Marketinq üzrə menecer qarşısında duran məsələlərin optimal həllinin tapıl-masında ona kömək etmək üçün kompaniyalar marketinq qərarlarının dəstək-lənməsinin müxtəlif sistemlərini tətbiq edirlər. Con Litt belə sistemə aşağıdakı tərifi verir: Marketinq qərarlarının müdafiə edilməsi sistemi – müvafiq proqram təminatı vasitəsilə təmin edilən, qarşılıqlı əlaqəli verilənlər, alətlər və metodika-lardır ki, bunların köməyi ilə kompaniya marketinq fəaliyyətinin əsasını təşkil edən daxili və xarici işgüzar informasiyaların toplanması və interpretasiyasını təşkil edir.2 Marketinq qərarlarının müdafiə edilməsi sistemi özünə çoxluq reqressiyası və birgə təhlil kimi metodları, kütləvi xidmət nəzəriyyəsi və yeni əmtəənin qabaqcadan testdən keçirilməsi, optimallaşdırma, oyunlar nəzəriyyəsi və evristika kimi modelləri daxil edir.
Bu günə qədər marketinq tədqiqatlarında, bazarın seqmentləşdirilməsində, qiymətqoymada və reklam büdcəsinin müəyyən edilməsində, media-təhlil və ticarət agentlərinin fəaliyyətlərinin planlaşdırılmasında istifadə üçün nəzərdə tutulmuş çoxsaylı tətbiqi proqramlar işlənib hazırlanmışdır.3 Proqnozlaşdırma və tələbin qiymətləndirilməsi metodlarının icmalı
Marketinq tədqiqatlarının əsas məqsədlərindən biri – kompaniyanın bazar imkanlarının müəyyən edilməsidir. Məqsədli bazarı seçməmişdən əvvəl firmanın menecmenti hər bir aşkar olunmuş imkanı diqqətlə ölçüb-biçməlidir. Bazarın ölçüsünü, onun artım potensialını və mümkün mənfəəti düzgün olaraq qiymət-ləndirmək və qabaqcadan müəyyən etmək lazımdır. Satış proqnozları maliyyə şöbəsi tərəfindən dövriyyə vasaitləri və investisiyaların cəlb edilməsi üçün, istehsal departamenti tərəfindən – gücün və planlaşdırılan məhsuldarlığın müəyyən edilməsi üçün, alış şöbəsi tərəfindən – tələbatlara uyğun olaraq xammal və mate-rialların alınması məqsədilə, kadrlar şöbəsi tərəfindən isə lazımi işçi qüvvəsinin işə götürülməsi üçün istifadə olunacaqdır. Birinci addım xarakteristikaları mütləq ölçülməli olan bazarın müəyyən edilməsidir.