Oxu təLİMİ Müəllimlər üçün vəsait


IV qrup. Sətiraltı mənalara tənqidi yanaşan oxucu



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix08.05.2023
ölçüsü0,84 Mb.
#109421
1   ...   25   26   27   28   29   30   31   32   33
oxu-talimi-muallimlar-ucun-vasait

IV qrup. Sətiraltı mənalara tənqidi yanaşan oxucu: 
- Sözlərdən istifadənin səmərəliliyi ilə bağlı fikirlər bildirir; 
- Fikirlərini əsaslandırmaqla mətnə öz münasibətini bildirir; 
- Müxtəlif mənbələrdən istifadə edərək yeni ideyalar irəli sürür; 
- Mətndən əldə etdiyi nəticələri başqa vəziyyətlərdə də istifadə edir; 
- Məsələ ilə bağlı fərqli və müxtəlif mövqeləri yoxlamaq üçün öz mövqeyini 
dəyişir, problemə həmin mövqedən yanaşır; 
- Müxtəlif mədəniyyətlərin üstünlük verdiyi məsələləri və maraqları bilir; 
- Mətni öz təcrübəsi ilə, digər mətnlərlə və real həyatla əlaqələndirir. 
8. Oxu zamanı əməkdaşlıq 
Təlim prosesi interaktiv fəaliyyətdir və şagirdlər öyrənmək üçün qarşılıqlı 
fəaliyyətə, əməkdaşlığa ehtiyac duyurlar. Təlimin təşkilində qrupla fəaliyyət 
əhəmiyyətlidir, çünki təlimdə olduğu kimi, insanlar həyatda da birlikdə işləməyə
əməkdaşlığa ehtiyac duyurlar. Bununla onlar öz öyrənmələri üçün də məsuliyyət 


45 
daşımağa başlayırlar. Adətən hər hansı bir məsələni kiməsə öyrədəndən sonra 
öyrədənin özünə də daha yaxşı aydın olur. Əməkdaşlıq şəraitində çalışan şagirdlər: 

Mövzu ilə bağlı düşünməyin müxtəlif yollarını aşkar edirlər;  

Mürəkkəb tapşırıqlarda bir-birlərinə kömək edirlər;  

Başqa şagirdləri hörmətlə dinləməyi öyrənirlər və həmin fikirlərdən faydala-
nırlar;  

Öz fikirlərini arqumentlərlə əsaslandırmağı, eləcə də özlərinkindən fərqli fi-
kirləri qəbul etməyi öyrənirlər.  
Yaxşı oxucular öyrənmək üçün başqaları ilə əməkdaşlıq edirlər. 
 
9. Oxu xətaları 
Ötürmə ̶ oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsini, söz 
birləşmələrini və ya bütöv bir sətri oxumadan keçməkdir. Ötürmənin iki növü var:
1) Tanımadığı və ya anlamadığı sözləri bilərəkdən oxumamaq;
2) Heca, yaxud sözləri görmədən edilən ötürmə.
Nadir hallarda baş verən ötürmələr diqqətsizliklə əlaqədardır, lakin tez-tez sözləri, 
hecaları, hərfləri ötürərək baş verən oxuma isə səhifə üzərində göz izləməsinin düzgün 
aparılmadığını göstərir. Bu cür xətaları tez-tez edən uşaqların mətni barmağı ilə 
izləyərək oxuması faydalıdır. 
Əlavə etmə – oxuyarkən mətndə olmayan səsin, hecanın, sözün mətnə əlavə 
edilməsidir. Əlavələr oxunan cümləyə başqa məna verdiyi və cümlənin mənasını 
dəyişdirdiyi üçün oxu xətası hesab olunur. Əgər bu cür əlavələr az olursa, ciddi bir fərq 
yaratmır. Ancaq bu hal tez-tez təkrarlanırsa, deməli, şagirddə diqqətsizlik, diqqətin 
yayınması problemi var. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin