Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Üçüncü mərhələ: informasiyanın toplanması



Yüklə 128,22 Kb.
səhifə5/10
tarix25.04.2023
ölçüsü128,22 Kb.
#102204
1   2   3   4   5   6   7   8   9   10
Salahov Yasin

Üçüncü mərhələ: informasiyanın toplanması.
Marketinq tədqiqatının bu fazası, bir qayda olaraq, ən çox məsrəf tələb edən və maksimal sayda səhv mənbəyi kimi çıxış edən mərhələdir. Məlumatların toplanması prosesində dörd əsas problem meydana çıxır. Bəzi respondentlər təyin olunmuş yerdə görüş haqqında razılığa riayət etmirlər (onlarla təkrar olaraq əlaqə saxlamaq lazım olacaq), bir başqaları əməkdaşlıqdan imtina edir, üçüncüləri isə əsassız dü­şün­cəyə əsaslanan yanlış cavablar verirlər. Nəhayət, sorğunu həyata keçirən əməkdaşlar da mənfi rəyə əsaslanaraq özlərini ədalətsiz apara bilərlər.
Müasir hesablama və telekommunikasiya texnologiyaları sayəsində infor­masiyaların toplanması metodları sürətlə inkişaf edir. İnformation Resources kompaniyası elektron kassalar və ştrix-kodların oxunması üzrə skanerlərlə avadanlıqlaşdırılmış bir neçə supermarketlə razılığa girmişdir. Eyni zamanda firma mağazaların bir sıra daimi alıcıları ilə razılığa gəlmişdir ki, onlar alışlarını ödəyərkən, özündə alıcıların ailə üzvləri, gəlirləri və həyat tərzləri haqqında informasiyanı saxlayan «Alıcının qaynar xətti» adlı plastik kartlardan istifadə etsinlər. Bundan başqa, həmin alıcılar öz televizorlarına müxtəlif telekanallara baxışı fiksə edən xüsusi elektron qurğular qoşmuşlar ki, bu da televiziya reklamlarının monitorinqini həyata keçirən tədqiqatçı kompaniyaya bu tədbiri tədqiqatın iştirakçılarının aldıqları əmtəələrin tərkibinin dəyişməsi ilə əla­qə­ləndirməyə imkan verir. Tədqiqatlarda iştirak etmiş istehlakçılar müntəzəm olaraq kabel televiziyasının proqramlarına baxmışlar, İnformation Resources kompaniyası isə reklam çarxlarının effektivliyini müəyyən etmişdir. Bu yolla toplanmış informasiyanın əsasında kompaniya məhz hansı reklamın müxtəlif istehlakçı kateqoriyalarına daha böyük təsir göstərdiyini müəyyən edə bilir.
Dördüncü mərhələ: informasiyanın təhlili.
Marketinq tədqiqatının son­dan ikinci mərhələsi toplanmış informasiyaların təhlilindən və bu və ya digər nəticənin əldə edilməsindən ibarətdir. Tədqiqatçılar verilənləri cədvəllərdə ümumiləşdirir və onların sürətlə təhlilini aparırlar. Əsas dəyişənlər üçün orta kəmiyyət və dispersiya hesablanır. Əlavə informasiya almaq məqsədilə başqa statistik təhlil metodları və modellərindən istifadə etmək olar (onlardan bəziləri haqqında aşağıda danışılır).

Yüklə 128,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin