О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər


Polad kanatların defektoskopiyası



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
3.5. Polad kanatların defektoskopiyası 
 
Neft-qaz  sənayesinin  bir  çox  obyektlərində  əsas  və 
köməkçi  mexanizm  kimi  müxtəlif  quruluĢlu  qaldırıcı 
quruluĢlardan  istifadə  olunur.  Qaldırıcı  quruluĢların  əsas 
elastik  qaldırıcı  elementi  polad  elastik  kanatlar  hesab 
olunur.  Dağıtmadan  maqnit  nəzarəti  ilə  ferromaqnit 
materiallarından  hazırlanan  kanatların  defektlərinin  aĢkar 
edilməsində geniĢ istifadə edilir. 
Bunlardan  əlavə  uzun  polad  sterjinlərin  nəzarət 
edilməsində  də  bu  avadanlıqlardan  istifadə  olunur 
(məsələn dərinlik nasoslarının stqanlarında). 


 
71 
Maqnit  defektoskopiyasinin  prinsipi  ondan  ibarətdir 
ki,  bütün  kanat  boyu  maqnit  selinin  dəyiĢməsini 
qiymətləndirsin.  Bu  dəyiĢmə  bir  sıra  səbəblərlə  əlaqə-
dardır:  kanatın  en  kəsik  sahəsinin  dəyiĢməsi,  məftillərin 
maqnit  xüsusiyyətlərinin  dəyiĢməsi,  məftillərin  qırılması 
və s.  
Polad  kanatların  defektoskopiyasi  dəyiĢən  və  sabit 
maqnitlərdən istifadə edilməsinə əsaslanır. 
DəyiĢən  maqnit  sahəli  maqnitdən  istifadə  etdikdə 
nəzarət olunan kanatın oxu boyunca dəyiĢən maqnit sahəsi 
yaranır.  Ölçü  kanatı  kanatı  əhatə  edir  və  onda  ehq 
induksiyalayır.  Bu  metoddan  kanatın  en  kəsiyindəki 
dəyiĢikliyi  ölçdükdə  istifadə  olunur.  Sabit  maqnit  sahəsi 
metodundan  isə  həm  kanatın  en  kəsiyindəki  itgiləri,  həm 
də  lokal  defektləri  təyin  etmək  üçün  istifadə  olunur.  Bu 
zaman  ölçmə  Holl  çeviricisi  və  yaxud  digər  çeviricilər 
vasitəsilə aparılır. 
Kanatdakı lokal defektlər, məsələn məftilin qırılması 
zamanı  qüsurların  yaxınlığında  maqnit  selinin  səpələn-
məsini  Holl  çeviricisi  və  yaxud  digər  çevirici  qeydə  alır. 
Çeviricilərin  siqnalları  nəinki  lokal  defektlərin  ölçülə-
rindən,  həm  də  onların  növündən,  vəziyyətindən  asılı 
olduğundan defektlərin keyfiyyətli təyin olunması çətinlik 
yaradır.  
Dünyanın    müxtəlif  ölkələrində  15-ə  yaxın  maqnit 
defektoskopunun  modeli  buraxılır.  Rusiyada  UDK-3  və 
«Ġntros»  modelli  defektskoplar  buraxılır.  Defektskoplar 
içərisində  Rusiya  istehsalı  olan  defektskoplara  daha  çox 
üstünlük verirlər. 
“Ġntros”  defektoskopu  elektron  blokdan  (EB)  və 
maqnit  baĢlığı  (MB)  ilə  birgə  çevirici  blokdan  (ÇB) 


 
72 
ibarətdir.  Dairəvi  kanat  üçün  blokla  birlikdə  maqnit 
baĢlığının prinsipal sxemi Ģəkil 3.6-da verilmiĢdir. 
 
Şək. 3.6. Dairəvi kanat üçün «İntros» defektoskopu maqnit 
başlığının sxemi  
1- metrölçən (metraj)  sayğac; 2- maqnit baĢlığı;  
3- lokal qüsur; 4- çeviricilər bloku; 5- kanat. 
 
MB-nın  maqnit  sistemi  kanatın  nəzarət  edilən 
hissəsini  maqnitləndirir.  Kanatın  zədəsi  nəticəsində  yara-
nan səpələnmə maqnit seli çeviricilərin blokunun çıxıĢında 
elektrik  siqnalı  yaradır  ki,  bu  da  gücləndirilib  və  rəqəm 
Ģəklinə  salınır.  Mikroprosessora  həmçinin  uzunluqölçən 
sayğacdan  impuls  daxil  olur.  AlınmıĢ  informasiya  yadda 
saxlanılır  və  EB-nun  iĢıq  indikatoruna,  həmçinin  xarici 
kompüter  sistemində  saxlanmaq  və  analiz  etmək  üçün 
verilir.  
MB konstruktiv olaraq ÇB ilə birlikdə sabit sökülüb-
yığıla bilən halda hazırlanır. MB elə hesablanıb ki, nəzarət 
edilən kanat əvvəlcədən doyma həddinə qədər maqnitlən-
dirilmiĢ  olsun.  Kanat  yeyilən  və  en  kəsiyinin  diametri 
azaldıqda histerezis ilgəyinin parametrləri və B
s
 kəmiyyəti 
azalmıĢ  olur.  B  -  induksiyasının  dəyiĢməsi  Holl  çevirici 
vasitəsilə ölçülür. Kanatdan keçən maqnit seli, kanatın en 


 
73 
kəsiyi  azaldığından  o  da  azalmıĢ  olur,  havadan  keçən  isə 
artmıĢ  olur.  Belə  ki,  MB-nin  sabit  maqnitinin  sahə 
gərginliyi sabit qalır. Holl çeviriciləri F
0
  maqnit  selini  və 
həmçinin  F
A
  səpələnmə  maqnit  selinin  tangensial 
toplananını  ölçür.  Çeviricilərin  bloklarından  alınan 
informasiyalar  iki  kanalla:  en  kəsiyin  itkisi  kanalı  (EKĠ) 
və lokal zədələr (LZ) kanalı ilə əldə edilir. 
Kompüterdə emal edilən və zədələrin analiz edilməsi 
nəticəsində alınanlara  əsasən kanatın en kəsiyinin ümumi 
itkisi  və  kanatın  xarici  və  daxili  lokal  zədələrini 
qiymətləndirmək mümkündür.  
Polad  kanatların  defektoskopiyasında  ən  mürəkkəb 
məsələ,  kanatların  muftaya  kip  bağlandığı  yerdə  (məf-
tillərin  ən  çox  korroziyaya  uğradığından)  onlara  nəzarət 
olunmasıdır.  Bunların  yaranma  səbəblərinin  ən  baĢlıcası 
bir  neçədir.  Əvvəla  muftanın  tez  əriyən  ərintilərlə  (sink, 
babbir və s.) uc hissəsinin doldurulması zamanı turĢularla 
aĢınmasıdır, ikincisi muftaya kanatın daxil olduğu hissədə 
5...10sm uzunluğundakı hissənin  yumĢaq  məftillə sarındı-
ğından oraya toz və nəm yığılmasına səbəb olur. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin