Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Tətbiqi marketinq tədqiqatları



Yüklə 128,22 Kb.
səhifə10/10
tarix25.04.2023
ölçüsü128,22 Kb.
#102204
1   2   3   4   5   6   7   8   9   10
Salahov Yasin

Tətbiqi marketinq tədqiqatları
İstehlakçıların öyrənilməsinin əsas prinsipləri: istehlakçı sərbəstdir; istehlakçı davranışı tədqiqatların köməyi ilə başa düşülür; istehlakçı davranışı təsirə məruz qalır; istehlakçı davranışı sosial baxımdan qanunidir.
İstehlakçıların öyrənilməsinin əsas istiqamətləri: istehlakçıların müəssisəyə münasibətinin öyrənilməsi; istehlakçıların marketinq kompleksinin elementlərinə münasibətinin öyrənilməsi; istehlakçıların istəklərinin öyrənilməsi; istehlakçıların tələblərinin ödənilmə səviyyəsinin öyrənilməsi; istehlakçıların davranışının öyrənil-məsi; istehlakçıların motivasiyasının öyrəniməsi və s.
Son istehlakçıların davranışına təsir edən amillər: iqtisadi; sosial; demoqrafik; təbii; milli-tarixi; şəxsi-psixoloji amillər və s.
Son istehlakçının davranışının modelləşdirilməsi prosesi: tələbatın dərk olun-ması; informasiyanın axtarışı və qiymətləndirilməsi; əmtəənin alınması haqqında qərar qəbulu; seçimin qiymətləndirilməsi.
Son istehlakçıların əmtəələri əldə etmələri üzrə qərar qəbulunun modeli.
İstehlakçı-müəssisələrin davranışının modelləşdirilməsi: tələbatın dərk olun-ması; ehtiyacların ümumi şəkildə təsviri; əmtəənin xarakteristikasının qiymətlən-dirilməsi; malgöndərənlərin axtarışı; təkliflərin alınması; malgöndərənlərin seçilmə-si; sifarişlərin verilməsi; malgöndərənin işinin qiymətləndirilməsi.
Tədarük mərkəzinin strukturunun öyrənilməsi. İstehlakçıların istəklərinin və tələblərinin ödənilmə səviyyəsinin təhlili. İstehlakçıların motivasiyasının təhlili
İstehlakçıların ABC təhlili.
Bazar tələbinin növləri və onların öyrənilməsi. Bazar tələbinin kəmiyyətinə təsir edən nəzarət olunan və nəzarət olunmayan amillər. İlkin və cari bazar tələbləri. Selektiv tələb. Bazar potensialı.
Bazarların öyrənilməsinə yanaşmalar: təkrar informasiyalar əsasında bazarın tədqiqi; istehlakçıların davranışı və motivasiyası əsasında bazarın tədqiqi; istehsal olunan və reallaşdırılan məhsulların həcminin təhlili əsasında bazarın təhlili.
Bazarların cəlbediciliyinin və bazarlara əlyetərliyin öyrənilməsi. Cəlbedicilik və əlyetərlilik göstəriciləri əsasında bazarların mövqeləşdirilməsi xəritəsinin tərtibi. Perspektiv bazarların müəyyənləşdirilməsi.
Əmtəə bazarının konyunkturunun öyrənilməsi zamanı istifadə olunan göstə-ricilər: müxtəlif çeşiddə əmtəələrin istehsalı; əmtələrin çeşidinin təzələnmə səviy-yəsi; müxtəlif çeşiddə əmtəələrin ehtiyatı və satışı; müəssisənin və rəqiblərin bazar payının dəyişmə meyli; məhsulların göndərilməsinə dair sifarişlərin yerinə yetiril-məsi; istehlakçıların təlabatlarının ödənilmə səviyyəsi və ödənilməmiş tələbin kəmiy-yəti; istehlakçıların tələbinin dəyişməsi;qiymətlərin dinamikası və s.
Rəqiblərin tədqiq olunmasının məqsədi.Müəssiusənin rəqiblərinin müəyyən-ləşdirilməsi üsulları. M.Porterin rəqabət konsepsiyası.Sahənin cəlbediciliyini və müəssisənin həmin sahədə bazar mövqeyini şərtləndirən qüvvələr: potensial yeni rəqiblərin meydana gəlməsi; malgöndərənlərin mövqeyi (gücü); istehlakçıların möv-qeyi; konkret məhsulu əvəz edə bilən məhsulların meydana gəlməsi; sahə daxilində fəaliyyətdə olan rəqib müəssisələr.
Rəqabət mübarizəsində yeni rəqiblərin, malgöndərənlərin, alıcıların mövqeyi-nin güclülüyünü şərtləndirən amillər. Məhsulların əvəzedicilərini istehsal edə biləcək rəqiblərin meydana gəlməsini şərtləndirən amillər.
Rəqiblərin aşkarlanması və onların bazar mövqelərinin müəyyənləşdirilməsi: bazar lideri; bazar liderliyinə iddialı olan rəqiblər; bazar liderinin davamçısı; bazar subseqmentində (bazar nişində) fəaliyyət göstərən rəqiblər.
Müəssisənin rəqiblərinin tədqiq olunma istiqamətləri: rəqiblərin məhsulları-nın rəqabətqabiliyyətliliyinin tədqiqi; rəqib müəsisələrin marketinq fəaliyyətinin müqa-yisəli effektivliliyinin tədqiqi; rəqib müəssisələrin bütövlükdə rəqabətqabiliyyət-liliyinin tədqiqi.
Rəqiblərin tədqiqi əsasında müəssisənin marketinq strategiyalarının təkmil-ləşdirilməsi.
Qiymətlərin tədqiqinin əsas istiqamətləri: bazar qiymətlərinin öyrənilməsi; rəqiblərin qiymət siyasətinin öyrənilməsi; dövlət və bələdiyyə orqanları tərəfindən qiymətlərin tənzimlənməsinin öyrənilməsi; tələbin qiymət elastikliyinin öyrənil-məsi.
İstehlakçıların qiymətə həssaslığı və onu şərtləndirən amillər. İstehlakçıların qiymtə həssaslıq amillərinin xarakteristikası. Qiymətlərə həssaslıqlarına görə isteh-lakçıların xarakteristikası.
Tələbin qiymət elastikliyinin öyrənilməsi. Qiymət elastikliyinin müəyyənləş-dirilməsi metodları: statistik informasiyaların işlənmsi (statistik metodlar) əsasında qiymət elastikliyinin müəyyənləşdirilmsi; eksperiment metodu əsasında qiymət elastikliyinin müəyyənləşdirilməsi; iqtisadi-riyazi modelləşdirmə əsasında qiymət elatikliyinin müəyyənləşdirilməsi; sorğu metodu əsasında qiymət elastikliyinin öyrənilməsi.
Qiymət elastikliyi əsasında məhsula optimal qiymətin müəyyənləşdirilməsi.
Çarpazlaşan elastiklik və onun öyrənilməsinin əhəmiyyəti.
Qiymətlərin və qiymət elastikliyinin öyrənilməsi əsasında müəssisənin qiymət siyasətinin təkmilləşdirilməsi.
Reklam fəaliyyətinin marketinq tədqiqinin əsas istiqamətləri: reklamın yayım vasitələrinin populyarlığının tədqiqi; firmanın bütövlükdə reklam siyasətinin səmə-rəliliyinin öyrənilməsi; xüsusi eksperimentlər əsasında reklam kompaniyalarının səmərəliliyinin öyrənilməsi; reklam müraciətlərinin alıcı davranışına təsirinin öyrə-nilməsi; reklam məqsədilə kütləvi informasiya yayımı vasitələrindən birgə istifadə-nin sienerji effektinin öyrənilməsi və s.
Reklam kompaniyasının kommunikativ səmərəliliyinin tədqiqi. Reklamın kommunikasiya effektini xarakterizə edən göstəricilər: təsir etmə, inandırma, informasiyalılıq və diaqnostika.
Reklamın iqtisadi səmərəliliyinin tədqiqi. Reklamın iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilər: reklama çəkilən xərclər müqabilində müəssisənin mənfəətinin, bazar payının, satdığı məhsullarının həcminin, istehlakçıların sayının və s. artımı. Reklamın iqtisadi səmərəliliyinin öyrənilməsi zamanı meydana çıxan çətinliklər. Bazarın reklam elanlarına reaksiyasını müəyyənləşdirmək üçün istifadə edilən modellər.
Müəssisənin marketinq fəaliyyətində proqnozlaşdırma metodlarının tətbiqinın zəruriliyi və əhəmiyyəti. Müəssisənin bazar fəaliyyətinin səmərəliliyinin təmin olunması ilə əlaqədar işlənib hazırlanan proqnozlar: bazar konyukturunda baş verən dəyişikliklərin proqnozlaşdırılması; müəssisənin və onun rəqiblərinin istehsal etdiyi əmtəə və xidmətlərə tələbin proqnozlaşdırılması; müəssisənin və onun rəqiblərinin bazar payının proqnozlaşdırılması; rəqiblərin fəaliyyətində baş verən dəyişikliklərin proq-nozlaşdırılması; müəssisənin fəaliyyət göstərdiyi bazarın inkişaf meyllərinin proqnoz-laşdırılması; bu və ya digər istehsal sahəsinin, həmçinin ayrı-ayrı regionların inkişafının proqnozlaşdırılması və s.


Yüklə 128,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin