Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Cari tələbin qiymətləndirilməsi



Yüklə 128,22 Kb.
səhifə8/10
tarix25.04.2023
ölçüsü128,22 Kb.
#102204
1   2   3   4   5   6   7   8   9   10
Salahov Yasin

Cari tələbin qiymətləndirilməsi


Biz cari bazar tələbinin qiymətləndirilməsinin praktiki metodlarının nəzər­dən keçirilməsinə başlayırıq. Marketinq strategiyasının planlaşdırılması və real­laş­dırılması bazarın ümumi potensialını, regionun bazar potensialını, sahədə və kompaniyanın bazar payında əmtəə və xidmətlərin ümumi reallaşdırma həcminin müəyyən edilməsini nəzərdə tutur.


Bazarın ümumi potensialı. Bazarın ümumi potensialı – sahənin bütün kompaniyalarının, müəyyən zaman müddətində, marketinq səylərinin verilmiş səviyyəsində və xarici mühit şəraitində nail ola biləcəkləri satışların maksimal həcmidir. Bazarın ümumi potensialı-bazardakı alıcıların sayının orta istehlakçının il ərzində həyata keçirdiyi alışların sayı ilə əmtəə vahidinin orta qiymətinin hasilinə bərabərdir.
Ən çətini, konkret əmtəə və ya bazarın alıcılarının sayının müəyyən edil­məsidir. Kompaniyalar bu işə əmtəəyə maraq göstərməyən və ya onu almaq üçün pulu olmayan insanlar istisna olmaqla, istehlakçıların ümumi sayından başlamalıdırlar. Nəticədə, yerdə kompaniyanın ümumi bazar potensialına daxil edəcəyi potensial alıcıların perspektiv ehtiyatı qalacaqdır.


Gələcək tələbin qiymətləndirilməsi - İndi biz gələcək tələbin qiymətləndirilməsi metodlarının nəzərdən keçi­ril­məsinə hazırıq. Rəqabətsiz (kommunal xidmətlər) və ya stabil (xalis oli­qapoliya) bazarlardakı istehsalının daima, ya da bərabər səviyyədə artan kə­miyyət kimi çıxış etdiyi əmtəələr üzrə tələbin qiymətləndirilməsi çətinlik törət­mir. «Normal» bazarların əksəriyyətində isə ümumi tələbin və kompaniyanın əmtəəsinə qarşı tələbin səviyyəsi tərəddüd edir. Buna görə də, dəqiq proqnoz qoymaq bacarığı firmanın müvəffəqiyyətinin müəyyənedici amilinə çevrilir. Tələbin qeyri-stabilliyi yüksək olduqca, proqnoz da bir o qədər dəqiq olmalıdır.
Satış həcminin proqnozlaşdırılması proseduru özündə üç mərhələni birləşdirir. Əvvəlcə makroiqtisadi proqnoz, daha sonra sahənin inkişaf proqnozu və nəhayət, kompaniyanın satış həcminin proqnozu işlənib hazır­lanır. Makroiqtisadi proqnozun vəzifəsi – inflyasiyanın, işsizliyin, faiz dərə­cələrinin, istehlakçı məsrəflərinin, istehsal yönümlü investisiy­alarının, dövlət xərclərinin, xalis ixracatın və başqa dəyişənlərin dinamikasının qiymət­lən­diril­məsindən ibarətdir. Son nəticə, ümumi milli məhsulun proqnozunun qurul­ma­sından ibarətdir, hansı ki, sonradan xarici biznes-mühitin göstəriciləri ilə bəra­bər sahənin satış həcmini qiymətləndirmək üçün istifadə olunacaqdır.

Yüklə 128,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin