OrqaniZMİn yaş XÜsusiYYƏTLƏRİ


Su və mineral duzlar mübadiləsi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə31/68
tarix27.11.2022
ölçüsü1,2 Mb.
#70842
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
Ar2018-2944 (1)

Su və mineral duzlar mübadiləsi. Orqanizmdə baş 
verən bütün mübadilə proseslərində su iştrak edir. Su müxtəlif 
maddələr üçün həlledicidir, mineral duzlarla bərabər, müxtəlif 
reaksiyaların getməsinə şərait yaradır. Su orqanizmin 
temperaturunu tənzimləyir: dəri səthindən buxarlanır və 
bədənin həddindən artıq qızmasının qarşısını alır, həll olmuş 
maddələri orqanizmin müxtəlif orqanlarına daşıyır və bir 
hissəsini bədəndən xaric edir. 


52 
Su və mineral duzlar orqanizmin daxili mühitini təmin 
edir, osmotik təzyiqin yaranmasında və qanın axmasında, 
qandakı qazların xaricə çıxarılmasında iştrak edirlər. 
Böyüklərin bədən kütləsinin 65-75%, uşaqların isə 80%-ni su 
təşkil edir. Bundan başqa, müxtəlif orqanlarda suyun miqdarı 
dəyişir. Orqanizmdə suyun çatışmaması və ya itirilməsi, ağır 
xəstəliklərə səbəb olur. 
Normal halda insanlar gün ərzində 1.05-2.05 l su qəbul 
etməlidir. Buraya içilən su 1 l, qidaların tərkibində isə 0,5-1 l 
nəzərdə tutulur. Orqanizmdən suyu böyrəklər çıxarır. Hər gün 
sidiklə bərabər 1,5- 2 l su xaricə ifraz edilir. 
Uşaqların suya olan tələbatı müxtəlif yaşlarda dəyişir. 
Körpələr gün ərzində 150-200 ml: 1 yaşda – 800 ml, 4 yaşda 
– 950-1000 ml, 7-10 yaşda – 1350 ml, 14 yaşda – 1500 ml su 
içməlidirlər. Mineral duzlar yaşdan asılı olaraq – 100 mq, 
200-250, məktəb yaşında – 500-600 mq, 17-18 yaşda – 1-2 q 
duz qəbul etməlidirlər. 
Orqanizmin inkişafında vitaminlərin rolu böyükdür, 
vitamin çatışmadıqda – avitaminoz, çox olduqda – 
hipervitaminoz yaranır. Vitaminlər qida ilə bərabər orqanizmə 
daxil olur. Onlar iki qrupa ayrılır: 1) suda həll olanlar – B 
qrupu, C və P; 2) yağda həll olanlar -A: Al, A2, D, E, K və s. 
Suda həll olan vitaminlərdən B qrupuna aid olan B1 
(tiamin), V2 (riboflavin), P (nikotinamid), B6 və B12 
(sianokobalmin) uşaq orqanizmin ilk inkişaf dövürlərində 
xüsusi əhəmiyyət kəsb edirlər, orqanizmdə B1 vitamini 
çatışmadıqda beri-beri xəstəliyi yaranır. İnsan iştahdan kəsilir, 
tez yorulur, ayaq əzələləri tez yorulur, eşitmə və görmə 
zəifləyir, onurğa və uzunsov beynin fəaliyyəti azalır, paralic 
yaranır B2 vitamini çatışmadıqda dəri xəstəlikləri əmələ gəlir, 
dodaq dərisi çatlar yaradır, gözdə dəyişiklik əmələ gəlir, qan 


53 
azlığı, sinir sisteminin fəaliyyət zəifliyi, huşsuzluq və damar 
tutmaları müşahidə edilir. 
Nikotinamid (PP) çatışmadıqda müxtəlif yaralar və 
dizbakterioz yaranır, əl və üz dərisində qırmızı yara və ləkələr 
əmələ gəlir, psixoz meydana çıxır. Sianokobalmin (B12) 
bağırsaqda bakteriyalar tərəfindən sintez olur. Qan törədici 
orqanlara təsir edir. Çatışmadıqda azqanlılıq əmələ gəlir. 
C vitamini ən geniş yayılmışdır, müxtəlif qidaların 
tərkibində vardır. Ən çox meyvə və tərəvəzlərdə olur. Bu 
vitamin çatışmadıqda sinqa (skorbu) xəstəliyi əmələ gəlir, 
damaqda qan axmaları və dişlərin zədələnməsinə səbəb olur, 
bəzən ölüm hadisələri də baş verir. 
A vitamini orqanizmin boy və inkişafına müsbət təsir 
gəstərir. Çatışmadıqda gözün görmə qabiliyyəti zəifləyir 
(toyuq korluğu), korluq yaranır. 
D vitamini sümük toxumasının formalaşmasında iştrak 
edir. Bu vitamin çatışmadıqda skelet sümüklərinin 
sümükləşmə prosesi zəiflədiyi üçün raxit xəstəliyi yaranır. 
Uşaqlarda ətraf sümüklər əyilir, qarın xeyli böyüyür, başda 
saçlar zəif olur və tez tökülür. 
Lakin 
insan 
orqanizmində, 
ultrabənövşəyi şüalar 
təsirindən, dərindəki provitamin olan erqosteroldan sintez 
olunur. Uşaqlara D vitamini və A vitaminlərini müəyyən 
müddətdə verdikdə, onlardakı raxit xəstəliyin qarşısını almaq 
olar. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin