Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Beşinci mərhələ: nəticələrin təqdim edilməsi



Yüklə 128,22 Kb.
səhifə6/10
tarix25.04.2023
ölçüsü128,22 Kb.
#102204
1   2   3   4   5   6   7   8   9   10
Salahov Yasin

Beşinci mərhələ: nəticələrin təqdim edilməsi.
Marketinq tədqiqatlarının yekununda onun nəticələri maraqlanan şəxslərə təqdim edilməlidir. American Airlines kompaniyasında aparılan marketinq tədqiqatları zamanı aşağıdakı nəticələr əldə edilmişdir.

  1. Uçuş zamanı İnternetdən istifadənin əsas səbəbləri – Şəbəkədə gə­zişərək vaxtı tezləşdirmək, elektron məktub göndərmək (qəbul) etmək, biznesdə təcili prob-lemlər və başqa fövqəladə şəraitlər, həmçinin uçuşların qrafikinin dəyişməskdən ibarətdir. Qoşulmaların böyük hissəsi işgüzar xarakter daşıyacaq və sərnişinlərin işlədikləri kompaniyalar tərəfindən ödənilcək.

  2. Birinci dərəcəli sərinişinlərin təqribən 10-undan 5-i İnternetə çıxış üçün 25 doll. ödəməyə hazırdır, 6 adam isə xidmət üçün 15 doll. verməyə razıdır. Bu yolla, 15 doll. tarifi (6x $15=$90), 25 doll. (5x $25=$125) qiy­mə­tindən daha az gəlir gətirəcək. Yəni xidmət 25 doll. olsa, avia­kompaniya hər uçuş üçün 125 doll. əldə edəcək. Əgər ildə 365 reys olarsa, American Airlines kompaniyası yeni xidmətdən 45 625 doll. ($125*$365) qaza­nacaq. 90 min doll. sərmayə qoysa, kompaniya iki ildən sonra zərərsizlik nöqtəsinə çatacaqdır.

  3. Yeni xidmətin təklif edilməsi kompaniyaya yeni sərnişinləri cəlb edə bilər.

  4. Bazara yeni xidmətlə çıxış, American Airlines kompaniyası üçün qabaq­cıl və uğurlu firma obrazını formalaşdıracaq ki, bu da yeni sərnişinlərin cəlb olunmasına gətirib çıxaracaq.



Altıncı mərhələ: qərar qəbulu.
Tədqiqatı sifariş etmiş menecerlər əldə edilmiş informasiyaları diqqətlə ölçüb biçməlidirlər. Aydındır ki, nə­ticələrə müx­təlif amillər təsir göstərir və bununla əlaqədar bütün xətalar nəzərə alınmalıdır. Əgər aviakompaniyanın rəhbərliyi tədqiqatın məlu­matlarına o qədər də inanmırsa, o, təyyarənin göyərtəsində İnternetə qoşulma kimi xidmətə qarşı etiraz edə bilər. Əgər rəhbərlik belə yeni­liyə müsbət münasibət bəsləyirsə, tədqiqatın nəticələri onu yalnız bu mövqeyin düzgünlüyünə əmin edəcəkdir. Son qərarın necə olmasından asılı olmayaraq, tədqiqat hər halda problemin daha yaxşı başa düşülməsinə imkan verir.


Yüklə 128,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin