On the record (mətbuat üçün) – şəxsin adını və
tutduğu vəzifəni birbaşa göstərməklə, yaxud natiqi və ya
vəzifəli şəxsi dolayısı ilə göstərməklə onun dediklərinin
hamısını sitat gətirmək olar. Zabitlərə və komanda
-----
*NATO/NACC/PFP, unclassified, Annex A to AAD 95-1
heyətinə jurnalistlərlə məhz bu növ söhbət aparmaq tövsiyə
edilir.
Background (fon) – mənbəyi dəqiqləşdirilmədən
istifadə olunan informasiya. Razılaşma şərtləri müxtəlif ola
bilər. Müsahib jurnalistdən tələb edə bilər ki, onun adı,
vəzifəsi, təmsil etdiyi təşkilat materialda göstərilməsin.
Onun buna haqqı var. Bu halda reportyor informasiyanı
auditoriyaya özünün apardığı araşdırmanın nəticəsi kimi
təqdim edə bilər.
Off the record (mətbuat üçün deyil) – jurnalistin
yazısında açıqlanması mümkün olmayan informasiya. Bu
informasiya reportyora məlumatla şəxsən tanış olması və
onu qiymətləndirməsi üçün verilir. Anlaşmazlıq olmasın
deyə, NATO mənzil-qərargahı vəzifəli şəxslərə təkidlə
məsləhət görür ki, jurnalistlərlə görüşərkən bu üsuldan
istifadə etməsinlər. Ekstremal və ya nadir hadisələr istisna
olunur, bunlar haqqında da ancaq kütləvi informasiya
vasitələri ilə əlaqələr üçün cavabdeh olan yuxarı rütbəli
zabitlə məsləhətləşdikdən sonra danışmaq olar.
45
İsveçdə, eləcə də başqa ölkələrdə, istər jurnalistlər arasında,
istərsə də informatorlar arasında bu anlayışlar barədə hərc-mərclik
var. Bir çoxları «mətbuat üçün deyil» ilə «fon»u qarışdırırlar.
Reportyor əmindir ki, mənbə informasiya verərkən adının və
vəzifəsinin açıqlanmayacağını bilir, amma onun söylədiklərinin
sitat kimi gətiriləcəyini və mənbənin auditoriyaya necə təqdim
olunacağını dəqiqləşdirmir. Başqaları isə NATO müddəası ilə
hərəkət edir. Belə jurnalistlərdən ötrü «mətbuat üçün deyil» ifadəsi
o deməkdir ki, müxbirə informasiya onu açıqlamamaq, özü üçün
saxlamaq şərtilə verilir.
Vəzifəli şəxslər və kütləvi informasiya vasitələri
nümayəndələri arasındakı bu əlaqə formasına NATO-nun mənzil-
qərargahı kimi mən də şübhə ilə baxıram. Əgər informasiyanı
işində istifadə etməmək şərtilə alırsansa, bunu verən mənbə ilə
razılığa gəlmək lazım deyil. Madam jurnalist informasiyadan
istifadə edə bilməyəcək, bu onun nəyinə lazımdır? Reportyor
məlumatı ona görə toplayır ki, başqalarına çatdırsın, onun
kimlərdənsə aldığı məlumatı hər zaman verməyə imkanı olmalıdır.
Burada jurnalistin əməyilə vergi toplayanın işini müqayisə etmək
yerinə düşər. Təsəvvür edin ki, o, pulu yığıb bir hissəsini cibinə
qoyur. Bu zaman o bilir ki, bu onun şəxsi pulu deyil, cəmiyyətə aid
vəsaitdir. Jurnalistin müxtəlif mənbələrdən aldığı informasiya da
təkcə onun yox, həm də oxucunun, tamaşaçının, dinləyicinindir.
Burada
başqa mühüm aspekt də var. Əgər reportyor həmin
informasiyanı başqasından, daha açıq mənbədən alırsa, bu halda nə
etməlidir? O, əvvəlki kimi yenə də məlumatı açıqlamamaq barədə
verdiyi vədə əməl etməlidirmi? Bəzən vəziyyət çıxılmaz olur.
Müsahibənin «mətbuat üçün deyil» üsulu çox vaxt jurnalist üçün
xoşagəlməz nəticələrlə başa çatır.
FON
Dolaşıqlıq ondan irəli gəlir ki, müsahibənin «mətbuat üçün
deyil» şərti ilə razılaşandan sonra nə reportyor, nə də müsahib
bilmir ki, bu nə deməkdir. Belə vəziyyət hər iki tərəf üçün
46
təhlükəlidir. Buna görə mən məsləhət görərdim ki, söhbətin mətni
razılaşdırılarkən mənası yaxşı başa düşülməyən «off the record»
məfhumundan istifadə etmək lazım deyil.
Reportyor
və mənbə söhbətin şərtlərini hələ söhbət
başlamamışdan əvvəl konkret şəkildə həll etməlidirlər. Başlanğıc
nöqtəsi, əlbəttə, «məlumat üçün» məfhumu (bu məfhum
yarayandır) olmalıdır və bundan sonra tərəflər söhbətin şərtlərinin
dəyişməsi üsütünə gələ bilərlər. Bu, bir növ, yazılmamış sazişdir və
bu saziş jurnalisti əldə olunmuş razılığa əməl etməyə məcbur edir.
Yaxşı olar ki, reportyor öz yazısını necə təqdim edəcəyi barədə
əvvəlcədən razılığa gəlsin.
Tərəflər nə qədər ki, mənbənin anonimliyi barədə razılığa
gəlməmişlər, mənbənin dedikləri sitat kimi işlədilə bilməz.
Müsahibə bitdikdən sonra respondentin şəxsiyyətinin və vəzifəsinin
açıqlanmaması tələbi irəli sürülə bilməz. Jurnalistin söhbət apardığı
məmur birdən deyə bilməz ki, o, sözlərini geri götürür və ya
söhbətin axırında jurnalistdən tələb edə bilməz ki, onun
anonimliyini qorusun. Lakin müsahibə verməyə alışmamış adamlar
məfhumların və şərtlərin incəliklərinə bələd olmadıqlarına görə
reportyor mövcud qaydalar barədə onlara məlumat verməlidir.
Təcrübədə bu cür hallar da olur: kifayət qədər təcrübəli mənbə
«məlumat üçün» söhbətində elə informasiya verir ki, onun
anonimliyini saxlamaq vacibdir. Belə hallarda mənbənin
söylədikləri sitat olaraq verilə bilər, lakin öz informatorunun gizli
qalmasında maraqlı olan reportyor söhbəti əvvəldən axıra qədər
«fon» kimi verməli olacaq.
Ümumiyyətlə, jurnalist təşəbbüsü öz əlinə almalıdır və
müsahibini söhbətin mövcud qaydaları və formaları istiqamətinə
yönəltməlidir. Bir qayda olaraq bu özünü bir qədər inamsız hiss
edənləri sakitləşdirir. Mən özüm söhbət başlamamışdan əvvəl
səriştəli mənbələrə məlumat vermişəm ki, söhbət «fon» üçündür və
bu, söhbətin digər formasına keçənə qədər davam etməlidir. Mənim
«fon» müddəam belədir:
47
«Fon» üçün söhbət o deməkdir ki, reportyor söhbət
zamanı mənbənin ona verdiyi bütün inofrmasiyadan
istifadə edir və onun söylədiklərinin istənilən yerini sitat
kimi gətirir, o şərtlə ki, mənbənin şəxsiyyəti
açıqlanmır. Mənbə informasiyanın anonimliyini təmin
edən konstitusiyaya istinad edir.
ÖZ MƏNBƏLƏRİNİ AÇIQLAMAMALI!
Kütləvi informasiya vasitələri redaksiyalarına informasiya
verənin anonimliyi təmin olunur. Bu o deməkdir ki, jurnalistin öz
informatorunun adını açıqlamağa haqqı yoxdur. «Hakimiyyət
orqanlarına və ya digər ictimai təşkilatlara» isə reportyorun əldə
etdiyi informasiyanın mənbəyin axtarmaq və açıqlamaq qadağan
olunmuşdur (Mətbuat haqqında qanun, fəsil 3, paraqraf 4). Vəzifəli
şəxs və ya jurnalist bu qaydaları pozarsa, İsveç məhkəməsinin
qərarı ilə cəzaya – cəriməyə, yaxud bir ilə qədər həbsə məhkum
edilə bilər. Mənbəni açıqladığına görə reportyor hüquqi məsuliyyət
daşıya bilər, lakin bizim dövrümüzdə hələ heç bir jurnalist bu
cinayətə görə məhkum edilməmişdir.
Əlbəttə, mənbələrin cəzalandırılmaması və anonimliyi
qaydalarında istisnalar da olur. Əgər inofrmator redaksiyaya
dövlətin təhlükəsizliyi üçün qorxu törədən informasiya verirsə,
casusluq, yaxud dövlətə xəyanət kimi qiymətləndirilən inofrmasiya
təqdim edirsə, məhkəmə orqanları mənbəni axtarıb onu cinayət
məsuliyyətinə cəlb etmək hüququna malikdir. Belə cinayətlər ağır
cinayətlər kimi qiymətləndirilir, buna görə də məhkəmə orqanları
mənbəni açıqlamağı tələb edə bilər.
Qeyd
etmək lazımdır ki, mənbələri axtarmaq və aşkarlamaq
ancaq idarələrə və təşkilatlara qadağan edilir, lakin müəssisələr və
mülki şəxslər bundan azaddırlar. Şəxsi firma sahibi informasiyanın
kimdən sızdığını axtara bilər və redaksiyanın jurnalisti öz
həmkarından soruşa bilər ki, o hansı mənbədən istifadə edir. Bu
axtarışların nə nəticə verəcəyi daha çox reportyordan asılıdır.
48
Jurnalist mənbədən məlumatı o şərtlə alır ki, onun anonimliyi
saxlanılacaq. Beləliklə, o öz üzərinə təkcə hüquqi məsuliyyət deyil,
həm də mənəvi məsuliyyət götürür. Buna görə də reportyor mənəvi
öhdəliyinə əməl edərək hətta hakimiyyət və məhkəmə orqanlarının
tələblərinə baxmayaraq mənbənin gizli saxlanılmasına çalışmalıdır.
AĞ YALAN
Bəzən mənbələrin qorunmasında yalan və təhrif özünü
doğruldur. Az adama məlum olan söhbətin təfərrüatını sizə
söyləyərkən informator özünü ifşa olunmaq təhlükəsinə atır.
Deyilənlərin hansının göstəriləcəyi və jurnalist materialında istifadə
ediləcəyi barədə hər ikinizin razılığına baxmayaraq, təcrübədə çox
zaman bu, real deyil və mənbənin ifşasına gətirib çıxara bilər. Buna
yol verməmək üçün bəzən reportyor bəzi deyilənləri olduğu kimi
ifadə etməkdən qaçınır. Mən özüm dəfələrələ bəzi məlumatları
üstüörtülü, qeyri-dəqiq və səhv olaraq verməyə məcbur olmuşam
ki, öz mənbəmin izini itirim.
Çoxlarına məlumdur ki, mənbə və jurnalist bir-birini yaxşı
tanıyırlar və ya yaxşı münasibətdədirlər. Buna görə də jurnalist
ifşaedici materialdan imtina edərək aldığı informasiyanı həmkarına
versə, ağıllı iş görmüş olar. Bu, mənbəni qorumaq üçün faydalı
üsuldur, bununla belə reportyorun özü üçün ağır işdir, çünki
materialdan doğan şöhrəti və ad-sanı başqasına vermiş olur.
«Fon»
şərtilə alınmış məlumatı sitat kimi göstərmək və
istifadə etmək hüququna baxmayaraq jurnalist çox vaxt mənbənin
qorunması ilə bağlı alınan məlumatı məhdud şəkildə ifadə etmək
məcburiyyətində qalır. Mühüm informasiyanı verərkən jurnalist
ehtiyatı əldən buraxmır. Mənbəni nazir, hökumət dəftərxanasında
yüksək vəzifə tutan məmur, partiya mərkəzinin nümayəndəsi və s.
kimi göstərmək çox vaxt tamamilə lüzumsuz görünür. Hətta
informator partiya lideri, yaxud yerli hakimiyyətin başçısı olsa belə
və deyilənlərə istinad etməyə ehtiyac yoxdursa, onları qeyri-
müəyyən şəkildə, məsələn, nüfuzlu mənbə kimi göstərmək daha
yaxşıdır. Əgər informator parlamentin deputatıdırsa, onu maliyyə
49
nazirliyinin işçisi kimi göstərərək yalan uydurmaq lazım deyil.
Belə yalan dar dairədə olan adamların əsassız şübhə altına
düşməsinə səbəb ola bilər.
Mənbənin təqdim etdiyi şifahi məlumatlar və ya işarələr
həmin mövzu üzrə materialın meydana çıxmasına səbəb ola bilər.
Bu halda mənbəyə istinad etməyə ehtiyac qalmır. İctimaiyyətə
məlum olan sənədləri göstərərkən anonim informatora istinad
etmək lazım deyil. Bu ancaq anonimliyini qorumaq istədiyiniz
adama qarşı şübhə yaradır.
JURNALİST HƏMİŞƏMİ İŞ BAŞINDADIR?
Beləliklə, jurnalist öz materiallarında istifadə edə
bilməyəcəyi informasiyanı mənbədən qəbul etməməlidir. Əgər
jurnalist öz dostları ilə bir məclisdə iştirak edirsə və bu vaxt otaqda
jurnalistin olmasından bixəbər birisi maraqlı, ifşaedici söhbət
açırsa, reportyor nə etməlidir? Uşaqlıq dostu ürəyi açıqlıq edərək
öz işlədiyi yerdə baş verən hadisələrdən danışırsa, nə etmək
lazımdır? Xidməti vəzifəsinə görə qapalı informasiyaya sahib olan
evdəkilərdən və ya qohumlardan biri məlumatı sizinlə bölüşürsə,
necə hərəkət etməli?
Bəzi jurnalistlər iddia edirlər ki, bu, prinsip məsələsidir və
reportyor həmişə iş başındadır. Lakin jurnalistikada olduğu kimi,
dostluqda da bir etika var. Bir çox illər reportyor işlədikdən sonra
mənim bu məsələlərə münasibətim daha praqmatik olub. Yaxın
dostlara xəyanət etmək olmaz. Qohumluq və dostluq münasibətləri
jurnalisti elə bir vəziyyətə gətirib çıxarar ki, o öz vəzifəsini
qərəzsiz yerinə yetirə bilməz. Mən qəti əminəm ki, şəxsi həyatla
bağlı hadisələrdə reportyor könüllü olaraq materialla işləməkdən
imtina etməlidir.
İNAM YARATMALI
İnformasiyanın anonim mənbəlri ilə işləmək incə məsələdir
və bu, jurnalistdən kəndirbaz kimi balans saxlamağı tələb edir.
50
Mənbə ilə münasibət ərkyana olmamalı, əgər bir-birinizə inam
yaratmaq istəyirsinizsə, eyni zamanda çox soyuq da olmamalıdır.
O adam ki, məlumat verir və anonim qalacağına inanır, juranlistə
etibar edərək özünü ifşa edilmək təhlükəsinə atır.
İnformator inanmalıdır ki, jurnalist onun verdiyi
materialdan istifadə edərkən mənbənin açıqlanmasına gətirib
çıxarmayacaqdır. Onun həmçinin ümid etməyə haqqı var ki, lazım
gələrsə, reportyor onu müdafiə etmək üçün əlindən gələni
əsirgəməyəcək. Qanunda mənəvi öhdəliklər göstərilmir. Bu
öhdəliklər mənbə ilə jurnalist arasında bir-birinə inam nəticəsində
yaranır. Jurnalist də öz növbəsində inanmalıdır ki, ona doğru
informasiya verilir və heç bir təhrif etmə cəhdinə yol verilmir. Belə
şəraitdə reportyor ilə mənbə arasında xüsusi rabitə yaranır və bu
rabitənin möhkəmliyi jurnalistin etibarlılığından asılıdır. Nəhayət
etibarilə, söhbət demokratik cəmiyyətdə hər iki tərəfin öz rolunu və
vəzifəsini dərk etməsindən gedir.
Jurnalist
öz
mənbəlrinə qayğı ilə yanaşmalıdır. Bu o
deməkdir ki, jurnalist onlarla müntəzəm əlaqə saxlamalı, ona
verilən informasiyadan necə istifadə etdiyi barədə onlara məlumat
çatdırmalıdır. Jurnalist mənbədən aldığı məlumatlara əsasən
yazdığı məqalənin və ya süjetin qaralamasının surətini telefonla
söyləyə, yaxud faksla göndərə bilər. Əgər reportyor və informator
məlumatların göstərilən vaxtdan əvvəl açıqlanmayacağı barədə
razılığa gəlsələr, jurnalist öz vədinə əməl etməlidir. Hətta
rəqibilərinin bu xəbəri daha tez verməsi ehtimalı olsa belə, sözünün
üstündə durmalıdır.
Mənbəni qorumaq üçün bir üsul da var: aldığın
məlumatların digər mənbələrdən və ya ictimaiyyətə rəsmən açıq
olan sənədlərdən təsdiq edilməsinə çalış. Bu halda anonim müəllifə
istinad etməyə ehtiyac qalmaz. Məqalə çap edildikdən sonra və
jurnalistin anonimliyi qoruması vədini gördükdə, mənbə özünü
inamlı hiss edir. Mənbə ilə səmimi münasibət əhəmiyyətlidir. Buna
görə də ondan alınan informasiyadan necə istifadə edilməsi barədə
mənbə məlumatlandırılmalıdır. Ancaq reportyor digər mənbələr
barədə ona əsla məlumat verməməlidir.
51
MƏNBƏLƏRƏ TƏNQİDİ YANAŞMALI
Mənbəni qorumaq üsullarından biri yeni mənbələr
tapmaqdır. Bu təkcə məlumatları yoxlamaq və öz işini bərk tutmaq
imkanı üçün deyil, həm də mənbənin özünün mühafizəsindən ötrü
lazımdır. Jurnalist mövzu üzərində işləyərkən məlumatı olan bir
neçə şəxslə söhbət edirsə, onlardan heç biri çox danışmasa belə,
özünü informasiyanın ilk mənbəyi hesab edir. Xəbər çap edildikdən
sonra müxbirin söhbət etdiyi şəxslərdən bir çoxu bütün bunların
kim tərəfindən söylənilməsi üzərində baş sındırır. Onlardan heç biri
şübhə oyanmasın deyə səsini çıxarmayacaq.
Mənbəlrin jurnalistə informasiya ötürməsi cəhdlərinin
müxtəlif səbəbləri ola bilər və bu cəhd heç də həmişə yaxşılıqdan
doğmur. İnformaisya vermək azadlığı barədə qanundan istifadə
edən bəzi adamlar qərəzli, hətta böhtan xarakterli məlumatlar da
verə bilərlər. Mənbəni qiymətləndirərkən reportyor bunu dərk
etməlidir. Təbliğat və fırıldaq çox zaman məlumatların yayılmasına
səbəb olur. Ölkənin siyasi həyatını əks etdirən jurnalistlərin
mənbənin tendensiyaları barədə təsəvvürü olmalıdır. İnformatorun
siyasi partiya mənsubiyyəti və ya hansı təşkilatasa üzvlüyü
informasiyanı özünə, yaxud öz təşkilatına sərf edən variantda
verməsinə səbəb ola bilər. Mənbələrə tənqidi münasibət bəsləyən
reportyorun müxtəlif siyasi maraqları və qütbləri təmsil edən
informatorları olmalıdır.
İnformasiya toplayarkən jurnalist daim müxtəlif
informatorlardan aldığı
məlumatlardan istifadə etməyə
çalışmalıdır. Lakin bu, qəti və sözsüz tələb ola bilməz. Reportyor
onlarla işləmək təcrübəsinə əsasən mənbəyə qiymət verir. Hansısa
bir şeyi yəqin etmək üçün həmişə vacib deyil ki, bir-birindən asılı
olmayan mənbələrdən məlumat alasan. Uotorgeyt qalmaqalından
sonra jurnalist mühitində belə təsəvvürlər hələ də yaşamaqdadır: o
vaxt «Vaşinqton Post» qəzetinin reportyorları bu prinsiplə
işləyirdilər. Lakin öz mənbələrinə tənqidi münasibət daha
mürəkkəb prosesdir.
52
Jurnalist
mənbənin əsli barədə diqqətli olmalıdır. İnformator
həqiqətən həmin şəxsdirmi? Başqalarının onun dilindən dediklərini
o, həqiqətən söyləmişdirmi? Mənbənin müzakirə olunan
məsələlərdən nə dərəcədə xəbəri var?
Zaman aspekti mühüm əhəmiyyətə malikdir. Hadisənin baş
verdiyi andan nə qədər çox vaxt keçirsə, bu hadisədə iştirak edən
adamın söylədkləri bir o qədər az səhih olur. Reportyor həm də
özünə sual verməlidir ki, informatorun söhbəti kənar təsirdən nə
qədər asılıdır? Onun özü hadisənin iştirakçısı olubmu, yoxsa bu
barədə özgələrin sözlərindənmi danışır?
Əlbəttə, yaxşı olar ki, qərəzsiz mənbə ilə işləyəsən, lakin
əslində mənbələr bəzən tendensiya ilə hərəkət edirlər. Söhbət heç
də bilərəkdən təbliğat aparmaqdan getmir, əksinə, bir qayda olaraq,
mənbə düşünmədən faktları elə izah edir ki, bunlar onun öz
qənaətinə və rəğbətinə uyğun gəlir.
Mənbələrə tənqidi münasibətin mühüm bir sahəsi şəkillər və
təsvirlərdir. Rəqəmli avadanlığın mövcud olduğu indiki zamanda
təsviri istədiyin kimi dəyişdirməyə, kadrları və fotoşəkilləri
istədiyin kimi təhrif etməyə imkan var. Bu gün fotoşəkillər heç bir
şeyi isbat etmək üçün əsas sayıla bilməz. Redaksiyalar
fotoşəkillərdə göstərilən təsvirlərin əsli ilə düz olması barədə
özlərinə sual verməlidirlər: görəsən, bunlar orijinaldır, yoxsa
saxtadır?
Şəkillərin retuş edilməsinə hələ fotoşəkillərin meydan
çıxdığı vaxtlarda başlanılmışdır. Burada yenilik ondan ibarətdir ki,
indi saxtalaşdırmaq və düzəltmək daha tez və daha ustalıqla edilir.
Sovet dövlətinin yaranması tarixində «ilk saxtalaşdırma» barədə
maraqlı misallar var.
1908-ci
ildə Kapri adasında şahmat partiyası oynanılırmış.
Lenin şahmat masasının arxasında oturubmuş, Qorki oyunu
diqqətlə izləyirmiş. 1939-cu ildə «Lenin» kitabının nəşri ərəfəsində
retuşyor tarixə düzəliş etmək üçün əməlli-başlı işləməli olmuşdur.
Vladimir İliçin yanındakı kişi – menşevik Vladimir Bazarov
sonralar Lenini ciddi tənqid etmişdir. 1931-ci ildə Bazarov həbs
53
edilmiş və 1937-ci ildə güllələnmişdir. Təbii ki, o, şəkildən
itmişdir…
Qorkidən sağdakı kişi Zinovi Peşkov Fransaya mühacirət
etmiş, zabit olmuş, birinci dünya müharibəsində fransız ordusunda
xidmət etmişdir. Sonralar general De Qollun şəxsi dostu olmuş,
ikinci dünya müharibəsi qurtaranda Fransanın təhlükəsizlik
xidmətində çalışmışdır. O da 1939-cu ildə fotoşəkildən yoxa
çıxmışdır…
…və sonradan, 1960-cı ildə Moskva marksizm-leninizm
institutu üçüncü versiyanı çap edəndə bu fotoşəkil yenidən peyda
oldu. Bazarovu sütunla əvəz etdilər, ancaq şəklin sağ küncündə
qadın dizinin görünməsini heç kəs izah edə bilmədi.
XƏBƏRLƏRİN İZLƏNMƏSİ QAYDASI
İnformasiyanın harada olmasını biləndən sonra redaksiya ilə
reportyorun işi bunu əldə etməkdir. Bunu iki üsulla həyata
keçirmək olar: mümkün mənbələrə müntəzəm zəng etmək, onlara
baş çəkmək, yaxud işi elə qurmaq lazımdır ki, informasiya
mütəşəkkil surətdə və az-çox müntəzəm gəlsin. Yazılı sənədlər
poçt ilə (adi və ya elektron), yaxud faksla gələ bilər. Redaksiyalara
informasiya axınının böyük hissəsi qəbul olunmuş qaydalara əsasən
gəlir. Redaksiyalar informasiyanın ünvan siyahıları üzrə təqdim
olunmasına nəzarət edə bilər ki, press-relizlər və informasiya
dövlət və bələdiyyə idarələrindən, həmçinin müəssisələrdən
avtomatik olaraq göndərilsin.
Şifahi xəbərlərin alınmasını təşkil etmək daha çətindir. Heç
bir jurnalist tələb edə bilməz ki, onun mövcud və potensial
mənbələri öz təşəbbüsləri ilə ona bərabər intervalla zəng vursunlar.
Onları tərtib olunmuş müvəqqəti planla axtarıb tapmaq lazımdır.
Məhz buna görə də «intizamlı» redaksiyalarda polis məntəqələri
ilə müntəzəm əlaqə ənənəsi yaradılmışdır:
-Bu gün təzə nə var?
54
İzləmək və axtarmaq bir qayda olaraq çox vaxt aparır,
amma özünü doğruldur. Mənbələrin geniş şəbəkəsini yaradan
jurnalist xəbərləri əldə etməkdə böyük uğur qazanır.
İnformasiya materiallarnın axını redaksiyalardan bunları
mütəşəkkil surətdə qəbul etməyi tələb edir və bu işi qaydasına
qoymaq çətin deyil. Bunun üçün lazım olan şeylər – telefondur,
qeyd dəftərçəsidir və hadisələrin gündəliyidir. İsveçdə bu gündəliyə
«redaksiyanın vicdanı» deyirlər. Gündəliyin məlumatlarını
saxlamaq və paylamaq üçün çoxlu üsul mövcuddur.
Gündəliyin əhəmiyyəti ondan ibarətdir ki, informatorun
sözələrinə görə yazılmış bütün dəvətlər, press-relizlər, işarələr
hadisələrin aktuallığına görə günlərə bölünür. Buna görə də
gündəliyin aylar və günlər üzrə cədvəli olmalıdır. Bu kiməsə
sadəlövhlük kimi görünə bilər, buna baxmayaraq gündəliyə tikmək
üçün gələn materialların bölünməsi xəbərləri qiymətləndirməyi
bacaranlardan ötrü mühüm işdir.
Ümumi
kompüterləşdirmə dövründə yaşadığımıza
baxmayaraq gündəliyin kağız forması şəklində olmasının klassik
variantı redaksiyalarda xəbərlərlə işləməyin əsas aləti kimi
saxlanılmaqdadır. Parlamentin, dumanın, seymin iclaslarının
gündəlikləri redaksiyaya daxil olarkən gündəlik aylar və günlər
üzrə aktual məsələlər bölməsinə salınmalıdır. Gündəlikdə
redaksiyanın klassik yaddaşı saxlanılır ki, bunların da mənbələri
əməkdaşların ideyaları, qəzet kəsikləri, press-relizlər, dəvətlər,
kiminsə məlumatları və s. ola bilər. Yaddaşın mənası ondadır ki,
redaksiya əməkdaşlarından kimsə müntəzəm olaraq bu kağızlarda
göstərilən hadisələrin inkişafını yoxlayır və izləyir. Belə yaddaş
əslində xəbəri bütün proses boyu müşayiət edir. Bu iş çox vaxt
aparmır. Teleqraf agentliyinin xəbərində deyilir ki, hansısa mühüm
məsələ barəsində qərar qəbul edilməsi gözlənilir. Bir vaxt sonra
redaksiyanın əməkdaşlarından biri yazır ki, bu məsələnin
müzakirəsi üçün komissiya yaradılmışdır. Başqa jurnalist bu
mövzuya dair qəzetdən kəsdiyi parçanı yapışdırır, komissiya
katibinin adını və telefonunu qeyd edir və «Bir aydan sonra zəng
etməli» deyə yazır. Xəbərə təzə faktlar əlavə olunduqca, yaddaşa
55
digər reportyorların qeydləri də yazılır. Xəbəri izləmək bir növ
redaksiyanın kollektiv yaddaşına çevrilir.
Yoxlama
zəngləri və redaksiya yaddaşları jurnalist
peşəsinin adi hadisələridir. Lakin bunların təmin etdiyi xəbərlər
axını olmasa, informasiyanın gur çayı quruyar və tədricən yoxa
çıxar.
REDAKSİYANIN TƏŞKİL EDİLMƏSİ
Yuxarıda təsvir olunanlar input vəzifəsinin əsasıdır. Hər bir
redaksiyada, yaxud xəbərlər şöbəsində input (qəbul) və output
(buraxılış) vəzifələri var. Əlbəttə, bu vəzifələr müxtəlif şəkildə
adlandırıla bilər, lakin redaksiyaların təşkilindən asılı olmayaraq
vəzifələri eynidir, informasiyanı toplamaq və onu dərc etməkdən
ibarətdir. Qərb ölkələrindəki redaksiyalarda, radio və
televiziyalarda vəzifələrin adları ingilis-sakson ənənələrindən
götürülmüşdür.
Başqa ölkələrdə olduğu kimi İsveçdə də bu gün input,
output, desken ifadələri işlənməkdədir.
Qəbul (input) redaktoru işin planlaşdırılmasına rəhbərlik
edir. O, dəvətlərlə, press-relizlərlə, qəzet kəsikləri ilə məşğul olur,
yaddaşlarda qeyd olunanlara nəzarət edir. O həm də maraqlara,
təcrübəyə və ya ixtisaslaşmaya görə reportyorlar arasında iş
bölgüsü aparır. Televiziya redaksiyasında qəbul redaktoru əsas
mövqe tutur, çünki istifadə olunan çoxlu texnikanın bölüşdürülməsi
ciddi planlaşdırma tələb edir.
Buraxılış (output) redaktoru xəbərlər proqramının verilməsi
üçün məsul şəxsdir. Bəzi redaksiyalarda bu adamı məsul katib və
ya desken adlandırırlar. Buraxılış redaktoru növbəyə başlarkən
qəbul redaktoru artıq evə getmiş olur. O, reportajlarda hər süjetin
son versiyasını həll edir, həm də hansı süjetlərin göstəriləcəyi və
hansı teleqramların oxunacağı barədə qərar qəbul edir, həmçinin
proqramın planını müəyyənləşdirir. Efir vaxtı buraxılış redaktoru
mərkəzi aparatda olur, verilişin gedişatına nəzarət edir, proqrama
hansı parçanın əlavə olunması və ya əksinə, süjetin ixtisar edilməsi
56
barədə qərar qəbul edir. Redaksiyada buraxılış redaktorunun
qərargahına həm də proqramı aparan jurnalistlər, texniki
redaktorlar, rejissorlar və onların assistenti daxildirlər.
Siyasi
icmalçılar, beynəlxalq mövzuda yazanlar, xüsusi
müxbir və digər ixtisaslaşmış reportyorlar qruplarının
əksəriyyətinin qəbul redaktorları vardır və onlar təkcə tapşırıqları
bölməklə deyil, həm də fəal yaradıcılıq işi ilə məşğul olurlar. Qəbul
qərargahına researchers – faktları axtaran, süjet və materiallar
üçün platforma hazırlayan şəxslər də daxildirlər.
Dostları ilə paylaş: |