O n q I z I l qaydas I


Dünya sənin səsinlə  danışanda sən kim olduğunu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix22.04.2017
ölçüsü2,8 Kb.
#15299
1   ...   4   5   6   7   8   9   10   11   12

Dünya sənin səsinlə  danışanda sən kim olduğunu 
bilməlisən
               Britt Edval 
 
 
            Qəzetçilərə  nəzərən radio – televiziya jurnalistləri öz 
materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə 
malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi  bir və ya bir neçə 
abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun 
şəkillər seçməklə  bəzən jurnalistin məqaləsini tanınmaz hala sala 
bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini 
dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar 
tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim 
olunmasından çox asılıdır. Elektron vasitələrində  yaxşı effekt 
alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi 
ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi 
nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. 
           Nitq  və  səs televiziyada da çox vacibdir. Səslənmənin özü, 
əlbəttə, məşq etməkdən və  səsi cilalamaqdan asılıdır, ancaq 
reportyorun özünə inamı  və peşəkar hazırlıq səviyyəsi heç də az 
əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa 
da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç 
də müvəffəqiyyətin rəhni deyildir. Yeni başlayan jurnalisti 
səsindəki qorxudan və tonundakı inamsızlıqdan tanımaq 
mümkündür. Ancaq bu yolu keçməyin labüdlüyü barədə özünə 
hesabat verənlər əzablı prob və səhvlər dövrünü qısalda bilərlər. 
            Reportyor  efirdə  işləyəndə özünə sadiq olmalıdır, radio və 
televiziya jurnalistikasının ulduzlarını 
təqlid etməməyə 
çalışmamalıdır. Öz işini də mürəkkəbləşdirmək lazım deyil. 
Praktikada hər şey daha asandır -  mikrofon qarşısında çıxış edən 

 
 
119 
retortyor özündən nə  qədər  əmindirsə, efirdə bir o qədər yaxşı 
danışır. Qəribədir ki, dünyanın müxtəlif radiostansiyalarının 
xəbərlər blokuna qulaq asanda, biz dili bilmədən də aparıcılardan 
hansının səsinin   təbii olduğunu yanılmadan təyin edə bilirik. Bir 
qayda olaraq,  xəbərlərin oxunuş stili haqqında hər dinləyicinin 
özünün müəyyən təsəvvürü var. Buna görə  də biz informasiya 
materialının  ənənəvi təqdimat üsulu ilə  fərdi iş stili arasında 
müvazinətə riayət etməli oluruq. Bəlkə  də    nə vaxtsa qoyulmuş 
qaydaları pozmağın vaxtı  gəlib çatmışdır?  Son illərdə  İsveç 
radiolarında yalnız dialektlə deyil, ləhcə ilə danışan reportyorları da  
eşitmək mümkündür, ancaq dinləyicilərin buna münasibəti 
birmənalı deyil. 
             Radioda,  yaxud  televiziyada  işləməyə hazırlaşan adamlar 
öz səsinə hakim olmağı bacarmalıdırlar. Bu məharəti yalnız 
dərsliklər vasitəsilə qazanmaq mümkün deyil. Səs reportyorun 
alətidir, onun cilalanması üçün ciddi şəkildə işləmək və səsin bütün 
imkanlarından istifadə etmək lazımdır. Elə buna görə də başlanğıc 
mərhələsində peşəkarların köməyi yalnız vacib deyil, həm də 
zəruridir. 
 
                              EFİRDƏ   XƏBƏRLƏR 
 
           İsveçdə radio və televiziya reportyorlarının  əksəriyyəti  
keçmiş qəzetçilərdir. Radio və televiziya üçün süjet hazırlamaq heç 
də  qəzet üçün informasiya materialı yazmaq deyil, axı auditoriya 
efir xəbərlərini oxumur, dinləyir. 
           İsveç Radiosunun «Exo» xəbərlər redaksiyasının keçmiş 
məsul katibi Hakan Hansson öz mühazirələrində  «mikrofon 
paradoksu» ifadəsini işlədir. «Təəccüb qalmalı  şeydir: radio və 
televiziyada işləyənlər istisna olmaqla istənilən adam radio və 
televiziyada çıxış edə bilər. Onlar gərək  əvvəlcə  nə deyəcəklərini 
kağıza yazsınlar, sonra çıxıb yazılanı oxusunlar».* 
             Mətbuat üçün yazılan və ucadan oxunan xəbər dinləyiciyə 
anlaşılmaz sicilləmə  təsiri bağışlayır. Qəzet məqaləsi daha 
yığcamdır, faktlarla və göstəricilərlə  zəngindir, amma efir üçün 

 
 
120 
nəzərdə tutulan mətn daha az informasiya yükü daşıyır ki, 
dinləyicinin mətni qavramağa və süjetin məzmununu həzm etməyə 
imkanı olsun.   
                                          
                                    MƏTN / SSENARİ 
 
               Qısa informasiya xəbərlərinə – teleqramlara  mətni tam 
yazmaq lazımdır. Əgər siz öz çıxışınızın ümumi tezislərini kağıza 
yazsanız və onu sözbəsöz oxumadan danışsanız, uzun süjet efirdə 
daha yaxşı səslənər. 
              Öz  mətninizi kağıza yazarkən pauzanı göstərən işarədən 
istifadə edin. Cümlədəki VACİB və ƏSAS sözləri böyük hərflərlə 
qeyd edin, yaxud  sözün altından xətt çəkin. Bu, cümlədəki 
vurğuları  qoymağı, mətni mikrofon qarşısında oxuyarkən düzgün 
intonasiya axtarışını asanlaşdırır. Simvol və təsvirləri söz şəklində 
açmaq daha yaxşıdır. Mətni oxuyarkən #, $, %, @, / kimi işarələr 
sizi çaşdıra bilər. Mətni yazarkən «və i.a.», «və b.k.», «və b.b.» 
kimi ixtisarlardan da qaçmaq lazımdır. 
             Mətndə başqa ixtisardandan da istifadə etməməyə çalışın. 
Məsələn, AİŞ, BVF, AES, AYİB, AİB, İİB və s. Əgər bu mümkün 
deyilsə, onların açmasını verin. Unutmayın ki,
 
 
------- 
    *Hansson Hokan. Ar radionyneter skriftliga eller muntliga?  Spakvard nr 2/1996 
radioda AİB-lə AYİB arasındakı  fərqi tutmaq praktiki olaraq 
mümkün deyil. 
            Rəqəmləri, xüsusilə böyük kəmiyyətləri bildirən rəqəmləri 
sözlə yazanda daha asan oxumaq olur. «Seçkilərdə qələbə çalmaq 
üçün onun cəmisi min yüz otuz iki səsi çatmadı»  əvəzinə «onun 
cəmisi 1 132 səsi çatmadı» yazmaq olmaz. Manuskriptdə «11.30» 
əvəzinə «on ikinin yarısı» yazmaq daha yaxşıdır. Radio süjetin 
mətnində astronomik rəqəmlərdən əsla 
istifadə etməyin. Bunsuz ötüşmək mümkün deyilsə, onları 
yuvarlaqlaşdırmağa çalışın. «Sosial ehtiyaclar üçün büdcədə 580 
milyon 700 min manat ayrılması nəzərdə tutulur» yerinə «təqribən 

 
 
121 
altı yüz milyon manat» desəniz,  dinləyici onu daha asan qavrayar 
və yadında saxlayar.  
          Faizləri və faiz stavkalarını bir-birinə qarışdırmayın. İctimai 
rəy sorğusunun nəticələrində göstərilsə ki, sosial-demokratlar 
partiyasına rəğbət 33 faizdən 29 faizə düşmüşdür, bu o deməkdir 
ki, partiya 4 faiz  deyil, 4 faiz stavkası itirmişdir. Eləcə  də sorğu 
göstərə bilər ki, sol partiyaya bu gün bir il bundan əvvəlki kimi 
seçicilərin 4 faizi deyil, 8 faizi səs verməyə hazırdır. Deməli, 
partiyaya rəğbət 4 faiz deyil, 100 faiz artmışdır. Bu cür səhvlərə biz 
təsəvvür etdiyimizdən də tez-tez yol verilir. Xüsusilə  işə yeni 
başlayan reportyorlar tərəfindən. 
          Televiziya  süjetinin  ssenarisini  yazmaq  əslində  çətindir. O 
yalnız reportyorun mətnini deyil, eləcə  də videosıranın təsvirini 
əhatə edir. Bu gün fərdi kompüterlər üçün ssenari və montaj 
vərəqinin tərtibi prosedurasını asanlaşdıran və yüngülləşdirən 
müxtəlif proqramlar mövcuddur. 
 
                                 EFİRDƏ   DANIŞMAQ 
 
         Mikrofon  və ya kamera qarşısında danışan reportyor özünə 
sadiq olmalıdır. Öz süjetlərinizdə 
və verilişlərinizdə 
yeknəsəqlikdən qaçın, materiallar üzərində  işləyərkən öz 
 
«mən»inizi biruzə verin. Dinləyici, yaxud tamaşaçı üçün  öz 
mətnini kağızdan sözbəsöz oxumağa deyil, danışmağa  çalışmaq 
lazımdır.  İmprovizə bacarığı radio reportyorları üçün xüsusilə 
vacibdir. Mətnlə işin ən yaxşı üsulu mətni lentə yazmazdan əvvəl 
onu bir neçə dəfə ucadan oxumaqdır. Bu, sözlərin semantikasını və 
ümumən süjetin məzmununu daha yaxşı qavramağa kömək edir. 
Artıq sözləri pozun. Vaxtı qeyd etməyi unutmayın, çünki proqram 
redaktorunu hər süjetin xronometrajı maraqlandırır.   
         Radio  və televiziya reportyorlarının dili öz əlvanlığı ilə 
fərqlənməlidir.  İstənilən təkrar dinləyicini və tamaşaçını 
əsəbiləşdirir. Sinonimlər lüğətini  əlinizin altında saxlamağa adət 
edin. Mətnə əlvanlıq gətirmək məharətinə yiyələnin. 

 
 
122 
         Yazılışdan  əvvəl söz və ifadələrin düzgünlüyünü yoxlayın. 
Mürəkkəb anlayışlar və qeyri-dəqiq təsvirlər mətnin məzmununu 
anlamağı  çətinləşdirir. Cümlələrdə söz sırası birbaşa olmalıdır, 
inversiyalardan istifadə etmək, yaxud mətni mürəkkəb və 
mürəkkəb tabeli konstruksiyalarla yükləmək olmaz. Cümlələr sadə 
və aydın məntiqi əlaqələrlə qurulmalıdır. 
          Əgər oxucu nəyisə buraxsa, yaxud hansısa ibarənin 
mahiyyətini tam başa düşməsə, əvvələ qayıdıb yuxarıdakı cümləni, 
yaxud abzası yenidən oxuya bilər. Tamaşaçının və dinləyicinin belə 
imkanı yoxdur, buna görə də cümlələr sadə və aydın olmalı, mətni 
yanlış qavramağa səbəb olmamalıdır. Vacib fakt və göstəriciləri bir 
neçə  dəfə  təkrar etmək olar, ancaq vəzifə  və titulları göstərərkən 
lakonik olmaq lazımdır.  Əlbəttə, belə hallarda şifahi nitqin 
aydınlığı ilə informasiyanın dolğunluğu arasında bəzi ziddiyyətlər 
yaranır. Bunula birlikdə, informasiya süjetinin kontekstində «Lund 
şəhərindəki filan universitetin tibb fakültəsinin dekanı, filan 
xəstəxananın baş həkimi, immunologiya professoru, filan sahə üzrə 
mütəxəssis…»  əvəzinə «tibb professoru» demək kifayətdir. Çətin 
ki, bütün bu titullar dinləyicinin yadında qalsın. Heç vaxt süjetə 
adamlara tanış olmayan adı  çəkməklə başlamayın. Bu çox vaxt 
dinləyicilərin diqqətinin haçalayır. 
          Radio  reportyoru  bədahətən danışmağı öyrənməli, hadisəni, 
yaxud məkanı sinədən təsvir etməyi bacarmalıdır. İdman şərhçiləri 
bu məharətə yüksək dərəcədə sahib olurlar. Çox tez-tez olmasa da, 
istənilən reportyor bəzən hazırlıqsız danışmaq məcburiyyətində 
qalır.  Özünüz üçün ən adi, gündəlik məşğələləri, məsələn, 
metroya, mağazaya, diskotekaya getməyi və s. təsvir etməklə buna  
vərdiş etmək o qədər də  çətin deyil. İmprovizə  məharəti isə ciddi 
hazırlıq tələb edir. 
 
                                           TABU 
 
Dilinizi dəbdə olan kəlmələrdən, boş ifadələrdən və parazit 
sözlərdən təmizləməyə çalışın. Nədənsə, belə sözlər radio və 
televiziya jurnalistlərinin dilində kök atmaq təmayülü göstərir. 

 
 
123 
«Yəni», «əşşi», «əh» - bu kimi alaq sözlərə misal ola bilər. Vaxtı 
göstərməklə başlayan süjetlər dinləyiciləri darıxdırır:  «Bu hadisə 
gündüz saat 2-də baş verdi…»  «Hücuma keçmək», «Haray 
salmaq», «Əsasını qoymaq», «Aysberqin görünən hissəsi», «Siz 
zəmanət verə bilərsinizmi ki…» kimi  ştamplardan da qaçmağa 
çalışın. 
           Taksi sürücüləri söyüşcül olurlar, bürokratlar isə dəftərxana 
dilində danışırlar. Reportyor müvəqqəti içində olduğu dil mühitinə 
uyğunlaşmaq meylinə düşməməlidir. Təəssüf ki, müsahibimiz çox 
vaxt bizi öz danışıq manerasının təsirinə salır. Vəzifəli  şəxslə 
söhbət edəndə reportyor birdən bəlağətli ibarələr və  ştamplar 
işlədir, gənc texnokratla müsahibə zamanı isə başqalarına məlum  
olmayan jarqona və peşəkar ifadələrə keçir. Jurnalist kiminlə 
söhbət etməyindən asılı olmayaraq, özünə sadiq qalmalıdır. 
          Təbliğat xarakteri daşıyan qiymətverici ifadələri də ehtiyatla 
işlədin. Siz onlardan istifadə etməklə    başqasına damğa vurmuş 
olursunuz. Jurnalist işlətdiyi sözlərin  mənası  və qiymətvericilik 
xarakteristikası barədə özünə hesabat verməlidir. «Azadlıq uğrunda 
mübariz». «partizan» və «terrorçu» tamamilə müxtəlif çalarlar 
daşıyırlar. Orta və kiçik müəssisələrin rəqabət qabiliyyətinin 
məhdudlaşdırılmasını, beynəlxalq sindikatların və kartellərin 
yaradılmasını iri sahibkarlar qəşəng bir ifadə ilə «sinergizm» 
adlandırırlar. İşsiz və işdən qovulmuş adamlar barədə bəziləri nəyə 
görəsə «müvəqqəti olaraq işdən azad edilmiş  şəxslər»  ifadəsini 
işlədirlər.   
Paxlalı bitkilər yetişdirməyin yeni metodu barədə debatlar 
qiymətverici sözlərdən istifadənin ictimai rəyə necə  təsir 
göstərdiyinə maraqlı misal ola bilər. Genetik dəyişikliklərin köməyi 
ilə bitkilər pestisidlərin bəzi növlərinə qarşı dayanıqlılıq qazanırlar. 
Bu metodun əleyhdarları öz çıxışlarında «gen manipulyasiyası» və 
«genetik cəhətdən manipulə edilmiş ərzaq məhsulları» terminlərini 
işlədirlər. Bu ifadələr naşı adamda kin yaradır, yeni texnologiya 
onlara sirli və qorxunc  bir şey kimi  görünür. Yeyinti sənayesinin 
nümayəndələri isə paxlalı bitkilərin  «genetik dəyişikliyi və 
modifikasiyası» barədə danışırlar. Yeni texnologiyanın tərəfdarları 

 
 
124 
«genetik baxımdan yaxşılaşdırılmış məhsullar» ifadəsini işlədirlər. 
Beləliklə, sözlərin seçimi  özündə bu və ya digər təzahürün 
qiymətini  əhatə edir. Jurnalist öz mətnində neytarl ifadələrdən 
istifadə etməklə bu məsələdə  tərəflərdən heç birinin mövqeyini 
müdafiə etmədiyini göstərməlidir.                                                                     
Mətndən bütün artıq sözləri və lüzumsuz cümlələri pozun: 
«…kadrda kral XY1 Karl Qustavdan solda kraliça Silviyanı 
görürük». Tamaşaçı üçün kadrda kimin görünməsi barədə 
informasiya tamamilə lüzumsuzdur, çünki bu, aşkar faktdır. 
        «Üzdəniraq» ifadəsi mənim  şəxsi antipatiyamın obyektidir. 
Dinləyiciyə, yaxud tamaşaçıya mürəkkəb təzahürün, yaxud 
terminin mənasını izah edə bilməyən jurnalist bu iki kəlməni hazır 
saxlayır. «Konvergensiyanın  üzdəniraq  tənqidçiləri» - bu ifadə 
arxasında konvergensiyanın nə demək olduğunu aydınlaşdırmaq  
və bunu öz auditoriyasına izah etmək zəhmətinə qatlaşmaq 
istəməyən tənbəl reportyor gizlənir. Bu, həqiqətən də pis 
jurnalistikaya nümunədir. Yaxud, daha doğrusu,  üzdəniraq  
jurnalistikanın nümunəsidir! 
 
                        ANONS   NƏ  ÜÇÜN   LAZIMDIR? 
 
         Anons  (yaxud  lid)  və tuşlama – qəzet sərlövhəsinə  və vrezə 
ekvivalentdir. Anons xəbərlərin təfsilatını göstərmədən onları  
ümumi səpkidə  təsvir edir ki, dinləyicidə proqramın süjetlərinə 
maraq oyatsın. 
         Xəbərlər proqramında anons vaxtı, deyək ki,  tanış olmayan 
qadının – Nobel mükafatı laureatının  şəkli göstərilir və kadrlar 
aşağıdakı mətnlə müşayiət edilir: 
 
         O BU GÜN NOBEL MÜKAFATI LAUREATI OLDU. BİR AZ SONRA 
PROQRAMIMIZDA MÜƏLLİFİN ÖZ İFASINDA ŞERLƏRİ. 
 
       Bu  mətni eşidən tamaşaçı belə  qənaətə  gəlir ki, geniş kütləyə 
tanış olmayan şairə bu gün ədəbiyyat səhəsində Nobel mükafatı 
laureatı adına layiq görülmüşdür və bir az sonra o, xəbərlər 

 
 
125 
proqramında öz şerlərini oxuyacaq. Bu qadın kimdir, hansı 
ölkədəndir, hansı  dildə danışır?   Bunlar hələlik tamaşaçı üçün sirr 
olaraq qalır. Radio və televiziyada xəbərin anons mətni bir növ 
tələyə oxşayır, tamaşaçıda və dinləyicidə    qəzet sərlövhələrinin 
oxucuda yaratdığından dəfələrlə artıq  intizar oyadır.  
        Yaxşı tuşlama yaratmaq asan məsələ deyil. O, xəbəri 
anonsdan fərqli olaraq daha geniş təsvir etməli, həm də bu zaman 
bütün detalları açmamalıdır ki, xəbərlər proqramına qulaq asan və 
ya baxan adamda süjetə maraq sönməsin. Tuşlamanın məqsədi 
yalnız xəbəri təqdim etmək deyil, həm də zərurət olduqda hadisənin 
tarixçəsini təsvir etməkdir ki, bunun sayəsində auditoriyaya süjetin 
məzmununu başa düşməkdə kömək etsin. 
 
 
 
                                                        
                                  KEÇİD   MƏHARƏTİ 
 
        Tuşlamadan süjetə, yaxud jurnalistin mətnindən müsahibəyə 
keçid süjetin özündə birləşməlidir. Bağlamalar rahat olmalıdır,  ən 
kiçik qeyri-dəqiqlik, nahamarlıq, yaxud hoppanma tamaşaçı  və 
dinləyici tərəfindən sezilir. Əgər tuşlama «müxbirimiz xəbər verir» 
sözləri ilə bitirsə, onda efirdə reportyorun səsi eşidilməlidir. 
 
         TUŞLAMA 
         Müxbirimiz Tokiodan xəbər verir 
         SÜJET 
 
 
        Dinləyici təəccüblə görür ki, ilk sözləri heç də «Exo» 
proqramının müxbiri deyil, yaponca danışan adam deyir. Publika 
heyrətə düşür: bu kimdir görəsən? Deyilənlərin tərcüməsi 
başlayanda, artıq gecdir. Radio öz dinləyicisini itirdi, o, başqa 
düşüncələrə qərq oldu və çətin ki tərcümənin məzmununu qavrayır. 

 
 
126 
        Süjeti tuşlamada istifadə olunmuş formuldan başlamaq olmaz. 
Təkrarlar həmişə darıxdırıcı  və  əsəbiləşdirici olur. Bəzən süjettdə 
tuşlamadan bircə söz və ya əsas kəlməni təkrar etmək kifayətdir ki, 
tamaşaçı  və ya dinləyici bütün verilişi darıxdırıcı  və bezikdirici 
hesab etsin. 
        İmkan daxilində anons və tuşlama  mətnini  reportyor özü 
təklif etməlidir. Bu, qeyri-dəqiqlikdən  və materialın təqdimatında 
mübaliğədən qaçmağın üsullarından biridir. Ancaq verilişin 
süjetləri arasında keçidlər və birləşmələr üçün və tuşlamaların son 
mətni üçün proqramın aparıcısı, yaxud da studiyanın jurnalisti 
məsuliyyət daşıyır. Xəbərlər buraxılışı aparıcısının iş vaxtının 
böyük hissəsi süjetlərə baxmağa və qulaq asmağa, tuşlama 
mətnlərini işləməyə gedir ki, onlar anlaşıqlı olsunlar, xəbərləri 
dəqiq təmsil etsinlər və süjetə rahat keçidi təmin etsinlər. Xəbərlər 
buraxılışının dili eyni stildə qalmalıdır. Aparıcı  hər bir jurnalistin 
materialının təqdimatında süjetin ruhunu saxlamağa  çalışmalı,  
tamaşaçı  və  ya  dinləyicidə   süjet  haqqında   təsəvvür yaratmalı, 
eyni zamanda tuşlamanı faktlarla və informasiya ilə çox da 
yükləməməlidir. Tuşlama süjetin yenidən nəqli olmamalıdır, bir 
növ tələ yemi olmalıdır. Biz bu tələ yemi ilə öz auditoriyamızın 
diqqətini tutmaq istəyirik. 
         Əgər süjet müsahibə ilə başlayırsa radio proqramının aparıcı 
redaktoru həm də danışanı  təqdim etməyi unutmamalıdır. 
Televiziyada buna ehtiyac yoxdur, çünki burada reportyoru və 
müsahibə verəni daha çox titrlərin köməyi ilə təqdim edirlər. Buna 
görə  də televiziya xəbərlər proqramının aparıcısı  mətnlərin 
tuşlamasını tərtib etmək işində daha sərbəst və imkanlı olur. 
        Xəbərlər proqramında hər süjetin sonunda videomontaj 
rejissorunun və operatorun adı olan titrlər verilir. Buna «kredit» 
deyilir. Süjeti hazırlayan reportyorun adı bir qayda olaraq 
reportajın  əvvəlində göstərilir. Qəzetdə  reportyorun adı, bəzən 
şəkli və  iş telefonu olan mətn  «byline» (baylayn) adlanır. Radio 
verilişlərində süjet başa çatarkən proqramın aparıcısı  jurnalistin və 
səslənən müsahibənin iştirakçılarının adlarını sadalayır.  Televiziya 
və radio proqramı aparıcısının süjetdən sonrakı yekun mətni qısa 

 
 
127 
xülasə  şəklində ola bilər və ya gələcəyə yönəldilmiş ola bilər. 
Məsələn, «Hökumət bu məsələ barədə  qəti qərarı  ən tezi iki ay 
sonra qəbul edəcək».  «Məhkəmə öz hökmünü iki həftə sonra 
çıxaracaq. Vəkil NN ilə müxbirimiz MM söhbət etdi». 
                   
ZAMANI   UZLAŞDIRILMALI 
 
          Süjetlərlə  işləyən proqram aparıcıları  və reportyorlar felin 
zaman formalarını seçmək işində ardıcıl olmalıdırlar. Unutmayın 
ki, indiki zaman forması tamaşaçıya və dinləyiciyə hadisə yerində 
iştirak hissi verir, süjetə aktuallıq qazandırır. 
 
         -Sosial təminat naziri belə hesab edir ki… 
 -Şəfqət bacıları tətil vasitəsilə ona çalışırlar ki… 
 
Ancaq bəzi hallarda tuşlamada keçmiş zamandan, onun 
ardınca gələn süjetdə isə indiki zamandan istifadə etmək  hamar 
keçidə kömək edir. 
 
TUŞLAMA (baş vermiş hərəkəti göstərir) 
 
-Bu gün 10 min şəfqət bacısı tətilə başladıBu, ölkədəki bir 
çox xəstəxananın bağlanmasına səbəb oldu. 
 
SÜJET (hazırda davam edən hadisənin sonrakı inkişafını 
göstərir) 
 
       -Şəfqət bacıları tətil vasitəsilə öz əmək haqlarının artırılaraq ən 
azı … səviyyəyə qaldırılmasına çalışırlar… 
 
        Felin  keçmiz  və indiki zaman formalarının bir-birini əvəz 
etməsi təhkiyəyə dinamika qazandırır. Tətil səhər tezdən başlamış, 
xəbərlər proqramı efirə çıxan ana qədər başa çatmamışdır. 
 
 

 
 
128 
                                     EKRAN   DİLİ 
 
          Yuxarıda deyilənlərin hamısı  həm televiziyaya, həm də 
radioya aiddir. Lakin unutmaq olmaz ki, bu  iki elektron vasitəsinin 
dilində mühüm fərqlər  də vardır.  
         Teleekranın dili daha yığcam və  konsentrikdir. Telesüjetin 
ssenarisi ilə  işləyəndə biz tez-tez artıq  şeyləri pozuruq, bir də 
oxuyur, bir də pozuruq, bir də, bir də… Ta o vaxta qədər ki, 
mətndə  ən vacib və  ən lazımlı cövhər qalır. Videosıra 
informasiyanın vacib daşıyıcısıdır. Çox vaxt reportyorun şəhər və 
ya müəssisənin adını  çəkməsinə ehtiyac qalmır, yaşayış 
məntəqəsinin adı olan yol işarəsini, yaxud zavod, fabrik 
binasındakı lövhəni göstərmək kifayət edir. Televiziyada istifadə 
olunan kadrların dili, qrafik təsvirlər, simvollar və digər priyomlar 
şifahi təsviri uğurla əvəz edir. 
         Televiziya  reportajının ssenarisini böyük dəqiqliklə yazmaq 
lazımdır, çünki kadrdan sonrakı  mətn ekrana gələnlə üst-üstə 
düşməlidir. 13 saniyəlik videosıra üçün improvizə olunmuş 
repotyor (spiker) mətni uğursuzluğa düçardır. Mətnlə videosıranın 
həmahəng olması üçün ən yaxşı üsul montaj vaxtı öz mətnini 
yazmaqdır (əlbəttə, əgər buna imkan varsa). Bir neçə probdan sonra 
bu, mətnlə videosıranın harmoniyasına imkan verir. Televiziya 
reportyoru öz mətnini təbii və səbəst şəkildə təqdim etməlidir. 
        Proqram  aparıcısı öz mətnini bir qayda olaraq ekranın 
linzasından azca aşağıda yerləşən telesuflyor-ekrandan oxuyur. 
Ancaq bəzi aparıcılar  mətnin yeknəsəq oxunuşu effektindən 
qaçmaq naminə ara-sıra özlərinin qeydlər və  işarələr olan 
kağızlarına da baxırlar. 
       Bəzən mürəkkəb və dolaşıq təzahürlər haqqında birbaşa efirdə 
danışmaq daha yaxşı olur. Bunu şərh formasında eləmək daha 
asandır. Reportyor proqramın aparıcısı ilə birlikdə studiyada olur 
və birbaşa efirdə bu və ya digər hadisəni, yaxud qərarı izah edir. 
Əlbəttə, bu, ciddi hazırlıq tələb edir. Efirə  qədər aparıcı  və şərhçi 
hər sualı və cavabı əsaslı şəkildə müzakirə edirlər. Ancaq studiyada 
şərhçi sərbəst danışmağı bacarmalı, öz cavablarını kağızdan 

 
 
129 
oxumamalıdır. Əslində daha yaxşı olar ki, o, mətn-filan yazmasın, 
çıxışının əsas tezislərini qeyd eləsə  və arada bir öz «şparqalkasına» 
baxsa kifayətdir. Bu halda öz mətnini suflyordan oxuyana nəzərən 
şərhçinin sözlərinə inam daha çox olacaq. 
 
 
                    KOSTYUMÇUNUN   MƏSLƏHƏTLƏRİ 
 
         Telereportyor kimi telejurnalist  də daim səsinin cilalanması 
və  xəbəri təqdimetmə bacarığının təkmilləşdirilməsi ilə  məşğul 
olmalıdır. Bundan başqa, o, ekranda necə göründüyü barədə  də 
fikirləşməlidir. Uğursuz geyim tamaşaçının diqqətini  o  qədər 
məşğul  edə bilər  ki, reportyorun  nə  danışdığı onun heç vecinə də 
olmaz.                                                                                   
 Müxbirin  paları  və xarici görkəmi publikanın fikrini 
dağıtmamalı  və onu əsəbiləşdirməməlidir. Dünyanın bir çox 
telestansiyalarında kostyumçu, yaxud dizayner ştatı var. Onun 
vəzifəsi diktorlara kömək etmək və ekrana çıxmaq üçün 
jurnalistlərə müvafiq paltar seçməkdir. Aşağıda 
İsveç 
Televiziyasının kostyumçusunun məsləhətləri verilir. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin