyyətlərdə, xüsusən etika məsələlərində qərarı
məsul buraxılış redaktoru qəbul edir.
Oxu
üçün
ədəbiyyat
:
Ulman Cohn and Jolbert Can: The Reporters Handbook. St. Martins
Press, 1991.
60
KONKRET MƏSƏLƏDƏN
BƏHS ETMƏLİ!
Accuracy, Brevity and Clarity – Amerikanın ABC televiziya
şirkətinin xəbərlərlə işləmək kredosu bu cür müəyyənləşdirilmişdir.
Bu üç söz – dəqiq, qısa, aydın – jurnalistika elminin əsaslarının
əsasıdır.
Xəbər nəzakətli olmalıdır, bu, informasiya verməyin əsas
prinsiplərindən biridir. Auditoriyanın bizdən aldığı məlumatlar
dəqiq və imkan daxilində yoxlanılmış olmalıdır. Radio və
televiziya jürnalistləri üçün qısa danışmaq xüsusilə əhəmiyyətlidir,
çünki hətta böyük və mürəkkəb hadisələrin xülasəsini verərkən
bunları bir neçə dəqiqəyə, bəzən isə saniyələrə yerləşdirmək lazım
gəlir və bu zaman məsələnin məğzini çatdırmaq tələb olunur. Buna
nail olmaq üçün aydın mətnlər yazılmalıdır və kadrların dili hamıya
aydın olmalıdır.
Dəqiq, qısa və aydın. Bu üç anlayışa mən dördüncünü də
əlavə etmək istərdim – konkretliyi. Ancaq konkretlik maraq doğura
bilər. Bu həm siyasətə, həm də jurnalistikaya aiddir. Konkret
məlumatlar və təfərrüatlar həmişə diqqəti cəlb edir. Bu, televiziya
və radio verilişlərində xüsusilə əhəmiyətlidir,
çünki mətbuata nisbətən burada informasiya verilişlərinin
intensivliyi və konkretliyi daha yüksəkdir.
EYNİLƏŞDİRMƏ
Xəbərlər insanlardan bəhs edir. O şəxslərdən ki, nəyinsə
qayğısını çəkir, nə üzərindəsə çalışır, yaxud hansısa bir qərarın
61
qəbul edilməsi kiminsə bilavasitə marağı ilə bağlıdır. Jurnalist öz
xəbərini konkretləşdirərkən auditoriyaya imkan verir ki, onun
məlumatı ilə təmas nöqtəsini tapa bilsin.
Hadisələrdən bəhs edən xəbərlərdə eyniləşdirməyə nail
olmaq daha asandır. Xalq hadisələrin iştirakçılarını görmək və
eşitmək istəyir. Reportyor başverən hadisəni şahidin dilindən verə
bilər. 1995-ci ilin payızında «Estoniya» paromunun batması bütün
İsveçi şok vəziyyətinə salmışdı, lakin sağ qalan iki sərnişin – Sara
və Kent daha çox sarsılmışdılar. Onların düçar olduqları bu faciə
barədə söylədikləri insanlara imkan verdi ki, həmin o fəlakət
gecəsində «Estoniya» göyərtəsində olanlarla özlərini eyniləşdirə
bilsinlər.
Ayrı bir insanın taleyi barədə söhbət tamaşaçıya,
dinləyiciyə, oxucuya imkan verir ki, hətta söhbət qəza, yaxud
bədbəxt hadisə barədə getsə belə, o özünü onun yerinə qoya bilsin.
Ayrı bir ailənin və ya insanın timsalında mürəkkəb hadisələri və ya
siyasətçilərin qərarlarını başa düşmək auditoriya üçün daha asandır.
Jurnalistikanın əsas prinsiplərindən biri böyük və mürəkkəb
hadisələri sadə insanların timsalında işıqlandırmaqdır.
Xəstəxananın doğum şöbəsinin bağlanmasını hamilə
qadının sözlərilə ifadə etmək olar. Siyasətçilərin qərarı ona necə
təsir göstərir? Zavodun bağlanması fəhləyə və onun ailəsinin
həyatına necə təsir edəcək? Telefonla danışıq qiymətələrinin
artırılması təqaüdçünün büdcəsində hansı dəyişikliyə səbəb olacaq?
Siyasətçilərin qərarlarının onların həyatına necə təsir göstərməsi
barədə sadə insanların söhbəti hadisələrin məğzini yaxşı başa
düşməkdə və özünü dərk etməkdə auditoriyaya kömək edir.
Hətta nə isə bir işi görən şəxs mürəkkəb və dolaşıq mənbəni
eyniləşdirməyə kömək edə bilər. İsveçin maliyyə naziri dövlət
büdcəsinin layihəsini şəxsən parlamentə təqdim edir. Bundan sonra
o, hökumət dəftərxanasından riksdaqın binasına yollanır və
qoltuğunun altında qovluqları aparmalı olmur – bütün dövlət
büdcəsi təkcə bir kompakt-diskə yerləşmişdir və nazir bunu
iftixarla jurnalistlərə göstərir. Bu konkret detal mürəkkəb mövzunu
– dövlət büdcəsini daha anlaşıqlı edə bilər.
62
Siyasi
müzakirələrdə əsas rol qeydlərlə, tələblərlə, tənqidlə
və ya təkliflərlə çıxış edənlərə aiddir. Hətta çox mürəkkəb görünən
fikri hadisə iştirakçıları ilə əlaqələndirirək anlaşıqlı etmək olar.
Əgər belələri yoxdursa, onda yəqin ki, hadisənin toxunduğu və
zərər verdiyi adamlar olacaq. Dövlət büdcəsi layihəsinin yazıldığı
kompakt-diski quranda aydın olacaq ki, bu layihənin cəmiyyət
üçün əhəmiyyəti nədir və müxtəlif zümrələrdən olan insanların
həyatına necə təsir göstərəcək. Bu və ya digər siyasi, yaxud iqtisadi
qərarların hansı əhali qrupuna və ayrı-ayrı vətəndaşlara təsirinin
eyniləşdirilməsi jurnalistikanın əsas vəzifələrindən biridir.
Lakin
bu
məqsədə nail olmaq üçün standart müqayisədən və
stereotipdən istifadə etməməyin əhəmiyyəti böyükdür. Son illər
İsveç kütləvi informasiya vasitələrində böhran qurbanının – tənha
ananın obrazı yaranmışdır ki, onun da gəliri özünə və uşağına
çatmır. Geniş yayılmış ikinci stereotip İsveçin ağır zəmanə
simvoludur – bahalı villada yaşayan ailə müxtəlif yardımların
azalmasından və evini satmaq məcburiyyətində qalmasından
şikayətlənir.
Bir çox jurnalistlər öz vəzifələrini bəsitləşdirərək ciddi
məsələni sentimental, tük ürpədici, tənqidi təhlildən məhrum olan
mövzuya çevirirlər. Bu və ya digər qərarın arxasında nə gizlənir?
Alternativlər varmı və hansılardır? Bizim tənqid etdiyimiz qərar nə
nəticə verə bilər və gələcəyi nə olacaq? Reportyor bu suallara
cavab tapmalıdır.
KİÇİK BÖYÜYÜN AYNASIDIR
Jurnalistikada
konkretləşdirmək eyniləşdirməyi tələb edir.
Lakin kimdən və nədən bəhs etmək ümumi mövzunun bir hissəsi
olmalıdır. Bir adamın taleyi haqqında söhbət daha böyük hadisənin
işıqlandırılması məqsədinə xidmət etməlidir.
63
İsveç Radiosunun «Exo» xəbərlər redaksiyası səksəninci
illərdə İsveç telekommunikasiya idarəsinin («Televerket») köhnə
rejimli idarədən müasir təşkilata keçməsi prosesi haqqında öz
dinləyicilərini məlumatlandırmaq qərarına gəldi. Mövzu radio üçün
çox ağır və mücərrəd idi, lakin narazı abonentin redaksiyaya zəng
vurması radio dinləyicilərini maraqlandırmağa və bu şəraitdə
özlərini görməyə kömək etdi. Dinləyici Monika Treqemlo
«Televerket»in iş üsulunu təsvir edirdi: o, danışıqlar üçün haqqın
düzgün yazılmamasından şikayət edəndə onun telefonunu
kəsmişdilər. Onun söhbəti redaksiyaya çoxlu zənglər vurulmasına
səbəb oldu – Monikanın başına gələnlər bu idarə ilə bağlı olan çox
adamın da başına gəlmişdi. Konkret bir hadisə «Televerket»in
işindəki böyük nöqsanların aşkara çıxmasına səbəb oldu.
Bununla
belə, əgər konkret bir məsələ ümumi problemlə
bağlı deyilsə, bu, daha böyük məsələlərin və mövcud qaydaların
ifşasının işıqlandırılmasına mane olur və xəbər auditoriya üçün öz
əhəmiyyətini itirir. Konkret bir məsələdən bəhs edərkən yenə də
mühüm olanı bildirməliyik. Ayrı bir məsələni seçərkən məhz nə
üçün onu seçdiyimizi əsaslandırmalıyıq.
TƏHKİYƏNİN DRAMATURGİYASI
Radio və televiziyada təhkiyənin qızıl qaydalarından biri
söhbəti konkret bir şeydən başlamaqla mücərrədliyə gəlib
çıxmaqdır. Əvvəlcə reportyor problemi sənədli şəkildə
müəyyənləşdirməlidir, onun nədən ibarət olduğunu göstərməlidir,
auditoriyanı konkret misal ilə maraqlandırmalıdır. Dinləyici və ya
tamaşaçı həqiqətə nüfuz edərək özünə sual verir: axı bu nə cür ola
bilər? Auditoriyada maraq oyandırandan sonra reportyor ikinci
mərhələyə – izah etməyə keçir. Jurnalist öz təhkiyəsini mücərrəd
başlasaydı, problemi tuta bilməyən auditoriya süjetə marağını
itirəcək, ona diqqət yetirməyəcəkdir. Həmişə problemi
müəyyənləşdirməkdən başlamalı, konkretlik mücərrədlikdən əvvəl
gəlməlidir. Teledramaturq Bob Foss bu iş üslubuna dəvət edir.
64
Radioda, televiziyada və mətbuatda dramaturji priyom bir-
birindən fərqlidir. Qəzetdə xəbər birbaşa, izahı-filanı olmadan
verilir. Qəzet məqaləsi çox vaxt əsas məqsəddən başlayır və daha
az maraqlı təfərrüat ilə qurtarır, ona görə ki, lazım olduqda
məzmuna xələl gətirmədən ixtisar etmək mümkün olsun. Radio və
televiziyada da böyük və mühüm hadisələr mətbuatdakı kimi
birbaşa və süjetlə başlayır, amma eyni zamanda təhkiyə
dramaturgiya prinsipləri ilə aparılır. Süjetin yaxşı düşünülmüş
girişi, ortası və sonu olmalıdır. Süjet hadisə və ya münaqişənin
inkişafı ilə gedir. Dramaturji cəhətdən yaxşı düşünülmüş reportajın
sonluğunun birbaşa efirdə verilən xəbərlər proqramında kəsilməsi
kiçik bir qəzaya oxşayır.
Reportyor
və operator elə çəkiliş aparılan yerdə süjetin
əvvəlini və axırını düşünüb müzakirə etməlidirlər. Kiçik
informasiya materialı çəkərkən xüsusi dramaturji priyomlara əl
atmağa ehtiyac yoxdur. Bir qayda olaraq İsveçin xəbərlər
proqramlarında tamaşaçılara göstərilən kadrlar müsahibə
obyektindən başlanır. Əsasən, operator kameranı obyektin üzərinə
aparır, sonuncu kadrlar üçün isə geri çəkilmədən istifadə edir.
Reportajdan əvvəl kameranı tuşlamaqla biz maraq oyadır və
dolayısı ilə bildiririk ki, süjetdə söhbət nədən gedəcəkdir. Bu, ciddi
riayət etdiyimiz mövzunun cizgilərini çəkməkdə bizə kömək edir.
Başqa şeylərə əl atmaq lazım deyil – reportaj üçün bir mövzu
kifayətdir. Əgər reportaj Stokholmun mərkəzi körpüsündəki
avtomobillərin basa-basını göstərən kadrlarla başlayırsa, məhz bu
mövzunu davam etdirin. Bu mövzudan uzaqlaşmaq, məsələn,
Eresun körpüsü istifadəyə verildikdən sonra oradakı basa-bası
göstərmək tamaşaçını çaşdırar.
Süjetin
ilk
kadrları və onu müşayiət edən mətn bir növ
dramaturji tələdir və mühasib bu yol ilə tamaşaçının diqqətini
hadisənin inkişafına cəlb edir. Bu kadrlar süjetin konteksti
çərçivəsindən çıxmamalıdır, bundan əlavə, material davam etdikcə,
bu kadrları inkişaf etdirmək lazımdır. Məntiqə görə, dövlət
büdcəsinin layihəsi ilə riksdaqa yollanan maliyyə naziri süjetin
sonunda parlament binasının qapısını açması və binaya daxil
65
olması kadrları ilə müşayiət edilməlidir. Bu süjetin necə başa
çatmasının mümkün variantlarından biri maliyyə nazirinin
riksdaqın iclas salonunda dövlət büdcəsini spikerə verməklə öz
yerinə oturmasıdır.
Təhkiyənin dramaturji priyomları hadisənin auditoriya
tərəfindən qəbul edilməsinə təsir göstərir. Bu, güclü qüvvədir, lakin
ondan sui-istifadə bu qüvvəni manipulyasiya alətinə çevirə bilər
DİQQƏT: «HANNİBAL» - KADRLAR!
Qoltuğunda bir yığın kağızla iftixarla Riksdaqın binasına
doğru addımlayan maliyyə nazirini göstərən kadrlar İsveç
Televiziyasında hələ altmışıncı illərdə peyda olmuşdur. Bu kadrlar
diqqəti elə bir dramatizmlə cəlb etmir, lakin hadisəni göstərir və
kadr arxasında ən yaxşı mətnlə müşayiət olunur. Telejurnalistə
onun söhbətini göstərən təsvir xətti lazımdır.
Kadrlar
təsvirlə göstərilən və reportyorun mətni ilə
müşayiət olunan söhbətin əsasını təşkil edir (speakertext). Təsvir
xətti və mətn bir-biri ilə vəhdət yaradırsa, bu halda o,
radiojurnalistin etdiyi kimi, hər şeyi tamaşaçıya danışmağa ehtiyac
duymaz. Parlamentə dövlət büdcəsinin layihəsini təqdim etməklə
bağlı yuxarıda göstərdiyimiz misalı nəzərdən keçirək.
Çox vaxt televiziyanı səthi emosional vasitə hesab edirlər.
Bu qiyməti o qədər də haqlı hesab etmək olmaz. Televiziya çox
effektli və informativ ola bilər. Radiojurnalistin söylədiyi çox
şeyləri televiziya reportyoru təsvirlə verə bilir. Göstərdiyimiz
misalda telejurnalistin maliyyə nazirinin adını çəkməsinə ehtiyac
yoxdur. Televiziya tamaşaçılarının özləri də görürlər ki, bu, Erik
Osbrinkdir və o, yağışa baxmayaraq gülümsəyir, onun hara
yollandığını, dövlət büdcəsi layihəsinin kompakt diskinin necə
olduğunu görürlər. Mətndə qənaət olunmuş saniyələrin
müqabilində telereportyor layihənin məzmunu haqqında
tamaşaçılara daha dərin məlumat verə bilir.
Kadrlara
sizin
əvəzinizdə danışmağa imkan verin. Amma
çox ifadəli təsvirlərdən istifadə edərkən ehtiyatlı olun. Çox vaxt
66
belə təsvirlər tamaşaçını süjetin məzmunundan yayındırır. Bu
hadisəni kadrların «hannibalizmi» adlandırırlar. Kadrlar o qədər
parlaq, emosional və ya dəhşətli ola bilər ki, tamaşaçı gözünü
bunlara zilləyərək (yaxud, əksinə, üzünü çevirərək) kadr
arxasındakı söhbətə marağını itirər. İsveçdə belə jurnalistikanın
klassik timsalı hələ ağ-qara televiziya zamanına təsadüf edir. Süjet
1961-ci ildə çəkilmişdir. Diş həkiminin kabinetində oturan
reportyor əhaliyə stomatoloji yardımın
Radio mətni Videosıra Telejurnalistin
mətni
Beləliklə, bu gün Erik
Osbrinkin debütü oldu.
Jurnalistlərin, fotoqraf
və operatorların səs-
küyü ilə birlikdə yeni
maliyyə naziri hökumət
dəftərxanasından
çıxaraq yeni dövlət
büdcəsinin layihəsini
təqdim etmək üçün
riksdaqa yollanır.
Məsələ təkcə layihənin
məzmununda deyil, həm
də onun formasındadır.
Bu dəfə nazir çoxlu
qovluğun ağırlığı altında
əyilə-əyilə getmir, onun
əlində kompakt - disk
var. Dövlət büdcəsinin
bütün layihəsi par-par
parıldayan bu fərdi
kompakt - diskdə
yerləşir. Erik Osbrink
razı halda gülümsəyir,
sarı-mavi lentlə
bağlanmış əsərini
apararaq onu əhatə edən
yağışdan islanmış
reportyorların müşayiəti
ilə irəliləyir.
Parlamentin damından
və ya yuxarı
mərtəbələrdən çəkiliş:
jurnalistlər, operator
qrupu və fotoqraflar
kameralarını maliyyə
nazirliyi tərəfdən
tamaşaçılara doğru
yaxınlaşan şəxsə
yönəldirlər.
İri plan: maliyyə naziri
körpünü keçərək
parlament istiqamətinə
doğru gedir, yağış
çiləyir, o gülümsəyir.
Titrlər (adı, vəzifəsi).
Sarı-mavi lentə
bağlanmış kompakt -
disk.
Reportyorlar arasından
özünə yol açan maliyyə
naziri və onu müşayiət
edənlərin bütöv çəkilişi.
Bugün ikiqat debüt
oldu: maliyyə naziri və
dövlət büdcəsi
layihəsinin yeni forması.
Hökumət işsizliklə
mübarizənin növbəti
proqramını təklif edir və
təhsilə ayrılan vəsaiti iki
qat artırır, eyni zamanda
enerji vergisini və gəlir
vergisini artırır.
Fərdi kompüter üçün
kompakt -disk.
Burada dövlət
büdcəsinin bütün yeni
bölmələri toplanmışdır.
Parlament bunları ya
qəbul edəcək, ya da
bütövlüklə rədd edəcək.
Yeni proses hökumətə
daha çox səlahiyyətlər
verir.
67
sığortası üzrə komissiyanın işinin nəticəsi haqqında danışmaq
istəyir. Operator bormaşını işə salıb pasiyentin dişini yonan həkimi
iri planda göstərir. Bu andan etibarən jurnalistin söylədikləri
tamaşaçıya çatmır, onun fikri kresloda oturan adamda qalmışdır.
Belə «hannibalizmə» daha bir misal. Ölkənin müdafiə
məsələləri ilə bağlı reportyorun söhbəti aviasiya gəmisinə enən
təyyarənin kadrları ilə müşayiət olunur. Tamaşaçı gözünü
qırpmadan ekranda baş verənləri izləyir, on maraqlandıran
təyyarənin necə enməsini bilməkdir və bu anda müdafiə
sənayesinin problemləri onun vecinə də deyil. Beləliklə videosıra
mətni «yeyir».
Kadrların «hannibalizminin» ən sadə misalı mətn ilə
videosıranın uyuşmamasıdır. Reportyor Boris Yeltsinin adını çəkir,
bu vaxt isə kadrda Bill Klinton görünür. Və ya müxbir avtomobil
qazının ətraf mühitə təsirindən danışır, ekranda isə bir dəstə
velosipedçi görünür.
Bu
hadisənin tam əksi «portağal televiziyasıdır» və bu çox
inandırıcı, həm də mətn ilə videosıranın çox primitiv şəkildə
uzlaşdığı bir televiziyadır. Reportyor «portağal» sözünü deyən kimi
kadrda portağal görünür, almadan danışanda ekrana alma çıxır.
Mətn ilə videosıranın tarazlığını saxlamağa çalışın. Konkretlik
faydalıdır, lakin fantaziya və eleqantlıq süjetin keyfiyyətini artırır.
DETALLAR
Radionun
təsvirdən istifadə etmək imkanı yoxdur, lakin
müzakirə olunan məsələlər barədə yazı ilə təsəvvür yaratmaq
qüvvəsinə malikdir. Söhbət aparmaq və təsvir etmək bacarığına
malik olan reportyor öz yazısı ilə televiziya süjetindən daha çox
effektə nail ola bilər. Bundan ötrü radiojurnalist kiçicik cəhətləri
görmək bacarığına malik olmalıdır ki, bunları dinləyiciyə çatdıra
bilsin və dinləyici də gösətrilən mənzərəni təxəyyülündə
candandıra bilsin. Bu o demək deyil ki, reportyor öz mətnini
uzadacaq, yaxud onu təfərrüat və təsvirlə dolduracaq. Bir-iki
dəqiqləşdirici ifadə əlavə etmək kifayətdir ki, dinləyici özünü
68
hadisə yerində hiss etsin. Məsələn, dövlət büdcəsi layihəsinin
parlamentə verilməsi barədə radio mətnində hay-küylü
jurnalistlərdən, kompakt diskin göy qurşağı kimi parıldamasından
və sarı-mavi lentdən bəhs olunur. Əlbəttə, bu sözləri mətndən
çıxarmaq da olar, bunun əvəzində daha böyük effektlik və
informasiya əldə etmək mümkündür, lakin bu vaxt süjet təsəvvür
üçün uğursuzdur.
Öz
təsvirində dinləyicinin hadisə yerində olmasını təsəvvür
etdikdən sonra reportyor dərhal kompakt diskin məzmununa keçə
bilər. Əslində, telereportyora nisbətən radiojurnalist buna daha çox
vaxt ayırmalıdır. Televiziyaçılar mətnlə işləyərkən onlar üçün bir
nömrəli qayda bütün artıq sözləri silməkdir! Qəzetlər də öz
işlərində bu qaydanı tətbiq edirlər. Qəzet mətnində şiddətləndirici
sözlərdən qaçmaq mümkündür. Mətn ifadəli, məzmunlu olmalı və
hadisənin mühitini verməlidir.
METONİMİYA VƏ METAFORLAR
Reportyor
natiqlik
sənətinə xas olan priyomlardan istifadə
etməyi bacarmalıdır və bunları televiziya janrlarında tətdiq etməyi
öyrənməlidir. Metonimiya – bütövün fraqmentidir. Çox cəhətlərə
görə televiziya süjetində biz hadisələrin ancaq ayrı-ayrı
epizodlarını göstərə bilirik və bunların köməyi ilə tamaşaçıda bütöv
haqqında təsəvvür yaranmalıdır. Kadrlar və səs tamaşaçıya baş
verənləri təsəvvür etməkdə yardımçı olur. Kino və televiziya
tamaşaçıya kadrların dilini yozmağı öyrətməlidir.
Biz barmaqları tüfəngin tətiyində iri planda göstərərkən
tamaşaçını başa salırıq ki, bu əl kadrda özünü göstərmədiyimiz
atıcının əlidir. Əgər əlində ağ qızıl güllər tutan kişi narahat halda
saatına baxırsa, kadr arxasında isə müxtəlif dillərdə danışan
adamların səsi gəlirsə və radio təyyarənin endiyini xəbər verirsə,
deməli, kişi təyyarə meydanında öz sevgilisini qarşılayır.
Metonimiya televiziya dramaturgiyasında güclü ifadə
forması ola bilər. İsveç operatoru Dan Yoma 1989-cu ildə milad
bayramı ərəfəsində rumın əsgərlərinin sərhəddə «Rumıniya
69
Sosialist Respublikasına xoş gəlmisiniz!» lövhəsini necə
sökdüklərini çəkə bilmişdir. Bu lövhənin arxasında isə «Farevell»
yazılmışdır. Dan Yomanın çəkdiyi digər reportajda Moskvanın
günəşli yaz günlərindən birində kimsəsiz itin avtomobil axınına
qarşı necə qaçdığı göstərilir. Bu kadrlarda operator yenidənqurma
prosesinin ziddiyyətlərini və köklərini göstərməyə nail olmuşdur.
Metafora
anlayışın obrazlı ifadəsidir. Qum saatları həyatın
faniliyini simvolizə edir. Metafora şairin silahıdır və bundan
televiziya jurnalistikasında uğurla istifadə etmək olar.
Kimsə qurd kimi acdır, eşşək kimi tərsdir və ya bayquş kimi
müdrikdir – bunları vizual göstərmək olar. Titrəyən əlin butılkanı
həyəcanla sıxmasını sosial siyasətin simvolu kimi göstərmək
mümkündür. İsveç reportyorları solmuş qızıl gülü elektoratın
sosial-demokratlara olan rəğbətinin itirilməsindən bəhs edən
süjetlərdə göstərirlər.
AYDINLIQ
Auditoriyanın materialı başa düşməsi üçün jurnalistin
məlumatldarı konkretləşdirməsi və simvollardan istifadə etməsi
xəbəri tamalamaq üçün kifayət deyil. Jurnalist müzakirə olunan
predmeti başa düşməlidir. Ancaq baş verən hadisəni anlayan şəxs
başqalarına aydın və dəqiq məlumat verə bilər. Tapşırığı yerinə
yetirmək üçün reportyorun erudisiyası və nəzəri hazırlığı olmalıdır.
İsveç Radiosu yanında proqramları və auditoriyanı öyrənən
şöbənin əməkdaşları Ulle Findal və Birgitta Xoyer çoxlu
tədqiqatlar prosesində kütləvi informasiya vasitələrinin təsvir etdiyi
bu və ya digər hadisələrin publika üzərində təsirini
müəyyənləşdirmişlər:
Dostları ilə paylaş: |