O n q I z I l qaydas I


Səbəb və  nəticəni ayırmaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix22.04.2017
ölçüsü2,8 Kb.
#15299
1   2   3   4   5   6   7   8   9   ...   12

Səbəb və  nəticəni ayırmaq. Bir qayda olaraq  
dinləyicinin və tamaşaçının diqqətini hadisənin yeri və 
iştirakçıları  cəlb edir. Söhbət ilk növbədə konkret 
detallardan, məsələn, coğrafi adlardan, az-çox tanınan 
insanlardan, firma və müəssisələrin və s. adından gedir. 

 
 
70 
«Əfqanıstanda filankəslərin arasında toqquşma…» və ya 
«Volvo iki yüz əməkdaşını ixtisar edir». Süjetin 
məzmunundakı bu elementlər publikaya çatır və avtomatik 
olaraq yadda qalır, hadisələrin səbəb və nəticələri isə onun 
üçün ikinci plana çəkilir.  İnformasiyanın bu cür verilməsi 
nəticəsində auditoriya hadisəni kontekstdən qoparılmış ayrı-
ayrı epizodlar kimi qəbul edir.  
Hadisənin  əsasında ancaq nəyin durduğunu və  
bunun nə nəticə verəcəyini yada salmaq kifayət deyil. Onun 
səbəbləri və mümkün nəticələri haqqında söhbət 
informasiya məlumatında mərkəzi yer tutmalıdır ki, baş 
verən hadisənin məğzi açılsın. Auditoriya süjeti ancaq bu 
zaman bütünlüklə qavraya bilər, çünki hadisənin tarixçəsi 
və məntiqi inkişafı var. 
Beləliklə, süjetin anlaşılması üçün  bu və ya digər 
hadisənin baş verməsinin səbəbləri və  nəticələri dəqiq və 
aydın izah olunmalıdır. 
 
Findal və Xoyer bu prosesdə videosıranın seçilməsinin və 
montajın  əhəmiyyətini qeyd edirlər. Hadisənin konkret detallarını 
göstərmək çətin deyil, lakin belə üsullar çox vaxt süjetin 
fraqmentar  əxz olunmasına gətirib çıxarır. Hadisənin səbəblərinin 
və  nəticələrinin illüstrasiyası tamaşaçıya hadisəni bütövlükdə 
izləməyə  və başa düşməyə kömək edir. Səs və videosıranın 
ahəngdar vəhdəti bu halda həlledici rol oynayır. Tez-tez dəyişən 
hərəkətli kadrlar və ya jurnalistin söhbət açdığı    məsələyə daxil 
olmayan kadrlar məzmunun əxz edilməsinə mane olur. Materialın 
verilmə sürətinin seçilməsi də  əhəmiyyətlidir. Kadr arxasında 
fasiləsiz olaraq sürətli söhbət nəticəsində tamaşaçı çox vaxt 
məzmunu tuta bilmir və əxz etmir. 
Yayğın və mücərrəd anlayışlardan və terminlərdən istifadə 
etmək bu nəticələrə  gətirib çıxarır. Mücərrəd rəqəmlərə konkret 
məzmun vermək lazımdır. 230 hektar torpağın nə demək olduğunu 
çoxmu tamaşaçı, yaxud dinləyici başa düşür? Bu sahədə nə qədər 
fidan əkmək olar? Əgər bu işi iki nəfər görsə, bu iş nə qədər vaxta 

 
 
71 
başa çatar? Bir milyon dollar nə deməkdir və bu pula neçə parç 
pivə içmək olar? Rəqəmlər böyüdükcə insanlar üçün mücərrəd 
məna daşıyır. 120 milyard dolların nə demək olduğunu bir neçə 
saniyədə kim təsəvvürünə gətirə bilər? 
Ritorikanın priyomlarının köməyi və öz fantaziyası ilə 
reportyor çətin başa düşülən mücərrəd rəqəmləri və anlayışları 
obrazlar vasitəsilə ifadə etsə, süjetdəki rəqəmlər barədə tamaşaçıda 
və dinləyicidə təsəvvür yarada bilər. 
«Literaturnaya Qazeta»nın  müxbiri Anatoli Rubinov 
sovetlərin  ən durğunluq dövründə konkretləşdirməni jurnalistin 
güclü silahına çevirə bilmişdir. Rabitə nazirliyinin işi barədə onun 
tənqidi araşdırmaları konkretləşdirmənin klassik nümunəsi 
olmuşdur. 
Poçtun işini yoxlamaq məqsədilə Rubinov bir dəfə özü 
özünə 100 məktub göndərmişdir. O bu məktubları Moskvanın hər 
yerindən  poçt qutularına salmış  və  hər məktubun göndərilmə 
vaxtının uçotunu aparmışdır. Təcrübədə  məqsəd poçtun işində 
qəbul edilmiş qaydaların necə yerinə yetirilməsini yoxlamaq idi. 
Bu qaydalara əsasən, səhər saat 10-a qədər poçt qutusuna salınan 
məktublar həmin gün ünvana çatmalıdır. Moskvanın digər sakinləri 
kimi Rubinov da çox yaxşı bilirdi ki, bu qaydalar həqiqətlə 
uzlaşmır, ancaq ona sübut lazım idi. 
 Göndərilən məktublardan heç biri  həmin gün jurnalistə 
çatmadı. Bu məktubların çox hissəsini o öz poçt qutusunda  ancaq 
ikinci gün tapdı, axırıncı  məktublar bir neçə gün sonra gəldi. 
Poçtun işi üçün cavabdeh olan idarənin – rabitə nazirliyinin poçt 
qutusuna salınmış məktub isə Rubinova hamısından gec çatdı. İndi 
müəllifin əlində konkret  məlumat və təfsilat vardı, ancaq məqaləni 
yazmaq üçün fabula lazım idi. 
Lev Tolstoy muzeyində yazıçının çoxlu qeydləri və 
məktubları var. Rubinova bunların arasından dəqiq  ştampı olan 
məktub tapmaq nəsib oldu. Lev Tolstoy 1890-cı il yanvar ayının 
22-də Moskvadan Peterburq kütləvi kitabxanasının müdirinə 
məktub göndərmişdir. Poçt ştampı göstərir ki,   məktub ünvana 
ertəsi gün çatmışdır. Rubinovun təcrübə apardığı günlərdə Moskva-

 
 
72 
Leninqrad sürət qatarı işləyirdi. Rubinov bu dəfə vaxtilə Tolstoyun 
yaşadığı yerdən bir məktub göndərdi. Leninqrad kitabxanasının 
direktoruna ünvanlanan bu məktub ancaq dördüncü gün gedib 
çatmışdı. 
Rubinovun apardığı jurnalist təhqiqatı  nəticəsində  məlum 
oldu ki, Tolstoy zamanında poçt sovet zamanında olduğundan 
səmərəli işləyirmiş. Bu məktub elə bir konkret detal oldu ki, rabitə 
nazirliyi buna göz  yuma bilmədi. 
Konkret detalların arxasında ifşaedici tənqidin dağıdıcı 
qüvvəsi dayana bilər. 
 
Oxu üçün ədəbiyyat: 
 
Foss Bob: Narrative Tejhnique and Dramaturgy in Film and Television. SVT Training, 
1992.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
73 
HAZIRLAŞMALI  VƏ  DİNLƏMƏLİ! 
 
 
 
 
Çox vaxt deyirlər ki, müsahibə – sənətdir, sənət isə qaydalar 
və göstərişlərlə məhdudlaşdırıla bilməz. Lakin ən istedadlı rəssam 
belə öz yaradıcılıq yoluna rəssamlığın qanunlarını öyrənməklə 
başlayır ki, sonralar bu qanunları pozsun. Müsahibə reportyordan 
müəyyən texniki bacarıq tələb edir. Ancaq məlumdur ki, uğurlu 
müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil. 
Gəlin müsahibənin texnikasından deyil, onun aparılması 
metodikasından danışaq. Bu metodikaya yiyələndikdən sonra biz 
elə suallar düşünə bilərik ki, onlara verəlin cavablar gözlənilməz, 
məzmunlu və ifşaedici ola bilər. 
 
   HAZIRLIQ 
 
Uğurlu müsahibənin təməlinin təməlini reportyorun ciddi 
hazırlaşması təşkil edir. O, söhbətin predmetini yaxşı dərk etməli, 
onun barəsində az qala müsahibə obyektinin özü qədər biliyə sahib 
olmalıdır. Jurnalistin auditoriyanın orta səviyyəsini  əks etdirən 
hazırlıqsız və  bəsit suallar verməsi barədə  təsəvvürlər yanlışdır. 
Müsahibənin predmetinə yaxşı  bələd olan şəxs məsələnin məğzi 
barədə sual verə bilər. Müsahibənin başlanğıcı üçün verilən birinci 
sual başqalarına çox bəsit və sadə  görünə bilər, lakin bu sualı 
verərkən jurnalist müəyyən məqsəd güdür. Müsahibəyə hazır 
olmaq o deməkdir ki, biz bu və ya digər sualın cavabını müəyyən 
dərəcədə  təxmin edirik, bu halda əvvəlcədən  alternativ suallar 
hazırlaya bilərik. 
Əgər müsahibədə söhbət konkret bir məsələdən, deyək ki, 
hökumət komissiyasının işindən və bir layihədən gedirsə, jurnalist 
buna hazırlıq görməlidir. Hökumətin və ya parlamentin əvvəllər 
müzakirə etmədikləri məsələlər barədə söhbət aparmaq daha çətin 

 
 
74 
olur. Lakin belə hallarda müsahibənin mövzusu haqqında 
reportyorun ümumi təsəvvürü olmalıdır. Bu, məsələnin məğzi 
barədə suallar üçün və müqayisəli  şərhlər üçün imkan yaradır. 
Qəzet kəsikləri, öz qeydləri, internetdən aldığı  səhifə qarşıdakı 
söhbətdən ötrü jurnalistə material toplamağa, süjetə hazırlaşmağa, 
müsahibə obyektinin qarşısında biliksiz görünməməyə imkan 
yaradır. Hazırlaşmağın digər üsulu məsələni bilən adamlarla və ya 
müsahibə obyekti ilə ilkin söhbət ola bilər ki, material üçün 
məlumat əldə etmək mümkün olsun. 
Radio və televiziyada tez-tez ilkin müsahibə ifadəsi işlənir, 
yəni redaksiyanın proqram aparıcısı və ya təhqiqatçı–jurnalist lent 
yazısından əvvəl müsahibə üçün dəvət edilmiş şəxslə söhbət aparır. 
Bu, aparıcıya və reportyora imkan verir ki, qoyduğu sualların 
düzgünlüyünə əmin olsun, faktları bir daha yoxlasın, eyni zamanda 
qarşıdakı mövzu haqqında müsahibində  təsəvvür yaratsın. Bu iş 
üsulu söhbətin predmeti barədə jurnalistə  məlumat və istiqamət 
verir. 
Müsahibə-portret və ya zarisovka üçün də hazırlıq işi 
aparmaq az əhəmiyyət daşımır. Portret-müsahibə  qəhrəmanının 
dostları  və  həmkarları ilə söhbətlər, onun özünün çıxışları  və 
məqalələri informasiya toplamağa imkan verir. Bütün bunlar 
hazırlıq işinin elementləridir. Ancaq belə  fəal hazırlıq işinin 
nəticəsində ola bilər ki, jurnalist topladığı materialların dairəsindən 
çıxa bilməsin. Burada söhbət hadisənin və insanın özgələr 
tərəfindən qiymətləndirilməsindən gedir və çox zaman bu hal təkrar 
olunur. Qeyri-dəqiqlik, uydurmalar, səhv faktlar vaxt keçdikcə 
məqalələrdə  və verilişlərdə  dərin kök salır. Müsahibə  qəhrəmanı 
tədricən başqalarının yaratdığı mifik şəxsə çevrilir. Müsahibə-
portret hazırlayan jurnalist arxiv materiallarını oxuyarkən insan 
haqqında qərəzli, subyektiv və yalan təsəvvürə qapıla bilər. 
Nəticədə  bəhs etdiyi şəxsin həqiqətən nə söylədiyi və  nə etdiyi 
ondan ötrü əhəmiyyətsiz olar. Müsahibə ilə işləməyin ən vacib şərti 
bu işə tam qərəzsiz yanaşmaqdır. 
 
 

 
 
75 
  SUALLARIN 
TƏRTİB EDİLMƏSİ 
 
Müsahibəyə hazırlaşan  ən ideal reportyor saatlarla 
kitabxanada oturub kitabları, sorğu kitabçalarını, qəzetləri, arxiv 
materiallarını oxuyur və eyni zamanda informasiya toplamaq 
məqsədilə ilkin müsahibə aparmağa və söhbət etməyə də vaxt tapır. 
Redaksiyanın əsəbiliklə, qaça-qaçla müşayiət olunan real həyatında 
isə  hər  şey başqa cür olur. Bəzən müsahibəyə hazırlaşarkən öz 
həmkarlarınla da məsləhətləşməyə vaxt qalmır. 
İlk növbədə jurnalist özü üçün müəyyən etməlidir ki, bu 
müsahibə necə olacaq, nə barədədir və hansı məqsədlə aparılır. Bu 
o deməkdir ki, reportyor öz suallarını  əvvəldən tərtib etməli və 
yazmalıdır. Bu sualların qoyulması çox vaxt reportyorun özünün 
marağından irəli gəlir: mən bunu öyrənmək istərdim, bu mənim 
dinləyicilərim, tamaşaçılarım, oxucularım üçün maraqlı ola bilərdi. 
Hər bir sual ancaq bir aspektdə  nəzərdə tutulmalıdır.  İki 
sualı birdən verərkən siz müsahibə obyektinə imkan yaradırsınız ki, 
özü üçün münasib olmayan cavabdan «qaçsın» və iki sualdan 
ancaq birinə cavab versin. Sual təsdiq yox, sual formasında 
verilməlidir. Onun forması müsahibə obyektinə imkan verməlidir 
ki, o, düşündüyünü, duyduğunu və ya keçirdiyi hissləri ifadə edə 
bilsin. Buna görə  də «bəli» və «xeyr» kimi yeknəsəq cavablara 
imkan verməmək üçün sualları bacardıqca açıq saxlamaq lazımdır. 
Kiməsə  mənasız görünə bilən suallar, əslində, çox vaxt ən 
gözlənilməz, dərin mənalı və maraqlı suallara gətirib çıxarır. Belə 
suallara aşağıdakıları misal olaraq gösətərə bilərik: 
 
-Nə hiss edirsiniz? 
-Nəyi nəzərdə tutursunuz? 
-Siz bunu necə təsəvvür edirsiniz? 
-Siz indi nə etmək istəyirsiniz? 
 
Suallarla iş jurnalistdən ciddi hazırlıq tələb edir. Ancaq bu o 
demək deyil ki, müsahibə zamanı o, kor-koranə  və danışıqsız 
əvvəlcədən hazırladığı qeydlərlə  hərəkət etməlidir. Qeydlər ancaq 

 
 
76 
inam verir və özünü ələ almağa kömək edir. Mən həmişə yazdığım 
sualları əlimin altında saxlayır, ancaq müsahibə zamanı ona çox az 
nəzər salıram və heç vaxt sualları əzbərləmirəm. 
Kanada reportyoru, yazıçı  və jurnalistika müəllimi Con 
Savotski artıq neçə illərdir ki, müsahibənin aparılması metodikası 
üzərində çalışır. Onun işləyib hazırladığı əsas prinsip sualların açıq, 
bitərəf və sadə olmasından ibarətdir. Açıq suallar müsahibə 
obyektini onların məzmunu barədə düşünməyə  və bunlara cavab 
verməyə vadar edir. Belə hallarda siz təkcə izahat almaq yox, həm 
də respondentin baxışını öyrənmək imkanı əldə edirsiniz. Bilavasitə 
cavablar almağa imkan verən suallar müsahibə obyektini «bəli» və 
«xeyr» cavablarından sonra daha ətraflı danışmağa gətirib 
çıxaracaq. 
Suallar bitərəf olmalıdır. Ancaq bu vaxt müsahibə obyekti 
cavab verə bilər və söhbətin mərkəzində dayanar. Reportyorun 
şəxsi fikri ilə  bəzənmiş sualları söhbətin mərkəzinə onun özünü 
gətirir. 
Reportyor sualları  tərtib edəndən sonra kiçik bir test 
keçirmək gərəkdir. Müsahibə obyekti qoyulmuş suallara cavab verə 
bilərmi, o bu sahə bərədə bir şey bilirmi, baş verən hadisə ilə bağlı 
o, məsuliyyət daşıyırmı? 
Müsahibəyə hazırlığın üsullarından biri tərtib olunan 
sualları özünə verməkdir. Sən bu suallara cavab verə bilərsənmi? 
Bu sadə test  keyfiyyətli müsahibə aparmağa imkan verən yeni 
alternativ suallar tapmağa məcbur edir. Əgər sualları öz üzərində 
yoxlamaq istəmirsənsə, onda sualları  həmkarına, yaxud dostuna 
ver. Siyasətçilər mətbuatla görüşə hazırlaşarkən bəzən məşq edirlər 
və bu məşqlər zamanı onların həmkarları jurnalist rolunda çıxış 
edərək siyasətçini sıxışdırırlar. Adətən, belə  işgüzar məşqlər  
soruşulanlarla heç bir əlaqəsi olmayan suallara da universal 
cavablar  hazırlamaq işində siyasətçilərə kömək edir. Öz 
həmkarları ilə müsahibə keçirmək qəfil hallara hazırlaşmaq üçün 
gözəl üsuldur. Bu həm də reportyora verdiyi sualların aktuallığına 
və doğruluğuna əmin olmaq imkanı verir. 
 

 
 
77 
 
 
        QADAĞA 
 
Bəzi sualların qoyuluşunu qadağan etmək lazımdır. Con 
Savotski jurnalistin müsahibə üzərində  işləyərkən buraxdığı on 
«nöqsanın» siyahısını tərtib etmişdir: 
 
*Bir kəlməlik cavablara («bəli» - «xeyr») imkan verən 
*Sual əvəzinə təsdiq cümləsi 
*Bir dəfəyə iki sual 
*Həddən artıq yüklənmiş suallar 
*Cavaba istiqamətləndirən suallar 
*Sualın içində şərh və məsələyə şəxsi qiymətini vermək 
*Sualda təxminlər və uydurmalar 
*Sualda şişirtmə 
*Sualda kimisə qaralamaq 
*Başa düşülməsi çox çətin olan suallar 
 
Təəssüf ki, biz çox vaxt bu qadağalara  əhəmiyyət vermirik. 
Unuduruq ki, yuxarıda göstərilən suallardan istifadə etməklə biz 
keyfiyyətli informasiya almaq və yaymaq imkanlarımızı 
məhdudlaşdırırıq. Reportyorun ən tipik səhvlərindən biri yeknəsəq 
cavablara səbəb olan sualları verməsi və sual əvəzinə  təsdiq 
cümlələrini işlətməsidir. Müsahibə texnikasını inkişaf etdirməyin 
ən yaxşı üsulu efirə verilmiş  və ya çap olunmuş müsahibələrin 
sonradan nəzərədən keçirilməsi və yuxarıdakı siyahının köməyi ilə 
bunların təhlil edilməsidir. 
Con Savotskinin göstərdiyi nöqsanlara əlavə olaraq 
sualların bir növünü də mən bildirmək istərdim. Bu sualları vermək 
olar və bunların cavablarını tamaşaçıya, yaxud dinləyiciyə 
çatdırmaq vacib deyil. Söhbət faktiki suallardan gedir və bunun 
məqsədi konkret məlumatlar əldə etmək, rəqəmləri dəqiqləşdirmək,  
yaxud hadisənin səbəblərini öyrənməkdir.  Əlbəttə, reportyor 
məlumatları  və faktları bilməlidir ki, bunları aydın  şəkildə öz 
auditoriyasına çatdıra bilsin. Unutmaq olmaz ki, məlumatı 

 
 
78 
ümumiləşdirmək siyasətçiyə  və ya brandmayora* yox, məhz 
reportyora aiddir. Müsahibə bu və ya digər məsələnin mürəkkəb 
aspektlərini işıqlandırmalı  və izah etməlidir, dinləyiciləri, 
tamaşaçıları  və oxucuları respondentin hissləri və  təəssüratı ilə 
tanış etməlidir, intəhasız faktları  və  rəqəmləri maraqsız  şəkildə 
saymaqla məşğul olmamalıdır. 
 
-Cənab kapitan, deyə bilərsinizmi, yanğında nə qədər adam 
həlak olub? 
-Qənaət məqsədilə nə qədər uşaq bağçası qapanacaq? (yerli 
inzibati orqannın rəhbərinə sual) 
-Cənab direktor, istehsalın xaricə köçürülməsindən sonra nə 
qədər adam işdən azad ediləcək? 
 
Özlüyündə bu suallar o qədər də pis deyil, ancaq bu sualları 
verərkən aldığımız cavabları söyləməklə biz öz rolumuzu 
başqalarına həvalə edirik. Başqa birisi yox, məhz jurnalist böyük 
yanğın zamanı hadisələrin necə inkişaf etməsi   
 
*
Brandmayor – yanğınsöndürənlər dəstəsinin başçısı, «brand» – yanğın, «mayor» – 
böyük, başçı deməkdir (tərc.). 
barədə danışmalıdır. Brandmayora verdiyimiz sual belə olmalıdır: 
arxasında böyük yanğın tüğyan edərkən o niyə jurnalistlərlə 
danışır? Yerli inzibati orqanın rəhbəri izah etməlidir ki, nəyə görə 
bu qədər uşaq bağçasının bağlanmasına qərar verib?
 
Direktordan soruşmaq lazımdır ki, istehsalı xaricə  
köçürüldükdən sonra müəssisənin gəliri və onun paraşüt 
müqaviləsi* necə olacaq? Reportyor faktları bildirir, məsul şəxslər 
isə hadisənin necə və nə üçün baş verdiyini izah edirlər. 
Söhbət idman məsələləri barədə gedəndə  və iki baxış 
toqquşanda faktiki suallardan istifadə etmək olar və hətta lazımdır. 
Bu suallar hadisə haqqında danışan və onun şahidi olan adama 
verilir, buna görə  də söhbəti davam etdirmək üçün əlavə suallara 
ehtiyac var. 

 
 
79 
Mən istərdim ki, fərziyyə kimi ifadə edilən suallara da 
qadağa qoyulaydı. Məsələn, «Əgər belə bir şey olarsa, siz nə 
edərsiniz?» Belə suallardan əl çəkmək çətin deyil, bir qayda olaraq 
bu cür suallar məzmunlu söhbəti məhdudlaşdırır. Bir məsləhətim 
də var: birdəfəlik və  həmişə belə bir axmaq sualdan imtina edin: 
«Siz filan işə təminat verə bilərsinizmi?…» 
 
 
 
 
STRUKTUR 
 
Müsahibəyə hazırlaşarkən siz nəinki sualların formasını 
düşünüb qeyd etməli, həm də onun xronologiyasını 
müəyyənləşdirməlisiniz. Jurnalist dramaturgiya qanunlarına əsasən 
söhbətin  strukturunu, onun başlanğıcını, sonluğunu və inkişafını 
işləyib hazırlamalıdır. Bu ələlxüsus kütləvi elektron informasiya 
vasitələri üçün vacibdir, çünki auditoriya sualları  və cavabları 
eşidir. Qəzetçi isə müsahibə bitəndən sonra cavabları istədiyi kimi 
düzə bilər. Əlbəttə, bu gün 
 
-------- 
*Paraşüt müqaviləsi – səbəbindən asılı olmayaraq istefaya gedən baş direktorun özündən 
sonra qalan məbləğin miqdarı. Bu məbləğ əvvəlcədən razılaşdırılır. Adətən, söhbət böyük məbləğdən 
gedir (tərc.). 
radiojurnalistlər də montaj  edə bilirlər, televiziya reportyoru da 
montajın köməyi ilə söhbəti istədiyi formada qurmaq imkanına 
sahibdir, amma ən yaxşısı sualları  məntiqi sıra ilə verməkdir. Bu 
vaxt müsahibənin keyfiyyəti yaxşılaşır və o daha rəvan və 
düşünülmüş təsir bağışlayır. 
Kiməsə bəsit görünə biləcək suallar verməkdən qorxmaq  
lazım deyil. Çox vaxt reportyor özü daha mürəkkəb və  ağıllı 
görünən suallar uydurmaqla vəzifəsini çətinləşdirir. Çoxları belə 
hesab edir ki, onlar tanınmış  və  təcrübəli jurnalistdirlər və buna 
görə də sadəlövh və adi suallar verməməlidirlər. Məsələn, nə üçün 
bu yaxınlarda qeyri-adi, mühüm və maraqlı hadisənin iştirakçısı 
olan adama «Hə, necə oldu?» sualını verməklə müsahibəyə 
başlamaq mümkün olmasın? Elə indicə  azad olunmuş girovdan, 
məhkəmə zalından sərbəst buraxılmış dustaqdan, seçkilərdən qalib 
çıxmış siyasətçidən, qaçışda uduzmuş idmançıdan bu sadə sualı 

 
 
80 
soruşarkən onlar tamaşaçı, dinləyici və oxucu üçün  maraqlı ola 
biləcək hisslərindən, keçirdikləri həyəcandan danışa bilərlər. Bu 
sualı müxtəlif cür qoymaq olar, onu hətta montaj vaxtı atmaq da 
mümkündür.  Əsas məqsəd hadisə haqqında emosiyaya və  qəfil 
yaranan söhbətə nail olmaqdır. 
Digər sadə sual isə «Nə üçün?» ola bilər. Bu sualı 
cəmiyyətdə müzakirə doğuran hansısa bir qərarın qəbul edilməsi 
üçün məsul olan şəxsə vermək olar. Nə isə maraqlı və mühüm bir 
hadisə baş verərkən hamı maraqlanır ki, bu   hadisə 
nə üçün  və  necə olmuşdur. Buna görə  də bu iki sual söhbəti 
başlamaq üçün münasib sayıla bilər. 
Söhbəti tamamlamaq üçün gələcəyə istiqamətləndirilən 
«İndi siz nə etmək istəyirsiniz?», «Bundan sonra hansı addımı 
atacaqsınız?» və s. sualları vermək olar. Qəribə  də olsa, sadə 
sualların qoyuluşu, adətən, ən təcrübəli və cəsarətli jurnalistlərə xas 
olan keyfiyyətdir. 
Yaxşı hazırlanmış müsahibədə onu xronoloji qaydada və ya 
məntiqi qanunlara görə inkişaf etdirən bir neçə əsas sual olur. Belə 
suallar müsahibənin mayasını, onun dramaturji əsasını  təşkil edir. 
Lakin bununla yanaşı, sonrakı  və ya alternativ suallar da 
mövcuddur. Müsahibin cavablarından asılı olaraq bunlar 
dəqiqləşdirici, şərhedici və etiraz xarakteri daşıya bilər. Bu sualları 
konkret müsahibə üçün əvvəlcədən hazırlamaq mümkündür, ya da 
bunlardan ötrü universal forma tapmaq lazımdır. 
Müsahibəni üç amil üzrə  təhlil etmək olar: əvvəlcədən 
hazırlanmış alternativ suallar və gözlənilməz suallar. Müsahibənin 
mayasını söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa 
çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən 
hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir:  əgər 
müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm,  əgər 
başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü 
– gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək 
olar ki, ən mürəkkəb anıdır.  Əvvəlcədən hazırlanmış suala siz 
birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya 
tələb edir. Müsahibə prosesində gözlənilməz  şeylərə  həmişə hazır 

 
 
81 
olmaq lazımdır. Müsahibədə  qəfil dönüş söhbətin  ən maraqlı 
yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi 
yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır. 
 
 
 
DİNLƏMƏK BACARIĞI 
 
Sonrakı uyğun sualları vermək və müsahibəni canlandırmaq 
üçün reportyorun dinləmək bacarığı olmalıdır. Müsahibəyə 
hazırlaşmaq, öz suallarını  tərtib edib yazmaq işin yarısıdır. Öz 
müsahibini dinləmək bacarığı  uğurlu müsahibənin ikinci yarısıdır. 
Çox ciddi hazırlıq o yerə gətirib çıxarar ki, reportyor müsahibinin 
ona nə dediyinə qulaq asmadan suallarını avtomtik olaraq verə 
bilər. Belə reportyorun başında bir fikir dolaşır: «Hə, müxtəsər elə, 
müxtəsər elə, mən sənə daha ağıllı sual verəcəyəm». Belə  işin 
nəticəsi yeknəsəq, uydurulmuş və soyuq müsahibəyə gətirib çıxarır. 
Canlı efirdə müsahibə aparan jurnalist bir az ehtiyat edir ki, 
onun müsahibi söhbət zamanı  ağzından bir şey qaçıra bilər. 
Dinləmək bacarığı olan reportyor şəraitdən asılı olaraq 
improvizasiyaya hazır olmalıdır. Söhbət təkcə cavabların faktiki 
məzmunundan deyil, həm də müsahibənin emosional tərəfindən 
gedir.  Əgər müsahibin qanı qaradırsa, ləng və sakit danışırsa, 
jurnalist də öz ahəngini və sürətini ona uyğunlaşdırmalıdır. Və 
əksinə, olimpiya oyunlarının qalibi ilə  pıçıltıyla danışmağa 
dəyməz. Jurnalist müsahibinin cavabları və əhvalına uyğun hərəkət 
etməlidir. 
 
                                                                           
   
Müsahibəni birbaşa hadisədən   başlayın. Girovdan azad olmuş şəxsə, istefaya 
 çıxmış nazirə bu qərarı nə üçün qəbul etdiyini soruşmaq olar (F1). İlk cavabdan  
sonra reportyorun əvvəlcədən hazırladığı sualın köməyi  İlə    dəqiqləşdirmək  
(F2) lüzumu yarana bilər: «Bütün girovlardan niyə  təkcə sizi buraxdılar?» 
«Nəyə görə bu suala siz dünən başqa cavab verdiniz?» 
 
   Dəqiqləşdirilmiş suallardan sonrajurnalist əsas mövzuya keçir (F3) və 
gözlənilməz cavab (S 3) alır. Bunu müsahibənin gözlənilməz sahəsində (F4) 

 
 
82 
inkişaf etdirmək lazımdır. Ola bilər ki, reportyor əsas mövzuya keçməzdən əvvəl 
(F6) daha bir izahat (F5) tələb olunsun.   
      
   Əvvəlcədən hazırlanmış daha bir alternativ sual (F7) gözlənilməz cavab 
doğura bilər. Bu da ona gətirib çıxarar ki, planlaşdırılmış əsas suallardan biri 
cavabdan doğan yeni sual (F8) ilə  əvəz olunar. Bundan sonra planlaşdırılmış 
(F9) sualına və nəhayət yekunlaşdırıcı (F10) sualına keçməyə imkan yaranar. Bu 
vaxt biz soruşacağıq: «Siz nə etmək istəyirsiniz?» Bu suala, ehtimal ki, 
perspektivi göstərən cavab (S10) verilsin.  
 
 
 Müsahibə götürərkən həmişə ehtiyatlı olmaq lazımdır: əgər 
qiymət verilən və kiminsə şəxsiyyətinə toxunan  cümlə işlədilirsə, 
bunları cavabsız qoymaq olmaz. Reportyor vaxtında etirazını 
bildirməli və ya belə  rəyləri izah etməlidir. Auditoriyaya aydın 
olmayan ifadələr və anlayışlar başa salınmalıdır. Müsahibə aparan 
jurnalist bəzən söhbətin istiqamətini və üslubunu dəyişməli olur. 
Əgər müsahib özünə  rəğbət qazandırmağa, özünü şəraitin təqib 
olunan qurbanı kimi göstərməyə çalışırsa, bu zaman reportyorun 
müsahibəni ittiham ruhunda aparması düzgün deyil. Yenə  də çox 
şey müsahibi dinləmək bacarığından asılıdır. 
 Müsahibə zamanı adamların necə yerləşdirilməsi 
əhəmiyyətlidir. Müsahibə obyektinə çox yaxın oturmaq lazım 
deyil, çünki bu həm kadrı  kəsir, həm də müsahibin fikrini 
toplamasına və suallara sakit cavab verməsinə mane olur. Digər 
tərəfdən, çox uzaq oturmaq da lazım deyil, bu bir qədər gərgin, 
soyuq  şəraitə  səbəb olur. Necə  əyləşmək məsələsində öz 
təcrübənizə və intuisiyanıza güvənin. Hər iki tərəf özünü rahat hiss 
etməlidir. 
 Reportyor 
müsahibinin 
gözünə baxmağı bacarmalıdır. 
Bəzən qaşının hərəkəti və ya baxışın müsahibinə kifayət edir ki, o, 
mövzunu inkişaf etdirsin. Televiziya müsahibəsində suallara cavab 
verən respondentin gözlərini oynatmaması  və ya gözələrini 
kameraya dikməmsi vacibdir. Müsahibə verməyə alışmamış adama 
başa salmaq lazımdır ki, o özünü kamera qarşısında necə 
aparmalıdır.  Əgər müsahib danışarkən sizin gözünüzə baxırsa, 
onun baxışlarını qəbul etməyi bacarın. 

 
 
83 
 
Radioreportyor öz müsahibinin söhbətini başının yüngül 
hərəkəti ilə  təqdir edə bilər. Ancaq televiziya jurnalistinin başını 
çox tərpətməsi tamaşaçıları 
əsəbiləşdirir və söhbətin 
qavranılmasına mane olur. Müsahibə aparılarkən radioreportyorun 
mütəmadi olaraq təsdiqedici sözləri, onun gülüşü də həmin effekti 
verir. Sualı verəndən sonra radiojurnalist dinməzcə cavaba qulaq 
asır. Fikrini tamamlamamış müsahibin sözünü kəsmək olmaz, 
qoyun o, cümləni axıra çatdırsın. Bu, təkcə başqasına qarşı nəzakət 
deyil, həm də müsahibəni montaj etmək işini asanlaşdıran üsuldur. 
İki adamın birdən danışması lent yazısı ilə işi çətinləşdirir. Əlbəttə, 
bəzən dayanmaq bilməyən müsahibin sözünü kəsməli olursan. 
Amma bunu səmimi etmək lazımdır və onun sözünü nəyə görə 
kəsdiyini izah etməlisən. Dinləmək bacarığına malik olan reportyor 
müsahibinin sözünü onun bircə saniyəliyə nəfəsini dərmək istədiyi 
an kəsir. 
 Ümumiyyətlə, susmağı çox vaxt ən yaxşı sual əvəz edə 
bilər. Müsahibinə sualedici nəzərlə baxmaq, başı ilə işarə etmək və 
bir söz belə demədən pauza vermək  ən gözlənilməz cavablara 
gətirib çıxara bilər. 
 Müsahibini 
diqqətlə dinləyən təcrübəli reportyor söhbət 
zamanı  qısa və  məzmunlu sözlər seçir və bu sözləri müsahibənin 
ilk və ya son sözləri kimi işlətmək mümkündür. Beləliklə, jurnalist 
söhbət zamanı montaj üzərində çalışmağı da fikrinə gətirir. 
 Belə çıxır ki, sual edərkən jurnalist verilən cavabı diqqətlə 
dinləməlidir və gözlənilməz, yaxud maraqlı olan heç bir şeyi 
diqqətindən yayındırmamalıdır, eyni zamanda müsahibəni necə 
montaj edəcəyini fikirləşməlidir. Reportyorun tapşırığa yaxşı 
hazırlaşmağı o vaxt yaxşı nəticə verir ki, müsahibəni başa çatdırıb 
kameranı və maqnitofonu bağlayandan sonra rahat nəfəs ala bilsin. 
 Jurnalist 
həmişə istər ki, onun müsahibəsi sadə  və  təbii 
şəkildə keçsin. Amma unutmayaq ki, buna nail olmaq asan deyil. 
Reportyor da, müsahibə obyekti də başa düşürlər ki, onların hər bir 
sözü tamaşaçı  və dinləyici tərəfindən müşahidə olunur. Beləliklə, 
bu, iki adamın adi söhbəti deyil. Hətta  ən sadə  və  təbii  şəraitdə 
mikrofon və kamera xatırladır ki, söhbət iki nəfərin danışığından 

 
 
84 
getmir. Mikrofon hətta təcrübəli siyasətçini də çaşdıra bilər, 
televiziya studiyası isə naziri də qorxuya sala bilər. 
 
             MÜSAHİBƏNİN MÜXTƏLİF NÖVLƏRİ 
 
Jurnalist jarqonunda müsahibə sinxron adlanır. Bu terminin 
yaranması ilk səsli filmlərin meydana çıxması ilə bağlıdır və o vaxt 
səs ayrıca xüsusi maqnitofonlara yazılırdı. Montaj vaxtı  səs və 
təsviri sinxronlaşdırmaq lazım gəlirdi.  İndi,  əlbəttə, heç kəs bu 
metoddan istifadə etmir, ancaq anlayışın özü qalmışdır və 
jurnalistlər bu termini əvvəlki kimi işlədirlər. 
Etik normalar və praktiki priyomlar müsahibənin növündən 
xeyli dərəcədə asılıdır. Həyatında ilk dəfə müsahibə verən insana 
təcrübəli siyasətçiyə yanaşıldığı kimi münasibət bəsləmək olmaz. 
Rəy soruşmaq müsahibəsini,  şahidin müsahibəsini, «qarşıdurma» 
müsahibəsini, mətbuat konfranslarını    və faktiki müsahibəni bir-
birindən ayırmaq lazımdır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin